* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. bax yal1 1-ci mənada. Min Qazaxda köhlən ata; Yalmanına yata-yata; At qan tərə bata-bata; Göy yaylaqlar belinə qalx. S.Vurğun. Koxa atın yalmanından tutub ləngərlə qalxdı. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / yalman1 Mənbələrdə qıl sözünün sinonimi kimi yal kəlməsi verilib: -man çoxluq bildirilir, yalman – atın və s. Yalında olan qıl çoxluğuna deyirlər. Yalmanmaq sözü də var və yalman ismi ilə əslən bağlılığı yoxdur. Yalmanmaq feili yanmaq (müqayisə et: yıldız, yalov...) sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yalman1 YALMAN I is. Atın boynu, yal bitən yeri. Sindi yalmanına cahillər; Buraxıb cilovu, nə qədər ki var (O.Sarıvəlli). YALMAN II f. Dodaqlarını yalayaraq islatmaq. Murad əlini gözlərinin üstündən götürüb, ələmli bir nəzərlə mənə baxdı; yalmandı – dodaqları qurumuşdu (Çəmənzəminli).
Azərbaycan dilinin omonimlər lüğəti / yalman2 сущ. 1. грива (волосы на шее лошади. Atın yalmanına yatmaq наклоняться к шее, гриве лошади при быстрой езде) 2. простореч. распущенные волосы (женщины)
Azərbaycanca-rusca lüğət / yalman(Bərdə, Borçalı, Hamamlı) atın yalı. – Yalman atın boynundo:lur (Bərdə); – Atın yalmanı örülör (Borçalı); – Dayça:n yalmanın qırxıfsaηmı? (Hamamlı)
Azərbaycan dilinin dialektoloji lüğəti.