* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Zəif düşmüş, əldən düşmüş, üzgün, taqətsiz, yorğun. Halsız qoca. – Mehriban yorğun və zəif gözlərini açdı. Çox halsız idi. S.Hüseyn. Müəllimin rəngi qaçqın; Çox halsızdır, yatağında. M.Dilbazi. □ Halsız düşmək – üzgün düşmək, taqətsiz olmaq, bihal olmaq, əldən düşmək. [Xəstənin] yuxuladığı, ya halsız düşdüyü məlum deyildi. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / halsız3 HALSIZ (müxtəlif mənalarda) [Əşrəf] keçən həftə evə gedərkən xəstə anasını çox halsız görmüşdü (A.Şaiq); BİHAL Kərbəlayı Qulaməli hacının bu sözlərini eşidəndə bihal dizi üstə çökdü (Ə.Haqverdiyev); BİHALƏT İkinci İrakli bihalət yıxılır səndəlin üstünə (Ə.Haqverdiyev); BİTAB Biçarə Məşədi Əsgər qolunun ağrısından bitab düşüb.. (S.Qənizadə); GÜCSÜZ Balaş: Mən gücsüz qadını təkbaşına həyatın dəhşətləri içinə atdım (C.Cabbarlı); TABSIZ Sayalı əvvəlcə ürəyində onu asıb-kəsir, “tabsız”, hətta “qorxaq” deyə qarasına danışırdı (İ.Şıxlı); TAQƏTSİZ Firəngiz taqətsiz bir hərəkətlə başında əl gəzdirdi (B.Bayramov); ÜZGÜN (bax).
Azərbaycan dilinin sinonimlər lüğəti / halsız2 I прил. немощный, слабый, обессиленный. Halsız düşmək становиться, стать немощным II нареч. бесчувственно. Halsız uzanmaq лежать бесчувственно (без чувств)
Azərbaycanca-rusca lüğət / halsız1 прил. гьалсуз, гьал алачир, гьалдай аватнавай, зайиф хьанвай, такьат авачир, галатнавай, юргъун (мес. кьуьзек); halsız düşmək гьалсуз хьун, гьалдай аватун (фин), такьатдай аватун, ялтан хьун.
Azərbaycanca-ləzgicə lüğəti / halsız