yal-quyruq sözü azərbaycan dilində

yal-quyruq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yal-quyruq • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Quyruq
Quyruq — heyvanların bədənlərinin arxa hissəsində yerləşən, bədəndən müstəqil hərəkət edə bilən, elastik orqandır. Quyruqlar xordalı canlılar üçün xarakterikdir və quyruq dedikdə ilk növbədə bu canlıların quyruğu nəzərdə tutulur. Lakin bəzi onurğasız canlıların bədənlərinin arxa hissəsindəki uzantıları və ya çıxıntıları, məsələn, əqrəblərin opistosomasını quyruq adlandırırlar. Halbuki, bu bədənin uzantısıdır və daxilində orqanlar yerləşir.
Yal
Yal — Sıra dağların və ya dağ massivlərinin qarşı-qarşıya durmuş yamacları arasında ən hündür hissəsinə deyilir. Yal zirvə və gədik zolağından ibarət olub, adətən suayrıcı xəttini təşkil edir.
Quyruq rotoru
Tək rotorlu vertolyotların quyruğunun ucunda yerləşən, şaquli və ya şaquliyə yaxın bir formada olan, ölçüsü əsas rotordan daha kiçik olan quyruq rotorudur. Quyruq rotoru, əsas rotordan qaynaqlanan öz ətrafında fırlanmanın qarşısını almaq üçün bir qüvvə yaradır və pilotun vertolyotu döndərməsinə imkan verir.
Quyruq turbulansı
Quyruq turbulansı və ya İstiqamət sükanı turbulansı (ing. wake turbulence) — təyyarənin qanadlarının üstü və altındakı təzyiq fərqinə görə təyyarənin arxasında yaranmış vorteksdən (wingtip vortices) yaranmış türbülans. İngilis dilindən tərcümədə “wake” sözü, “bir aviavasitə və ya hidrovasitə keçdikdən sonra havada və ya suda qalan iz” deməkdir. Buna görə quyruq turbulansına bəzən İdarəetmə sükanı turbulansı da deyilir. == Uçuş təhlükəsizliyi == Quyruqda yerləşdirilmiş turbulans hava limanlarında baş verən təyyarə qəzalarının əsas səbəblərindən biridir. ICAO-dan verilən məlumata görə, uçuş təhlükəsizliyini artırmaq üçün enişdə quyruq turbulansı ilə qarşılaşan pilotlar ən qısa müddətdə müvafiq hava hərəkətinə nəzarət bölməsinə məlumat verməlidirlər. Meydan turunda ağır bir təyyarənin arxasından gələn yüngül təyyarənin bir neçə yüz fut yuxarıda və ya ən azı 1000 fut aşağıda və küləkdə (gəldiyi istiqamətdə) uçması tövsiyə olunur. Qalxma zamanı yüngül təyyarələrin yerdən kəsilməsi (təxmini olaraq quyruq turbulansı zonasını keçənə kimi) gecikdirməlidir, enmə zamanı qabaqdakı təyyarənin quyruq turbulansının başa çatdığı nöqtədən qabağa qonması lazımdır. == Tədbirlər == === Təyyarə təsnifatları === ICAO, təyyarələri Maximum Take Off Massa (MTOM) görə təsnif edir: Ağır - Maksimum uçuş ağırlığı 136000 kiloqram və ya daha ağır olan təyyarələr. Orta - Maksimum uçuş ağırlığı 7000 kiloqramdan yuxarı və 136.000 kiloqramdan (300.000 funt) az olan təyyarələr.
Yal (heyvan)
Yal — məməlilərn bel və boyun nahiyyəsində bitən uzun və sıx tüklər nəzərdə tutulur. Bəzən canlılar arasında erkək və dişi fərdlərin əsas fərqləndiricisi rolunu oynayır. Ancaq yetkinlik dövrünü yaşamayan fərdlərdə bu hələ formalaşmır. Bəzi heyvanlarda yal bütün onurğa boyunca uzanır.
Yal (qayıq)
Yal qayığı (nid. jol; adətən Yalik olaraq adlandırılır) — yüngül yelkənli qayıq və ya yelkənli, avarlı qayıq. Bu qayıqlar əsasən iri gəmilərin sahillə əlaqəsinin təminatında, yüngül yüklərin və insanların daşınmasında və gəmilərin təmirində istifadə edilir. Həmcinin idman-turizm istiqamətli məqsədlərə xudmət edir. Altı yelkənli qayığın yalnız bir dor ağacı olur. Dor ağacı əsasən tozağacı və ya şamdan hazırlanır. Uzunluğu 5,5 metrdir. Hazırlanması və materialına görə fərqlənirlər: taxta lövhə — YAL-6, YAL-4, YAL-2, şpondan — YALŞ-6, YALŞ-4, YALŞ-2, plasmasdan — YALP-6, yüngül lehimli materialdan — YALA-6. == Altı yelkənli yal == YAL-6 və ya Altı yelkənli yal — qayıqlar əsasən taxtadan hazırlanır. Uzunluğu 6,11 metr, eni 1,85 metrdir.
Yal Pirəhmədli
Yal Pirəhmədli — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Yal Pirəhmədli kəndi Füzuli rayonunda, Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənd rayon mərkəzindən 9 km məsafədədir. Əhalisi əsasən üzümçülük və heyvandarlıqla məşğul olurdu. Kənddə məktəb, klub və s. vardı. Bu yaşayış məntəqəsi 1993-cü ilin avqustunda ermənilər tərəfindən işğal olunub. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.. == Tarixi == Yal Pirəhmədli toponimi yal coğrafi terminindən və pirəhmədli etnonimindən ibarətdir. Pirəhmədli həmin kənddə məskunlaşmış nəslin adıdır.
Yal adası
Yal adası - Xəzər dənizinin Abşeron körfəzi akvatoriyasında yerləşən kiçik ada. Dardanel adaları ilə Çilov adasının Urunos yarımadası arasında yerləşir. Uzunsov formaya malikdir. Ada uzaqdan Yal adlı xüsusi yelkənli qayıq növünü xatırlatdığı üçün bu cür adlandırılmışdır. Düzən relyefə malikdir.
Yal (dəqiqləşdirmə)
Yal
Sarı yal nekropolu
Sarı yal nekropolu — Tivi kəndi ərazisində, təpə üzərində yerləşir. Abidənin yerləşdiyi ərazinin torpağı sarı rəngdə olduğundan həmin yer yerli əhali arasında "Sarı yal" adı ilə tanınır. Nekropolun sahəsi 1 hektara yaxındır. Kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində öyrənilmişdir. Aparılan araşdırma zamanı abidənin ərazisi, oradakı qəbirlərin quruluşu müəyyən olunmuşdur. Nekropoldakı qəbirlər şərq istiqamətindədir. Onlar güclü təbii aşınmaya məruz qaldığından dağılmışdır. Qəbiristanlığın yaxınlığında eyni adlı pir (Sarı yal piri) də yerləşir. Abidə Orta əsrlər dövrünə aiddir.
Sarı yal piri
Sarı yal piri — Ordubad rayonunun Tivi kəndi nin ərazisində ziyarətgah. Pir kənddən cənub-şərqdə, Sarı yal adlı yerdə, yamacda yerləşir. Onun yerləşdiyi ərazi bir tərəfdən dərin dərə ilə, digər tərəfdən isə qədim nekropolla sərhədlənir. Orada sadə formada daş və möhrə ilə ibadət yeri- kiçik bina tikilmişdir. Toplanılan etnoqrafik materiallara görə buraya ziyarətə əsasən xəstələr, uşağı olmayanlar- sonsuzlar, niyyət tutanlar gəlirlər. Əhali arasında belə bir fikir vardır ki, pirə hər kəs nəzir edirsə nəziri qəbul olunur. Kənd sakinlərinin verdiyi məlumata görə pir çox qədim tarixə malik olmuşdur. Tivi kəndinin sakinləri əvvəllər öz dini ayinlərini, xüsusilə məhərrəmlik mərasimini onun yaxınlığındakı geniş sahədə keçirirdilər. Pir Orta əsrlər dövrünə aiddir.

Oxşar sözlər

#yal-quyruq nədir? #yal-quyruq sözünün mənası #yal-quyruq nə deməkdir? #yal-quyruq sözünün izahı #yal-quyruq sözünün yazılışı #yal-quyruq necə yazılır? #yal-quyruq sözünün düzgün yazılışı #yal-quyruq leksik mənası #yal-quyruq sözünün sinonimi #yal-quyruq sözünün yaxın mənalı sözlər #yal-quyruq sözünün əks mənası #yal-quyruq sözünün etimologiyası #yal-quyruq sözünün orfoqrafiyası #yal-quyruq rusca #yal-quyruq inglisça #yal-quyruq fransızca #yal-quyruq sözünün istifadəsi #sözlük