* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Hündür bir yerin təpəsi; dikdir, yoxuşun başı. Yol ötdüm, çıxdım yala; Nahaqdan düşdüm qala; Əyil üzündən öpüm; Candan çıxsın dərd-bəla. (Bayatı). Səfiqulular kəndinin qabağındakı hündür yal ilə Şehli kəndinə gedən yol görünürdü. S.Rəhimov. Dərəni keçib düşmənin müdafiədə durduğu yala qalxmağa başlarkən birinci güllə atıldı. Ə.Əbülhəsən.
Azərbaycan dilinin izahlı lüğəti / yal2 is. İtə verilən horra halında yemək. İt yalı. – Hər kəs öz itini alaçığa çəkib qabağına yal tökür. “Qaçaq Nəbi”. [Ağakərim xan:] Xeyr a… gədə köpəyə yal verməmişdi, o barədə söylənirdim. N.Vəzirov. // məc. Çox dadsız, keyfiyyətsiz, duru yemək haqqında. ◊ Yalı artmaq (artıq düşmək) vulq. – varlanmaq, dövlətlənmək mənasında. [Aşıq Vəli:] Qohum-əqrəbasına yalı artanda təşəxxüs edənə lənət! N.Vəzirov. Caydaq adam qapını bərk basıb əlavə etdi: – Yalı artıq düşüb! Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / yal3 is. 1. Atın (və bəzi heyvanların) boynunun üst hissəsində bitən uzun tüklər. Əli ilə atın üzünü, gözünü, yalını, sağrısını tumarladı. “Koroğlu”. Bəy ata yaxınlaşdı, əli ilə onun yalını tumarladı, qayışlarını yoxladı, səliqəsiz görünən tapqırını düzəltdi. M.Hüseyn. 2. məc. dan. zar. Saç, saqqal mənasında. [Cənnətəli ağa:] İki dəfə [həna] qoydurmuşam, saqqalım genə hələ kürən ağ yaldı. N.Vəzirov. Gündə həna bağlagilan yalına; Açma gözün, baxma bir öz halına. Ə.Qəmküsar. □ Yalı ağarmaq dan. zar. – qocalmaq. Həştada yetmişdir sinnü salımız; Bu dövlətdə ağarmışdır yalımız. Q.Zakir. Deyilik naşı, bu işdə, ağarıbdır yalımız. M.Ə.Sabir. Yalın ağarmış, yox ağızda dişin. Ə.Nəzmi.
Azərbaycan dilinin izahlı lüğəti / yal4 І-bir xətt üzrə uzanan yüksəkliklərin ən yüksək nöqtələrinin və onları ayıran alçaq sahələrin məcmusu. Adətən Y. dağların və tirələrin suayırıcını təşkil edir. Y. forması onu təşkil edən süxurların litoloji tərkibindən və denudasiya proseslərindən asılı olaraq dik (qılınc kimi), dairəvi, platovari, monoklinal və yaxud dişdiş olur. гребень ridge
Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / yal5 ІІ-bir xətt üzrə uzanan müxtəlif mənşəli / akkumulyativ, buzlaq, denudasion, qravitasion/ ensiz və alçaq yüksəkliklər. Bunlar tək-tək və yaxud bir yerdə toplanmış halda olur. Mis: Cənubi-Qərbi Sibir düzənliyində Kaynozoyun qumlu-gilləri və lyoss çöküntülərindən ibarət maili yüksəkliklər. гривы ridges, grivas
Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / yal1 Atın yalı (yalmanı) ifadəsini işlədirik. Burada yal “tük”, “qıl” mənasında işlədilib. Mənbələrdə rusca “седой” mənasını verən ağyal sözü var. Yalman kəlməsi “qıl” (yal) çoxluğu deməkdir. Belə məlum olur ki, yal sözü qıl sözünün dəyişmiş formasıdır, yalman isə “qıl çoxluğu”dur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yal4 I YAL (itə verilən yemək) Yalı bol olanı, zəncir də saxlamaz (S.Rəhimov); HORRA. II YAL (atlarda) Bəy ata yaxınlaşdı, əli ilə onun yalını tumarladı (M.Hüseyn); YALMAN Koxa dim yalmanından tutub ləngərlə qalxdı (S.Rəhimov). III yal bax yamac, yoxuş
Azərbaycan dilinin sinonimlər lüğəti / yal1 YAL – DƏRƏ Dərəni keçib düşmənin müdafiədə durduğu yala qalxmağa başlarkən birinci güllə atıldı (Ə.Əbülhəsən).
Azərbaycan dilinin antonimlər lüğəti / yal1 YAL I is. coğr. Sıra dağların və ya dağ massivlərinin ən hündür hissəsi. Yaz olanda yaşıllaşır; Gülür yamacın, yalın (O.Sarıvəlli). YAL II is. Atın boynundakı tüklər. Yataraq birtəhər atın yalına; Səyirdib dolandı dağın dalına (S.Vurğun). YAL III is. İtə vermək üçün hazırlanan yemək. Çırmayıb qolunu itə yal tökür (S.Vurğun).
Azərbaycan dilinin omonimlər lüğəti / yal2 1 сущ. грива: 1. длинные волосы на шее некоторых животных (лошади и т.п.). Atın yalından yapışmaq ухватиться за гриву лошади, qara yal чёрная грива 2. перен. длинные густые волосы человека 2 I сущ. 1. геогр. продолговатая возвышенность, невысокий горный хребет с пологими склонами 2. продолговатая наносная гряда 3. гребень (верхний край чего-л.). Dağın yalı гребень горы, sahil yalı береговой гребень, dalğanın yalı гребень волны, damın yalı гребень крыши 4. конёк (гребень крыши) II прил. 1. коньковый (относяшийся к стыку двух наклонных сторон двухскатной крыши). Yal kirəmiti коньковая черепица 2. геогр. гребневой. Yal xətti гребневая линия 3 сущ. 1. болтушка (для собак). İtə yal tökmək налить собаке болтушку 2. грубо простореч. похлёбка (о полужидком, плохо приготовленном кушанье) ◊ yalı artıq (olmaq) düşmək: 1. беситься с жиру 2. обнаглеть 4 сущ. морск. ял (судовая и учебная гребно-парусная шлюпка)
Azərbaycanca-rusca lüğət / yal1 I. i. mane; at ~ı mane of a horse II. i. (it yemi) mash III. i. coğ. crest; dağın ~ı the crest of the mountain
Azərbaycanca-ingiliscə lüğət / yal1 сущ. 1. чак (кицӀиз гудай гъуруш хьтин тӀуьн); 2. пер. гъуруш, дадсуз, жими къафун манада; ** yalı artmaq (artıq düşmək) вульг. чак артух хьун (чак пара хьун), варлу хьун, девлетлу хьун манада.
Azərbaycanca-ləzgicə lüğəti / yal3 сущ. 1. фири (балкӀандин ва мс. гардандал жедай яргъи чӀарар); 2. пер. рах. зар. чӀарар, ччуру манада; yalı ağarmaq рах. зар. фири лацу (рехи) хьун, къуьзуь хьун.
Azərbaycanca-ləzgicə lüğəti / yal