* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2015 | •••••••••••••••••••• | 0.34 |
1 is. [ər.] köhn. 1. Ailə, külfət. [Yusif Sərrac] öz kəsbi ilə özünü və əyalını saxlamağa məşğul oldu. M.F.Axundzadə. İndi əgərçi ona zəhmət olar; Qışda əyalı, özü rahət bular. M.Ə.Sabir. Para nədir? Üzünü gördüyüm bir il yoxdur; Fəqət əyal yanında xəcalətim çoxdur. Ə.Nəzmi. 2. Arvad, zövcə. Bəs nədir yığıbsan neçə əyalı; Doğmaz şad olarsan, doğar ağlarsan. M.V.Vidadi. [Qoca kişi:] Budur, neçə gün olar ki, özümə bir əyal gətirmişəm. Ə.Haqverdiyev. Sonra bir tikə yavan çörək də tapsam, əyalım ilə qabaq-qabağa əyləşib ağız ləzzəti ilə, iştaha ilə yeyərəm. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / əyalə. 1) arvad-uşaq, külfət, ailə; 2) arvad, zövcə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti