yalqız sözü azərbaycan dilində

yalqız

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yalqız • 72.2488%
  • Yalqız • 26.3158%
  • YALQIZ • 1.4354%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yalqız Ağac
Yalqızağac (Salmas) Yalqızağac (Mərənd) Elat Yalqızağac (Mərənd) Yalqızağac (Miyanə) Yalqız Ağac (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Əliabad-i Yalqız Ağac (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Yalqız Ağac (Qürvə)
Yalqız Ağac (fars. يالغوز آغاج‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,123 nəfər yaşayır (256 ailə). Əhalisini kürdlər təşkil edir.
Əliabad-i Yalqız Ağac (Qürvə)
Əliabad-i Yalqız Ağac (fars. علي آباد يالغوز آغاج‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 270 nəfər yaşayır (62 ailə). Əhalisini kürdlər təşkil edir.
Elat Yalqızağac (Mərənd)
Elat Yalqızağac (fars. ايلات يالقوزاغاج‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,501 nəfər yaşayır (352 ailə).
Yalqızağac
Yalqızağac (Salmas) Yalqızağac (Mərənd) Elat Yalqızağac (Mərənd) Yalqızağac (Miyanə) Yalqız Ağac (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Əliabad-i Yalqız Ağac (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Yalqızağac (Miyanə)
Yalqızağac (fars. يالقوزاغاج‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 255 nəfər yaşayır (79 ailə).
Yalqızağac (Mərənd)
Yalqızağac (fars. يالقوزاغاج‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,208 nəfər yaşayır (820 ailə).
Yalqızağac (Salmas)
Yalqızağac (fars. ‎يالقوزاغاج‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,247 nəfər yaşayır (293 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.42 dəfə / 1 mln.
2003 ••••••••••••••• 0.79
2009 ••• 0.16
2010 •••••••••••••••••••• 1.09
2011 •••••••••••••••••• 0.94
2012 ••••• 0.26
2013 •••••••••••••• 0.73
2014 ••••••••••••••••••• 1.03
2015 •••• 0.17
2016 ••••••• 0.35
2017 ••••••••• 0.49
2020 ••••• 0.27

yalqız sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Tək, kimsəsiz, yalnız, təktənha. Bir mən, bir sevdiyim, bir otaq, yalqız; Deyib-danışmağın nə damağı var! Aşıq Ələsgər. // Zərf mənasında. Sən ki ey bülbül, məni heç yerdə yalqız qoymadın. Qövsi. [Heydər bəy:] Yoldaşlarım yoxdur, yalqız gəlmişəm. M.F.Axundzadə. Dörd divar içində yalqız durmadı; O duydu hər qışı, hər baharı da. S.Vurğun. 2. Ancaq, təkcə, müstəsna olaraq. Elə yalqız Zakir deyil gileyli; Azürdədir aləm sərasər səndən. Q.Zakir.

    Azərbaycan dilinin izahlı lüğəti / yalqız

yalqız sözünün etimologiyası

  • 1 Yalnız sözü ilə kökdaşdır. Hər ikisi “tək” mənasını əks etdirir. Sözün kökü (yal) “lüt”, “olmayan”, “az”, “tənha” mənalarında işlədilib (yalan kəlməsi də bura­dan­dır) Sözün əsli yalğır kimi olub, sonra r-z əvəzlənməsi baş verib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yalqız

yalqız sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 YALQIZ [Tarverdi:] Yenə mən yalqız gəldim (M.F.Axundzadə); TƏK Şahin: Qonşumuzda o qoca arvad tək yaşayırdı (B.Bayramov); TƏNHA Kamil bulvarda tənha bir kölgəlik seçib əyləşdi və dənizə tamaşa etməyə başladı (Y.Şirvan); FƏRD (kl.əd.) Ey tifli-sadə, gəzmə soqaqlarda boylə fərd (M.Ə.Sabir); YALNIZ Xanım: Liza, daha bundan sonra evdə yalnız qaldıqda darıxmayacağıq: təzə kirayəçi öz ölkələrindən bizə nağıl eyləyəcək, qəribə-qəribə şeylər eşidəcəyik (Çəmənzəminli); VAHİD.

    Azərbaycan dilinin sinonimlər lüğəti / yalqız

yalqız sözünün antonimləri (əks mənalı sözlər)

yalqız sözünün rus dilinə tərcüməsi

  • 1 1. один, одинокий; 2. одиноко;

    Azərbaycanca-rusca lüğət / yalqız
  • 2 I прил. 1. одинокий: 1) один, оставшийся в одиночестве, обособленный. Kəndin qırağındakı yalqız ev одинокий дом на краю села, yalqız qalmaq остаться одиноким, özünü yalqız hiss etmək чувствовать себя одиноким, evdə yalqız qalmaq остаться дома одному (одной); evdə yalqız qoymaq оставить дома одного (одну) 2) оставшийся без семьи, один 2. безлюдный, пустой. Yalqız otaq пустая комната, yalqız meydan пустая площадь II нареч. 1. одиноко. Yalqız yaşamaq одиноко жить, yalqız dolaşmaq одиноко бродить 2. наедине. Onları yalqız buraxmaq оставить их наедине

    Azərbaycanca-rusca lüğət / yalqız

yalqız sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. lonely, solitary, alone; ~ ev a lonely house; ~ ağac a solitary / alone tree; ~ həyat a lonely life II. z. alone, lonely; ~ yaşamaq to live alone, to lead* a lonely life; özünü ~ hiss etmək to feel* lonely; ~ oturmaq to sit* alone; tamam ~ all / quite alone; Məni yalqız buraxın Leave me alone

    Azərbaycanca-ingiliscə lüğət / yalqız

yalqız sözünün fransız dilinə tərcüməsi

yalqız sözünün ləzgi dilinə tərcüməsi

"yalqız" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yalqız nədir? #yalqız sözünün mənası #yalqız nə deməkdir? #yalqız sözünün izahı #yalqız sözünün yazılışı #yalqız necə yazılır? #yalqız sözünün düzgün yazılışı #yalqız leksik mənası #yalqız sözünün sinonimi #yalqız sözünün yaxın mənalı sözlər #yalqız sözünün əks mənası #yalqız sözünün etimologiyası #yalqız sözünün orfoqrafiyası #yalqız rusca #yalqız inglisça #yalqız fransızca #yalqız sözünün istifadəsi #sözlük