* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2012 | ••••••••••• | 0.09 |
2014 | •••••••••••••••••••• | 0.17 |
2015 | •••••••••••••••••••• | 0.17 |
1 is. 1. bax qanad 1-ci mənada. 2. Şaxə, qol-budaq. Ot saçaqları sallanan bir təpədə iri qol-qanadı qurumuş bir ağac vardı. Çəmənzəminli. □ Qol-qanad atmaq – şaxələnmək, yayılmaq, genişlənmək, inkişaf etmək, böyümək. Budaqların böyüməsi, qol-qanad atması üçün mahir bir bağban əli lazım idi… Ə.Vəliyev. ◊ Qol-qanad açmaq – 1) qanadlanmaq, uçmaq üçün qanadlarını açmaq; 2) məc. ruhlanmaq, daha da canlanmaq, fəaliyyət göstərmək. Məni hərgah qovsalar qaçaram; Uçmağa onda qol-qanad açaram. A.Səhhət. Ceyran müəllimə qol-qanad açıb, dərsini davam etdirdi. S.Rəhimov. Qol-qanad vermək – ruhlandırmaq, qüvvət vermək, daha da canlandırmaq. Yarıb fəzaları bir şimşək kimi; Qol-qanad verirsən qəhrəmanlara. S.Vurğun. Qol-qanadı açılmaq – ruhlanmaq, canlanmaq, inkişaf etmək, bədəni bərkişmək. [Hüseynqulu ağa:] Pəricahan, qızına yazığın gəlsin. Qoy bu qız ilə oynasın, atlansın, qol-qanadı açılsın, bədəni bərkisin, kefi açılsın. S.S.Axundov. Qol-qanadı qırılmaq (sınmaq, yanına düşmək) – 1) köməksiz, adamsız qalmaq; 2) bütün qüvvəti, iqtidarı sarsılmaq, aciz bir hala düşmək, ruhdan düşmək. Dedi, nişanlıyam, özgə malıyam; Sındı qol-qanadım, yanıma düşdü. Aşıq Ələsgər. Qol-qanadını qırmaq (kəsmək, sındırmaq) – 1) birini köməksiz, kimsəsiz qoymaq. [Qasid:] Xeyr, xan. Biz belə güman elədik ki, Ağa Məhəmməd xanın əsir olmağı onun qol-qanadını qıracaq. Amma qardaşı tutulandan sonra Cəfərqulu xan ikiqat şiddətlə davaya girişdi. Ə.Haqverdiyev; 2) birini hərəkət və fəaliyyət qüvvəsindən məhrum etmək, aciz və iqtidarsız bir hala salmaq.
Azərbaycan dilinin izahlı lüğəti / qol-qanad1 сущ. 1. крылья 2. ветви ◊ qol-qanad açmaq расправлять, расправить крылья; qol-qanadı qırılmaq лишиться сил, лишиться крыльев; qolqanadını bağlamaq kimin связывать, связать крылья к ому, связывать, связать по рукам и ногам кого; qol-qanadını qırmaq (kəsmək) подрезать крылья к ому; qol-qanadı qırılmış (kəsilmiş) обескрыленный; qol-qanad vermək kimə оказать моральную поддержку к ому, подбодрить, воодушевить кого
Azərbaycanca-rusca lüğət / qol-qanad1 i. 1. arm and wing, wings; 2. branches (of trees) ◊ ~ açmaq (həm müst., həm məc.) to spread* one’s wings ◊ ~ı qırılmaq to lose* opportunity, to be* deprived (of), to get* into hopelessness; ◊ ~ vermək to cheer up (d.), to encourage (d.), to inspire (d.), to hearten (d.), to feel* / to inspire with enthusiasm; ◊ ~ını qırmaq / kəsmək to clip someone’s wings, to prevent someone from being as active as before
Azərbaycanca-ingiliscə lüğət / qol-qanad1 сущ. 1. кил. qanad 1); 2. хилер (таран); qol-qanad atmaq хилер вегьин, хилер гъун, чукӀун, гегьенш хьун, чӀехи хьун; ** qol-qanad açmaq а) лувар ахъаюн, лув гун; б) пер. лувар акатун, руьгь акатун, ччан атун; qol-qanad vermək лувар кутун, къуват гун, руьгь кутун, ччан гъун; qol-qanadı açılmaq лувар акатун, руьгь атун, гуж атун, ччан атун, беден кӀеви хьун; qol-qanadı qırılmaq (sınmaq, yanına düşmək) лувар хун а) куьмек авачиз амукьун, куьмекдай касни амукь тавун; б) вири гуж (къуват) къарсун, ажуз гьалдиз атун, руьгьдай аватун; qol-qanadını qırmaq (kəsmək, sındırmaq) лувар хун (атӀун); куьмек авачиз тун; ажуз гьалда ттун.
Azərbaycanca-ləzgicə lüğəti / qol-qanad