bağçı sözü azərbaycan dilində

bağçı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bağçı • 53.3333%
  • Bağçı • 43.3333%
  • BAĞÇI • 3.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cahid Bağçı
Cahit Bağçı (türk. Cahit Bağcı; 25 iyun 1964, Osmancık, Çorum ili) — Türkiyəli siyasətçi, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri == Həyatı == Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. O, üç dönəm – 2007 2011 və 2015-ci illərdə Çorumdan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. Orta Şərq Texniki Universitetinin sosiologiya fakültəsini bitirib. Britaniyanın Mançester Universitetində doktorantura təhsili alıb. Türkiyə-Avropa İttifaqı parlament komitəsinin, NATO PA-nın üzvü olub. 1988-ci ildə Dövlət Planlanma Təşkilatının Sosial Planlaşdırma departametində işə başlayıb. 1993-cü ildə Van Yüzüncü İl Universitetində tədqiqatçı olub. Burada sosiologiya kafedrasında dosent və kafedra müdiri vəzifələrində çalışıb. Mançester Universitetində Türk tələbələri dərnəyini yaradıb.
Cahit Bağçı
Cahit Bağçı (türk. Cahit Bağcı; 25 iyun 1964, Osmancık, Çorum ili) — Türkiyəli siyasətçi, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri == Həyatı == Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. O, üç dönəm – 2007 2011 və 2015-ci illərdə Çorumdan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. Orta Şərq Texniki Universitetinin sosiologiya fakültəsini bitirib. Britaniyanın Mançester Universitetində doktorantura təhsili alıb. Türkiyə-Avropa İttifaqı parlament komitəsinin, NATO PA-nın üzvü olub. 1988-ci ildə Dövlət Planlanma Təşkilatının Sosial Planlaşdırma departametində işə başlayıb. 1993-cü ildə Van Yüzüncü İl Universitetində tədqiqatçı olub. Burada sosiologiya kafedrasında dosent və kafedra müdiri vəzifələrində çalışıb. Mançester Universitetində Türk tələbələri dərnəyini yaradıb.
Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu (tam adı: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu) — Azərbaycan Respublikasının Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən elmi-tədqiqat müəssisəsi. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir. == Tarixi == Ə.C. Rəcəbli adına Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu 1926-cı ildə Ümumittifaq Tətbiqi Botanika və Yeni Bitkilər İnstitutunun Şərqi Zaqafqaziya şöbəsi kimi təşkil edilmişdir. 1936-cı ildən Azərbaycan Quru Subtropik Bitkilər Təcrübə Stansiyasi kimi fəaliyyət göstərmişdir. 1944-cü ildən Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutu yaradılmış və 1956-cı ildən Azərbaycan Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutu, 1975-81-ci illər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu, 1981-92-ci illər Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elm-İstehsalat Birliyi, 1992-ci ildən isə Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu kimi fəaliyyət göstərir. İnstitutun yaradılması zərurəti Azərbaycanda mövcud olan zəngin meyvə-bitki növlərinin, o cümlədən tumlu, çəyirdəkli, giləmeyvəli, subtropik, qərzəkli və sitrus meyvə bitkilərinin seleksiyasi, becərilmə və emal texnologiyaları sistemlərini işləyib hazırlamaq problemlərinin qarşıya çıxması və hər bir təbii-iqtisadi bölgə üçün xarakterik olan meyvə bitkiləri üzrə elmi araşdırmalar aparmaqla ölkədə ərzaq bolluğunu yaratmaq olmuşdur. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu adlanırdı. == Fəaliyyəti == İnstitutun əsas vəzifələri bitki genofondunun toplanması, saxlanması və seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyasının işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsidir. == Kollektivi == İnstitutda 59 nəfər işçi çalışır ki, onlar arasında elmlər və fəlsəfə doktorları var.
Bağçılar
Bağçılar (türk. Bağcılar) — İstanbul ilinin ilçəsi. Bağçılar ilçəsi İstanbul ilçələri arasında ən yüksək əhali sıxlığına malikdir. Son illərdə şərq və cənub-şərq illərindən köçlərin sayı artmışdır. == Tarixçəsi == Osmanlı dövründə bu yerdə yunanların çoxluq təşkil etdiyi bir kənd var idi. 1920-ci illərdən etibarən yunan-türk əhalisi mübadiləsindən sonra burada türklər yaşamağa başladılar. Şərqi və cənub-şərqi Anadoludan gur miqrasiya 1970-ci illərdə ərazinin kütləvi qanunsuz qurulmasına və cinayətkarlığın səviyyəsinin yüksəlməsinə gətirib çıxardı. 1975-ci ilə qədər Anadoludan tutmuş İstanbula qədər üzüm bağları və bostan işləri ilə dolanışıq təmin edirdilər. 1992-ci ildən etibarən kəndin statusunun artırılması ilə əlaqədar üzüm bağlarında müasir urbanizasiyaya keçidlə bağlı işlər aparılmış və bu gün infrastruktur problemləri böyük dərəcədə həll edilmişdir. == Yeri == Bağcılar İstanbulun Avropa tərəfində və İstanbul Böyükşəhər Bələdiyyəsinin xidmət sərhədləri içərisində yerləşir.
Bağçılıq
Bağçılıq — əhalinin meyvələrə olan daxili tələbatını ödəmək üçün mədəni halda becərilən ağaclardan qısa müddətdə daha çox səmərə verməsini təmin etməyə istiqamətli, əhəmiyyətli bir fəaliyyətdir. Azərbaycanda bağçılığın qədim tarixi vardır. Torpaq örtüyünün müxtəlifliyi, əlverişli iqlim şəraiti bu ərazidə tarixən müxtəlif növ meyvə ağaclarının yetişməsinə səbəb olmuşdur. Azərbaycan ərazisində təbii halda bitən alma, armud, heyva, əzgil, qaragilə, yemişan, zoğal, alça, gavalı, göyəm, gilas, gilənar (albalı), nar, əncir, qoz, fındıq, şabalıd, püstə, badam, üzüm, iydə, innab, tut, moruq, böyürtkən, çiyələk və başqa cır meyvə və giləmeyvə bitkilərinə rast gəlirik. Maraqlıdır ki, Azərbaycan meşələrinin qədimlərdən başlamış müasir dövrə qədər özünün bol cır meyvəsi olmuş və bu meyvələrdən əhali geniş istifadə etmişdir. Zaman keçdikcə yabanı meyvələrdən mədəni meyvə yetişdirməyə başlamışlar. Azərbaycanda yabanı meyvələrin, mədəni hala keçirilməsi üçün hər cür şərait olmuşdur. Ona görə də "Cənubi Qafqaz dünyada bir sıra bitkilər, xüsusilə meyvələrin (üzüm, alma, armud, alça, nar, heyva və s.) ilk dəfə mədəniləşməsinin vətənidir". Azərbaycanın Böyük Qafqaz dağları ətəklərində bağçıhq əsrlər boyu daha geniş şəkildə inkişaf etmiş, bütöv bir ərazini bürümüşdür. Bağçılıqda ən mühüm dövr payız fəslidir.
Mərdəkan Bağçılıq və Bostançılıq Məktəbi
Mərdəkan Bağçılıq və Bostançılıq Məktəbi — 1896-cı ilin 27 oktyabr tarixində mesenat Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiyti hesabına Bakının Mərdəkan kəndində açılmışdır. birinci il məktəbdə 40 şagird təhsil almışdır. Təhsil müddəti 5 il olmuşdur. Tədris planına azərbaycan, rus dilləri, hesab və hüsnxətt fənnləri daxil edilmişdi. Məktəbin nəzdində internat vardı. Kənd icması tərəfindən ayrılmış 10 ha-dan artıq təqris-təcrübə sahəsində yerli şəraitə uyğun gül-çiçək, dərman bitkiləri və texniki bitkilər becərilirdi. Hətta şitillik təşkil olunmuşdu.

bağçı sözünün leksik mənası və izahı

  • 1 is. 1. bax bağban 1-ci mənada. Qonşu respublikalardan gəlmiş qonaqlar Qubanın bağçıları və məktəbliləri ilə səmimi görüşü heç zaman unutmayacaqlar. 2. məh. İstirahət üçün yayda bağa (bax bağ1 4-cü mənada) köçən, bağda istirahət edən adam. Şəhərə yaxın olduğundan, bağçılar buranın [Maştağa kəndinin] bağlarına çox köçərdilər. H.Sarabski.

    Azərbaycan dilinin izahlı lüğəti / bağçı
  • 2 is. məh. Biçinçilərin ardınca dərz bağlayan işçi.

    Azərbaycan dilinin izahlı lüğəti / bağçı

bağçı sözünün sinonimləri (yaxın mənalı sözlər)

bağçı sözünün rus dilinə tərcüməsi

bağçı sözünün inglis dilinə tərcüməsi

bağçı sözünün fransız dilinə tərcüməsi

bağçı sözünün ləzgi dilinə tərcüməsi

bağçı sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Qazax) biçilmiş taxılı toplayıb dərz bağlayan adam. – Piçinçilər çoxdular, bağçı təx’di bağle:f yetirmer

Azərbaycan dilinin dialektoloji lüğəti.

"bağçı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bağçı nədir? #bağçı sözünün mənası #bağçı nə deməkdir? #bağçı sözünün izahı #bağçı sözünün yazılışı #bağçı necə yazılır? #bağçı sözünün düzgün yazılışı #bağçı leksik mənası #bağçı sözünün sinonimi #bağçı sözünün yaxın mənalı sözlər #bağçı sözünün əks mənası #bağçı sözünün etimologiyası #bağçı sözünün orfoqrafiyası #bağçı rusca #bağçı inglisça #bağçı fransızca #bağçı sözünün istifadəsi #sözlük