Xudayət sözü azərbaycan dilində

Xudayət

Yazılış

  • Xudayət • 98.2143%
  • xudayət • 1.7857%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xudayət Orucov
Xudayət Vilayət oğlu Orucov (4 sentyabr 1987; Ağstafa rayonu, Azərbaycan SSR — 4 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xudayət Orucov 1987-ci il sentyabrın 4-də Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olub. 1994-2005-ci illərdə Ş. Abadov adına Aşağı Kəsəmən kənd tam orta məktəbində təhsil alıb. Nişanlı idi. == Hərbi xidməti == Xudayət Orucov 2005-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdə artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xudayət Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayət Orucov noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayət Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xudayət Orucov ​ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Xudayət Əsgərov
Xudayat Əsgərov (tam adı: Xudayət Məmməd oğlu Əsgərov) — Azərbaycanlı aktyor və rejissor,kuklaçı, Gəncə Dövlət Kukla Teatrının aparıcı səhnə ustası, Azərbaycanın əməkdar artisti (2013),Prezident mükafatçısı(2006) == Həyatı == Əsgərov Xudayət Məmməd oğlu 1960-cı il fevralın 14-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1979-cu ildə Gəncə şəhər Baza İnşaat Texnikomunu bitirib.İbtidai musiqi məktəbinin tar sinfini bitirib. Təhsil aldığı illərdə Gəncə şəhəri İnşaatçılar mədəniyyət sarayının “Gənclik” xalq teatrında həvəskar aktyor kimi fəaliyyət göstərib. 1981-ci ildən C.Cabbarlı adına Gəncə Dövlət Dram teatrında əmək fəaliyyətinə başlayıb. 1987-ci ildən isə Gəncə Dövlət Kukla teatrında aktyor kimi işə qəbul olunub.Bu illər ərzində Kukla teatrının səhnəsində yüzdən artıq tamaşalarda baş rolları ifa edib. Oynadığı rollarla kiçik tamaşaçıların rəğbətini qazanıb. Ə.Səmədlinin “Əhmədin vəfalı xoruzu”-da Əhməd, “Meşə çaqqalsız olmaz”-da tülkü, N.Gəncəvinin “Xeyir və Şər”-də Xeyir, Ə.Orucun “Zınqırovlu pişik”-də Ambardar,A.Linqrendin “Uşaq və Karlıson”-da Ata ,R.Səməndərin “Çətin məsələ”-də Canavar, A.S.Eqzüperinin “Balaca Şahzadə”-də Kral ,Xalq nağılı“Şəngülüm,Şüngülüm,Məngülüm”-də Canavar və s. bu kimi yadda qalan obrazlar yaratmışdır. Aktyorluğu ilə yanaşı Xudayət Əsgərv teatrda bir çox tamaşalara rejissoir kimi quruluş vermişdir.Ə.Səmədlinin “Meşə çaqqalsız olmaz”, K.Kollodinin “Pinokkionun sərgüzəştləri, K.Ağaqızının “Tənbəl Əhməd”, O,Abdullayevin “Xoruzun hikkəsi”, R.Əlizadənin “Dəli Domrul” A.Əlizadənin “Şeytanın dostu” və s. bu kimi tamaşalara uğurlu quruluş vermişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2004 •••••••••• 0.34
2005 •••••••••••••••••••• 0.67
2006 ••••••• 0.23
2007 ••••••• 0.21
2008 ••••••••••••••• 0.49
2010 ••• 0.09
2011 •••••••••••••••• 0.51
2012 ••• 0.09
2013 ••••••••• 0.29
2014 •••••• 0.17
2016 •••••• 0.17
2019 ••••••••••••• 0.42

xudayət sözünün etimologiyası

xudayət sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

Xudanın (Allahın) əli.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#xudayət nədir? #xudayət sözünün mənası #xudayət nə deməkdir? #xudayət sözünün izahı #xudayət sözünün yazılışı #xudayət necə yazılır? #xudayət sözünün düzgün yazılışı #xudayət leksik mənası #xudayət sözünün sinonimi #xudayət sözünün yaxın mənalı sözlər #xudayət sözünün əks mənası #xudayət sözünün etimologiyası #xudayət sözünün orfoqrafiyası #xudayət rusca #xudayət inglisça #xudayət fransızca #xudayət sözünün istifadəsi #sözlük