Talalar kilsəsi
Talalar kilsəsi və ya Nur kilsə — Balakən rayonu Talalar kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Kilsə XII-XIII əsrlərdə inşa edilmişdir.
Talalar kilsəsi tərəfləri 6.7x9.2 metr ölçüyə malik olan düzbucaqlı formasına malikdir. Qərb tərəfdən kilsə binasına bitişik inşa edilmiş iki mərtəbəli zəng qülləsi yerləşir.
== Tarixi ==
Prof. G. Məmmədova qeyd edir ki, kilsə XII-XIII əsrlərə aiddir. Gürcüstanın müxtəlif ərazilərində bu tip kilsələrin yayıldığını qeyd edən Gürcüstan alimi İ. Adamiya anoloji tikili kimi çar Qurgen tərəfindən inşa etdirilmiş İşxani kilsəsini nümunə göstərir.
G. Məmmədova qeyd edir ki, tağtavanlı zal kilsələri və ya birnefli bazilikalar xristian dini memarlığının ən geniş yayılmış bina tipi olmaqla, bütün xristian ölkələrində, o cümlədən Cənubi Qafqazdakı hər üç xristian ölkəsində inşa edilirdi.
İ. Adamiyanın gətirdiyi anologiyanı uğursuz hesab edən G. Məmmədova qeyd edir ki, plan nisbətləri, altar hissəsinin tərtibi, qapı və pəncərələrinin yerləşdirilməsi, interyerlərinin işlənməsi ilə İşxani kilsəsindən fərqlənir.
== Memarlıq xüsusiyyətləri ==
Kilsə, tərəfləri 6.7x9.2 metr ölçüyə malik olan düzbucaqlı formasına malikdir.