* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Zehni əməyin müxtəlif sahələrində muzd ilə işləyən işçi; idarə xidmətçisi. Keçmiş vaxtlarda dəftərxanalarda qulluqçuların gündə biri idarə bağlanandan sonra qalıb təcili teleqramları qəbul edərdi. Ə.Haqverdiyev. Dəftərxana qulluqçuları … onun dediyi adamları soraqlaşırdılar. Ə.Əbülhəsən. 2. Ev xidmətçisi (qız, qadın). İnciyib axırda o qulluqçular; Ol xoruzu öldürübən atdılar. A.Səhhət. Bu vaxt qapıdan qulluqçu, Sonanı atasının yanına çağırdı. N.Nərimanov. // Ümumiyyətlə, xidmətçi. Qulluqçular bağçanı silib süpürər, yığışdırardı. Mir Cəlal. 3. köhn. Balaca əl lampası, ya çıraq. Qulluqçunu götür, bir mal-qaranı yoxla.
Azərbaycan dilinin izahlı lüğəti / qulluqçu2 1 сущ. 1. служащий, служащая. Dövlət qulluqçusu государственный служащий, fəhlə və qulluqçular рабочие и служащие, hərbi qulluqçu военнослущажий 2. слуга: 1) устар. домашний работник для исполнения поручений хозяина, прислуга. Qulluqçu tutmaq нанять слугу 2) перен. человек, отдающий себя полностью в чьё-л. распоряжение, беспрекословно выполняющий чью-л. волю 2 сущ. диал. коптилка (ручной фонарь, который применяется в быту); медная керосиновая лампа без стекла
Azərbaycanca-rusca lüğət / qulluqçu1 i. 1. employee, office worker; salaried person; hökümət ~su office employee; (İngiltərədə) civil servant; fəhlə və ~lar industrial and office workers; blue-collar and white-collar workers; 2. (evdə) servant, maid, housemaid
Azərbaycanca-ingiliscə lüğət / qulluqçu1 is. employé m, agent m, commis m, salarié m ; hökumət ~su fonctionnaire m
Azərbaycanca-fransızca lüğət / qulluqçu1 сущ. 1. къуллугъчи; 2. хидметчи; 3. куьгьн. гъвечӀи гъилин лампа ва я чирагъ.
Azərbaycanca-ləzgicə lüğəti / qulluqçu(İsmayıllı) qaraçıraq. – Ağız, qulluqçuni gəti, pəyədə inəgə baxım
Azərbaycan dilinin dialektoloji lüğəti.