xalqları sözü azərbaycan dilində

xalqları

Yazılış

  • xalqları • 87.1307%
  • Xalqları • 12.8439%
  • XALQLARI • 0.0254%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Afrika xalqları
Afrika öz təbii şəraitinə görə, flora və faunasına, əhalinin antropoloji, etnik və linqvistik tərkibinə görə dünyanın ən rəngarəng materiklərindən biridir. Afrika öz böyüklüyünə görə Avrasiya materikindən sonra dünyada II yeri tutur və bütün quru sahəsinin 5-də birini təşkil edir. Afrikanın avropalılar tərəfindən tutulması ərəfəsində yerli əhalinin sayı dünya əhalisinin 20%-ni təşkil edirsə, 1960-cı illərdə bu göstərici 8%-ə enmişdir. XX əsrin 90-cı illərində Аfrikаdа 520 mln. nəfərdən аrtıq əhаli yаşаyırdı. Afrikada 3 böyük irqin nümayəndələri: Avropa, zənci və monqol irqləri, habelə keçid xarakterli vəqarışıq irqi tiplər mövcuddur. Afrikanın bütün Aralıq dənizi sahili boyunca başlıca olaraq avropa irqi nümayəndələri: ərəblər və bərbərlər yayılmışdılar. Bunlar qara saçlı, qara gözlüdürlər. Afrikanın cənubunda məskunlaşmış Avropa mənşəli əhali də bu irqin nümayəndələri hesab olunurlar. Lakin onların saçları, gözləri, dərilərinin rəngi bir qədər açıq piqmentlidir.
Alqonkin xalqları
Alqonkinlər — Şimali Amerikada dilcə qohum hindi tayfalar qrupu. Atlantik okeanı sahillərindən Qayalı dağlara qədər uzanan geniş ərazidə yaşayırdılar. Alqonkinlərin xeyli hissəsi Avropa müstəmləkəçiləri tərəfindən qırılmışdır. Sağ qalanları rezervasiyalarda yaşayırlar. Dilləri alqonkin dilləri ailəsinə mənsubdur. Əkinçilik və ovçuluqla məşğul olur, meşə təsərrüfatı və mədənlərdə işləyirlər. Alqonkinlərin dini totemizm və ona yaxın olan etiqaddır. == Adlandırma == Alqonkin adı ən dar (Algonquin) mənası ilə alqonkinləri və dillərini, ən geniş (Algonquian) mənası ilə də Alqonkin xalqları və dillərini ifadə edir. Alqonkin termini maliset dilindəki "elakómkwik" (ɛlæˈɡomoɡwik ;«bizim qohumlar») sözündən yarandığı iddia olunur. == Təsnifat == Mədəni cəhətdən alqonkinlər 4 qrupa ayrılır: 1.
Amerika xalqları
Amerika insanların yaranması zonasına daxil deyildir. Amerika müasir fiziki tipli insanlarla (Home Sapiens) məskunlaşmışdır. Yeni dünyanın ilkin sakinlərinin mədəni səviyyəsi Avropanın Mezolit və ya Son Paleolit mədəniyyətinə uyğun gəlir. Geoloji baxımdan Amerikada insanların ilkin məskunlaşması buzlaşma dövrünün sonlarına, 40 min il bundan əvvələ təsadüf edir. Amerikanın yerli əhalisinin böyük əksəriyyəti antropoloji baxımdan monqoloidlərə və avstropoloidlərə daha yaxındır. Hər iki əhali qrupu məhz Berinq boğazı vasitəsilə Amerika ərazisinə keçərək burada məskunlaşmışdır. Amerikanın kəşfi və məskunlaşma tarixini iki dövrə bölmək olar. Birinci dövr təxminən 40 min il bundan əvvəl başlayaraq, eramızın XV əsrin axırlarına qədər davam etmişdir. İkinci dövr isə X.Kolumbun adı ilə bağlı olan böyük coğrafi kəşflərdən başlayaraq dörd əsrdən çox davam etmişdir. Amerika tədqiqatçısı M.Suadeşin fikrincə, hələ 15-20 min il bundan əvvəl hindular vahid bir dilin ayr-ayrı dialektlərində danışırdılar.
Babadağ xalqları
Şahdağ xalqları və ya Şahdağ milli etnik qrupu və ya Şahdağlılar — azərbaycanlıların tərkib hissəsi; Azərbaycanın aborigen əhalisi; etnik azlıqlar.Şahdağ milli etnik qrupuna daxil olan etnoslar Quba rayonunun Buduq, Cek, Əlik, Haput, Qrız, Xınalıq və Yergüc kəndlərinin adlarına müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, qrızlılar, xınalıqlılar, yergüclülər adlanır. Say eetibarilə az olsalar da, bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir etnik qrupdur. Bu yeddi etnosun mərkəzi igamətgahları Şahdağ platosunda yerləşir və bir-birinə çox yaxındır. Azərbaycan Respublikasında yaşayan şahdağlıların ümumi sayı 45 min nəfərdir. XX əsrdə mövcud olmuş Sovet xalqı nəzəriyyəsi digər SSRİ xalqları, o cümlədən Qafqaz xalqları kimi Şahdağ xalqlarına da çox ziyan gətirmiş, bu xalqların bəzi adət-ənənələrinin ləğv olunması, yaxud unudulması ilə nəticələnmişdir. == Ümumi məlumat == Şahdağ xalqları Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün "Şahdağ etnik qrupu" və ya "Şahdağ xalqlarının nümayəndəsi" kimi fərqləndirilir. Sayca azlıq təşkil edən bu xalqlar tarixən Buduq, Cek, Əlik, Haput, Xınalıq, Qrız və Yergüc kəndlərində məskunlaşdıqları üçün müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, xınalıqlılar, qrızlılar və yergüclülər adlanırlar. Əcdadları Qafqaz albanları ehtimal olunan bu yeddiliyin hər birinin özünə xas adət-ənənəsi, mədəniyyəti, hətta ayrıca dili mövcuddur. Onlar mənsub olduqları kəndin dilində danışırlar. Yəni hər kəndin özünün dili var.
Dağıstan xalqları
Dağıstan xalqları == Dağıstan xalqları == === Nax-Dağıstan xalqları === Ağullar Axaxlar Andilər Arçinlər Avarlar Baqullar Bejtilər Botlixlər Çamalalılar Çeçenlər — kompakt şəkildə Xasavyurt və Novolak rayonlarında yaşayırlar. Dargilər Ginuxlar Hunzeblər Xvarşinlər Karatinlər Qodoberilər Laklar Ləzgilər Rutullar Saxurlar Sezlər Tabasaranlılar Tindallar === Türkdilli xalqlar === Azərbaycanlılar — kompakt şəkildə Dərbənd (58,1%), Tabasaran (19%), Rutul (4%) və Qızılyar (3 %) rayonlarında yaşayırlar.
Dəniz xalqları
Dəniz xalqı — Tunc dövrünün sonunda, e.ə. XIII əsrdə Şərqi Anadolu bölgəsi bölgəsi, Suriya, Fələstin, Kipr və Misiri işğal edən, Aralıq dənizində yaranmış xalqlardır. Misir ərazisinə 2 dəfə hücum etmişdilər. Birinci hücumları nisbətən uğurlu olsa da, ikinci hücumunda Misir fironu III Ramzes onları məğlub etmişdir. Bu məğlubiyyətdən sonra onlar Aralıq dənizinə köç etmişlər. Dəniz xalqı tərəfindən Het dövləti süquta uğradılmışdır. Dəniz xalqı təxminən e.ə. 1450 və e.ə. 1150-ci illər arasında mövcud olmuşdu. == Kontekst == XX əsrdə "Dəniz xalqı"nın vətənini Dorilər tərəfindən süqut edən "Mikeniya sivilizasiyası"nı hesab edirdilər: "Beləliklə, XIII və XI əsrlər arasına Mikeniya sivilizasiyası ağır məğlubiyyətə uğradıldı, hansı ki, bu məğlubiyyətdən sonra bir daha qüdrətini bərpa edə bilmədi".
Filippin xalqları
Filippin çoxmillətli dövlətdir, ölkədə yüzə yaxın xalq, etnik və subetnik qruplar yaşamaqdadır, onlar ölkədə yerləşəm yeddi min adadan 800-də yaşamaqdaırlar. Xalqların bir çoxu qohum, özlərindən daha çox olan xalqın içində qəbilə birliyi kimi yaşamaqdadır. Aetalardan və bəzi gəlmə qruplardan (çinlilər, avropalılar, hindistanlılar, ərəblər və başqaları) başqa ölkənin demək olar ki bütün yerli xalqları cənubi monqol irqinə mənsubdur və Avstroneziya dil ailəsinin Malayziya-Polineziya yarımailəsinin indoneziya dəstəsinin şimal qrupunda danışırlar.
Hindistan xalqları
Müasir dövrdə Hindistanın еtnik tərkibi bir nеçə yüz xalqdаn ibarətdir. Bu ölkədə аdivаsi, аkhа, аnqаm, аdаmаn, аpаtаni, аssаm, bаdаqа, bаyqа, bаlti, bеnqаl, bihаri, bоndо, burişi, bhili, bhоtiyа, bhutiyа, qоnd, qucаrаti, qucаri, dаrdı, cаrаvаrа, cаt, cuаnq, dоqrа, kаnnаrа, kristаnqi, khаsi, khаsı, khоndi, lаdаkhi, lеpçа, lisu, lоbа, mаqаri, mаlаyаli, mаlеr, mаnipuri, mаrаthi, minаrо, mоnpа, nаqа, оnqе, оrаоn, оriyа, pəncаbi, pаrs, pаhаri, rаcаstаni, rаcputi, rаi, sаvаrа, sаntаli, sеntinеli, sеrаiki, siddi, siqhi, sindhi, tаmаnqi, tаmil, tеluqu, tоdа, tripurа, hindustаni, hо, çаkmа, şеrp və s. хаlqlаr yаşаyır. Hindistan xalqları arasında sаycа ən çохu hindi, tеluqi, mаrаthа, bеnqаl, qucаrаt, kаnnаrа, pəncаblаr və bаşqа xalqlardır. Hindlilərin bir еtnоs kimi fоrmаlаşmаsındа farslar, ərəblər, türklər, əfqanlar, ingilislər iştirak etmişlər. Hindistan xalqlarının və irqi elementlərinin təsviri kifayət qədər mürəkkəb məsələdir. Bura daim dünyanın müxtəlif yerlərindən gələn fərqli etnosların qovuşduğu, qarşılaşdığı ərazi olmuş, bu prosesdə müharibələr, təqib, iqtisadi faktorlar mühüm rol oynamışdır. Fərqli irqi xüsusiyyətlərə malik etnoslar burada məskunlaşmış, qaynayıb-qarışmış, bu qarışıqlardan lokal xüsusiyyətlərə malik xalqlar yaranmış, Hindistanda rəngarəng insan cəmiyyətinin formalaşmasına gətirib çıxarmışdır. İngilis alimi Risley 1890-cı ildə elmi əsasda, yəni antropolometrik texnika ilə Hindistan xalqlarının irqi təsnifatını aparmışdır. O, 1901-ci ildə ingilis müstəmləkə hökuməti tərəfindən əhalinin siyahıya alınması komissiyasına rəhbər təyin olunmuşdur.
Roman xalqları
Roman xalqları (Roma şəhərinin latın dilində adından) — Roman dillərini istifadə edilməsi ilə birləşən müxtəlif etnogenetik köklü xalqlar qrupu..
Abxaz-adıge xalqları
Abxaz-adıge xalqları – Şimali Qafqazda , Cənubi Qafqazda, Yaxın Şərqdə və qismən dünyanın bir çox ölkələrində diasporalarında yaşayan və mənşəcə qohum olan xalqların – abxazlar, adıgelər, kabardalılar, şapsuqlar, abazinlər, ubıxlar və çərkəzlərin ümumi adı. Daha çox islam dini üstünlük təşkil edir. Az miqdarda pravoslavlar mövcud. Ateizm yetərincə geniş yayılmış. Abxaz-adıge xalqları Şimali Qafqazın ikinci böyük xalqlar qrupudur. == Ümumi məlumat == Abxaz-adıge dillərində danışırlar. Qədimdən Şimali Qafqazın cənub-qərbində, Kubanda və Qara dəniz sahillərində yaşamışlar. Abxaz-adıge xalqlarının etnogenezində skiflər, sarmatlar, alanlar və başqaları iştirak etmişlər. Kubanətrafı tayfalar antik müəlliflərin əsərlərində meotlar adı ilə qeyd olunmuşlar. Təqribən V–X əsrlərdə abxaz-adıge tayfaları ittifaqına zixlər başçılıq etdiyindən, bu ad ilə tanınmışlar.
Afrikanın yerli xalqları
Afrikanın yerli əhalisi, müstəmləkəçilərin gəlməsindən əvvəl orada yaşayan insanlar qrupudur.
Avstraliya–Okeaniya xalqları
Avstraliya–Okeaniya xalqları — Dünya xalqları ailəsindən Avropalılar tərəfindən dünyanın beşinci qitəsi kimi kəşf olunan Avstraliyanın sahəsi 7,7 milyon kv.km-dir. Okeaniyanın sahəsi isə 1,3 milyon kv.km-dir. Geoloji baxımdan Avstraliya materiki dünyanın ən qədim kontinentidir. Ən yüksək nöqtəsi isə materikin şərqində yerləşən Kostyuşko zirvəsidir və dəniz səviyyəsindən hündürlüyü 2200 metrdir. Avstraliya tropik və subtropik zonada yerləşməklə faunası yoxsuldur. Materik tektonik cəhətdən ən sabit region hesab olunur. Avstraliya və Okeaniyanın əhalisinin mənşəyi barədə bir çox alimlər müxtəlif fikirlər söyləyir və bu yerlərin məskunlaşması tarixini araşdırmağa təşəbbüs göstərirlər. Son 20-25 il ərzində bu problemin öyrənilməsi arxeoloji qazıntı materiallarına və bu bölgədəki mövcud dillərin dərin etnolinqvistik təhlilinə əsaslanaraq tam elmi bünövrə üzərinə qoyulmuşdur. Bu tədqiqatlardan aydın olur ki, bu ərazidə ilk dəfə Avstraliya və Yeni Qvineya məskunlaşmışdır. Bütün tədqiqatları və etnolinqvistik xüsusiyyətləri nəzərə alaraq Okeaniyada aşağıdakı tarixi-mədəni rayonları qeydə almaq mümkündür: == Təsnifat == Papuasiya; Melaneziya; Avstromelanezasiya; Melano-Polineziya; Hind-Mikroneziya; Mikroneziya; Polineziya.
Bima-Sumban xalqları
Bima-Sumban xalqları - Şərqi İndoneziyada, Kiçik Zond adalarında (Qərbu Nusa-Tenqqara və Şərqi Nusa-Tenqqara əyalətləri) yaşayan Avstroneziya xalqları qrupu: bimalar Sumbava adasının şərqində (586 min nəfər, 2000), manqqarailər (586 min nəfər), endelər (120 min nəfər), nqadalar (70 min nəfər), nagelər və keolar (114 min nəfər) liolar (179 min nəfər) və b. Flores adasının qərbində:sumbalar (kamberalar, lauralar, mamborular, kodilər və başqaları da daxil olmaqla 235 min nəfər, Sumba adasında; havular (savular: 115 min nəfər) Savu adasında yaşayırlar. Ümumi sayları 2 milyon nəfərdən çoxdur. == Dilləri və dinləri == Bima-Sumban xalqlarının təqribən 20 dili Avstroneziya dillərinin Mərkəzi Malayya-Polineziya qolunun Bima-Sumban qrupunu təşkil edir. Onların antropoloji tipində protoavstraliya substratının və Cənubi Asiya komponentlərinin izləri müşahidə olunur. Manddarailər və xüsusilə bimalar arasında müsəlmanlar; simbalar, nqadalar, liolar, naqelər, keolar və endelər arasında xristianlar; havular arasında isə ənənəvi etiqadlarını saxlayanlar üstünlük təşkil edirlər. == Əsas məşğuliyyətləri == Əsas ənənəvi məşğuliyyətləri toxa əkinçiliyidir. Əsasən çəltik və digər dənli bitkilər becərirlər. (onların Qərbi İndoneziyadan gətirildiyi ehtimal olunur). Ənənəvi yerli bitkilər köküyumrulardır (yams, taro, maniok).
Braziliyanın yerli xalqları
Braziliyanın yerli xalqları (port. povos indígenas no Brasil) — və ya Braziliya hindiləri çox sayda fərqli etnik qruplardan ibarətdir ki, 1500 ətrafında olan Avropa işğalından əvvəl ölkədə məskunlaşmışlar.
Cənubi Qafqaz xalqları
Cənubi Qafqaz xalqları Cənubi Qafqaz dillərində danışan xalqlardır. Gürcülər, minqrellər, lazlar və svanlar bu qrupun indiki nümayəndələridir.
Dünya xalqları ədalətliləri
"Dünya xalqları ədalətliləri" və ya "Beynəlxalq ədalətlilər" (ivr. ‏חסידי אומות העולם‏‎) — 1951-ci il "Holokost xatirəsi haqqında İsrail qanunu”na əsasən, Avropanın nasistlər tərəfindən işğalı zamanı və "Holokost” illərində öz həyatlarını təhlükəyə ataraq minlərlə yəhudini xilas etmiş qeyri-yəhudilərə verilən fəxri addır. 1963-cü ildən etibarən İsrail Ali Məhkəməsi hakiminin rəhbərlik etdiyi komissiya "Beynəlxalq ədalətlilər"in mükafatlandırılması vəzifəsini həyata keçirir. Bu ada layiq görülən şəxs, üzərində adının qeyd olunduğu medalla mükafatlandırılır, həmçinin, adı Qüdsdə yerləşən "Yad va-Şem" muzeyinin ərazisində yerləşən "Ədalətlilər bağçası”nın Şərəf Lövhəsində həkk olunur. Əgər həmin şəxs vəfat edibsə, onun yaxın qohumu bu adı ölən insanın xatirəsinə əldə etmək üçün dövlətə müraciət etməlidir. Bu ada layiq görülən şəxslərin sırasında İsrail dövlətində yaşamağı seçənlərə orta əmək haqqı miqdarında təqaüd və sağlamlıq sığortası, həmçinin, ev və ehtiyac olan zaman tibbi dəstəklə də təmin olunur. Faciə və qəhrəmanlıq İnstitutu "Yad va-Şem" 1 yanvar 2016-cı il tarixində 51 ölkədən 26.119 nəfər insanı "Dünya xalqlarının mömini" kimi təsdiq edib. == Möminlərin fəaliyyəti == Yəhudilərə yardım böyük cəsarət və fədakarlıq tələb edirdi. Nasistlər yəhudiləri qoruyan və onları gizlədən bütün şəxsləri ölümlə təhdid edirdilər. Yəhudilərə kömək edənlərə verilən cəzalar ölkələr üzrə bir-birindən fərqlənirdi.
Fin-uqor xalqları
Fin-uqor xalqları - Baltik regionu, Şimali Asiya və Ortadunay düzənliyində yaşayan fin-uqor dilli xaqlar. Bu xalq somoedlərdən fərqli olaraq Ural dillərində danışırlar. Fin-uqor xaqlarının çoxusu onlardan fərqli dil ailələrinə mənsub olan xalqlarla əhatələniblər. Fin-uqor konsepsiyası etnikdən daha çox, linqvistik məna daşısa da, fin-uqor dilli xalqlarda, xüsusilə də Baltik finləri arasındakı etnik qardaşlıq düşüncəsi 20-ci əsrdə inkişaf etmişdi. Sayına görə 4 ən böyük fin-uqor xalqı macarlar (13–14 milyon), finlər (6–7 milyon), estonlar (1.1 milyon) və mordvalardır(744,000). İlk üç xalqın öz müstəqil dövləti olsa da (Macarıstan, Finlandiya və Estoniya), mordvalar Rusiya Federasiyası tərkibindəki Mordoviya muxtar respublikasında yaşayır. RF içərisində muxtar respublikası olan digər fin-uqor xalqları: karellər (Kareliya Respublikası), komilər (Komi Respublikası), udmurtlar (Udmurtiya), marilər (Mari El) və mordvalar (mokşa və erzyanlar - Mordoviya). Xantılar və mansilər Xantı-Mansi muxtar dairəsində yaşayırlar. Komilərin subqrupu olan komi-permyaklar əvvəllər Komi-Permyak muxtar dairəsində yaşasalar da, bu gün bu ərazi Perm diyarının daxilində xüsusi statusu olan bir bölgədir. Yerli saam xalqlarının ənənəvi yaşayış ərazisi Şimali Finno-Skandinaviya və Şimal-qərbi Rusiyadakı Kola yarımadasıdır və bu ərazilər ümumi şəkildə Laplandiya olaraq adlandırılır.
Hind-Avropa xalqları
Hind-Avropa xalqları Avrasiyanın bütün ərazilərində yaşamış və müxtəlif dövrlərdə sivil dünyada məskunlaşmış köçəri xalqlardırlar. Aralarında eyni dilin differensiasiyalaşması yolu ilə əmələ gəldiyi düşünülən (beləliklə, bu dillərin strukturları eynidir, lakin bir-birlərinin nitqini başa düşə bilmirlər) linqvistik qohumluğun mövcudluğundan və eyni həyat tərzini yaşamalarından başqa bu xalqların arasında heç bir vəhdət yoxdur. Bu xalqlar basqınları zamanı fəth etdikləri cəmiyyətlər üstündə, əgər onlar sivilizasiyalı cəmiyyətlər olmuşdularsa, onların sivilizasiyalarını və mədəniyyətlərini mənimsəyərək, ibtidai icma səviyyəsindəki cəmiyyətlər isə sivilizasiyalı cəmiyyətə çatacaq sinfi cəmiyyəti yaradaraq hakim sinfi formalaşdırdıqları üçün cəmiyyətlərə və kütlələrə öz dillərini tətbiq etdirmişdirlər. Fin, Eston, Macar və Bask dillərindən başqa bütün Avropa dillərinin onlara Avropaya gətirdikləri dillər olduğu və İran ilə Hind dillərinində eyni struktura malik olan dillər olduğu nəzərə alındığından, bu dillər ailəsinə Hind-Avropa dilləri və tarixdə bu dillərdə danışan xalqlara isə Hind-Avropa xalqları deyilir. Bununla belə, bəzi tədqiqatçılar Hind-Avropa dilləri və tayfaları nəzəriyyəsinin qeyri-kafi və qeyri-müəyyən olduğunu iddia edir və bu birləşmənin digər etnik dil ailələrindən müstəqil olmadığını, əksinə, həmin ailələrdən ayrılaraq inkişaf etdiyini iddia edirlər və beləliklə, onlar hesab edirlər ki, Hind-Avropa nəzəriyyəsi yenidən nəzərdən keçirilməlidir.
Qafqaz xalqları
== Antropoloji tərkibi == Qafqaz xalqları morfoloji quruluşlarında Əşrəf irqinin əlamətləri müşahidə olunan noqaylar, habelə Qafqazın Rusiya tərəfindən işğalından sonra buraya köçürülən ruslar istisna olmaqla böyük ağ irqin cənub qoluna aid olunurlar. Morfoloji baxımdan Qafqaz xalqları arasında kəskin fərqlərin olmaması, ayrı–ayrı antropoloji tiplərin daha geniş təsnifatına və səciyyələndirilməsini çətinləşdirir. XX əsrin 50–ci illərindən başlayaraq Qafqaz xalqlarının antropoloji cəhətdən öyrənilməsi geniş vüsət alsa da keçmiş SSRİ–də bütün elmlər kimi antropologiya elmi də mövcud siyasi doktrinadan asılı olduğundan bu sahədə xeyli yanlışlıqlara yol verildi. Rejimin vahid sovet xalqı yaratmaq istəyi nəticəsində Qafqazda, xüsusilə də onun şimal hissəsində antropoloji baxımdan bir–birlərindən kəskin şəkildə fərqlənən xalqlar eyni adla çağrılmağa və onlar arasındakı bu fərqliliklərin, sözün əsl mənasında "malalanmasına" başlanıldı. Obyektiv tədqiqatlar isə göstərir ki, məsələn ümumi adlar (ləzgi, avar, dargin, lak) altında birləşdirilən Dağıstan Respublikasında yaşayan xalqlar arasındakı morfoloji fərqlər, Oğuz irqinin şərq (türkmənlər) və qərb (Azərbaycan türkləri ) qolları arasındakı fərqliliklərdən daha çoxdur. Böyük Qafqaz dağlarının şimalında, Qara dəniz sahillərindən Xəzər dənizi sahillərinə qədər uzanan ərazidə yaşayan Şimali Qafqaz xalqları III saç örtüyünün gur inkişafı, dodaqlarının nazikliyi, başlarının enlilik diametrinin böyüklüyü, burunlarının nazikliyi (leptoriniya) və əyriliyi ilə seçilirlər. Bu əlamətlər Şimali Qafqazın şərq və qərb hissələrinə görə dəyişilir. Qərbdə adıgey xalqları (şapsuqlar, abxazlar və s.), şərqdə isə Dağıstan xalqları (avarlar, darginlər, ləzgilər) məskunlalmışlar. Qərb qrupları şərqdəkilərdən uzunbaşlılıqları, başlarının daha az enliliyi, baş göstəricisinin kiçikliyi daha düz burunluluqları, IIIsaç örtüyünün daha az inkişafı, daha ucaboyluluqları, qaragözlülüklərilə seçilirlər. Qərb qrupunda I, şərqlilərdə isə II qan qrupu üstünlik təşkil edir.
Rusiya xalqları
Rusiya konstitusiyada da əks olunduğu kimi çoxmillətli dövlətdir. Onun ərazisində 190 xalq yaşayır. 2010-cu ildə Ümumrusiya əhalinin siyahıya alınmasına görə əhalinin 80,9 % və ya 111,0 milyon nəfərini ruslar, 19,1 % və ya 26,2 milyon nəfərini isə digər xalqlar təşkil edirRusiya əhalisi hər nə qədər digər ölkələrlə müqayisədə yüksək olsa da; hər km²-a düşən insan sayı, ölkənin sahəsi ilə əlaqədar olaraq çox azdır. Rusiya əhalisinin başlıca olaraq yaşadığı region, coğrafi olaraq Avropa torpaqları olaraq qəbul edilən Ural dağlarının qərbində və Şimal-qərb Sibirdə yaşayır. Ölkə əhalisinin 73%-i şəhərlərdə yaşayarkən 27%-i kənd yerlərində yaşayır. Rusiya əhali baxımından dünyanın ən çox əhaliyə malik səkkizinci ölkəsi mövqeyindədir. Ölkə əhalisi, Sovet İttifaqının dağılmasından sonra süquta keçmiş olsa da, 2010-cu il sayımına görə 141.927.297 nəfərdir. 1991-ci ildə Rusiya əhalisi bütün zamanların ən yüksək səviyyəsi olan 148.689.000 nəfərə çatmışdı, amma 1990-cı illər boyu davam edən miqrasiya, ölüm nisbətin çox sürətli artması kimi səbəblər ilə ölkə əhalisi 20 illik müddətdə azalmışdır. Ölkədə 2009-cu ildə, son 15 il ərzində ilk dəfə 10.500 nəfərlik bir əhali artımı olmuşdur. Sözügedən artım, 279.906 nəfərin Rusiyaya köçməsi ilə yaranmışdır ki, bu rəqəmin 93%-i Keçmiş Sovet ölkələrindən olmuşdur.
Sibir xalqları
Sibir əhalisinin 9/10 hissəsini slavyan xalqları təşkil edir. Sibirin daimi qeydiyyatda olan 26 milyonluq əhalisinin 22 milyondan çoxunu ruslar, bir milyondan çoxunu isə ukraynalılar təşkil edir. Sibirin yerli xalqlarının sayı isə 1,3 milyondan artıqdır. 2009-cu il siyahıyaalınmasına görə müasir Sibirdə 40-a qədər yerli xalq yaşayır. Onların bəzilərinin məskunlaşdığı torpaqlar Avropa dövlətlərinin bir çoxunun ərazisindən böyükdür. Məsələn, Saxa Respublikasının (Yakutiya) ərazisi Fransanın ərazisindən 6 dəfə, buryatların yaşadığı ərazisi isə Böyük Britaniya torpaqlarından 1,5 dəfə böyükdür. Sibir xalqları öz saylarına görə 2 qrupa ayrılırlar: böyük və kiçik xalqlar. Buryatlar, yakutlar, tuvalılar, Sibir tatarları, xakaslar və altaylılar böyük xalqlar hesab olunurlar. Qalan xalqların hamısı Sibirin kiçik xalqları sayılırlar. Sibirin şimal-şərqində bir qrup eskimoslar (1500 nəfər) və aleutlar (500 nəfər) da yaşayır.
Türk xalqları
Türk xalqları və ya türkdilli xalqlar — Avrasiya ərazisində yaşayan etnolinqvistik qrup. Dünyada türk xalqlarının sayı 150 milyondan çoxdur. "Türk" sözünə ilk dəfə VII əsrin "Orxon-Yenisey" abidələrində rast gəlinir. Türk xalqlarının dinləri fərqlidir. Böyük bir hissə İslam dininə etiqad edərkən, çuvaşlar və qaqauzlar — Xristian, yakutlar, dolqanlar və xakaslar — Şamanizm, karaimlər və qrımçaklar — İudaizm dininə inanır. Türk xalqlarının hazırda 6 müstəqil dövləti vardır. (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan). Türk dünyası ölkələrinin hamısı, demək olar ki, çoxmillətlidir. Türklər Asiya qitəsində Əfqanıstanda (əfşarlar, qızılbaşlar və s.), İraqda (türkmənlər), Suriyada (əsasən Türkiyə ilə sərhəddə), Gürcüstan və İranda (azərbaycanlılar) yaşayırlar. Avropa qitəsində isə türklər Bolqarıstanda (bolqar türkləri), Ruminiyada (qaqauz-qıpçaq), Yunanıstanda, Ukraynada (Krım tatarları), Litvada (kəraimlər) və Rusiyada yaşayırlar.
Yupik xalqları
Yupik xalqları və ya Eskimos xalqları (öz dilində olan adı: Yupik və ya Yupiyak) — Rusiya Federasiyasında Çukçi yarımadasında və Amerika Birləşmiş Ştatlarında, Alyaska ştatının qərb və cənub-qərb hissələrində yaşayan Yupik xalqları sinifinə daxil olan Eskimos mənşəli xalq. === Din === Yupiklər, Rus Amerikası dövründə Pravoslav Xristian ruslar tərəfindən (Slaaviq) xristianlaşdırıldılar. Yupikcənin fərqli dialektlərində Pravoslav mətnləri vardır.Pravoslav hegemoniyası 1885-ci ildə Kuskokwim çayı sahilindəki Bethel şəhərində Moravian missiyasının qurulması ilə başlayır. Üç il Nelson adasında Cizvit missiyası ilə davam edir. Cizvit missiyası bir il sonra da Yukon çayı ağzında yer alan Akuluraka daşınmışdır.
Şahdağ xalqları
Şahdağ xalqları və ya Şahdağ milli etnik qrupu və ya Şahdağlılar — azərbaycanlıların tərkib hissəsi; Azərbaycanın aborigen əhalisi; etnik azlıqlar.Şahdağ milli etnik qrupuna daxil olan etnoslar Quba rayonunun Buduq, Cek, Əlik, Haput, Qrız, Xınalıq və Yergüc kəndlərinin adlarına müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, qrızlılar, xınalıqlılar, yergüclülər adlanır. Say eetibarilə az olsalar da, bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir etnik qrupdur. Bu yeddi etnosun mərkəzi igamətgahları Şahdağ platosunda yerləşir və bir-birinə çox yaxındır. Azərbaycan Respublikasında yaşayan şahdağlıların ümumi sayı 45 min nəfərdir. XX əsrdə mövcud olmuş Sovet xalqı nəzəriyyəsi digər SSRİ xalqları, o cümlədən Qafqaz xalqları kimi Şahdağ xalqlarına da çox ziyan gətirmiş, bu xalqların bəzi adət-ənənələrinin ləğv olunması, yaxud unudulması ilə nəticələnmişdir. == Ümumi məlumat == Şahdağ xalqları Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün "Şahdağ etnik qrupu" və ya "Şahdağ xalqlarının nümayəndəsi" kimi fərqləndirilir. Sayca azlıq təşkil edən bu xalqlar tarixən Buduq, Cek, Əlik, Haput, Xınalıq, Qrız və Yergüc kəndlərində məskunlaşdıqları üçün müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, xınalıqlılar, qrızlılar və yergüclülər adlanırlar. Əcdadları Qafqaz albanları ehtimal olunan bu yeddiliyin hər birinin özünə xas adət-ənənəsi, mədəniyyəti, hətta ayrıca dili mövcuddur. Onlar mənsub olduqları kəndin dilində danışırlar. Yəni hər kəndin özünün dili var.
Mayya xalqları
Mayya — hindi xalq qrupu.
Azərbaycan Xalqlarının Bərabərlik Partiyası
Azərbaycan Xalqlarının Bərabərlik Partiyası (Əvvəlki adı: Talış Xalq Partiyası) — 1991-ci ildə yaradılan və 1993-cü ildə ləğv edilən separatçı partiya. == Tarixi == Talış Xalq Partiyası 1989-cu ildə qurulan Talış Milli Dirçəliş Partiyasının bazasında yaradılmışdır. 1991-ci ildə TMDP TXP olaraq yenidən formalaşdı və sədri Hilal Məmmədov seçildi. 1993-cü ilin martında partiya Azərbaycan Xalqlarının Bərabərlik Partiyası adı altında qeydiyyatdan keçmişdir. 1993-cü ilin iyununda Talış Muğan Respublikası elan edildikdən sonra partiyanın qeydiyyatı Ali Məhkəmə tərəfindən ləğv edilmişdir.
Bakıda şərq xalqlarının I qurultayı
Birinci Şərq Xalqları Qurultayı — 1–7 sentyabr 1920 tarixləri arasında Bakıda, Komintern tərəfindən təşkil edilmiş bir beynəlxalq yığıncaq. == XX əsrin əvvəllərində Şərq xalqlarının milli-azadlıq hərəkatının yüksəlişi == 1920-ci ildə Yaxın və Orta Şərqin qovuşuğunda yeni bir dövlətin — əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycan SSR-in yaranması bu regiondakı ölkələrin qarşılıqlı münasibətlərinə və ictimai-siyasi vəziyyətə təsir göstərməyə bilməzdi. İran xalqlarının ingilis imperialistlərinə qarşı mübarizəsi gücləndi. Bu mübarizənin mərkəzi Cənubi Azərbaycan idi. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında İran Demokrat partiyasının başçılıq etdiyi demokratik milli-azadlıq hərəkatı 1919-cu ilin avqustunda imzalanmış təhqiramiz İngiltərə — İran müqaviləsinin ləğvini, azad seçkilər keçirilməsini və respublika quruluşunun yaradılmasını tələb edirdi. Güclənməkdə olan demokratik milli-azadlıq hərəkatının təzyiqi altında 1920-ci ilin iyununda İranın ingilispərəst hökuməti istefa verməyə məcbur oldu. 1920-ci il iyunun 24-də Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə milli-demokratik hökumət təşkil edildi. Elə həmin vaxt Gilan Respublikası elan olundu. Bu münasibətlə 1920-ci il iyunun 4-də Rəştdə böyük mitinq keçirildi. Cənubi Azərbaycandakı, Gilan və Mazandarandakı üsyanların təsiri altında Tehranda, İsfahanda, Xorasanda və İranın başqa vilayətlərində ingilis imperialistlərinə qarşı mübarizə gücləndi.
Bakıda şərq xalqlarının I qurultayı (film, 1920)
Bakıda şərq xalqlarının I qurultayı — qısametrajlı sənədli film. 1920-ci ildə Azərbaycan XMK-nın İncəsənət Şöbəsində istehsal edilmişdir. == Məzmun == Kinosüjet Azərbaycan sovetləşəndən sonra, 1-7 sentyabr 1920-ci ildə Bakıda Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun iştirakı ilə keçirilən Şərq xalqlarının I qurultayının işindən bəhs edir. == İstinadlar == == Mənbə == Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Birinci Şərq Xalqları Qurultayı
Birinci Şərq Xalqları Qurultayı — 1–7 sentyabr 1920 tarixləri arasında Bakıda, Komintern tərəfindən təşkil edilmiş bir beynəlxalq yığıncaq. == XX əsrin əvvəllərində Şərq xalqlarının milli-azadlıq hərəkatının yüksəlişi == 1920-ci ildə Yaxın və Orta Şərqin qovuşuğunda yeni bir dövlətin — əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycan SSR-in yaranması bu regiondakı ölkələrin qarşılıqlı münasibətlərinə və ictimai-siyasi vəziyyətə təsir göstərməyə bilməzdi. İran xalqlarının ingilis imperialistlərinə qarşı mübarizəsi gücləndi. Bu mübarizənin mərkəzi Cənubi Azərbaycan idi. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında İran Demokrat partiyasının başçılıq etdiyi demokratik milli-azadlıq hərəkatı 1919-cu ilin avqustunda imzalanmış təhqiramiz İngiltərə — İran müqaviləsinin ləğvini, azad seçkilər keçirilməsini və respublika quruluşunun yaradılmasını tələb edirdi. Güclənməkdə olan demokratik milli-azadlıq hərəkatının təzyiqi altında 1920-ci ilin iyununda İranın ingilispərəst hökuməti istefa verməyə məcbur oldu. 1920-ci il iyunun 24-də Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə milli-demokratik hökumət təşkil edildi. Elə həmin vaxt Gilan Respublikası elan olundu. Bu münasibətlə 1920-ci il iyunun 4-də Rəştdə böyük mitinq keçirildi. Cənubi Azərbaycandakı, Gilan və Mazandarandakı üsyanların təsiri altında Tehranda, İsfahanda, Xorasanda və İranın başqa vilayətlərində ingilis imperialistlərinə qarşı mübarizə gücləndi.
Dünya xalqlarının siyahısı
Dünya xalqlarının siyahısı
Gürcüstan Xalqları Ümumdünya Konqresi
ýGŸrcŸstan Xalglarõ †mŸmdŸnya Kongresi (GX†K)ý – GŸrcŸstanda və xaricində yaşayan gŸrcŸlərin ictimai təşkilatõ; 2009 il mart ayında təsis olunmuşdu. == Struktur və rəhbərlik == GXÜKün baş ofisi Venada, Avstriyada yerləşir. Rusiya filialı Sankt-Peterburqda açılmışdır. Prezident, Aleksandr Yebralidze Rusiya biznesmeni, OAO ˝Talion˝un baş direktorudur. Prezident müavinin, Badri Meladze, Moskva şəhərində GUP ˝Stoliçnıye apteki˝ təşkilatõnda baş direktorunun təhlŸkəsizlik Ÿzrə mŸavinidir. Prezident mŸavini, Vladimir Xomeriki yenilikilik və investisiyalar sahəsində mŸtəxəssislərin Rusiya dšvlət akademiyasõnda rektorun məsləhətisidir. Rusiya filialõnõn direktoru – Aleksandr Kinteraya. == Fəaliyyət == Kongresin müraciətində Gürcüstanı böhran vəziyyətindən stabil demokratik inkişaf yoluna çıxartmaq və vahid, bitərəf, azad, iəklənən GŸrcŸstanõ yaratmaq məqsədi elan edilir. Mixail Saakaşvilinin GŸrcŸstan prezidenti vəzifəsindən kšnŸllŸ istefa haqqõnda təklif irəli sŸrŸlŸr. Onlayn konfransında İA Regnum GXÜKün Tbilisidə gürcü filialı aşmaq, šz gəzetini, radiostansiyasõnõ və televiziya kanalõnõ yaratmaq planlarõ haqqõnda bildirilmişdir.
Rusiya Xalqlarının Hüquq Bəyannaməsi
Rusiya Xalqlarının Hüquq Bəyannaməsi — Sovet Rusiyasının ilk hüquqi aktlarından biri. == Tarixi == Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarları Soveti tərəfindən 1917-ci il noyabrın 2 (15)-də təsdiq edilmişdi. Bəyannamədə "Lenin milli siyasəti"nin aşağıdakı əsas prinsipləri elan olunmuşdu: Rusiya xalqlarının bərabərliyi və suverenliyi; Rusiya xalqlarının azad surətdə öz müqəddəratını təyin etməsi (ayrılmaq və müstəqil dövlət yaratmağa qədər); bütün milli və milli-dini imtiyaz və məhdudiyyətlərin ləğvi; Rusiyada azlıqda qalan xalq və etnik qruplarının müstəqil inkişafı.Lakin sovet Rusiyası bu bəyannaməni, demək olar ki, həyata keçirmədi, Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranmasınadək (1917, noyabr -1922, dekabr) keçmiş Rusiya xalqlarının müstəqil dövlət yaratmaq hüquqlarını açıq-aşkar pozdu. Sovet Rusiyası Azərbaycan Xalq Cümhuriyyətini tanımaqdan imtina etdi. 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə 11-ci Qırmızı ordu onun varlığına son qoydu, ərazisini işğal etdi. Şimali Azərbaycan yenidən Rusiyaya qatıldı. Çox keçmədən keçmiş Rusiya imperiyasının ərazisində yaranmış digər müstəqil dövlətlərin də varlığına son qoyuldu. Sonra isə onlar SSRİ-nin tərkibində birləşdirildi (1922, dekabr). Bu siyasət özünü doğrultmadı, 1991-ci ilin dekabrında SSRİ süquta uğradı. Keçmiş müttəfiq respublikalar dövlət suverenliyini elan etdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 27.49 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 78.80
2003 •••••••••••••••••• 69.68
2004 ••••••••••••• 48.85
2005 ••••••• 26.32
2006 •••••••• 29.96
2007 ••••••••• 33.41
2008 •••••••••• 37.27
2009 ••••••• 25.60
2010 ••••••• 24.05
2011 ••••••••• 34.92
2012 ••••••• 25.56
2013 ••••• 17.80
2014 •••••• 22.48
2015 ••••••• 25.01
2016 •••••••• 29.33
2017 ••••••• 25.20
2018 •••••• 21.87
2019 ••••••• 24.06
2020 •••• 14.06

"xalqları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xalqları nədir? #xalqları sözünün mənası #xalqları nə deməkdir? #xalqları sözünün izahı #xalqları sözünün yazılışı #xalqları necə yazılır? #xalqları sözünün düzgün yazılışı #xalqları leksik mənası #xalqları sözünün sinonimi #xalqları sözünün yaxın mənalı sözlər #xalqları sözünün əks mənası #xalqları sözünün etimologiyası #xalqları sözünün orfoqrafiyası #xalqları rusca #xalqları inglisça #xalqları fransızca #xalqları sözünün istifadəsi #sözlük