* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Mülahizə, fikir, məsləhət, müzakirə. Bir çox götür-qoydan sonra qızlar səpini qurtaran kimi Xanpərinin sahəsinə getməyi qərara aldılar. Ə.Vəliyev. Bütün bu tərəddüdlər və götür-qoylardan bezikən Sona, çarşabına bürünüb həyətdən çıxdı. Ə.Əbülhəsən. Nəcəfalıgildə götür-qoy uzun çəkdi. B.Bayramov. ◊ Götür-qoy etmək (eləmək) – mülahizə etmək, ətraflı fikirləşmək, müzakirə etmək, ölçüb-biçmək. Biz çox götür-qoy etdikdən sonra yenə də onun evinə girməyi, hərgah müqavimət göstərərsə edam etməyi qərara almışdıq. M.S.Ordubadi. Kosa çox götür-qoy etdikdən sonra … qara qıfılı qapıya bənd etmiş və yollanıb kəndə getmişdi. S.Rəhimov. Bütün əhvalatı o dönə-dönə; Götür-qoy eləyir bir də dərindən. B.Vahabzadə.
Azərbaycan dilinin izahlı lüğəti / götür-qoy1 сущ. разг. обдумывание, взвешивание, мысленное обсуждение чего-л. Uzun götür-qoydan sonra после долгого обдумывания, götür-qoy etmək обдумывать, обдумать, обмозговывать, обмозговать, продумывать, продумать
Azərbaycanca-rusca lüğət / götür-qoy1 z. ~ etmək to think* over (d.), to discuss (d.), to debate (d.); bir şeyi əvvəlcədən ~ etmək to think* smth. over in advance; O, bu məsələni əvvəlcədən götür-qoy etməlidir He / She must think the matter over in advance; ~ edilmək to be* thought over, to be* discussed
Azərbaycanca-ingiliscə lüğət / götür-qoy1 сущ. фикирун, меслятун, веревирдун, чӀиб-юкӀ ягъун; götür-qoy etmək (eləmək) гьар патахъай фикирун, веревирдун, чӀиб-юкӀ ягъун.
Azərbaycanca-ləzgicə lüğəti / götür-qoy