* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Dağın, evin və s.-nin gün düşməyən, günəş görməyən yeri; həmişə kölgəli yer (güney ziddi). İgidlər könlünə şikvə gətirmək; Necə dağdır quzeyində qar olmaz. Qurbani. Əriyir yaz günü quzeydəki qar; Gəzir dağ döşünü gəlinlər, qızlar. S.Vurğun. Yay, qış qoynu qarlı olan quzey dərələrin sərinliyini hiss edir. O.Sarıvəlli. 2. Şimal mənasında. [Əhməd:] …Gərək o adamın dədəsinə od vurasan və elə vurasan ki, heç bilməsin ki, bəla güneydən gəldi, ya quzeydən… N.Vəzirov.
Azərbaycan dilinin izahlı lüğəti / quzey1 Mənbələrdə deyilir: quz dağın gün düşməyən tərəfidir. Quzdağ isə “gün düşməyən dağ” mənasını verir. Quz sözünün əsas mənası “payız” deməkdir. Ey hissəsi qaynaqlarda “tərəf” kimi açıqlanıb. Deməli, güney –“gün düşən”, quzey –“gün düşməyən tərəf” deməkdir, daldey isə “dalda yer (tərəf)” deməkdir və s. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / quzey1 QUZEY – GÜNEY Gərək o adamın dədəsinə od vurasan və elə vurasan ki, heç bilməsin ki, bəla güneydən gəldi, ya quzeydən (N.Vəzirov).
Azərbaycan dilinin antonimlər lüğəti / quzey2 I сущ. 1. северная, теневая сторона 2. разг. север II прил. северный
Azərbaycanca-rusca lüğət / quzey1 сущ. 1. къуза (дагъдин, кӀвалин ва мс. рагъ акьан тийир, гьамиша хъен квай чка, “гуьне” акси); 2. кефер, кеф пад.
Azərbaycanca-ləzgicə lüğəti / quzey