* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Göy rəngə çalan. Göyümtül göz. – Otağı göyümtül papiros tüstüsü bürüdüyündən adamların siması xəyal kimi dumanlı görünürdü. M.Hüseyn. [Qaragünün] …alnının sol tərəfində dərin göyümtül çapıq … görünürdü. M.Rzaquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / göyümtül1 GÖYÜMTÜL (göy rəngə çalan) Otağın rəngi də dəyişdirilmişdi, əvvəl açıq-çəhrayı idi, indi göyümtül (Ə.Abbasov); GÖYÜMTRAQ, MAVİMTRAQ Titrəşən mavimtraq alovlar balaca Şirin üçün əfsanəvi bir aləm idi (İ.Əfəndiyev); MAVİMSOV, GÖYÜMSOV.
Azərbaycan dilinin sinonimlər lüğəti / göyümtül1 прил. 1. синеватый (бледносиний, синего оттенка). Göyümtül tüstü синеватый дым 2. зеленоватый (бледнозелёный, зелёного оттенка). Göyümtül rəng зеленоватый цвет 3. мед. синюшный (синеватый, синий в результате расстройства кровообращения – о коже, губах). Göyümtül dırnaqlar синюшные ногти
Azərbaycanca-rusca lüğət / göyümtül