Xalq-Demokratik sözü azərbaycan dilində

Xalq-Demokratik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Xalq-Demokratik • 88.8889%
  • xalq-demokratik • 9.5238%
  • Xalq-demokratik • 1.5873%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Koreya Xalq Demokratik Respublikası
Şimali Koreya və ya rəsmi adı ilə Koreya Xalq Demokratik Respublikası (qısaca: KXDR, kor. 조선민주주의인민공화국) — Şərqi Asiyada dövlət. KXDR Koreya yarımadasının şimal hissəsində yerləşir. Şimal və şimal-qərbdə Çin, şimal-şərqdə Amonk (Çində Yalu kimi tanınır) və Tümen çayları boyunca Rusiya, cənubda isə Cənubi Koreya ilə həmsərhəddir. Ölkənin qərbində Sarı dəniz, şərqində isə Yapon dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Pxenyan, ümumi sahəsi 120,540 kvadrat kilometr, əhalisinin sayı 25 milyon nəfərdən çoxdur. Ölkənin adı kütləvi informasiya vasitələrində qeyri-rəsmi şəkildə "Şimali Koreya" kimi işlənir. Ölkənin ərazisi 122.762 km²-dir . Ölkə ərazisinin təxminən 80%-i sıra dağlardan və yaylalardan ibarətdir. Ölkənin şimal-şərqində orta yüksəkliyi 1000 m olan Kema yaylası yerləşir.
Laos Xalq Demokratik Respublikası
Laos (laos. ລາວ) və ya rəsmi adı ilə Laos Xalq Demokratik Respublikası (laos. ສາທາລະນະລັດ ປະຊາທິປະໄຕ ປະຊາຊົນລາວ) — Cənub-Şərqi Asiyada dövlət. Laos Hind-Çin yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal-qərbdə Myanma, şimal-şərqdə Çin, şərqdə Vyetnam, cənub-şərqdə Kamboca, cənub-qərb və qərbdə Tailandla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Vyentyan şəhəri, ümumi sahəsi 237,955 kvadrat kilometrdir. Laos dünyadakı 5 kommunist ölkədən biridir. Bu gün Laosda idarəçi etnik qrup olan laolar, tay xalqlarının bir qoludur. Taylar 8-ci əsrdə Cənub-Qərbi Çində güclü Nançao Krallığını qurduqdan sonra cənuba doğru irəliləyərək Hind-Çin yarımadasına daxil oldular. Laolar, digər tay xalqlarıyla birlikdə, V əsrdən bəri Kamboçiyadakı Xmer İmperiyasının idarəsi altında yaşayan Laosun yerli qəbilələrinə üstünlüklərini qəbul etdirdilər.
Laos Xalq Demokratik Respublikası;
Laos (laos. ລາວ) və ya rəsmi adı ilə Laos Xalq Demokratik Respublikası (laos. ສາທາລະນະລັດ ປະຊາທິປະໄຕ ປະຊາຊົນລາວ) — Cənub-Şərqi Asiyada dövlət. Laos Hind-Çin yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal-qərbdə Myanma, şimal-şərqdə Çin, şərqdə Vyetnam, cənub-şərqdə Kamboca, cənub-qərb və qərbdə Tailandla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Vyentyan şəhəri, ümumi sahəsi 237,955 kvadrat kilometrdir. Laos dünyadakı 5 kommunist ölkədən biridir. Bu gün Laosda idarəçi etnik qrup olan laolar, tay xalqlarının bir qoludur. Taylar 8-ci əsrdə Cənub-Qərbi Çində güclü Nançao Krallığını qurduqdan sonra cənuba doğru irəliləyərək Hind-Çin yarımadasına daxil oldular. Laolar, digər tay xalqlarıyla birlikdə, V əsrdən bəri Kamboçiyadakı Xmer İmperiyasının idarəsi altında yaşayan Laosun yerli qəbilələrinə üstünlüklərini qəbul etdirdilər.
Yəmən Xalq Demokratik Respublikası
Cənubi Yəmən (ərəb. جنوب اليمن‎, translit. Cənub əl-Yəmən, ing. South Yemen) və ya rəsmi olaraq Yəmən Xalq Demokratik Respublikası (ərəb. جمهورية اليمن الديمقراطية الشعبية‎‎, translit. Cümhuriyyət əl-Yəmən əd-Dimukratiya əş-Şəbiya) — Ərəbistan yarımadasının cənubundə yerləşən indiki Yəmən Respublikasının cənubunu, şərqini və Sokotra adasını əhatə edən tarixi sosialist dövlət. Cənubi Yəmən 30 noyabr 1967-ci ildən 22 may 1990-cı ilə qədər mövcud olmuşdur. Cənubi Yəmən 1874-cü ildə Böyük Britaniyanın Ədən Müstəmləkəsi və Ədən Protektoratının yaradılması ilə başlamışdır. Buna baxmayaraq, 1937-ci ildə Ədən Britaniya Hindistanının bir vilayəti olmuşdur. 1963-cü ildə Ədən protektoratının süqutundan sonra, regionda fövqəladə hal elan edilmişdir.
Əlcəzair Xalq Demokratik Respublikası
Əlcəzair (ərəb. الجزائر‎) və ya rəsmi adı ilə Əlcəzair Xalq Demokratik Respublikası (ərəb. الجمهورية الجزائرية الديمقراطية الشعبية‎‎) — Şimali Afrikada dövlət. Əlcəzair coğrafi baxımdan Məğrib ölkəsi hesab olunur. Ərazisinin böyüklüyünə görə ərəb dünyasında və Afrika İttifaqında ən böyük ölkədir. Şimal-şərqdən Tunis, şərqdən Liviya, cənub-şərqdən Niger, cənub-qərbdən Mali, Mavritaniya və tanınmayan Qərbi Saxara, qərbdən Mərakeş ilə həmsərhəddir. Şimaldan isə Aralıq dənizi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Əlcəzair şəhəri, ümumi sahəsi 2,381,741 kvadrat kilometr, əhalisinin sayı 44 milyon nəfərdən çoxdur. Əlcəzair 6 ölkə ilə həmsərhəddir — Tunis, Liviya, Niger, Mali, Mavritaniya, Qərbi Sahara və Mərakeş ilə. Müasir Əlcəzair dövlətinin ərazisində qədim zamanlardə qədim Liviya tayfaları yaşayırdılar.
Koreya Xalq Demokratik Respublikası coğrafiyası
Koreya Xalq Demokratik Respublikası (KXDR, Şimali Koreya) Şərqi Asiya regionunda, Koreya yarımadasının şimalında yerləşən dövlət. Şimal-şərqdən Rusiya ilə sərhədlənir. İki ölkəni Tumannaya çayı ayırır. Şimal və şimal-qərbdən isə Çinlə sərhədə malikdir. Burada iki ölkə arasında təbii sərhəd rolunu Yaluszyan çayı oynayır. Cənubdan isə Cənubi Koreya ilə sərhədlənir. Olkənin şərq sahillərini Yapon dənizi, qərb sahillərini isə Sarı dəniz yuyur. Ölkənin quru sərhədlıri cəmi 1673 km təşkil edir. Çin ilə 1416 km, Cənubi Korera ilə 238 km, Rusiya ilə isə 19 km sərhədə malikdir. Sahil xəttinin uzunluğu isə 2495 km təşkil edir.
Demokratik Monteneqro
Demonratik Monteneqro (serb. Демократска Црна Гора / Demokratska Crna Gora) — mərkəzçi və Monteneqroda universal partiya. Hazırda partiyanın 2016-cı ildə seçilmiş 8 millət vəkili var. İndiki lideri və qurucusu Alexa Beçiçdir. Demonratik Monteneqro 2015-ci ildə Sosialist Xalq Partiyası fraksiyasının bölünməsi və Monteneqro Parlamentində iki millət vəkili ilə təmsil olunan yeni bir siyasi partiyanın qurulması ilə formalaşır. 2016-cı ilin oktyabr ayında keçirilən parlament seçkilərində Demokratlar millət vəkil sayını 2-dən 8-ə qaldırır və həmin il keçirilən yerli seçkilərdən sonra partiya Budva və Kotor bələdiyyələrinin bələdiyyə başçıları vəzifələrini ələ keçirməyi bacarır. 2017-ci ilin may ayında Hersev Novi şəhərində keçirilmiş yerli seçkilərdə partiya 34 yerdən 9-u qazanır və yerli hökuməti quran müxalifət koalisiyasına rəhbərlik edir. 2018-ci ilin martında demokratlar, Demokratik Cəbhə, Sosialist Xalq Partiyası, Birləşmiş Reformasiya Fəaliyyəti kimi müstəqil namizəd Mladen Bojanicin 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərində Monteneqro prezidentliyinə namizədliyini dəstəkləməyə qərar verir. Seçkilərdə Bojaniç səslərin 33,40 % -i toplayaraq Mila Cukanoviçdən sonra ikinci yeri tutur. 2018-ci il yerli seçkilərində demokratlar bir sıra bələdiyyələrdə Birləşmiş Fəaliyyət Reformu ilə seçki koalisiyası qurur.
Demokratik idarəetmə
Demokratiya (yun. demos — xalq və yun. kratos — hakimiyyət), Elərkillik cəmiyyətin siyasi təşkili forması; xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququ olmasına və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır. Demokratiya azadlıqlar arasında vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmə və seçilməyi, söz, mətbuat, yığıncaq, mitinq və nümayişlər azadlıqları, vətəndaşların hüquq bərabərliyi, şəxsiyyət və mənzil toxunulmazlığıdır. Demokratiyanın əsasını şəxsiyyətin azadlıq hüququ, insanın şəxsiyyətinə hörmət təşkil edir. Ümumdünya insan haqqları Bəyannaməsinin müqəddiməsində oxuyuruq: "… bəşəriyyət dediyimiz bir ailənin bütün üzvlərinin ləyaqətinə, onların bərabər və ayrılmaz hüquqlarına hörmət etmək azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edir". Demokratiya dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, ictimai vəziyyətindən, mülki vəziyyətindən və silkindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini nəzərdə tutur. Lakin bərabərlik sözünü geniş mənada başa düşmək lazımdır: bu, həm imkanların bərabərliyidir, həm qanun qarşısında bərabərlikdir, həm də nümayəndəlik bərabərliyidir. Demokratiyadan danışarkən biz, hər şeydən əvvəl, insanın müəyyən (ayrı-ayrı ölkələrdə müxtəlif) mexanizmlərin vasitəsilə dövlətin idarə edilməsində iştirakını, bu və ya digər kollektivin bərabər hüquqlu üzvü olmasını, öz mövqeyini ifadə etmək və eşidilə bilmək imkanını nəzərdə tuturuq. Bu o deməkdir ki, demokratiyanı seçərkən biz bütün vətəndaşların bərabərliyinə inam hissindən çıxış edirik.
Demokratik quruluş
Demokratiya (yun. demos — xalq və yun. kratos — hakimiyyət), Elərkillik cəmiyyətin siyasi təşkili forması; xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququ olmasına və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır. Demokratiya azadlıqlar arasında vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmə və seçilməyi, söz, mətbuat, yığıncaq, mitinq və nümayişlər azadlıqları, vətəndaşların hüquq bərabərliyi, şəxsiyyət və mənzil toxunulmazlığıdır. Demokratiyanın əsasını şəxsiyyətin azadlıq hüququ, insanın şəxsiyyətinə hörmət təşkil edir. Ümumdünya insan haqqları Bəyannaməsinin müqəddiməsində oxuyuruq: "… bəşəriyyət dediyimiz bir ailənin bütün üzvlərinin ləyaqətinə, onların bərabər və ayrılmaz hüquqlarına hörmət etmək azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edir". Demokratiya dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, ictimai vəziyyətindən, mülki vəziyyətindən və silkindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini nəzərdə tutur. Lakin bərabərlik sözünü geniş mənada başa düşmək lazımdır: bu, həm imkanların bərabərliyidir, həm qanun qarşısında bərabərlikdir, həm də nümayəndəlik bərabərliyidir. Demokratiyadan danışarkən biz, hər şeydən əvvəl, insanın müəyyən (ayrı-ayrı ölkələrdə müxtəlif) mexanizmlərin vasitəsilə dövlətin idarə edilməsində iştirakını, bu və ya digər kollektivin bərabər hüquqlu üzvü olmasını, öz mövqeyini ifadə etmək və eşidilə bilmək imkanını nəzərdə tuturuq. Bu o deməkdir ki, demokratiyanı seçərkən biz bütün vətəndaşların bərabərliyinə inam hissindən çıxış edirik.
Demokratik sosializm
Demokratik sosializm — siyasi demokratiyanı və sosial mülkiyyətin bəzi formalarını dəstəkləyən solçu siyasi ideologiya.
Demokratik Konqres
Azərbaycanda seçki blokları və siyasi birliklər — Azərbaycanda seçkilər üçün vahid namizəd irəli sürülməsi üçün yaradılan seçki blokları və siyasi partiyaların, siyasətçilərin birliyi üçün yaradılan siyasi birliklər. == Tarixi == Azərbaycanda hələ müstəqillikdən əvvəl SSRİ dönəmində seçki blokları yaranmışdır. 1990-cı il avqustun 24-də qəbul edilmiş Azərbaycan Xalq Cəbhəsinin Ali Sovetə seçkilərə dair seçkiqabağı proqramında Azərbaycanın tam dövlət müstəqilliyinin bərpa edilməsi əsas proqram məqsədi kimi bəyan olundu. Həmin proqram "Demokratik Azərbaycan " seçki blokunun da platforması kimi təsdiq edildi. Seçki blokları tarixi rəsmi olaraq 1994-cü ildən başlayır. == Seçki blokları == === 2000-ci il parlament seçkiləri === Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyasıseçkilərdə partiyalar bloku halında çıxış etməyi qərara aldılar və ölkənin parlament seçkiləri praktikasında ilk dəfə olaraq "Demokratik Azərbaycan" Siyasi Partiyalar Bloku qeydiyyatdan keçirildi. Proporsional seçkilərin partiyalar üzrə blok 0,40% səs topladı. === 2003-cü il prezident seçkiləri === ==== Bizim Azərbaycan Bloku ==== 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk növbədə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir.
Xalq
Xalq — müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə deyilir. Müxtəlif millətlərin fərqli insanlar bir hüquq məkanında yaşayırlar, dövlət qarşısında eyni məsuliyyəti daşıyır. Yer kürəsində yaşayan bütün insanlar mənşəyinə görə eynidir. Lakin bütün insanlar ayrı-ayrı qruplara ayrılır ki, bu qruplar da xalq adlanır. Hər bir xalqın özünəməxsus mədəniyyəti, dili, dini, adət-ənənəsi, yaşayış tərzi, milli paltarları, folkloru, milli mətbəxi olur. Dünya əhalisi dilinə və başqa milli əlamətlərinə görə böyük və kiçik qruplara bölünür. Belə əhali qrupuna xalq deyilir. Xalq sözü bir neçə mənada işlədilir: Adi mənada - dövlətin, ölkənin əhalisi Elmi mənada - insanların tarixən dəyişməkdə olan bilgisi Dünyada sayca ən böyük xalq çinlilərdir. Onların sayı 1 milyarddan çoxdur. Xalq - insanların birliyinin tarixən qəbilə - tayfa birliyinin ardınca gələn və ibtidai icma qurluşunun xüsusi mülkiyyətçilik münasibətləri ilə əvəz edilməsi, siniflərin meydana gəməsi və inkişafı şəraitində müxtəlif tayfaların qovuşması, birləşməsi nəticəsində bərqərar olmuş formalardan biridir.
Azərbaycan Xalq Cümhuriyyəti-Gürcüstan Demokratik Respublikası əlaqələri
Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikası 1918-ci ilin yazında müstəqillik qazandıqdan dərhal sonra öz aralarında siyasi, hərbi, diplomatik, iqtisadi, maliyyə, nəqliyyat, rabitə və digər sahələr üzrə çeşidli əlaqələr yaratmaq, qarşılıqlı faydalı əməkdaşlığı tənzimləmək və dərinləşdirmək zərurəti ilə üzləşdilər. Bu, bir tərəfdən hər iki gənc respublikanın eyni regionda yerləşməsi və oxşar problemlərlə üzləşməsi, digər tərəfdən isə Cənubi Qafqazın 100 ildən artıq Rusiya imperiyası tərkibində müstəmləkə əsarətində qalması üzündən ortaq tarixi mirasa malik olmaları ilə bağlı idi. Bəhs olunan dövrdə çox mürəkkəb, ziddiyyətli problemləri gənc respublika rəhbərləri, demək olar ki, əksər hallarda hər iki xalqın ali mənafeyinə uyğun şəkildə, danışıqlar apararaq qarşılıqlı güzəştlərə getməklə həll etməyə müvəffəq olmuşdular. Azərbaycanın o zamankı rəhbərlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin qeyd etdiyi kimi "xristian qonşulardan Gürcü Cümhuriyyəti ilə çox dostanə münasibət" yaradılmışdı. Azərbaycan və Gürcüstanın o zamankı siyasi xadimləri, dövlət rəhbərləri yaxşı başa düşürdülər ki, müstəqil dövlət quruculuğuna qədəm qoysalar da, bir-biri ilə ən müxtəlif sahələrdə normal münasibətlər yaratmadan, təcrid olunmuş şəraitdə öz mövcudluqlarını təmin etmələri mümkün deyildir. Ona görə də, Batumda Osmanlı dövləti ilə sülh danışıqları aparan Azərbaycan və Gürcüstanın səlahiyyətli nümayəndələri artıq 1918-ci il iyunun 4-də Bakı-Batum ağ neft kəmərinin yenidən işə salınması və normal işləməsini təmin etmək haqqında saziş bağladılar. Həmin gün Batumda həmçinin Azərbaycan və Gürcüstan nümayəndələri Osmanlı və Ermənistan nümayəndələri ilə birlikdə Cənubi Qafqaz dəmir yollarına aid vaqon-parovoz parkının bölüşdürülməsi haqqında saziş imzaladılar. Sazişə görə, tərəflər keçmiş Rusiya imperiyasının mülkiyyəti olan vaqon-parovoz parkını hər ölkənin ərazisindən keçən dəmir yolu xətlərinin uzunluğuna mütənasib şəkildə bölüşdürməli idilər. Bu müqavilə və sazişlər dövlətlərarası münasibətlərin razılaşmalar yolu ilə nizama salınmasının başlanğıcı oldu. Azərbaycan Milli Şurası və hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdükdən sonra Gürcüstanla müntəzəm əlaqələr saxlanmasını təmin etmək və məsləhətləşmələr aparmaq üçün Cənubi Qafqaz siyasi dairələrində yaxşı tanınan Məmməd Yusif Cəfərovu AXC-nin bu ölkədə diplomatik nümayəndəsi təyin etdi.
Demokratik Birlik Partiyası
Demokratik Birlik Partiyası (Suriya)
Demokratik Sol Partisi
Demokratik Sol Partisi (Demokratik Sol Partiyası, DSP), Türkiyə Respublikasındakı siyasi partiyalardan biridir. Hal-hazırda Önder Aksakal partiyanın başındadır. Partiya Türkiyənin keçmiş baş nazirlerinden Bülent Ecevitin həyat yoldaşı Rahşan Ecevit tərəfindən 14 noyabr 1985 tarixində qurulub. Partiyanın ideolojisi demoktratik soldur.
Demokratik İslahatlar Partiyası
Demokratik İslahatlar Partiyası və ya qısaca DİP — Asim Mollazadə tərəfindən qurulan və 2005-ci il avqustun 12-də dövlət qeydiyyatına alınan siyasi partiya. 2005–2019-cu illərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası (ADİSP) adlanmışdır. DİP 2005-ci ildən Milli Məclisdə təmsil olunur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Demokratik İslahatlar Partiyasının üzvlərinin 68%-i kişi, 32%-i isə qadın olmuşdur. 2000–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) Milli Məclisdə təmsil edən, 1995-ci ildən isə AXCP sədrinin müavini olan Asim Mollazadənin 2005-ci ildə AXCP-dən istefa verməsindən sonra o, 2005-ci il iyunun 5-də Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİSP) qurduğunu bildirdi. Həmin gün baş tutan I Qurultayda Asim Mollazadə ADİSP sədri seçildi. Keçmiş AXCP üzvləri tərəfindən qurulan ADİSP 2005-ci il avqustun 12-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.[mənbə göstərin] ADİSP 2005-ci il noyabrın 7-də baş tutan Parlament seçimlərində on dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və Milli Məclisə seçildi. ADİSP 2010-cu il noyabrın 6-da baş tutan Parlament seçimlərində dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və növbəti dəfə Milli Məclisə seçildi.
Ermənistan Demokratik Respublikası
Ermənistan Demokratik Respublikası (erm. Հայաստանի Դեմոկրատական Հանրապետություն), bəzi mənbələrdə İlk Ermənistan Respublikası və ya Ararat Respublikası — 1918–1920-ci illərdə mövcud olmuş erməni dövləti. Ermənistan Demokratik Respublikası Zaqafqaziya Demokratik Federativ Respublikasının dağılmasından sonra Daşnaksütun təşkilatının liderləri tərəfindən yaradılmışdır. Ermənistan Demokratik Respublikası fəaliyyət göstərdiyi 2 il ərzində, daim öz ərazilərini qonşu dövlətlərin ərazisini qəsb yolu ilə genişləndirmək siyasəti yürütmüşdür. Bu respublika yarandığı gündən süqut etdiyi günə kimi demək olar ki, bütün qonşularına qarşı torpaq iddiaları ilə çıxış edirdi. Ərazi iddialarının nəticəsi olaraq mövcud olduğu iki il ərzində Ermənistan qonşuları olan Azərbaycan, Türkiyə və Gürcüstan ilə hərbi münaqişələr yaşamışdır. 29 noyabr 1920-ci ildə Qızıl Ordu birliklərinin İrəvan şəhərinə daxil olması ilə Ermənistan Demokratik Respublikasının fəaliyyətinə son qoyulmuşdur. Gürcüstan Demokratik Respublikası Azərbaycan Xalq Cümhuriyyəti Délégation de la République arménienne à la Conférence de la. Paix (1920) Армянская республика Yaqub Mahmudov. "İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLAR ERMƏNİLƏRƏ HANSI ŞƏRTLƏRLƏ VERİLMİŞDİ" ( (az.)).
Finlandiya Demokratik Respublikası
Finlandiya Demokratik Respublikası (FDR; fin Suomen kansanvaltainen tasavalta) — 1939-1940-cı illər sovet-fin müharibəsi zamanı SSRİ başçısı İosif Stalinin qurduğu, kommunizmi dəstəkləyən milis və sovet partizanlarından ibarət kukla dövlət. Bu ölkənin heç bir hüquqi əsası olmamış və müharibənin sonunda imzalanan Moskva sülh müqaviləsi ilə ləğv edilmişdir. 1941-1944-cü illər sovet-fin müharibəsi başlayandan sonra da Stalin bu dövləti yenidən qurmamışdır. Stalin rəhbərliyi altındakı Sovet İttifaqının o dövrdə Finlandiya, Yaponiya, Türkiyə və Qərbi Almaniyaya dair konkret planları olsa da, Qərbi Avropada ifrat solçu təşkilatları dəstəkləməklə kifayətlənmiş və Koreya müharibəsinin sonunda xəstələnərək ölmüşdür. Sözügedən torpaqlar indi Rusiyanın nəzarətindədir. Finlandiyada bəzi müxalifət partiyaları istisna olmaqla rəsmi torpaq istəyi yoxdur. Ölkənin idarəetmə forması Xalq Respublikası olmuşdur. Dövlət 1 dekabr 1939-cu ildə yaradılmış və 12 mart 1940-cı ildə ləğv edilmişdir.
Gürcüstan Demokratik Respublikası
Gürcüstan Demokratik Respublikası (GDR; gürcücə: საქართველოს დემოკრატიული რესპუბლიკა Sakartvelos Demokratiuli Respublika) — 1918–1921-ci illər arasında fəaliyyət göstərmiş müasir və müstəqil Gürcüstan dövləti. Rusiya imperiyasının 1917–18 illərdə dağılması nəticəsində yaranmış və cəmi bir ay yaşamış Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan sonra, 1918-ci ilin 26 may tarixində istiqlaliyyətini bəyan edən GDR-in paytaxtı Tiflis şəhəri rəsmi dili isə Gürcü dili olmuşdur. GDR dövründə Gürcüstanın ərazisi təxminən 107.600 km², əhalisi — 2,5 milyon, sərhədləri şimalda Kuban Xalq Cümhuriyyəti və Şimalı Qafqaz Dağlılar Respublikası ilə, cənubda Osmanlı İmperiyası və Ermənistan Xalq Cümhuriyyəti ilə, cənub-şərqdə isə Azərbaycan Xalq Cümhuriyyəti ilə olmuşdur. GDR demokratik parlament respublikası üsulu ilə idarə edilmişdir. Parlamenti müxtəlif siyasi partiyalardan ibarət olsa da, hökuməti əsasən aparıcı qüvvə olan Gürcüstan Sosial-Demokrat Menşevik partiyası təşkil etmişdir. Daxili və xarici ixtilaflarla zəifləmiş Gürcüstanın ilk demokratik dövləti 1921-ci il mart ayında Rusiya SFSR qoşunlarının hücumu və işğalı nəticəsində süquta uğramışdır.
Konqo Demokratik Respublikası
Konqo Demokratik Respublikası (fr. République Démocratique du Congo) və ya Konqo DR, 1971—1997-ci illərdə — Zair, 1960-1964-cü illərdə Konqo Respublikası — mərkəzi Afrikada dövlət. Paytaxtı Kinşasa şəhəridir. Kongo Demokratik Respublikasi bu gün varlığını davam etdirdiyi torpaqların ilk yerlilərini indiki vaxtda yalnız çox kiçik bir sahədə həyatlarını davam etdirən Pigmey qəbilələri meydana gətirməkdə idi. Əsrlər boyunca burada yaşayan Bantu xalqları zaman içərisində əkinçilikdən, ovçuluğa qədər bir çox sahədə vacib olan birliklər yaradaraq həmin dövrdə bölgədə bir çox dövlət quruluşunu meydana gətirmişlər. Bu dövlətlər içərisində xüsusilə XIV əsrdə qurulan və Afrikada bu günə qədər qurulan ən güclü dövlət strukturlarında birini meydana gətirən Konqo Krallığı olmuşdur. XV əsrdə bölgəyə ilk gələn avropalılar olan portuqallar, Konqo çayının Atlas Okeanına töküldüyü yerdə yeni kəşflər etmiş, 1491-ci ildə isə ilk dəfə Konqo Krallığı ilə diplomatik əlaqə qurmuşlar. Bu dövrdə həyata keçirilən və inkişaf etdirilən diplomatik əlaqələr Konqo kralının dinini Xristian katoliki olaraq dəyişdirməsi ilə nəticələnmişdi. Amerikadakı koloniyalara qul göndərən ölkələrdən biri olan Konqo Krallığı bu səbəblə yaşayış səviyyəsini yüksəldərək Afrika sahillərində yeni liman şəhərləri qurmuşlar. XVI əsrdə padşahlıqda başlayan çöküş, 17-сi əsrdə xüsusilə Portuqaliya hakimiyyətinin bölgədə itməsi ilə birlikdə zirvəyə çatmış, kölə tacirlərinin və Portuqaliyadan sonra bölgəyə hakim olmağa çalışan Hollandiya və Böyük Britaniyanın ölkəni istismar etmək cəhdləri nəticəsində dövlət tamamilə ortadan qaldırılmışdır.
Koreya Demokratik Partiyası
Koreya Demokrat Partiyası (kor.더불어민주당; Hanca: 더불어民主黨; RR: Deobureominjudang; qısa: 민주, 더민주, Mincu, Domincu, "Mincudanq" olaraq tanınır 민주당 Cənubi Koreya mediyasında 2016-dan), əvvəllər Demokratiya üçün Yeni Siyasət Alyansı (DYSA), Cənubi Koreyada mərkəzçi, liberal bir siyasi partiyadır. Partiya 26 Mart 2014 -cü ildə Demokratik Partiyası və Yeni Siyasi Vizyon Partiyasının (YSVP) hazırlıq komitəsinin birləşməsi ilə quruldu. Keçmiş Demokratik Partiya, DYSA-ın yaradılmasından sonra qanuni olaraq DYSA-a daxil oldu, YSVP-nin hazırlıq komitəsi ləğv edildi, birləşməni DYSA-a fərdi olaraq qoşulmağı dəstəkləyən üzvlərlə birlikdə ləğv edildi. Demokratik Partiya, rəqibi mühafizəkar Xalq Gücü Partiyası ilə birlikdə Cənubi Koreyadakı iki böyük siyasi partiyadan biridir. Demokrat Partiyasının rəsmi ideologiyası yoxdur. Bu partiya bəzən mühafizəkarlardan fərqli olaraq mütərəqqi partiya kimi təsvir edilir, lakin o qədər də universal baxış deyil və Cənubi Koreyanın “mütərəqqi” və “mühafizəkar” arasında mövqe kimi istinad edilir. ABŞ Demokratik Partiyasının rənglərinə bənzər mavi və göy mavi partiya rənglərindən istifadə etsələr də, DPK-nın bəzi əsas fiqurları DPK-nı “mərkəz-sağ” və “mühafizəkar” kimi təsvir edir. Bəzi Cənubi Koreya mediası da NPAD və ya DPK-nı “mühafizəkar partiya” kimi xarakterizə edib.
Monqolustan Demokratik Partiyası
Monqolustan Demokratik Partiyası (ing. Democratic Party;monq. Ардчилсан Нам) — Monqolustanın sağ milliyətçi siyasi partiyası. 1990-cı ildə demokratik inqilabdan sonra Monqolustan çoxpartiyalı sistemə keçdi. Demokratik inqilabla Monqolustan kommunist rejimli ölkədən demokratik ölkəyə çevrilirdi. İnqilabdan sonra ölkədə ilk olaraq Demokratik Partiyası, Monqolustan Milli Mütərəqqi Partiyası və Monqolustan Sosial Demokrat Partiyası təsis edildi. 6 dekabr 2000-ci ildə Monqolustan Milli Demokrat Partiyası, Monqolustan Sosial Demokrat Partiyası və digər 5 partiya Monqolustan Demokratik Partiyasında birləşdilər. 1 aprel 2006-cı ildə Partiyanın qurultayında Tsaxia Elbeqdorj partiyanın lideri seçildi. Seçkilərə 4 namizəd qatılmışdı. İlk turda Tsaxia Elbeqdorj 46% səs topladı.
Qars Demokratik Cümhuriyyəti
Cənub-Qərbi Qafqaz Cümhuriyyəti (türk. Güney-Batı Kafkasya Cumhuriyeti; osman. Cenub-ı Garbi Kafkas Hükümet-i Cumhuriyesi) və ya Qars Demokratik Cümhuriyyəti (türk. Kars Demokratik Cumhuriyeti) — Birinci Dünya Müharibəsi dövründə Rusiya imperiyasının Qars, Batum və İrəvan quberniyalarının ərazisində mövcud olmuş dövlət. Birinci Dünya müharibəsinin sonunda, 30 oktyabr 1918 tarixində imzalanmış Mudros barışığı nəticəsində Osmanlı ordusu Cənubi Qafqazdan çəkilmişdir. Razılaşmaya görə 4 dekabr 1918 tarixində Osmanlı əsgərləri 1877 Rusiya-Osmanlı sərhədlərinədək geri çəkilcəkdi, lakin Osmanlı tərəfi Qarsdan 2 ay gec çəkilmə qərarı almışdı. Bu qərarın səbəbi yerli xalqın hökumət qurmasına vaxt tanımaq idi. Əks halda bölgə Ermənistan tərəfindən işğal təhlükəsi ilə üzləşə bilərdi. Beləliklə 29 oktyabr 1918-ci ildə Axısqa və Axalkələk ətrafında Axısqa Müvəqqəti Hökuməti, 3 noyabr 1918 tarixində Əmir bəy Nərimanbəyov rəhbərliyində Araz Türk Cümhuriyyəti qurulmuşdur. Fəxrəddin bəy Yusif Kənan bəy və Rza bəy Qaraşarlı rəhbərliyində yaradılan Qars Gizli İslam Komitəsində fəaliyyət göstərmişdir.
Suriya Demokratik Qüvvələri
Suriya Demokratik Qüvvələri (abr. SDQ, ərəb. قوات سوريا الديمقراطية‎, translit. Qüvvət Suriya əl-Dimukratiyə, abr. QSD, kürd. Hêzên Sûriya Demokratîk, klass. süry. ܚܝ̈ܠܘܬܐ ܕܣܘܪܝܐ ܕܝܡܩܪܛܝܬܐ, translit. Ḥaylavoto d'Suriya Demokraṭoyto, abr. HSD, ing.
Xalqların Demokratik Partiyası
Xalqların Demokratik Partiyası (türk. Halkların Demokratik Partisi; kürd. Partiya Demokratîk a Gelan) — 15 oktyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiyadır. Partiyanın nizamnaməsinə görə, onun rəsmi abbreviaturası "HDP"dir. Onun simvolu gövdə hissəsi iki əldən ibarət olan ağac təsviridir. Partiya həmsədrləri Sultan Özcan və Cahit Kırkazakdır. Yavuz Önen və Fatma Gök tərəfindən Xalqların Demokratik Qurultayının parlamentdə siyasi partiya ilə təmsil olunması qərarı ilə təsis edilib. 27 oktyabr 2013-cü il tarixində keçirilən 1-ci Fövqəladə Baş Assambleyada İstanbul millət vəkili Səbahat Tuncel və Mersin Millət vəkili Ərtoğrul Kürkçü həmsədr təyin edildi. 22 iyun 2014-cü il tarixində toplanan 2-ci Fövqəladə Qurultayda HDP həmsədrləri Van milləy vəkili Figən Yüksəkdağ və Hakkari millət vəkili Səlahəddin Dəmirtaşın üzərinə götürdü. 3 fevral 2017-ci ildə çağırılan 3-cü Fövqəladə Qurultayda Figən Yüksəkdağın mühakimə olunduğu üçün siyasi hüquqlarından məhrum edilməsindən sonra Sərpil Kemalbay Pekgözegü həmsədrliyi Səlahəddin Dəmirtaşla paylaşdı.

Oxşar sözlər

#xalq-demokratik nədir? #xalq-demokratik sözünün mənası #xalq-demokratik nə deməkdir? #xalq-demokratik sözünün izahı #xalq-demokratik sözünün yazılışı #xalq-demokratik necə yazılır? #xalq-demokratik sözünün düzgün yazılışı #xalq-demokratik leksik mənası #xalq-demokratik sözünün sinonimi #xalq-demokratik sözünün yaxın mənalı sözlər #xalq-demokratik sözünün əks mənası #xalq-demokratik sözünün etimologiyası #xalq-demokratik sözünün orfoqrafiyası #xalq-demokratik rusca #xalq-demokratik inglisça #xalq-demokratik fransızca #xalq-demokratik sözünün istifadəsi #sözlük