* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 nida [fars. xuda və ər. hafiz] “Allah hifz eləsin”, “Tanrı saxlasın” mənasında vidalaşıb ayrılanda deyilir – sağ ol! sağ olun! [Şah:] Dəxi məni axtarmayın ki, görə bilməzsiniz! Xudahafiz! – deyib, taxtdan düşüb hərəmxanəyə rəvanə oldu. M.F.Axundzadə. Bizim bəzi boşboğaz yazıçılarımız da oxşuyurlar haman təbiblərə ki, azarlının nəbzinə baxandan sonra, “xudahafiz” deyib börklərini axtarırlar. C.Məmmədquluzadə. [Əsgər:] Rüstəm bəy, xudahafiz! Məşədi İbad, xudahafiz! Ü.Hacıbəyov. – Onda xudahafiz, – deyə kişi qəzəblə donquldanıb yenə getdi. H.Seyidbəyli. □ Xudahafiz eləmək – bax xudahafizləşmək. Plovdan sonra durdum, xudahafiz elədim… Ə.Haqverdiyev. Teleqrafçı xudahafiz edib getdi. T.Ş.Simurq.
Azərbaycan dilinin izahlı lüğəti / xudahafiz2 f. və ə. Allah saxlasın! Tanrı qorusun! (vidalaşma məqamında işlənir).
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / xudahafiz2 межд. до свидания, до встречи, пока ◊ xudahafiz eləmək прощаться, попрощаться, проститься
Azərbaycanca-rusca lüğət / xudahafiz1 [fars. xuda və ər. hafiz] сущ. худагьафиз; “Аллагьди хуьй! Аллагь куьмек хьуй!” манада: сагъ хьуй! сагърай!; // xudahafiz eləmək кил. xudahafizləşmək.
Azərbaycanca-ləzgicə lüğəti / xudahafiz