xalqların sözü azərbaycan dilində

xalqların

Yazılış

  • xalqların • 92.5408%
  • Xalqların • 7.4592%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xalqların dostluğu
Xalqların dostluğu — sosialist inkişaf yoluna qədəm qoyan xalqların və millətlərin hərtərəfli qardaşlıq əməkdaşlığı və qarşılıqlı köməyi əsasında Sovet dövlətinin mövcudluğunun elan olunmuş prinsipini ifadə edən SSRİ-nin əsas ideoloji şərtlərindən biridir. XX əsrin çoxmillətli dövlətlərində, sosialist cəmiyyətlərin inkişafının elan edilmiş əsas prinsiplərindən biridir. Prinsipin əhəmiyyəti SSRİ-də Xalqlar Dostluğu ordeninin təsis edilməsi və Xalqlar Dostluğu Universitetinin yaradılması ilə də vurğulandı. Daşkənddə konsert salonlarından biri "Xalqlar Dostluğu" adlanır; XX əsrdə Xalqlar Dostluğu Muzeyi də fəaliyyət göstərirdi. == Həmçinin bax == Multikulturalizm İnternasionalizm == Ədəbiyyat == rus dilində Сергей Митрофанович. Дружба народов // Философский энциклопедический словарь (150000 nüs.). М.: Советская энциклопедия. Гл. редакция: Ильичёв, Леонид Фёдорович, П. Н. Федосеев, Ковалёв, Сергей Митрофанович,Панов, Виктор Георгиевич. 1983.
Xalqların Demokratik Partiyası
Xalqların Demokratik Partiyası (türk. Halkların Demokratik Partisi; kürd. Partiya Demokratîk a Gelan) — 15 oktyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiyadır. Partiyanın nizamnaməsinə görə, onun rəsmi abbreviaturası "HDP"dir. Onun simvolu gövdə hissəsi iki əldən ibarət olan ağac təsviridir. Partiya həmsədrləri Sultan Özcan və Cahit Kırkazakdır. Yavuz Önen və Fatma Gök tərəfindən Xalqların Demokratik Qurultayının parlamentdə siyasi partiya ilə təmsil olunması qərarı ilə təsis edilib. 27 oktyabr 2013-cü il tarixində keçirilən 1-ci Fövqəladə Baş Assambleyada İstanbul millət vəkili Səbahat Tuncel və Mersin Millət vəkili Ərtoğrul Kürkçü həmsədr təyin edildi. 22 iyun 2014-cü il tarixində toplanan 2-ci Fövqəladə Qurultayda HDP həmsədrləri Van milləy vəkili Figən Yüksəkdağ və Hakkari millət vəkili Səlahəddin Dəmirtaşın üzərinə götürdü. 3 fevral 2017-ci ildə çağırılan 3-cü Fövqəladə Qurultayda Figən Yüksəkdağın mühakimə olunduğu üçün siyasi hüquqlarından məhrum edilməsindən sonra Sərpil Kemalbay Pekgözegü həmsədrliyi Səlahəddin Dəmirtaşla paylaşdı.
Xalqların böyük köçü
Xalqların böyük köçü — IV əsrdə hun tayfaları tərəfindən Altayda başlayıb və Avropaya tərəf yayılaraq 300 ildən çox davam edən yürüş tarixdə "Xalqların böyük köçü" adı ilə formalaşmış və tarixdə mühüm iz qoymuşdur. Yürüşün son akkordları VII əsrdə Elbada, xorvatlar və serblərin müasir Bosniya və Dalmasiyada məskunlaşması ilə nəticələnir. == Köçün başlanması == Böyük Hun İmperiyası dağıldıqdan sonra hun tayfaları Qərbə doğru hərəkət edib,İdil Volqa və Ural çayları ətrafındakı torpaqları ələ keçirdilər. Onların Qərbə doğru əziyyətli hərəkəti yox idi. == Yürüşün genişlənməsi == Şimaldan, qərbdən və Baltikyanı ərazilərdən böyük qüvvə ilə cənuba və şərqə axışan qədim german tayfaları öz yollarında daha da güclü, köçəri türklərin axınına rast gəldilər. Bu iki cərəyan toqquşdu, qarışdı və güclü bir axının tərkibi oldu. Bu kütlə Avropanın içərilərinə daxil oldu və Roma imperiyasını məhv etməyə başladı, bir müddət sonra bu proseslərə slavyan tayfaları da cəlb olundular. == Gedişat == Qərbi qsiun-nu-nun nəsilləri olan tarixi hunlar Aral dənizinin şimalındakı çölləri tərk etdilər və Avropaya üz tutdular. Təqribən 374-cü ildə, Cordanesin də dediyi kimi, hunlar Bulamerin rəhbərliyi altında Don çayını keçdilər, Terek və Kuban ərazilərində yaşayan alanları məğlub edərək özlərinə tabe etdilər. Dneprdən qərbdə hunlar ostqotlara hücum etdilər.
Şərq Xalqların Qurultayı
Birinci Şərq Xalqları Qurultayı — 1–7 sentyabr 1920 tarixləri arasında Bakıda, Komintern tərəfindən təşkil edilmiş bir beynəlxalq yığıncaq. == XX əsrin əvvəllərində Şərq xalqlarının milli-azadlıq hərəkatının yüksəlişi == 1920-ci ildə Yaxın və Orta Şərqin qovuşuğunda yeni bir dövlətin — əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycan SSR-in yaranması bu regiondakı ölkələrin qarşılıqlı münasibətlərinə və ictimai-siyasi vəziyyətə təsir göstərməyə bilməzdi. İran xalqlarının ingilis imperialistlərinə qarşı mübarizəsi gücləndi. Bu mübarizənin mərkəzi Cənubi Azərbaycan idi. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında İran Demokrat partiyasının başçılıq etdiyi demokratik milli-azadlıq hərəkatı 1919-cu ilin avqustunda imzalanmış təhqiramiz İngiltərə — İran müqaviləsinin ləğvini, azad seçkilər keçirilməsini və respublika quruluşunun yaradılmasını tələb edirdi. Güclənməkdə olan demokratik milli-azadlıq hərəkatının təzyiqi altında 1920-ci ilin iyununda İranın ingilispərəst hökuməti istefa verməyə məcbur oldu. 1920-ci il iyunun 24-də Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə milli-demokratik hökumət təşkil edildi. Elə həmin vaxt Gilan Respublikası elan olundu. Bu münasibətlə 1920-ci il iyunun 4-də Rəştdə böyük mitinq keçirildi. Cənubi Azərbaycandakı, Gilan və Mazandarandakı üsyanların təsiri altında Tehranda, İsfahanda, Xorasanda və İranın başqa vilayətlərində ingilis imperialistlərinə qarşı mübarizə gücləndi.
Xalqların Demokratik Konqresi
Xalqların Demokratik Konqresi (XDK; türk. Halkların Demokratik Kongresi, HDK) — Türkiyədə çoxlu solçu siyasi hərəkatların, təşkilatların və partiyaların ittifaqı. Məqsədi Türkiyə siyasətini əsaslı şəkildə yenidən yaratmaq və etnik, dini və ya cinsi ayrı-seçkiliklə üzləşən istismar edilmiş şəxsləri təmsil etməkdir. Konqres antikapitalistdir və 15 oktyabr 2011-ci ildə təsis edilmişdir. Çoxsaylı konfranslar təşkil edir və rəsmi konqreslər keçirir. 2012-ci ildə Konqres onun siyasi qanadı kimi fəaliyyət göstərəcək yeni partiya – Xalqların Demokratik Partiyası (HDP) təsis etmişdir. Solçu qrupların oxşar ittifaqı olan "Birləşmiş İyun Hərəkatı" 2014-cü ildə təsis edilmişdir. == Məqsədlər == Konqres dini və ya etnik ayrı-seçkiliklə üzləşən istismar edilən fərdlər, eləcə də azlıqlar üçün platforma təmin etmək məqsədi daşıyır. Konqres qadın hüquqlarının tərəfdarıdır və beləliklə, bir kişi və bir qadın sözçü ilə birgə liderlik sistemi fəaliyyət göstərir. Konqres xüsusilə kürd azlığını təmsil etmək məqsədi daşıyır və azlıqların hüquqlarının konstitusiya ilə təsbit edilməməsini tənqid edir.
Xalqların Birləşmiş İnqilab Hərəkatı
Xalqların Birləşmiş İnqilab Hərəkatı (XBİH; türk. Halkların Birleşik Devrim Hareketi ; HBDH) — Türkiyədə əksəriyyəti kürd solçu, inqilabçı sosialist və kommunist olan on ifrat sol təşkilatın ittifaqı. Alyans 12 mart 2016-cı il də elan edilmişdir. Məqsədi seçilmiş Türkiyə hökumətini devirməkdir. O vaxtdan bəri Türkiyədə təhlükəsizlik işçilərinə qarşı bir neçə hücumun məsuliyyətini üzərinə götürmüşdür. == Zəmin == Alyans Türkiyədə Ərdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) hökumətinə qarşı mübarizəyə sadiq olduqlarını bəyan etmək üçün 12 mart 2016-cı ildə təsis olunduqlarını elan etmişdir. Bu tarix 1971-ci il Türkiyə hərbi memorandumunun 45-ci, Qazi məhəlləsindəki iğtişaşların 21-ci və 2004-cü il Qamışlı iğtişaşlarının 12-ci ildönümü idi. Bu hadisələrin hər üçü alyansın "inqilab, demokratiya və sosializm uğrunda mübarizəmizə qalib gəlmək" missiyasını xatırladır. Alyans hesab edir ki, AKP Türkiyədə 12 mart 1971-ci ildə qurulan diktaturanı faktiki olaraq bərpa edərək yeni rəhbərliyi həyata keçirməyə çalışır. Alyansın beş üzvü (TKP/ML, MLKP, TKEP/L, İnqilabçı Qərargah və MLSPB) həmçinin Rojava münaqişəsində Suriya Demokratik Qüvvələrinə dəstək verən xarici döyüşçülərdən ibarət Beynəlxalq Azadlıq Batalyonunun üzvləridir.
Xalqların Demokratik Partiyası (Türkiyə)
Xalqların Demokratik Partiyası (türk. Halkların Demokratik Partisi; kürd. Partiya Demokratîk a Gelan) — 15 oktyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiyadır. Partiyanın nizamnaməsinə görə, onun rəsmi abbreviaturası "HDP"dir. Onun simvolu gövdə hissəsi iki əldən ibarət olan ağac təsviridir. Partiya həmsədrləri Sultan Özcan və Cahit Kırkazakdır. Yavuz Önen və Fatma Gök tərəfindən Xalqların Demokratik Qurultayının parlamentdə siyasi partiya ilə təmsil olunması qərarı ilə təsis edilib. 27 oktyabr 2013-cü il tarixində keçirilən 1-ci Fövqəladə Baş Assambleyada İstanbul millət vəkili Səbahat Tuncel və Mersin Millət vəkili Ərtoğrul Kürkçü həmsədr təyin edildi. 22 iyun 2014-cü il tarixində toplanan 2-ci Fövqəladə Qurultayda HDP həmsədrləri Van milləy vəkili Figən Yüksəkdağ və Hakkari millət vəkili Səlahəddin Dəmirtaşın üzərinə götürdü. 3 fevral 2017-ci ildə çağırılan 3-cü Fövqəladə Qurultayda Figən Yüksəkdağın mühakimə olunduğu üçün siyasi hüquqlarından məhrum edilməsindən sonra Sərpil Kemalbay Pekgözegü həmsədrliyi Səlahəddin Dəmirtaşla paylaşdı.
Yerli Xalqların Hüquqları üzrə Bəyannamə
Yerli Xalqların Hüquqları üzrə Bəyannamə (ing. Declaration on the Rights of Indigenous Peoples) — 13 sentyabr 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinın 62-ci sessiyasında qəbul edilmiş sənəd. == Sənədin məzmunu == Bu sənəd yerli xalqların ləyaqətli bir yaşamaq, öz mədəniyyətlərini və öz təsislərini qorumaq və inkişaf etdirmək hüququnu, habelə insanların öz ehtiyaclarına və istəklərinə ən uyğun hesab etdikləri istiqamətdə insanları inkişaf etdirmək hüququnu elan edir. Sənəd yerli xalqların öz müqəddəratlarını təyinetmə hüququnu təsdiqləyir və bu hüququn nəticəsi olaraq yerli xalqların siyasi statuslarını müəyyənləşdirmək və iqtisadi, sosial və mədəni inkişaflarını davam etdirmək azadlığından bəhs edir. == Sənədin qəbul tarixçəsi == Bu sənədin layihəsi 20 il ərzində hazırlanmışdır. Ən gərgin müzakirələr torpaq, resurslar, qrup və fərdi hüquqlarla bağlı idi. Yerli Xalqlar üzrə İşçi Qrupu 1982-ci ildə BMT-nin İqtisadi və Sosial Şurasının qərarı ilə yerli xalqlar üçün insan hüquqları standartlarını inkişaf etdirmək məqsədi ilə yaradılmışdır. 1985-ci ildə yerli xalqların hüquqları ilə bağlı bir bəyannamə layihəsi hazırlamaq üçün bir işçi qrupu başladı. Səkkiz il sonra, 1993-cü ildə İşçi Qrup bəyannamə layihəsinin mətni üzərində işi tamamladı. BMT-nin Ayrı-seçkiliyin Qarşısının Alınması və Azlıqların Müdafiəsi üzrə Alt Komissiyası 1994-cü ildə layihənin mətnini təsdiqlədi və BMT-nin İnsan Hüquqları Komissiyasına baxılması üçün təqdim etdi.
Xalqların Bərabərlik və Demokratiya Partiyası
Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM Partiya (ilkin versiyası ilə HEDEP), 2023-cü ilədək Yaşıllar və Sol Gələcək Partiyası — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəş və insan surətindən ibarətdir. Onun həmsədrləri Tuncər Bakırhan və Tülay Hatimoğulları Orucdur. Xalqların Bərabərlik və Demokratiya Partiyası 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının Yaşıllar və Sol Gələcək Partiyası adı altında birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir. Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir. == Tarixi == Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu. Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi. Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi. Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.
Xalqların Demokratik Partiyasının bağlanması işi
Xalqların Demokratik Partiyasının bağlanması işi — Xalqların Demokratik Partiyasının (HDP) bağlanmaqla hədələndiyi, yüzlərlə siyasətçisinin isə beş il müddətinə siyasi qadağa ilə üzləşdiyi hüquqi prosedur. HDP-nin Kürdüstan Fəhlə Partiyası (PKK) ilə təşkilati əlaqələri olmaqda ittiham edilmişdir. == Zəmin == Keçmişdə bir neçə kürdyönümlü partiyalar qadağan edilmişdir. Həmçinin, kürdyönümlü siyasətçilər tez-tez qanuni təqib və həbs cəzaları ilə üzləşmişlər. Daxili İşlər Nazirliyi 2019-cu ilin mart ayında keçirilən bələdiyyə seçkilərindən bəri onlarla seçilmiş HDP bələdiyyə sədrini vəzifəsindən azad etmiş, İslam Dövlətinin (İD) həyata keçirdiyi Kobaninin mühasirəsi zamanı Kobanidə kürd əhaliyə dəstək verən Kobani etirazlarına görə yüzdən çox siyasətçi ömürlük həbslə hədələmişdir. Türkiyə hökumətinin bir neçə nümayəndəsi HDP-ni terror təşkilatı olmaqda ittiham etmiş və MHP lideri Dövlət Baxçalı onun bağlanmasını tələb etmişdir. Baxçalı bildirmişdir ki, dövlət ittihamçısı bağlanma işi başlamazsa, MHP-nin özü Türkiyə Partiya qanunu ilə bağlı onun bağlanmasını tələb edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da partiya liderlərini terrorçu adlandırmışdır. Millət vəkili Maral Danış Beşdaş məhkəmənin partiyanın bağlana biləcəyini, ancaq partiyanın hərəkatının bağlana bilməyəcəyini bildirmişdir. Partiyanın həmsədri Mithat Səncər kürdyönümlü partiyaların bağlandığı vaxtlarda olduğu kimi, hərəkatın başqa bir partiyada yenidən toplanacağını qeyd etmişdir.
Xalqların məbədi
"Xalqlar məbədi" (ing. Peoples Temple,) — 1955-ci ildə İndiana ştatının İndianapolis şəhərində Cim Cons tərəfindən əsası qoyulmuş yeni dini hərəkat (həmçinin dağıdıcı kult və totalitar sekta kimi müəyyən edilir). Cons Xalqlar Məbədini xristianlığın elementlərini kommunist və sosialist ideyaları ilə birləşdirən, həmçinin irqi bərabərliyə üstünlük verən mesajı yaymaq üçün istifadə edirdi . Xalqlar Məbədi 1978-ci il noyabrın 18-də Qayanada baş verən hadisələrlə, onun Constaun adlı ucqar yaşayış məntəqəsində kütləvi intihar nəticəsində 909 nəfərin ölümü, həmçinin ABŞ konqresmeni Leo Rayan və onun nümayəndə heyətinin qətli ilə məşhurdur. Constaun kütləvi intiharları 11 sentyabr terror hücumlarına kimi ABŞ vətəndaşlarının ən çox həlak olduğu hadisə sayılır. Qrup 1960-cı illərdə Kaliforniyaya köçdü və San-Fransiskodakı qərargahı da daxil olmaqla bütün ştatda bir neçə filiallar yaratdı. Fəaliyyətinin zirvəsində məbədin 20.000 üzvü (əslində, 3–5 min daha çox) olduğu ehtimal olunur və bir çox solçu siyasi xadimlərlə əlaqəsi var idi. == Formalaşması (1955–1965) == === İndianapolisdə genişlənmə === Xalqlar Məbədinin qurucusu Cim Uorren Cons 1931-ci ildə İndiana ştatının Krit şəhərində anadan olub. O, uşaqlıqdan dinlə maraqlanıb, yeniyetmə yaşlarından küçələrdə təbliğat aparıb. Kilsə yaranmazdan əvvəl Cim Cons kommunizmə heyran olmuş və ABŞ-də kommunistlərin təqibindən məyus olmuşdu .
Xalqların Bərabərliyi və Demokratiya Partiyası
Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM Partiya (ilkin versiyası ilə HEDEP), 2023-cü ilədək Yaşıllar və Sol Gələcək Partiyası — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəş və insan surətindən ibarətdir. Onun həmsədrləri Tuncər Bakırhan və Tülay Hatimoğulları Orucdur. Xalqların Bərabərlik və Demokratiya Partiyası 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının Yaşıllar və Sol Gələcək Partiyası adı altında birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir. Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir. == Tarixi == Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu. Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi. Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi. Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.
Azərbaycan Xalqlarının Bərabərlik Partiyası
Azərbaycan Xalqlarının Bərabərlik Partiyası və ya əvvəlki adı ilə Talış Xalq Partiyası (tal. Tolyšə Xəlği Partijə) — Azərbaycanda talış siyasi partiyası. 1991-ci ildə təsis edilmiş və 1993-cü ildə ləğv edilmişdir. == Tarixi == Talış Xalq Partiyası (TXP) 1989-cu ildə yaradılmış Talış Milli Dirçəliş Partiyasının əsasında təsis edilmişdir. "Talış Milli Dirçəliş Partiyası"nın məqsədi talışların bir millət kimi hüquqlarını qorumaq və uzunmüddətli perspektivdə, konstitusiya ilə tanınacaq Talış-Muxtar Respublikasının yaradılması uğrunda mübarizə aparmaq idi. Belə bir tələbin tarixi əsası Qacar dövləti ilə müharibədən sonra Rusiya imperiyasına birləşdirilənə qədər paytaxtı Lənkəran olan Talış xanlığının mövcudluğu idi. 1991-ci ilin payızında Talış Milli Dirçəliş Partiyası yenidən Talış Xalq Partiyasına çevrilmişdir, 1992-ci ilin iyulunda onun təsis qurultayı keçirilmişdir. Qurultayda çıxış edən Azərbaycan Elmlər Akademiyasında fizika-riyaziyyat elmləri namizədi Hilal Məmmədov partiyanın sədri seçilmişdir. Partiya rəhbərləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini və talış xalqının gələcək inkişafını yalnız Azərbaycan dövləti kontekstində nəzərdən keçirdiklərini vurğulamışdılar. Azərbaycan hakimiyyəti partiyanı Talış Xalq Partiyası adı altında qeydiyyatdan keçirməkdən imtina etdiyi üçün onun adı dəyişdirilərək Azərbaycan Xalqlarının Bərabərliyi Partiyası adlandırılmışdır.
Bakıda şərq xalqlarının I qurultayı
Birinci Şərq Xalqları Qurultayı — 1–7 sentyabr 1920 tarixləri arasında Bakıda, Komintern tərəfindən təşkil edilmiş bir beynəlxalq yığıncaq. == XX əsrin əvvəllərində Şərq xalqlarının milli-azadlıq hərəkatının yüksəlişi == 1920-ci ildə Yaxın və Orta Şərqin qovuşuğunda yeni bir dövlətin — əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycan SSR-in yaranması bu regiondakı ölkələrin qarşılıqlı münasibətlərinə və ictimai-siyasi vəziyyətə təsir göstərməyə bilməzdi. İran xalqlarının ingilis imperialistlərinə qarşı mübarizəsi gücləndi. Bu mübarizənin mərkəzi Cənubi Azərbaycan idi. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında İran Demokrat partiyasının başçılıq etdiyi demokratik milli-azadlıq hərəkatı 1919-cu ilin avqustunda imzalanmış təhqiramiz İngiltərə — İran müqaviləsinin ləğvini, azad seçkilər keçirilməsini və respublika quruluşunun yaradılmasını tələb edirdi. Güclənməkdə olan demokratik milli-azadlıq hərəkatının təzyiqi altında 1920-ci ilin iyununda İranın ingilispərəst hökuməti istefa verməyə məcbur oldu. 1920-ci il iyunun 24-də Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə milli-demokratik hökumət təşkil edildi. Elə həmin vaxt Gilan Respublikası elan olundu. Bu münasibətlə 1920-ci il iyunun 4-də Rəştdə böyük mitinq keçirildi. Cənubi Azərbaycandakı, Gilan və Mazandarandakı üsyanların təsiri altında Tehranda, İsfahanda, Xorasanda və İranın başqa vilayətlərində ingilis imperialistlərinə qarşı mübarizə gücləndi.
Qafqaz ölkəsi və xalqlarının təsviri üçün materiallar»
"Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu" (QƏXTMT) — rus dilində Сборник материалов для описания местностей и племён Кавказа (SMOMPK). Jurnal Tiflis Qafqaz Tədris Dairəsi İdarəsi tərəfindən 1881-ci ildən başlayaraq, nəşr edilmişdir. == Haqqında == 1881-ci ildən başlayaraq Qafqaz Tədris Dairəsi İdarəsinin vəkili Yanovski nəşrə rəhbərlik edirdi (1902-ci ildə vəfat etmişdir). Jurnalda Qafqazın tarixi, arxeologiyası, dilçiliyi və etnoqrafiyası üçün geniş material, onların tarixinə dair məqalələr yer almışdır. Qafqaz xalqlarının lüğətləri və mətnləri, narlar haqqında əfsanələr, böyük rus və xarici mahnıları, gürcülərin, azərbaycanlıların, osetinlərin, dağ yəhudilərinin və digər Qafqaz xalqlarının həyatı və adətlərinə dair məqalə və materiallar böyük elmi marağa olmuşdur. Çoxcildli əsər Qafqazın son fəthindən sonra tədqiqatçılar tərəfindən toplanan gündəlik həyat, yazı, həyat tərzi, adət-ənənələr, folklor və və s. haqqında məlumatları özündə cəmləşdirir. Nəşrdə kəndlərin və şəhərlərin təsvirləri, onların tarixi, həyatı və əhalinin sənətkarlıqları haqqında oçerklər yer almışdır. Tarixi, lirik, məişət və ritual mahnıları, əfsanələr, Qafqaz xalqlarının dilinin gözəlliyini və mənəvi mahiyyətini açır. Bu nəşrin elmi dəyəri 1893-cü ildə "Xalq Təhsili Nazirliyinin Jurnalı"nda dərc olunmuş geniş icmallarda professor V.F.Miller tərəfindən tanınmışdır.
Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu

Rusiya Xalqlarının Hüquq Bəyannaməsi
Rusiya Xalqlarının Hüquq Bəyannaməsi — Sovet Rusiyasının ilk hüquqi aktlarından biri. == Tarixi == Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarları Soveti tərəfindən 1917-ci il noyabrın 2 (15)-də təsdiq edilmişdi. Bəyannamədə "Lenin milli siyasəti"nin aşağıdakı əsas prinsipləri elan olunmuşdu: Rusiya xalqlarının bərabərliyi və suverenliyi; Rusiya xalqlarının azad surətdə öz müqəddəratını təyin etməsi (ayrılmaq və müstəqil dövlət yaratmağa qədər); bütün milli və milli-dini imtiyaz və məhdudiyyətlərin ləğvi; Rusiyada azlıqda qalan xalq və etnik qruplarının müstəqil inkişafı. Lakin sovet Rusiyası bu bəyannaməni, demək olar ki, həyata keçirmədi, Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranmasınadək (1917, noyabr -1922, dekabr) keçmiş Rusiya xalqlarının müstəqil dövlət yaratmaq hüquqlarını açıq-aşkar pozdu. Sovet Rusiyası Azərbaycan Xalq Cümhuriyyətini tanımaqdan imtina etdi. 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə 11-ci Qırmızı ordu onun varlığına son qoydu, ərazisini işğal etdi. Şimali Azərbaycan yenidən Rusiyaya qatıldı. Çox keçmədən keçmiş Rusiya imperiyasının ərazisində yaranmış digər müstəqil dövlətlərin də varlığına son qoyuldu. Sonra isə onlar SSRİ-nin tərkibində birləşdirildi (1922, dekabr). Bu siyasət özünü doğrultmadı, 1991-ci ilin dekabrında SSRİ süquta uğradı.
SSRİ Xalqlarının Spartakiadası (film, 1966)
== Məzmun == Kinolent 1966-cı ildə keçirilmiş SSRİ Xalqlarının Spartakiadası haqqındadır. == Film haqqında == Film Azərbaycan Bədən Tərbiyəsi və İdman Komitəsinin sifarişi ilə çəkilmişdir.
SSRİ Xalqlarının Spartakiadasında futbol
SSRİ Xalqlarının Spartakiadasında futbol — Milli futbol yığmalarının SSRİ Xalqlarının Spartakiadasında qarşılaşdığı turnir. == Nəticələr == Aşağıdakı cədvəldə SSRİ Xalqlarının Spartakiadasının futbol turnirlərinin qalibləri haqqında ümumi məlumat qeyd olunmuşdur.
Tatarıstan xalqlarının Dostluq evi
Tatarıstan xalqlarının Dostluq evi (Tat. Татарстан халыкларының Дуслык йорты) Tatarıstan xalqlarının mədəniyyətlərinin dirçəlişi, qorunması və inkişafı ilə məşğul olan Tataristan respublika təşkilatıdır. Təşkilat 1999-cu ildə açılmışdır. Pavlyuxina küçəsi 57-də yerləşir. == Tarix == 1992-ci ildə, Tatarıstan Xalqlarının birinci qurultayında, əvvəlcə 9 etnik icmanın nümayəndələrini əhatə edən Tatarıstan Respublikasının Milli-Mədəniyyət Cəmiyyətləri Birliyi (ANKO RT, indiki Tatarıstan Xalqları Məclisi) yaradıldı. 1999-cu ildə respublika hökuməti Tatarıstan Xalqlarının Dostluq Evinin yaradılması üçün Kazanın mərkəzində ayrıca bir bina inşa etdi. 26 May 1999-cu ildə açılış mərasimi keçirildi. Bu təşkilatın məqsədi "Tatarıstan Respublikası xalqlarının mədəniyyətlərinin dirçəlişi, qorunması və inkişafı üçün ictimai milli-mədəni təşkilatlara dövlət dəstəyi təmin etmək" idi. 2005-ci ildə Tatarıstan Respublikasının Prezidenti Mintimer Şaimiev, Xalqlar Dostluğu Evinə respublika büdcəsindən maliyyələşdirilən və müstəqil respublika təşkilatı statusu verən "Tataristan Xalqlarının Dostluq Evi haqqında" fərman imzaladı. Təşkilatın qurucusu Tatarıstan Respublikasının Nazirlər Kabineti idi və bu təşkilat birbaşa Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyinə tabe oldu.
Türk (türk xalqlarının əfsanəvi əcdadı)
Türk — türklərin əfsanəvi əcdadı, bəzi mənbələrə görə Bibliyadakı Yafətin oğlu, Nuhun nəvəsi. Türkün Yafətin nəslindən gəlməsi erkən dövr müsəlman etnogenealogiyalarında qeyd edilir. Əbulqazi Bahadır xanın "Şəcərəyi türk" əsərinə görə Türk Yafətin səkkiz oğlundan biridir və Yafət Türkü öz yerinə seçərək digər oğullarına onu hökmdar kimi tanımağı və ona tabe olmağı əmr edir. Əfsanəyə görə oğuz türklərinin əcdadı Oğuz xan Türkün nəslindəndir. == Tarixi mənbələrdə qeyd edilməsi == === Orta əsrlərdə === Hələ VIII əsrə aid ərəb dilində yazılmış əsərlərdə görülən ilk müsəlman etnogenealogiyalarında türklər slavyanlar və Yəcuc və Məcuc xalqları ilə birlikdə Yafət nəslinə aid edilir. Təbəri (IX–X əsrlər) Yafətin nəslindən gələnlər arasında ət-Türkün adını çəkir, digər bir yerdə isə ibn İshaqa (VIII əsr) istinad edərək təkrar onun adını çəkir. X əsr yaşamış Məsudi "oğlaq altında", yəni şimalda yaşayan Yafət nəslinin nümayəndələri haqqında yazırdı; onların arasında ət-Türk də var idi. X əsrə aid anonim müəllif tərəfindən yazılmış "Müxtəsər əl-əcaib" əsəri Yafətin nəslindən gələnlərə ət-Türkü də aid edirdi. Anonim müəllif tərəfindən farsca yazılmış "Mücmal-ət-təvarix" əsəri (XII əsr) türklərin Yafətin nəslindən olduğu qeyd edilir, soy başlarının arasında Türkün də adını çəkir. Tarix, ilahiyyat və tibb mövzusunda ərəbcə əsərlər yazmış İsgəndəriyyə patriarxı II Evtixiy və ya daha çox tanındığı adı ilə Səid ibn Batrik (X əsr) də Ət-Türkü Yafətin nəslindən gələnlər arasında çəkir.
Türk xalqlarının mifologiyası
Türk xalqlarının mifologiyası və ya qısaca Türk mifologiyası — müasir türk xalqlarının zəngin mənəvi mədəniyyətinin çox mühüm və gərəkli ünsürlərindən biri. Əcdadların uzaq keçmişdə, mifoloji dövrün başlanğıcında qoyduğu adət-ənənələrə qəti inam və onlara mütləq riayət olunması nəticəsində mifoloji cəmiyyətlərdə ixtilaf, pozğunluq olmur; burada hamı eyni cür düşünür və eyni cür hərəkət edir, miflərdə əcdadları barədə deyilən eyni simvolik obrazlara inanırlar. Türk mifologiyasında totemizmin izləri özünü bariz şəkildə göstərir. Bunu görkəmli tədqiqatçı Bahəddin Ögəlin “Türk mifologiyası” adlı kitabı da təsdiq edir. Müəllif burada vaxtilə türklərdə mövcud olmuş müxtəlif totemlərin izləri haqqında geniş məlumat verərək qeyd edir ki, Çin mənbələrinə görə, Göytürk xaqanlığı içərisində və Altay dağlarında yaşayan tarduş türklərinin əcdadı “qurd başlı bir insan” imiş. Onun fikrinə görə, bu da qədim türk totemizminin bir izi sayılmalıdır . Tədqiqatçı türklərdə qurdla bağlı inamlara toxunaraq, qədim türklərin totemlərindən biri kimi qurddan geniş söhbət açmışdır. V.Həbiboğlu da türk xalqlarının zoomorfik təsəvvüründə qurd toteminin xüsusi yer tutduğunu qeyd edərək, gətirdiyi nümunələr əsasında onu ətraflı tədqiq etmişdir . Qədim türklərdə ruh, onun ölməzliyi və o biri dünyanın mövcud olması haqqında animistik təsəvvürlər geniş yayılmışdır. Məsələn, yakutlarda ölənin ruhu ilə əlaqədar müxtəlif adətlər mövcud idi.
Türk xalqlarının xronologiyası (500-1300)
Aşağıda VI-XIV əsrlər arasındakı Türk xalqları tarixinin müəyyən edilmiş zaman xronologiyası verilmişdir. Anadolu Səlcuqlu dövlətinin xronologiyası bu zaman xronologiyasında yer alsa da, Səlcuqlu Rum sultanlığı üçün daha ətraflı xronologiyaı üçün Anadolu Səlcuqlu dövlətinin xronologiyasına baxın. Çağdaş Türkiyə Respublikasının və qanuni sələfinin xronologiyası üçün Osmanlı imperiyasının xronologiyası və Türkiyə tarixinin xronologiyasına baxın. Bu zaman xronologiyasında qeyd olunanların xaricində, türk xalqları Azərbaycan və Orta Asiya respublikaları ilə yanaşı Rusiya, Çin və İran kimi Osmanlı imperiyası və Türkiyə ərazisindən kənarda yaşamışlar.
Zaqafqaziya xalqlarının dostluğu (film, 1942)
== Məzmun == Film müharibə şəraitində Zaqafqaziya xalqlarının dostluğundan, onların ümumi düşmənə-faşizmə qarşı apardıqları mübarizədən danışır. == Filmin heyəti == Operator: Vladimir Yeremeyev, Leonid Koretski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 84.
İran türkdilli xalqlarının sayı
İran türkləri — İran əhalisinin təxminən 1/5-ni təşkil edirlər və sayları təxminən 35 milyon nəfərdir. İrandakı türkdilli xalqları əsasən üç böyük bölgədə yaşayırlar. İranın şimalında, şimal-qərb və mərkəz və cənubunda yerləşən əyalətlər. İranın şimal-qərb bölgələrində yerləşən əyalətlər tarixi Cənubi Azərbaycan ərazisində yerləşirlər. Şimal-şərq bölgəsində yerləşən əyalətlər, tarixi Xorasan ərazilərindədir. İranın mərkəzində və cənubunda olan və türkdilli xalqların yaşadığı əyalətlər, Fars əyalətinə şamil olunurlar. == Bölgələr == === Cənubi Azərbaycan === Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar, tarixi Azərbaycan bölgələri ərazisində, həmçinin ondan kənarda, İranın digər əyalət və bölgələrində yaşamaqdadırlar. Bunlar Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Mərkəzi, Gilan, Kürdüstan, Kirmanşah, Əlburz, Tehran və Qum bölgələridir . İran azərbaycanlılarının sayı 1998-ci ildə ethnologue saytının təxmini hesablamasına görə, 13,5 milyon nəfər imiş. Bu sayı indiki dövr artımı ilə 20 milyon nəfər hesab etmək olar .
Şimal Xalqlarının İnstitutu
Şimal Xalqlarının İnstitutu — Rusiyanın Sibir, Uzaq Şərqdə yaşayan 30-dan çox azsaylı yerli xalqları üçün pedaqoji və elmi kadrlar hazırlayan ixtisaslaşmış yeganə ali məktəb. Aleksandr Qertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin tərkibinə daxildir. == Mənbə == Gersen ad.
Şimali Amerikanın yerli xalqlarının uzun evləri
Şimali Amerikanın yerli xalqlarının uzun evləri — Şimali Amerikanın müxtəlif yerlərində yerli Amerika və Birinci millətlər xalqları tərəfindən tikilmiş uzun evlər. Bəzən icma yığıncaqları üçün ayrıca uzun evlər tikilirdi. == Şimal-qərb sahilində == Şimali Amerikanın Sakit okean sahilinin şimal-qərbindəki yerli xalqlar da uzun ev forması tikmişdilər. Onlarınki odunlar və ya parçalanmış odun çərçivəsi ilə tikilmiş, parçalanmış odunlar və bəzən əlavə qabıq örtüyü ilə örtülmüşdür. Nəhəng tuya üstünlük verilən taxta idi. Varlılar fövqəladə böyük uzun evlər tikmişdilər. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Suttles, Wayne P.; Lane, Barbara. South Coakjn // Sturtevant, William C. (redaktor). Handbook of North American Indians. 7.

"xalqların" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xalqların nədir? #xalqların sözünün mənası #xalqların nə deməkdir? #xalqların sözünün izahı #xalqların sözünün yazılışı #xalqların necə yazılır? #xalqların sözünün düzgün yazılışı #xalqların leksik mənası #xalqların sözünün sinonimi #xalqların sözünün yaxın mənalı sözlər #xalqların sözünün əks mənası #xalqların sözünün etimologiyası #xalqların sözünün orfoqrafiyası #xalqların rusca #xalqların inglisça #xalqların fransızca #xalqların sözünün istifadəsi #sözlük