piyada sözü azərbaycan dilində

piyada

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • piyada • 91.7239%
  • Piyada • 8.2581%
  • PİYADA • 0.0179%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Piyada
Piyada — nəqliyyat vasitəsindən kənarda olan yol hərəkət sisteminin iştirakçısı. Piyada kimi əlil arabasında olan şəxs, velosiped, moped, motosikl, xizək sürənlər, uşaq və əlil arabası aparan şəxslər başa düşülür. Fars mənşəli olan piyada kəlməsi qədim türk dilində (Orxon abidələri) yadaq olaraq qeydə alınıbmış. Günümüzdə bəzi bölgələrdə (Dərbənd, Qazax, Ordubad, Borçalı) yayaq kəlməsindən piyada mənasında istifadə edilir. Yol hərəkət qaydalarında piyadaların da vəzifələri müəyyən edilir. Yol infrastrukturunda piyadaların hərəkəti üçün piyada yolları, piyada keçidləri, işıqforlar və yeraltı keçidlər nəzərdə tutulur.
Mexanikləşdirilmiş Piyada
Mexanikləşdirilmiş piyada — zirehli transportyor və ya piyadanın döyüş maşını ilə təmin edilən piyada qoşunlarıdır. Motorlu piyadalardan fərqi odur ki, onların nəqliyyat vasitələri düşmən atəşinə qarşı zirehlidir.
Motorlu piyada
Motorlu piyada — daşınması motorlu nəqliyyat vasitələri ilə təmin olunan piyada qoşunlarıdır. “Çevik piyada” kimi də tanınırlar. Belə bölmələrdə yalnız piyada deyil, birliyin hər cür ləvazimatları da bu cür nəqliyyat vasitələri ilə daşınır. Motorlu piyadaların mexanikləşdirilmiş Piyada heyətindən fərqi nəqliyyat vasitələrinin zirehli olmaması və təkərli nəqliyyat vasitələrindən istifadə etmələridir. Motorlu piyada qüvvələrində istifadə olunan nəqliyyat vasitələri, daha güclü mühərrik, qalın və daha geniş təkər kimi cəhətləri ilə fərqlənən mülki nəqliyyat vasitələrinə bənzər modellərdir. Hərbi hissələrin bu şəkildə motorlu nəqliyyat vasitələri ilə təchiz edilməsi xüsusilə piyada qoşunları kimi elementlər üçün son dərəcə təsirli bir hərəkət təmin edir. Qoşunların cəbhəyə köçürülməsi, yerdəyişməsi, ehtiyat qoşunların lazımi cəbhələrə köçürülməsi motorlu nəqliyyat vasitələri ilə daha sürətli edilə bilər. Bundan əlavə, tədarükün daşınması sürətlənir. Bütün bu üstünlüklərinə baxmayaraq, belə bir motorlaşdırılmış hərbi birliklər münaqişələrdə bir üstünlük təmin etmirlər. Nəqliyyat vasitələrinin zirehsiz olması o deməkdir ki, hətta yüngül silahların da hücumlarına qarşı son dərəcədə həssasdırlar.
Piyada (şahmat)
Piyada — Şahmat fiquru Piyadalar ancaq qabağa hərəkət edə bilərlər: a) piyada yerləşdiyi xanadan başlayaraq şaquli xətt üzrə başlanğıcda bir və ya iki xana tullanmaqla hərəkət edir. Sonra onun xanadan-xanaya hərəkəti şaquli xətt üzrə edilir. Rəqib piyadasını vurarkən, o, diaqonal üzrə qarışıq xanaya keçir. b) şaquli xətt üzrə hərəkət edən hər hansı bir piyada taxtanın sonuna çatdıqdan sonra sonuncu gedişdə öz rəngindən olan və rəqibin vuraraq əldə etdiyi vəzirə, topa, filə və ya ata çevrilə bilər. == Həmçinin bax == Şahmat Şah (şahmat fiquru) Vəzir (şahmat) Top (şahmat) Fil (şahmat) At (şahmat) == Mənbə == Azər Zeynallı, Pərviz Əliyev, "Şahmat aləminə səyahət", Bakı, "İşıq", 1986, səh. 8.
Piyada gəzmək
Piyada gəzmək — Piyada gəzmək, yürüşə çıxmaq təkcə bədən üçün deyil, zehin üçün də faydalıdır. Yürüşə çıxarkən beynin ifraz etdiyi maddə qayğı və narahatlığı azaldır. Yaradıcılıq qabiliyyətinizi inkişaf etdirər. == Haqqında == Müasir dövrdə sağlamlıq üçün ən böyük təhlükə oturaq həyat tərzidir. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək həm sağlamlıq, həm də artıq çəkidən xilas olmaq baxımından çox faydalıdır. Sürətli və cəld gəzinti əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin nisbətən azalmasına imkan yaradır.Piyada gəzmək ürək-damar sistemi üçün olduqca faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı təchiz olunur, təmiz havada gəzmək əhvalın xoş olması, stress və gərginliyin aradan qaldırılması üçün əvəzsiz vasitədir. Gündəlik gəzinti, həmçinin insanı cavan və gümrah saxlayır, qocalma prosesini ləngidir, tənəffüs yollarını açır, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir edir. Hər gün bir neçə saat gəzmək orqanizmin immun sistemini gücləndirir, müqaviməti artırır və bu da xəstəliklərə qarşı mübarizədə ən səmərəli vasitələrdən biri sayılır. Sağlam və dərin yuxu arzusunda olanların axşam gəzintisinə bir saat vaxt ayırması kifayətdir.
Piyada keçidi
Piyada keçidi — piyadaların yolun və ya küçənin digər tərəfinə təhlükəsiz keçməsini təmin etmək üçün yolun üzəri ilə müəyyən edilmiş və ya yeraltı və yerüstü tikilmiş yer. Yol hərəkəti haqqına qanuna əsasən, piyada keçidi xüsusi yol nişanları ilə göstərilməlidir. Piyada keçidləri əsasən, ictimai nəqliyyat dayanacaqlarına yaxın, həmçinin, piyada axınının intensiv olduğu yerlərdə piyadaların hərəkətini tənzimləmək üçün qurulur. Qanunvericiliyə əsasən yolda istənilən hərəkətin təhlükəsizliyi yol-müfəttişi tərəfindən tənzimlənir. == Piyada keçidlərinin təsnifatı == === Yolun üzərində === Yolun üzərində olan piyada keçidi (zebr) — yolun (və ya dəmiryolun), piyadaların keçidi üçün nəzərə alınmış hissəsi. Yol üzərində zolaqlarla çəkildiyi üçün zebr da adlandırılır. ==== Nizamlanmayan ==== Nizamlanmayan piyada keçidi — ən sadə piyada keçididir. Belə keçidlərdə avtomobil və digər nəqliyyat vasitələrinin sürücüləri piyadalara yol verməlidir. Nizamlanmayan piyada keçidləri hərəkət intensivliyi nisbətən zəif olan yollarda (və ya küçələrdə) salınır. Bu cür keçidlər Azərbaycan Respublikası yol nişanlarına əsasən 5.16.1, 5.16.2 və 5.17.1, 5.17.2 "Piyada keçidi" nişanları ilə göstərilir.
Piyada əsgərlər
Piyada — Quru qoşunlarındakı əsas döyüş sinifidir. Müharibədə ən ön cəbhədə yer alan, lazım gəldikdə düşmən ordusu ilə qabaq-qabağa döyüşəcək əsgərlərdən formalaşdırılır. Piyadalar, timdən tabora qədər müstəqil birliklərin tərkibində xidmət edirlər. Piyadanın əsas silahı avtomatdır. Piyadanın müharibədə vəzifəsi: Atəş və manevrlər ilə düşmənə yaxınlaşmaq, onu əsir almaq, məhv etmək və ya atəş açaraq, yaxından döyüş və əks-hücum ilə düşmənin hücumunu dayandırmaq və düşməni geri çəkilməyə məcbur etməkdir. Bir bölgənin tam olaraq ələ keçirilməsi və nəzarət altında saxlanılması, ancaq piyada birliklərinin mövcudluğu ilə mümkündür. Piyadalar öz vəzifələrinə görə müxtəlif siniflərə bölünürlər: Piyada, Mexanikləşdirilmiş Piyada, Motorlu piyada, Komando, Sərhəd, Tank əleyhinə, Minaatan və Hava-Desant Qüvvələri olaraq müəyyənləşdirilmişdirlər.
Qoşalaşmış piyada (şahmat)
Qoşalaşmış piyada — Şahmat termini Bir tərəfin iki (üç) piyadasının bir şaquli xətt üzərində dayandığı piyadalar.
250-ci Piyada Diviziyası
Mavi diviziya (isp. Divisíon Azul, alm. Blaue Division) və ya Vermaxtın 250-ci İspan könüllüləri diviziyası (alm. 250. Einheit spanischer Freiwilliger) – İkinci dünya müharibəsi illərində alman ordusunun tərkibində SSRİ-yə qarşı həyata keçirilən hərbi əməliyyatlarda iştirak edən ispan könüllülərindən ibarət hərbi birləşmə. "Mavi diviziya" Falanqanın üzvlərindən, İspaniyada 1936-1939-cu illər vətəndaş müharibəsinin veteranlarından və ispan ordusunun əsgərlərindən təşkil olunmuşdu. == Yaranması == Fransisko Franko İspaniyanı İkinci dünya müharibəsindən kənarda saxlamaqla özünün hələ yeni olan hakimiyyətini möhkəmləndirmək və ölkəsinin təhlükəsizliyini təmin etməyi düşünsə də, vətəndaş müharibəsi dövründə Hitlerin göndərdiyi "Kondor Legionu"nun ona göstərdiyi yardımın əvəzini çıxmaq məcburiyyətində qaldı. Bu səbəbdən o, yalnız Sovet İttifaqına qarşı aparılan əməliyyatlarda iştirak etmək şərtilə, ispan könüllülərinin Vermaxtın tərkibində döyüşmələrinə razı oldu. 24 iyun 1941-ci ildə Hitler ispan könüllülərinin göndərilməsi təklifini dəstəklədi və həmin il iyulun 13-də cəmi 18 104 nəfərdən (2 612 zabit və 15 492 əsgər) ibarət ispan könüllü diviziyası Almaniyanın Qrafenvör şəhərinə yollandı. Burada, 5 həftəlik hərbi hazırlıqdan sonra, 250-ci Piyada diviziyası adı altında alman ordusunun tərkibinə qatıldı.
Birinci Piyada Diviziyası (AXC)
Birinci Piyada Diviziyası — Azərbaycan ordusunun tərkibində hərbi birləşmə. == Haqqında == Əsası 1917-ci ilin sonlarında qoyulmuşdu. Diviziyanın formalaşması onun komandiri general-mayor Xəlil bəy Talışinskinin rəhbərliyi ilə aparılırdı. Birinci diviziyanın strukruru Əlahiddə Azərbaycan korpusunun tərkibində də saxlanmışdı. Lakin Azərbaycan hərbi hissələrinin formalaşması zəruri tələblərə cavab vermədiyindən Qafqaz İslam Ordusu komandanının 1918-ci il 13 avqust tarixli əmri ilə Əlahiddə Azərbaycan korpusunun və piyada diviziyalarının qərargahları ləğv olundu, piyada diviziyalarına daxil olan hərbi hissələr isə birbaşa Qafqaz İslam Ordusu komandanına tabe edildi. Bakının azad olunması uğrunda döyüş (1918, 15 sentyabr) uğurla nəticələndikdən sonra piyada diviziyalarının və Azərbaycan korpusu qərargahlarının bərpasına başlandı. Qafqaz İslam Ordusu komandanının 1918-ci il 23 sentyabr tarixli əmri ilə polkovnik Cəmil Cahid bəy diviziyanın komandiri təyin edildi və 1-ci, 2-ci və 3-cü piyada alayları bu diviziyanın tərkibinə qatıldı. Diviziyanın təşkilini sürətləndirmək üçün 5-ci Qafqaz firqəsinin 9-cu piyada alayı da bu diviziyanın tərkibinə daxil edildi. Alayın taborları 1-ci, 2-ci və 3-cü piyada alaylarının əsasını təşkil etdi. Türk hərbi qüvvələri 1918-ci il noyabrın ortalarından Azərbaycanı tərk edəndə, qərargahı Qarabağda olan Birinci piyada diviziyasına general-mayor İbrahim ağa Usubov komandir təyin olundu.
Təcrid olunmuş piyada (şahmat)
Təcrid olunmuş piyada — Şahmat termini Mürəkkəb şaquli xəttlərdə öz piyadası olmayan piyada.
205-ci Şamaxı piyada alayı
205-ci Şamaxı piyada alayı — Rusiya İmperator Ordusunun piyada alayı. Alay 20 sentyabr 1889-cu ildə Yelizavetpol (indiki Gəncə) şəhərində yaradılmışdır. == Alayın təşkili == Alay Yelizavetpolda 1890-cı il sentyabrın 1-də Şamaxı, Salyan, Nuxa, Sığnax və Düşeti komandalarından ibarət iki batalyondan yaradılmış və Şamaxı ehtiyat piyada (kadr) alayı adlandırılmışdır. 1891-ci il noyabrın 17-də alaya sadə bayraq verildi. Alayın müxtəlif vaxtlarda sələfləri mövcud olmuşdur: Şamaxı invalid komandası - 1858-ci ildə yaradılmışdır. Ananur rayonu invalid komandası - 1816-cı ildə yaradılmışdır; 1821-ci ildə Duşeti adlandırıldı və 1864-cü ildə Duşeti yerli komandası adlandırıldı. Məcəli yerli komandası - 1874-cü ildə yaradılmışdır; 1883-cü ildə Salyan yerli komandasına çevrildi. Nuxa qəza komandası - 1868-ci ildə yaradılmışdır. Sığnaq qəzası invalid komandası - 1816-cı ildə yaradılmışdır.1908-ci il dekabrın 30-da Şamaxı alayı ləğv edilmiş 1-ci və 2-ci Koven qalası piyada alaylarının tərkibindən 7, 8, 9 və 10-cu alayları da əlavə etməklə, dörd tabor alayına çevrildi və 261-ci Şamaxı eytiyyat alayı adlandırıldı. 20 fevral 1910-cu ildə alayın sayı 205-ə dəyişdirildi və alayın özü ehtiyatdan nizami döyüş qüvvələrinin sırasına daxil edildi.
258 №-li piyada döyüş maşınının ekipajı (film, 2014)
258 №-li piyada döyüş maşınının ekipajı tammetrajlı sənədli filmi rejissor Elcan Məmmədov tərəfindən 2014-ci ildə çəkilmişdir. Film Nəcəf Nəcəfov Fondunun istehsalıdır.Film 1993-cü il iyunun 12-də Azərbaycanın Ağdam rayonunun Mərzili kəndi uğrunda döyüşlərdə məşhur erməni terrorçusu Monte Melkonyanı məhv etmiş ekipaj üzvlərindən – 258 nömrəli Piyada Döyüş Maşınının ekipajından bəhs edir. == Məzmun == Film 1993-cü il iyunun 12-də Azərbaycanın Ağdam rayonunun Mərzili kəndi uğrunda döyüşlərdə məşhur erməni terrorçusu Monte Melkonyanı məhv etmiş ekipaj üzvlərindən – 258 nömrəli Piyada Döyüş Maşınının ekipajından bəhs edir. Film müəllifləri sənədlər,şahidlərin,hadisələrin həyatda olan iştirakçılarının ifadələri əsasında döyüş əməliyyatlarının xronologiyasını bərpa ediblər.Film Melkonyanın məhz həmin vaxt və həmin yerdə öldürüldüyünü əsaslı şəkildə sübut edərək,bütün digər iddiaların yalan olduğunu üzə çıxarır. Film "ASALA" terror təşkilatının başçılarından birini kimin və harada məhv etdiyi haqqında uzun mübahisələrə nöqtə qoyur.
Çevrilən piyada (şahmat)
Çevrilən piyada — şahmat termini. Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir..
İkinci Piyada Diviziyası
İkinci Piyada Diviziyası — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun hərbi birləşməsi. Diviziyaya 5, 6, 7 və 8-ci atıcı alayları daxil idi. == Yaradılması == Onların şəxsi heyəti lazımınca komplektləşdirilməmişdi. Buna görə də Əlahiddə Azərbaycan Korpusuun (ƏAK) tərkibində bu alayların Ģəxsi heyəti digər hissələrin komplektləĢdirilməsinə yönəldildi və 2-ci piyada diviziyasmın komandanlığının saxlanılmasına ehtiyac qalmadı. 1918 ilin sentyabrında Bakı şəhəri düşmən qüvvələrdən azad edildikdən sonra Qafqaz İslam Ordusu komandanının əmri ilə Azərbaycan piyada diviziyalarının bərpasına başlanıldı. Sentyabrın 25-də ƏAK-nun tərkibinə daxil olan 2-ci Azərbaycan piyada diviziyasının təşkili barədə əmr verildi. Bu zaman yalnız diviziyanın tərkibinə daxil olacaq 4-cü piyada alayının formalaşdırılması başa çatmaq üzrə idi. Diviziyanın formalaşdırılmasını sürətləndirmək üçün 5-ci Qafqaz firqəsinin 10-cu Qafqaz alayı 2-ci piyada diviziyasına verilmişdi və bu alayın taborları diviziyanın yeni yaradılan alaylarının əsasını təşkil etməli idi. 4-cü piyada alayı 10-cu Qafqaz alay ının 1-ci taboranun bazasında formalaşmışdı. Taborun zabıt və əsgər heyəti 4-cü alayın şəxsi heyətinə qatılmışdı.
1-ci piyada diviziyası (ABŞ)
1-ci piyada diviziyası (ing. 1st Infantry Division ) — ABŞ ordusunun 1917-ci ildən mövcud olan taktiki birləşməsi. Birinci Dünya müharibəsindən bəri davamlı xidmətdə olmuşdur. Bu, ABŞ ordusunun müasir personal bölmələrinin ən köhnəsidir. 1-ci piyada diviziyasının bölmələrinin qeyri-rəsmi adı " "Böyük Qırmızı Birlik"dir (Big Red One). == Mədəniyyətdə == "Böyük qırmızı birlik" (1980) bədii filmi diviziyanın İkinci Dünya müharibəsində iştirakına həsr olunmuşdur. "Call of Duty: Finest Hour" (2004) kompüter oyununda 1-ci Piyada Diviziyasından bir heyət bir neçə missiyada iştirak edir. "Call of Duty 2: Big Red One" (2005) və "Call of Duty: WWII" (2017) oyunları tamamilə diviziyanın İkinci Dünya müharibəsində iştirakına həsr olunmuşdur.
25-ci piyada diviziyası (ABŞ)
25-ci piyada diviziyası (ing. 25th Infantry Division) ABŞ ordusunun 1941-ci ildən mövcud olan taktiki hərbi birləşməsi. Ləqəbi "Tropik ildırım"dır (Tropic Lightning). Bundan başqa, "Elektrikli çiyələk" (Electric Strawberry) də adlanır. == Tarixi == Birləşmə 1 oktyabr 1941-ci ildə Havay adalarında yaradılmışdır. "Od vəftizi" 1943-cü ilin yanvarında Quadalkanal adasında baş vermişdir. Həmin ilin iyul–avqust aylarında Nyu-Corciyada döyüşlərdə iştirak etmişdir. Bundan sonra diviziya Yeni Zelandiyaya, daha sonra isə kadrların istirahəti və təlimi üçün Yeni Kaledoniyaya köçürülmüşdür. 1945-ci ilin birinci yarısında Filippinin azad edilməsində iştirak etmişdir. Müharibənin başa çatması ilə 25-ci piyada diviziyası Yaponiyaya göndərilmiş və orada beş il işğal xidməti göstərmişdir.
4-cü piyada diviziyası (ABŞ)
4-cü piyada diviziyası (ing. 4th Infantry Division) — Birləşmiş Ştatlar Ordusunun hərbi birləşməsi. Kolorado ştatının Fort-Karson şəhərində yerləşir. Ləqəbi " Daşsarmaşığı diviziyası"dır (Ivy Division). 4-cü piyada diviziyasının rəsmi ləqəbi "Ivy" rum rəqəmi IV və ya 4 ilə yazılmış bir oyundur. Daşsarmaşığı yarpaqları diviziyanın devizinin əsasını təşkil edən mətanət və sədaqəti simvolizə edir. İkinci ləqəb olan "Dəmir at" diviziyanın və əsgərlərinin sürətini və gücünü vurğulamaq üçün qəbul edilmişdi. == Mədəniyyətdə == "Brothers in Arms: Road to Hill 30" video oyununda təsvir edilən "Dənizdə pusqu" missiyasında oyunçu və onun heyəti Normandiya sahilində vuruşan 4-cü piyada diviziyasının əsgərləri ilə birləşməlidir.
5-ci piyada diviziyası (ABŞ)
5-ci piyada diviziyası (ing. 5th Infantry Division ) — ABŞ ordusunun taktiki hərbi birləşməsi. Ləqəbi "qırmızı almaz"dır (ing. Red Diamond). Bu piyada diviziyasının devizi "Biz edəcəyik" sözləri idi (ing. We Will). == Tarixi == Diviziya 11 dekabr 1917-ci ildə yaradılmışdır. 1 may 1918-ci ildən cəbhədədir. Sen-Miyel və Möz-Arqonn əməliyyatlarında iştirak etmişdir. Müharibədən sonra işğal bölmələrinin tərkibində Avropada qalmışdı.
ABŞ dəniz piyadaları korpusu
ABŞ-nin dəniz piyada korpusu (ing. United States Marine Corps (USMC)) ABŞ hərbi qüvvələrinin hissələrindən biridir. Hərbi-dəniz qüvvələrlə yanaşı amerikalı dəniz piyada korpusu ABŞ-nin hərbi-dəniz qüvvələr Departamenti görə əməliyyat aparılır. 2005-ci ildə korpus cəmi 210,000 əsgərlərindən ibarət olmuşdur. == Təşkilat == Korpusunun başçılıqı qoşulmuş döyüşçü komandirlər edirlər. Korpusunun baş zabiti dəniz piyada korpusunun komendanti (Commandant of the Marine Corps) adlanır. == Tarix == Amerika Birləşmiş Ştatları-ın dəniz piyada korpusu əvvəlcə Kontinental dəniz piyada kimi 1775-ci ilin noyabr ayının 10-da yaradılmışdır. İkinci dünya müharibəsində amerikalı dəniz piyada korpusu Sakit okean teatrında mühüm rol oynamışdır.
ABŞ dəniz piyadası
ABŞ-nin dəniz piyada korpusu (ing. United States Marine Corps (USMC)) ABŞ hərbi qüvvələrinin hissələrindən biridir. Hərbi-dəniz qüvvələrlə yanaşı amerikalı dəniz piyada korpusu ABŞ-nin hərbi-dəniz qüvvələr Departamenti görə əməliyyat aparılır. 2005-ci ildə korpus cəmi 210,000 əsgərlərindən ibarət olmuşdur. == Təşkilat == Korpusunun başçılıqı qoşulmuş döyüşçü komandirlər edirlər. Korpusunun baş zabiti dəniz piyada korpusunun komendanti (Commandant of the Marine Corps) adlanır. == Tarix == Amerika Birləşmiş Ştatları-ın dəniz piyada korpusu əvvəlcə Kontinental dəniz piyada kimi 1775-ci ilin noyabr ayının 10-da yaradılmışdır. İkinci dünya müharibəsində amerikalı dəniz piyada korpusu Sakit okean teatrında mühüm rol oynamışdır.
ABŞ dəniz piyadası korpusu
ABŞ-nin dəniz piyada korpusu (ing. United States Marine Corps (USMC)) ABŞ hərbi qüvvələrinin hissələrindən biridir. Hərbi-dəniz qüvvələrlə yanaşı amerikalı dəniz piyada korpusu ABŞ-nin hərbi-dəniz qüvvələr Departamenti görə əməliyyat aparılır. 2005-ci ildə korpus cəmi 210,000 əsgərlərindən ibarət olmuşdur. == Təşkilat == Korpusunun başçılıqı qoşulmuş döyüşçü komandirlər edirlər. Korpusunun baş zabiti dəniz piyada korpusunun komendanti (Commandant of the Marine Corps) adlanır. == Tarix == Amerika Birləşmiş Ştatları-ın dəniz piyada korpusu əvvəlcə Kontinental dəniz piyada kimi 1775-ci ilin noyabr ayının 10-da yaradılmışdır. İkinci dünya müharibəsində amerikalı dəniz piyada korpusu Sakit okean teatrında mühüm rol oynamışdır.
Azərbaycan Dəniz Piyadaları
Azərbaycan Dəniz Piyadaları və ya Dəniz Piyada Taburu — Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsidir. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin desant hücumu eskadronunun döyüş əməliyyatlarında xidmət edir. Əsas təlim bazası Bakı buxtasında yerləşən Böyük Zirə adasındadır. == Tarix == Birinci Qarabağ müharibəsində cəbhə xəttində əlavə qoşunlara ehtiyac olduğuna görə Hərbi Dəniz Qüvvələrinin dəniz və quru hissələrinin heyətindən dəniz alayı qurulur. Alay düşmənin Ağdamdakı hücumunun qarşısını almaq üçün 19 aprel 1994-cü ildə cəbhəyə göndərilir və döyüş tapşırığını uğurla başa vuraraq 25 iyulda geri dönür. ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti bölüyün döyüş fəaliyyəti ilə tanış olmaq üçün 2009-cu il sentyabrın 15-dən 18-dək Bakıda olmuşdur. Bir sıra xarici ölkələrlə də təcrübə mübadiləsi aparılır. == İkinci Qarabağ müharibəsi == Hərbi Dəniz Qüvvələri üzvləri 2020-ci ildə İkinci Qarabağ müharibəsi dövründə döyüşlərdə iştirak etmişdir. Dəniz piyadaları Qubadlı rayonunun azad edilməsində iştirak edir. 2020-ci ilin dekabrın 10-da Azadlıq meydanında keçirilən Qələbə Paradında digər hərbçilərlə birlikdə fəxri keçid edir.
Dəniz Piyadasına Hərbi Abidə
Dəniz Piyadasına Hərbi Abidə (yaxud İvodzima Memorialı) Virciniyadakı Arlinqton milli qəbiristanı yanında yerləşir, tuncdandır. 1775-ci ildən etibarən ölkəni müdafiə etmiş ABŞ-nin bütün həlak olmuş dəniz piyadaçılarına həsr olunmuşdur. 1954-cü il noyabrın 10-da açılmışdır. Heykəltəraş - Feliks de Ueldon. Abidə altı dəniz piyadaçını təsvir edir (hündürlüyü 10 metr). 1961-ci ildən, Con Kennedi fərmanına əsasən, abidəsində 24 saat ərzində ABŞ bayrağı yellənir. Bayraq ağacı hündürlüyü 20 metrdir.
Dəniz piyadaları
Dəniz piyadası — dənizdən və ya qurudan digər qoşun birləşmələrinə dəstək vermək üzrə ixtisaslaşmış hərbi korpus. Bu hərbi birləşmə bir çox ölkədə dəniz qüvvələrinə bağlı olsa da, bəzi ölkələrdə o cümlədən, Troupes de marine (Fransız dəniz piyadaları) və Givati briqadası (İsrail dəniz piyadaları) quru qoşunlarına tabedir. ABŞ dəniz piyadaları korpusu isə ABŞ Silahlı Qüvvələrinin müstəqil qoludur.
Dəniz piyadası
Dəniz piyadası — dənizdən və ya qurudan digər qoşun birləşmələrinə dəstək vermək üzrə ixtisaslaşmış hərbi korpus. Bu hərbi birləşmə bir çox ölkədə dəniz qüvvələrinə bağlı olsa da, bəzi ölkələrdə o cümlədən, Troupes de marine (Fransız dəniz piyadaları) və Givati briqadası (İsrail dəniz piyadaları) quru qoşunlarına tabedir. ABŞ dəniz piyadaları korpusu isə ABŞ Silahlı Qüvvələrinin müstəqil qoludur.
Keçid piyadası (şahmat)
Keçid piyadası — Şahmat termini Qarşısında rəqibin maneə törədən piyadası olmayan piyada. == Debütdə tətbiqi == Rus görüşü (şahmat): 1.e4 e5 2.Af3 Af6 3.d4 ed 4.e5 Кe4 5.V:d4 d5 (diaqrama bax) 6.ed.
Piyadalar
Piyadalar — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Piyadalar bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Piyadanın döyüş maşını
Piyadanın döyüş maşını (PDM) — zirehli döyüş maşınlarının bir növü olub, müharibə zamanı piyada qoşunun birbaşa döyüş zonasına təhlükəsiz çatdırılması və digər qoşun növlərinə atəş dəstəyi vermək məqsədilə yaradılmışdır. Bu texnikalar əsasən 20 və ya 40 mm-lik avtomatik top, köməkçi silah olaraq isə müxtəlif növ pulemyotla, həmçinin tank əleyhinə idarəolunan raketlə (TƏİR) təchiz olunur. PDM əsas döyüş tankına nisbətən daha yüngül silahlarla təchiz olunur. Ən ağır silahlanmış PDM-lər isə daha böyük kalibrli top və ya TƏİR-lə təchiz olunur.
Tulpar piyadanın döyüş maşını.
Tulpar PDM — Türkiyə istehsalı olan piyadanın döyüş maşınıdır. Döyüş maşını adını Manas dastanındakı döyüşçüləri qoruyan əfsanəvi atdan almışdır. Şirkət bildirir ki, “Tulpar” XXI əsrin tələbləri çərçivəsində tanklar ilə birlikdə tapşırıqları icra edə biləcək. == Etimologiyası == "Tulpar" qədim türk mifologiyasında döyüşçüləri qoruyan "uçan at" mənasını daşıyır. Sonradan yunanlar da bu addan bənzər əfsanələrində istifadə ediblər. Bu adın seçilməsində məqsədin zirehli birliklərin "qoruyucu uçan ata" sahib olmasının vacibliyini vurğulamaqdan ibarət olduğu ehtimal edilir. Qırğızıstan da bu adda minik avtomobili istehsal edir. == Taktiki texniki xüsusiyyətləri == "Tulpar" çoxməqsədli zirehli döyüş maşını kateqoriyasına aiddir. Onun yüngül tank, piyada döyüş maşını, personal daşıyıcısı, idarəetmə, kəşfiyyat, axtarış-xilasetmə, raket atıcı qurğusu, sanitar maşını, HHM və ya tank əleyhinə vasitə kimi hazırlanması mümkündür. Zirehli vasitə üzmə xüsusiyyətlərinə də malikdir.
258 №-li piyada döyüş maşınının ekipajı
258 №-li piyada döyüş maşınının ekipajı tammetrajlı sənədli filmi rejissor Elcan Məmmədov tərəfindən 2014-ci ildə çəkilmişdir. Film Nəcəf Nəcəfov Fondunun istehsalıdır.Film 1993-cü il iyunun 12-də Azərbaycanın Ağdam rayonunun Mərzili kəndi uğrunda döyüşlərdə məşhur erməni terrorçusu Monte Melkonyanı məhv etmiş ekipaj üzvlərindən – 258 nömrəli Piyada Döyüş Maşınının ekipajından bəhs edir. == Məzmun == Film 1993-cü il iyunun 12-də Azərbaycanın Ağdam rayonunun Mərzili kəndi uğrunda döyüşlərdə məşhur erməni terrorçusu Monte Melkonyanı məhv etmiş ekipaj üzvlərindən – 258 nömrəli Piyada Döyüş Maşınının ekipajından bəhs edir. Film müəllifləri sənədlər,şahidlərin,hadisələrin həyatda olan iştirakçılarının ifadələri əsasında döyüş əməliyyatlarının xronologiyasını bərpa ediblər.Film Melkonyanın məhz həmin vaxt və həmin yerdə öldürüldüyünü əsaslı şəkildə sübut edərək,bütün digər iddiaların yalan olduğunu üzə çıxarır. Film "ASALA" terror təşkilatının başçılarından birini kimin və harada məhv etdiyi haqqında uzun mübahisələrə nöqtə qoyur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 63.17 dəfə / 1 mln.
2002 6.85
2003 •• 9.84
2004 •• 10.78
2005 ••• 18.89
2006 ••• 19.37
2007 ••••• 29.81
2008 •••••• 37.76
2009 ••••••• 47.20
2010 •••••• 42.66
2011 •••••••• 54.56
2012 •••••••••• 65.40
2013 ••••••••• 62.87
2014 ••••••••• 62.12
2015 ••••••••• 61.58
2016 •••••••••••••••••••• 142.82
2017 ••••••••••••••••••• 132.02
2018 ••••••••••••• 88.70
2019 •••••••••••••• 94.72
2020 ••••••••• 58.88

piyada sözünün leksik mənası və izahı

  • 1 [fars.] zərf 1. Miniklə deyil, ayaqları ilə. Piyada yola düşmək. Piyada yollanmaq. – Faytonu xanım bir az kənarda saxlatdı, qapıya qədər piyada getmək istədi. Çəmənzəminli. [Səkinə:] Yox, Əlabbas, sən sür, mən piyada gedəcəyəm. H.Seyidbəyli. 2. sif. Ayaqla gedilən, ayaqla icra edilən. Piyada marş. Piyada kross. 3. is. Miniklə yox, öz ayaqları ilə gedən adam. Piyadalar üçün keçid. Küçədə piyadaların gediş-gəlişini tənzim etmək. – Sən atlısan, mən piyada; Öldürəcək bu qəm məni! Aşıq Ələsgər. 4. is. Piyada hərəkət edən və döyüşən qoşun növü. Piyadada xidmət etmək. // is. Həmin qoşun növündə xidmət edən əsgər. İrəlidə piyadalar çarpışır. H.Nəzərli. Piyadalarımız Üçtəpəyə iki kilometr qalmış dayandı. Ə.Vəliyev. 5. is. Şahmat oyununda dəyərcə ən aşağı fiqur. Piyada ilə oyuna başlamaq. Piyadanı uduzmaq. – Şahmatda hər bir oyunçunun bir şahı, iki vəziri, iki topu, iki fili, iki atı və səkkiz piyadası olur. 6. məc. sif. Kəmsavad, azsavadlı, bilik cəhətdən çox kasıb. Piyada adam. – [Xəlil Şahmara:] Yaxşı, yaxşı, elə sən də mənim kimi piyadasan, çox da qürrələnmə. M.Hüseyn. ◊ Piyada çəyirtkə zool. – adi çəyirtkədən kiçik, qanadsız çəyirtkə.

    Azərbaycan dilinin izahlı lüğəti / piyada

piyada sözünün etimologiyası

  • 1 Farsca pa (ayaq) sözü ilə qohumdur. Paye-piyada şiddətləndirmə bildirir. Peydərpey sözü “ardıcıl”, “izbəiz” deməkdir və bu da ayaq (pa) sözü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / piyada

piyada sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 PİYADA İstəyirdi bu yerləri addım-addım, həm də torpağın ətrini duya-duya piyada gəzsin (S.Qədirzadə); AYAQLA Dəmiryol sərnişin vağzalı Mansurgildən uzaqda olsa da o, bu dəfə nə taksiyə minmiş, nə də metroya; evdən ayaqla gəlmişdi (H.Abbaszadə); PAY-PİYADA Pay-piyada keçəydim neçə obadan, eldən (Ə.Kürçaylı).

    Azərbaycan dilinin sinonimlər lüğəti / piyada

piyada sözünün rus dilinə tərcüməsi

  • 1 1. пешеход; 2. пешком; 3. пешка (в шахматах); 4. перен. малосведущий в чем-либо человек;

    Azərbaycanca-rusca lüğət / piyada
  • 2 1 нареч. пешком. Piyada getmək идти пешком, piyada yola düşmək отправиться в путь пешком, piyada qayıtmaq возвращаться пешком II сущ. 1. пешеход (человек, идущий пешком); пеший. Piyadalar üçün nəzərdə tutulmuşdur предназначено для пешеходов 2. пехота (род войск, действующий в пешем строю). Piyadada xidmət etmək служить в пехоте, воен. dəniz piyadası морская пехота 3. пехотинец (военнослужащий пешего войска) 4. пешка (фигура низшей ценности в шахматной игре). Piyada ilə şah elan etmək объявить шах пешкой, piyadanı qurban vermək пожертвовать пешку 5. перен. профан (несведущий в к акой-л. области человек) III прил. 1. пешеходный: 1) относящийся к пешеходу, предназначенный для него. Piyada keçidi пешеходный переход, piyada tuneli пешеходный тоннель 2) совершаемый пешком. Piyada turizmi пешеходный туризм 2. пеший, идущий пешком 3. пехотный: 1) относящийся к пехоте. Piyada hissələr пехотные части, piyada həmləsi пехотная атака 2) предназначенный для пехоты. Piyada geyimi пехотная одежда, piyada silahı пехотное оружие 3) служащий в пехоте. Piyada kapitanı пехотный капитан 4. шахм. пешечный (относящийся к пешке). Piyada üstünlüyü пешечный перевес 5. перен. несведущий (не обладающий познаниями в какой-л. области, мало знающий вообще) ◊ piyadadan atlıya yoldaş olmaz пеший конному не товарищ

    Azərbaycanca-rusca lüğət / piyada

piyada sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. pedestrian, foot-passenger; 2. şahm. həm də məc. pawn; ~lar üçün keçid pedestrian crossing II. s. 1. pedestrian; ~ gəzinti pedestrian tour; 2. hərb. foot, unmounted; ~ əsgər infantry, infantryman*; 3. məc. ill-informed III. z. on foot; ~ getmək to go* on foot, to walk

    Azərbaycanca-ingiliscə lüğət / piyada

piyada sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) piéton m ; 2) de piéton ; 3) à pied ; ~ yolu sentier m ; ~ gəzinti promenade f à pied, voyage m pédestre ; ~ getmək aller vi (ê) à pied ; 4) hərb. ~ qoşun infanterie f ; ~ qoşun əsgəri fantassin m, soldat m d’infanterie

    Azərbaycanca-fransızca lüğət / piyada

piyada sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] 1. нареч. ях, пияда, яхдиз, кӀвачи-кӀвачи (мес. фин); 2. прил. ях, пияда (мес. кьушун, аскер); 3. сущ. яхди, яхдиз (кӀвачи-кӀвачи) физвай кас; 4. сущ. яхдиз фидай ва дяве ийидай къушундин са жуьре; // гьахьтин къушунда къуллугъ ийизвай аскер; 5. шахм. пешка; 6. прил. пер. саваддикай кьери, тӀимил савад авай, билиг жигьетдай гзаф кесиб (мес. кас); ** piyada çəyirtkə зоол. ях цӀицӀ, лувар авачир гъвечӀи цӀицӀ.

    Azərbaycanca-ləzgicə lüğəti / piyada

piyada sözünün türk dilinə tərcüməsi

piyada sözü azərbaycan dilinin lüğətlərində

Terminlər lüğəti

Nəqliyyat vasitələrindən kənarda yol hərəkətində iştirak edən və yolda hər hansı iş görməyən şəxs (mühərriksiz əlil arabalarında gedən, velosiped, moped və ya motosiklet aparan, kirşə, əl arabası, uşaq və ya əlil arabası aparan şəxslər də piyadaya bərabər tutulur)

Terminlər lüğəti

"piyada" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#piyada nədir? #piyada sözünün mənası #piyada nə deməkdir? #piyada sözünün izahı #piyada sözünün yazılışı #piyada necə yazılır? #piyada sözünün düzgün yazılışı #piyada leksik mənası #piyada sözünün sinonimi #piyada sözünün yaxın mənalı sözlər #piyada sözünün əks mənası #piyada sözünün etimologiyası #piyada sözünün orfoqrafiyası #piyada rusca #piyada inglisça #piyada fransızca #piyada sözünün istifadəsi #sözlük