* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Bir şeyin üstünə dilini sürtmək. …Tulaların biri qaçıb gəldi Qurbanəli bəyin qabağına və başladı bəyin ayaqlarını yalamağa. C.Məmmədquluzadə. Bu vaxt sürüdən ayrılmış bir qoyun yeni doğduğu quzunu yalayırdı. M.S.Ordubadi. [Südabənin anası] susub, qurumuş dodaqlarını yaladı. M.İbrahimov. // Dilini bir şeyə sürtüb bulaşdıraraq udmaq və ya içmək. Balı yalamaq. Boşqabdakı mürəbbəni yalamaq. 2. məc. Üzdən dəyib keçmək, azacıq toxunmaq. …Qırmızı alov isə dilini çıxarıb yanyörəni yalayırdı. S.Rəhimov. Güllə onun başını yalayıb keçmişdi. R.Rza. ◊ Düz kimi yalamaq – bax duz.
Azərbaycan dilinin izahlı lüğəti / yalamaq2 глаг. 1. лизать, лизнуть: 1) проводить, провести языком по чему-л. Duzu yalamaq лизать соль, dodaqlarını yalamaq лизать губы 2) касаться, коснуться, задевать, задеть. Güllə sinəsini yalayıb keçdi пуля задела грудь и пролетела, alov divarı yalayırdı пламя лизало стену 3) ласкать, обласкать. Balasını yalamaq лизать детёныша 2. облизывать, облизать, облизнуть: 1) проводить, провести языком по поверхности чего-л. 2) водя языком, очистить. Qaşıq yalamaq облизывать ложку 3. слизывать, слизать, слизнуть: 1) счищать, счистить, проводя языком 2) съедать, съесть, подбирая языком. Balı yalamaq слизать мёд 4. вылизывать, вылизать: 1) очищать, очистить лизанием. Nimçəni tərtəmiz yalamaq вылизать тарелку начисто 2) перен. тщательно вычищать, вычистить. Elə bil döşəməni yalayıblar пол будто вылизали ◊ tüpürdüyünü yalamaq отказываться от своего слова, обещания; duz kimi yalamaq kimi зацеловать кого (осыпать, покрыть поцелуями); qazan dibi yalamaq лизоблюдничать; yeməklə doymayan yalamaqla doymaz кто не наелся, лизанием сыт не будет
Azərbaycanca-rusca lüğət / yalamaq1 f. to lick (d.), to have* a lick; bir şeyi ~ to lick smth., to have* a lick at smth.; Pişik boşqabı yaladı The cat licked the plate; ◊ bir kəsin dabanını (ayaqqabısını) ~ to lick smb.’s boots; ◊ tüpürdüyünü ~ to retract one’s words, to go* back on one’s word / promise; ◊ duz kimi ~ to cover with kisses (d.), to shower kisses (on)
Azərbaycanca-ingiliscə lüğət / yalamaq1 гл. 1. мез гун, мез алтадун; мез гуьцӀна, мез кьацӀурна туькьуьнун ва я хъун; balı yalamaq виртӀедиз мез гун; 2. пер. мез гун, винелай галукьна хьиз фин, тӀимил кьван гвя хьун; ** duz kimi yalamaq кил. duz.
Azərbaycanca-ləzgicə lüğəti / yalamaq