* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | ••••••• | 3.54 |
2004 | •••••• | 3.03 |
2005 | •• | 0.67 |
2006 | •••••••••• | 4.73 |
2007 | ••••• | 2.54 |
2008 | •••••••••• | 4.87 |
2009 | •••••••••••••••••••• | 10.40 |
2010 | •••••••••••••••••••• | 10.35 |
2011 | •••••••••••••••• | 7.81 |
2012 | ••••••••••••••••••• | 9.64 |
2013 | •••••••••••••••• | 8.02 |
2014 | ••••••••••••• | 6.35 |
2015 | •••••• | 2.89 |
2016 | ••• | 1.04 |
2017 | •••••• | 2.60 |
2018 | •••• | 1.80 |
2019 | •••••••••• | 4.87 |
2020 | ••••••••••••• | 6.50 |
1 sif. 1. Yağı olan, tərkibində yağ çox olan. Yağlı ət. Yağlı xörək. Yağlı balıq. – Yadın oğlu yağlı aşa mehmandı; Dar günündə baxarsan ki, usandı. Aşıq Ələsgər. Ət bazardan daşınıb mənzilə zənbil-zənbil; Etmədi mədələri yağlı qidanı təhlil. S.Ə.Şirvani. Axşamın toranında közərib parıldayan kömürün üzərində şişlərə yağlı qabırğalar çəkilmişdi. İ.Hüseynov. // Tərkibində yağ maddəsi olan. Yağlı bitkilər. 2. Yağa bulaşmış. …Məmməd kişi kababı yeyib yağlı əlləri ilə bığlarını eşdi. S.Rəhman. // Üzərində yağ ləkəsi olan; kirli, çirkli. Yağlı əsgiləri yumaq. Köynəyin boynu yağlıdır. 3. məc. dan. Pullu, varlı, gəlirli, yaxşı gəlir mənbəyi olan. Yağlı yer. – Molla Xəlil düşünürdü: hər üç, beş Quran oxudan Hacı Hüseyn kimi yağlı müştərilər Quranların sayını ixtisara salsalar, o zaman mədaxili birə-üç, birə-dörd azalacaqdır. S.Hüseyn. Leylək Ələmdar çovğunun, azanın və zənglərin qatqarış səslərinə qulaq verir, onda yağlı bir qarət həvəsi doğurdu. S.Rəhimov. 4. məc. dan. Kəsərli, tutarlı, təsirli, şiddətli. Yağlı töhmət aldı. – Cəbhədə dəydimi ona yağlı, tutarlı bir kötək; Atəş alır, quduzlaşır, dörd yanı qapır köpək. Ə.Nəzmi. ◊ Yağlı boya rəss. – tərkibində yağ olan rəssam boyası. Vəzir taxt üstündə oturdu və bir müddət hamamın kəllə divarındakı yağlı boya ilə çəkilmiş əfsanəvi ənqa quşuna baxaraq fikrə getdi. Ə.Məmmədxanlı. Yağlı dil – şirin, lakin yalan sözlər, aldadıcı dil. Qərəz, o yan-bu yan, Xoca Əziz yağlı dilini işə salıb qoruqçunun hirsini yatırtdı. “Koroğlu”. [Qəhrəman:] Mən [xanımın] hiyləgər və yağlı dilinə qarşı dərin bir nifrət hiss edirdim. H.Nəzərli. İndi Leylək … o yağlı dili tapa bilərdimi? S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / yağlı1 YAĞLI – KASIB Yəqin yağlıdır ki, belə dolanır (Ə.Haqverdiyev); – Əmi, kasıb arvaddır, nə verəcək (M.Hüseyn).
Azərbaycan dilinin antonimlər lüğəti / yağlı1 YAĞLI I sif. Yağı çox olan ət, xörək, süd və s. İçilən çay, yeyilən yağlı plov; Çəkilən hoqqavü qəlyan oldu (M.Ə.Sabir). YAĞLI II sif. Varlı. Mən həmişə yağlı kəndçilərin evinə düşürəm (M.Hüseyn).
Azərbaycan dilinin omonimlər lüğəti / yağlı1 1. жирный, маслянистый; 2. сдобный; 3. смазанный маслом, жиром; 4. богатый, состоятельный;
Azərbaycanca-rusca lüğət / yağlı2 прил. 1. жирный: 1) обильный жирами, с большим количеством жира, масла. Yağlı şorba жирный суп, yağlı ət жирное мясо, yağlı plov жирный плов, yağlı qovurma жирное жаркое (kavurma), yağlı xörək жирный обед, yağlı pendir жирный сыр 2) толстый, тучный, ожиревший. Yağlı bədən жирное тело, yağlı sifət жирное лицо (жирные щёки) 3) грязный от жира. Yağlı qab-qacaq жирная посуда 4) насыщенный полезными веществами. геол. Yağlı torf жирный плов, yağlı kömür жирный уголь, yağlı gil жирная глина; yağlı beton строит. жирный (насыщенный цементом) бетон 2. маслянистый (пропитанный маслом), жирный. Yağlı maye маслянистая жидкость 3. масляный. Yağlı boyalar масляные краски (краски, разведённые на масле), yağlı lak масляный лак, yağlı bərkidici тех. масляный крепитель; yağlı açar эл.-тех. масляный выключатель; yağlı rəngləmə масляная окраска, yağlı rəngaltı yaxma шпаклёвка под масляную краску, yağlı qudron масляный гудрон 4. сдобный. Yağlı kökə сдобный хлебец, yağlı xəmir сдобное тесто, yağlı çörək сдобный хлеб 5. масличный (дающий масло). Yağlı qızılgüllər масличные розы 6. смазанный маслом, жиром, со смазкой 7. прост. перен. богатый, состоятельный, денежный. Yağlı müştəri богатый клиент 8. прост. перен. выгодный, прибыльный. Yağlı iş прибыльное дело 9. перен. сладкий, медовый, льстивый. Yağlı dillər сладкие речи, yağlı təriflər льстивые восхваления; yağlı quyruq курдюк, yağlı südlülük животн. жирномолочность ◊ yağlı dilinə inanmaq поверить льстивым речам, yağlı dilini işə salmaq пустить в ход сладкий язык; yağlı dilə tutmaq kimi заговаривать зубы кому; yağlı əppək (tikə) olub yoxa çıxmaq скрыться бесследно, как сквозь землю провалиться; yağlı vədlər vermək обещать с три короба; yağlı yer (vəzifə) тёплое местечко, доходное место; yağlı tikə жирный кусок; yağlı söyüş крепкое словцо (словечко); матерное слово, матерная ругань
Azərbaycanca-rusca lüğət / yağlı1 I. s. 1. fat, fatty; rich; ~ heyvan fat cattle; ~ ət fat / fatty meat; ~ qoyun əti fat / fatty mutton; ~ şorba fat / rich soup; ~ gil fat clay; ~ boya oil-paint; 2. greasy, oily; ~ qida greasy / oily food; ~ saç greasy hair; dəri greasy skin; ~ barmaq a greasy finger; ~ maye an oil liquid; 3. məc. rich, well-to-do, solvent, wealthy, free with money; ◊ ~ müştəri a rich / well-to-do customer II. z. fatly, greasily; ~ yemək to eat* rich food
Azərbaycanca-ingiliscə lüğət / yağlı1 sif. gras, -se ; huileu//x, -se ; onctueu//x, -se ; oléagineu//x, -se (scient) ; ~ qoyun əti du mouton gras ; ~ şorba soupe f grasse ; ~ süd lait m crémeux ◊ ~ müştəri client m riche
Azərbaycanca-fransızca lüğət / yağlı1 прил. 1. гъери квай, гъери галай (мес. къафун, гъед, набататар); 2. пи галай, куьк (мес. як); 2. гъери алай, гъеридай кьацӀай (мес. гъилер); чирк авай, чиркин (мес. перемдин хев); 3. пер. рах. хъсан пул авай, варлу; кьуш квай (мес. кӀвалах); 4. пер. рах. таъсирлу, кӀеви, хци, куьк (мес. туьгьмет); ** yağlı boya худож. ягъдал (ягъ кваз) расай ранг; yağlı dil ширин, анжах тапарардай, алцурардай мез (гафар).
Azərbaycanca-ləzgicə lüğəti / yağlıyağlı gün: (Gəncə) məc. isti gün. – Bu yağlı gündə çuxa niyə geyirsən?
Azərbaycan dilinin dialektoloji lüğəti.