hadisələr sözü azərbaycan dilində

hadisələr

Yazılış

  • hadisələr • 97.1844%
  • Hadisələr • 2.8057%
  • HADİSƏLƏR • 0.0099%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hadisələr
Hadisə və ya olay — təbiətdə baş verən bütün dəyişikliklərə deyilir. Fəsillərin əmələ gəlməsi, Günəşin çıxması və batması, Şimşək, Günəş və Ay tutulmaları, suyun donması və buxarlanması, buzun əriməsi, suyun daşması, bitkinin böyüməsi çiçəklənməsi, heyvanların çoxalması, yazda həşəratların və quşların görünməsi təbiət hadisələridir.
Fiziki hadisələr
== Ümumi məlumat == Cisimlərin daxilində, xaricində, onların iştirakı ilə baş verən hadisələr fiziki hadisələrdir. Fiziki hadisələr zamanı maddənin aqreqat halı, forması və s. dəyişir. Suyun donması, buzun əriməsi, mayenin buxarlanması, metalların döyülərək müxtəlif formalara salınması, neftin fraksiyalara ayrılması, qarışıqların süzmə, buxarlandırma, distillə, çökdürmə, kristallaşma, maqnitlə və xromatoqrafiya üsulu ilə ayrılması və s. fiziki hadisələrdir. == Fiziki hadisələrin növləri == Fiziki hadisələr 7 qrupa bölünür: mexaniki işıq elektrik maqnit səs istilik atom === Mexaniki hadisələr === Mexaniki hadisələr cisimlərin bir-birinə nəzərən zamanı baş verir. Yelləncəyin hərəkəti, təyyarənin uçuşu, Yerin Günəş ətrafında hərəkəti və s. buna misal ola bilər. === İşıq === İşıq hadisələri işıq şüalarının təsiri ilə baş verən hadisələrdir. Məsələn,göy qurşağının yaranma, işığın yanması, günəş işığının şüşəyə yansıması və s.
Buludlarda optik hadisələr
Buludlarda optik hadisələr — Buludlardan keçən öz yolunda buz kristallarına və damcılarına rast gələn günaş şüaları sınmaya, əks olunmaya və difraksiyaya məruz qalır .Nəticədə müxtəlif optik hadisələr-göy qurşağı, halo, taclar, buludların qloriya və irizasiyası və s. meydana gəlir. == Göy qurşağı == Bu böyük bir rəngarəng qövs olan bir hadisədir .Onun xarici hissəsi qırmızı rəngə boyanıb və 42° radiusa malikdir.Daxili hissəsi bənövşəyidir.Onlar ara sında dalğa uzunluğa müvafiq olaraq narıncı,sarı, yaşıl, mavi və göy rəng yerləşir.Əsas göy qurşağının xarici tərəfində tez–tez rəngləri əksinə yerləşən ikinci göy qurşağıda müşahidə olunur.Dağlarda və ya uçuş hündürlüklərindən müşahidələrdə bəzən göy qurşağını demək olar ki,tam dairə şəklində müşahidə etmək mümkün olur.Göy qurşağı günəşin qarşı tərəfində bulud olduqda və yağış düşdükdə meydana gəlir.Onun yaranması günəş işığı yağış damcılarından keçən zaman onun ayrı–ayrı şüalara parçalanması ilə əlaqədardır.Göy qurşağında rənglərin inkişafının intevsivliyi və eləcə də müvafiq zolaqların eni müxtəlif olurlar və su damcılarının ölçülərindən asılıdır.Damcıların ölçülməsi nə qədər böyükdürsə bir o qədər göy qurşağı parlaq və dardır.Əksinə, damcıların ölçüləri nə qədər böyükdürsə,bir o qədər göy qurşağı çox geniş və tutqundur. Göy qurşağı adətən elə yağışda müşahidə edilir ki,orada damcılar bərabər və bir-birini əvəz etməklə işıq təəssüratını yeniləşdirməklə düşür.Parlaq göy qurşaqları olduqca tez-tez topa-yağış buludlarından düşən iri damcılı leysan yağışlarında müşahidə edilir .Göy qurşağı nəinki düz günəş şüalarından, həmçinin əks olunan şüalardan da meydana gələ bilər.Bu hallarda bir neçə göy qurşağı qövsünü müşahidə etmək olar. Həm də onların bəziləri qeyri-adi tərsinə alt-üst görünür.Bu cür hadisələri dəniz,körfəzlərin, böyük çayların və göllərin sahilində müşahidə etmək olar.Çox zəif göy qurşağını bəzən gecə yağışdan sonra bulud arxasından ay göründükdə də müşahidə etmək olar. == Halo == Halo göyün üzünü lələkvari və ya lələkli-laylı buludlarla örtülü olan gündüz günəşin yaxınlığında və gecə ayın ətrafında müşahidə edilən işıqlı dairələr və ya dairə qövsüdür.Günəşə baxan dairənin daxili kənarı qırmızı rəngə boyanır. Xarici tərəfə rəng sarıya, yaşıla, maviyə keçir.Həm də dairə tutqun olur və göyün qalan ağımtıl rəngli hissələri gözə çarpmadan qovuşur.Çox vaxt halo 22° ən azı isə 45°radiuslu işıqlı dairə adətən ayrı-ayrı qövslər şəklində müşahidə edilir. == Taclar == Günəş və ya ay tez-tez taclar adı daşıyan parlaq üzüklərlə əhatə olunur.Onıar bilavasitə işıq mənbəyinin diskinə bitişirlər və daxildəki göydən xaricindəki qırmızıya qədər bir-birini əvəz edən rəngli dairələr şəklində təqdim edirlər.Taclar nazik yüksək topa buludlarla müşahidə olunur və buludların su damcıları və ya çox kiçik kristallar tərəfindən işığın difraksiyası tərəfindən meydana gəlir.Difraksiyanın mahiyyəti isə ondan ibarətdir ki, işıq kiçik kristallar tərəfindən işığın difraksiyası nəticəsində meydana gəlirlər. == Qloriya == Hər hansı bir obyektin kölgə ətrafında bulud silsilələrində tacdır.Bu hadisə xüsusilə, çox vaxt laylı-topa və ya laylı buludların üzərində uçan təyyarənin kölgəsi ətrafında müşahidə olunur.Bu halda qloriyanın olması həmişə onu göstərir ki, buludlar su damcılarından ibarətdir və əgər buludlarda temperatur mənfidirsə, onda buludda təyyarənin buz bağlamasını gözləmək olar.Həm də parlaq dairə buludlarda çox kiçik soyumuş dalğaların olduğunu göstərir.Ona görə də buzlaşma zəif intensivlik ola bilər. == İrizasiya == Yüksək-topa və ya laylı-topa buludlar günəşdən 30°və daha böyük məsafədə olduqda onların kənarlarında əlvan rənglərdə özünü göstərir.Bu hadisə bulud elementlərinin çox kiçik və bircinsli olduğunu göstərir.
Düşənbə hadisələri
Düşənbə hadisələri (rus. Массовые беспорядки в Душанбе) — 1990-cu ilin 12–14 fevral tarixlərində Tacikistan Sovet Sosialist Respublikasının paytaxtı Düşənbə şəhərində yaşayan etnik ermənilər, ruslar və taciklərlərə qarşı tacik millətçilər tərəfindən gercəkləşdirilmiş poqrom. Hadisələr nəticəsində 26 nəfər həlak olmuş, 565 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisələr müxtəlif mənbələrdə Sovet Sosialist Respublikaları İttifaqının dağılması ilə müşahidə olunan hökumət əleyhinə nümayişlər kimi də təqdim olunmuşdur.
Fərqanə hadisələri
Fərqanə hadisələri (türk. Fergana Olayları) — 1989-cu ilin 1-5 iyun tarixlərində Özbəkistan Sovet Sosialist Respublikasının Fərqanə vadisi olaraq adlandırılan bölgəsində yaşayan Axısqa türklərinə qarşı yerli özbəklər tərəfindən gercəkləşdirilmiş poqrom. Hadisələr nəticəsində, dəqiq necə nəfərin öldürüldüyü məlum olmasa da, həmin ildən etibarən Özbəkistanda yaşayan 100 minə yaxın axısqa türkü bölgəni tərk edərək, qonşu ölkələrin ərazilərinə sığınmışdır. == Hadisə == 1944-cü ildə etnik mənsubiyyətləri səbəbindən Türkiyə-SSRİ sərhədi üçün təhdid olaraq qəbul edilən Axısqa türklərinin Mərkəzi Asiyada yerləşən sovet respublikalarına köçürülməsinə qərar verilmişdir. Köçürülmə prosesinin 1944-cü ilin 14 noyabr tarixində başladılmış cəmisi 24 saat ərzində yekunlaşıdırılmışdır. Həmin tarixdə Gürcüstan Sovet Sosialist Respublikasının Ahalsıx bölgəsində yaşayan 86 min axısqa türkü başda Qazaxıstan Sovet Sosialist Respublikası, Qırğızıstan Sovet Sosialist Respublikası və Azərbaycan Sovet Sosialist Respublikasının ərazilərinə köçürülmüşdür. İnsanların mal-qara üçün nəzərdə tutulmuş yük vaqonlarında 10 günə yaxın yol getməsi nəticəsində, ən azı 18 min nəfər axısqa türkünün köçürülmə prosesi zamanı həlak olduğu ehtimal olunur. Özbəkistan Sovet Sosialist Respublikası axısqalıların ən kompakt yaşadığı Sovet Respublikası olmuşdur. Belə ki, 1988-ci ilin məlumatına əsasən bu Respublikada 110 minə yaxın etnik axısqa türkü yaşamaqda idi. Fərqanə vadisi, axısqalıların Özbəkistanda ən kompakt yaşadığı yer olmuşdur.
Gümülcinə hadisələri
Komotini hadisələri və ya Gümülcinə hadisələri (türk. Gümülcine olayları) — 29 yanvar 1990-cı ildə Yunanıstanın şimalındakı Komotini regionunda yerli yunan xristianlar və etnik türk azlıq nümayəndələri arasında baş vermiş kütləvi zorakılıq halı. Hadisələr etnik türk millət vəkili Sadiq Əhmədin Yunanıstan məhkəməsi tərəfindən mühakimə olunaraq həbs edilməsi ilə bağlı başlamışdır. 400 mağaza talan edilmiş, iki türkdilli qəzetin ofisi qarət olunmuşdur. Toqquşmalar bir etnik yunanın bir müsəlman tərəfindən öldürülməsindən sonra başlamışdır. Hadisələr zamanı türklərdən itki olmamışdır. == Zəmin == Avropa Şurası tərəfindən Qərbi Frakiyada yaşayan müsəlman azlığın bir hissəsi kimi tanınan türklərin sayı fərqli hesablamalara görə, 50,000 ilə 130,000 arasında dəyişir. "Türk azlığı" ifadəsi Yunanıstan hökuməti tərəfindən "müsəlman yunanlar" ifadəsini işlətməklə rəsmi olaraq rədd edilir. Türklərə qarşı ayrı-seçkilik ABŞ və Avropa Parlamenti tərəfindən tənqid edilmişdir. 26 yanvar 1990-cı ildə Yunanıstan məhkəməsi 2 türk liderini siyasi təşkilatlarında "türk" sözünü işlətdiklərinə görə həbs etmişdir.
Gəncə hadisələri (2018)
Gəncə iğtişaşları və ya digər adı ilə Gəncə hadisələri — 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş verən iğtişaş. Rəsmi məlumatlara əsasən iğtişaşlardan bir həftə əvvəl, iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov tərəfindən Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi olundu. Sui-qəsd cəhdindən sonra Yunis Səfərovu müdafiə edən bir qrup şəxs Gəncə şəhərində iğtişaşlar törətdi. İğtişaşlar 2 polisin öldürülməsi, onlarla insanın yaralanması və 54 nəfərin həbs edilməsi ilə yadda qaldı. == Zəmin == 2018-ci il iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçi Qasım Aşbazov Gəncə meriyasının inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldı və xəstəxanaya yerləşdirildi. Bir müddət sonra 1983-cü ildə Gəncədə anadan olan Rusiya vətəndaşı Yunis Səfərovun dərhal həmin ərazidə xidmət aparan polislər tərəfindən saxladıldığı məlum oldu. Bir müddət sonra bir sıra KİV-ləri həm Elmar Vəliyevin, həm də Qasım Aşbazov xəstəxanada vəfat etdiyi haqqında xəbərlər yaydı. Amma xəbərlər həqiqətə uyğun deyildi. İyulun 6-da isə Elmar Vəliyevin müalicəsini İsraildə davam etdirəcəyi bildirildi. Elmar Vəliyevə qarşı sui-qəsdə ittiham olunan Yunis Rafiq oğlu Səfərov, 1983-cü il sentyabr ayının 29-da Gəncə şəhərində anadan olub.
Hadisələrin emalı
Hadisələrin emalı – əməliyyat sistemlərinin Mac OS, Microsoft Windows, UNIX və OS/2 kimi güclü arxitekturalarında dəstəklənən proqram funksiyası. Əvvəllər proqramlar qarşılıqlı əlaqədə ola biləcəyi bütün qurğuları (məsələn: klaviatura, siçan, printer, disksürən, ardıcıl port) soruşmalı (mahiyyətcə qabaqcadan duymalı) idi. Proqram vasitəsi çox həssas deyildisə, tez-tez eyni anda baş verən iki hadisədən biri itə bilərdi. Hadisələrin emalı bu problemi həll etməyə imkan verir: Ən tez-tez baş verən hadisələrin növbəsi təşkil edilir ki, onları da proqram ardıcıl olaraq emal edir (yeri gəlmişkən, hadisələrin bəzi tipləri daha yüksək öncəlikləri hesabına üstünlüyə malik ola bilər). Hadisələr konkret əməliyyat sisteminin müəyyənləşdirdiyi bir neçə tipdən birinə aid ola bilər: siçanın düyməsinin və ya klaviaturanın klavişinin basılması, diskin dəyişdirilməsi, siçanın pəncərədə çıqqıldadılması, qurğunun drayverindən informasiyanın alınması və s.
Komotini hadisələri
Komotini hadisələri və ya Gümülcinə hadisələri (türk. Gümülcine olayları) — 29 yanvar 1990-cı ildə Yunanıstanın şimalındakı Komotini regionunda yerli yunan xristianlar və etnik türk azlıq nümayəndələri arasında baş vermiş kütləvi zorakılıq halı. Hadisələr etnik türk millət vəkili Sadiq Əhmədin Yunanıstan məhkəməsi tərəfindən mühakimə olunaraq həbs edilməsi ilə bağlı başlamışdır. 400 mağaza talan edilmiş, iki türkdilli qəzetin ofisi qarət olunmuşdur. Toqquşmalar bir etnik yunanın bir müsəlman tərəfindən öldürülməsindən sonra başlamışdır. Hadisələr zamanı türklərdən itki olmamışdır. == Zəmin == Avropa Şurası tərəfindən Qərbi Frakiyada yaşayan müsəlman azlığın bir hissəsi kimi tanınan türklərin sayı fərqli hesablamalara görə, 50,000 ilə 130,000 arasında dəyişir. "Türk azlığı" ifadəsi Yunanıstan hökuməti tərəfindən "müsəlman yunanlar" ifadəsini işlətməklə rəsmi olaraq rədd edilir. Türklərə qarşı ayrı-seçkilik ABŞ və Avropa Parlamenti tərəfindən tənqid edilmişdir. 26 yanvar 1990-cı ildə Yunanıstan məhkəməsi 2 türk liderini siyasi təşkilatlarında "türk" sözünü işlətdiklərinə görə həbs etmişdir.
Laçın hadisələri (2015)
Laçın hadisələri (erm. Բերձորյան միջադեպ, translit. Berdzoryan micadep) və ya Reyd-nəzarət (erm. Ռեյդային ստուգումներ, translit. Reydayin stuqumner) — 31 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikasının Laçın rayonu ərazisindəki Gorus–Xankəndi magistrial yolunda mitinq üçün İrəvan şəhərindən Xankəndi şəhərinə gedən mülki şəxslərə silahlı hücum hadisəsi. Qondarma Dağlıq Qarabağ Respublikası polisi "Rejimsiz 100-cü il" hərəkatının təxminən 150 üzvünə – Qarabağ müharibəsi veteranları Pavlik Manukyan və Jirayr Səfilyan, Dağlıq Qarabağ Müdafiə Ordusu ehtiyat polkovniki Varujan Avetisyan, ASALA terror təşkilatının üzvü Aleksandr Yenikomşiyan, bəstəkar Vardan Akopyan, onların ailə üzvləri, başqa Ermənistan vətəndaşları və erməni diasporunun nümayəndələrinə hücum edir.
Lənkəran hadisələri
Lənkəran hadisələri – 1990-cı ilin yanvarında SSRİ ordusu tərəfindən Azərbaycan SSR-nin Lənkəran rayonunda baş vermiş qırğın. Hadisə nəticəsində Tariyel Abdullayev, Salman Baxşıyev, Rövşən Bədəlov, Vaqif Məmmədov, Rahim Məmmədov və Şahin Məmmədov rus hərbçiləri tərəfindən Lənkəranın Haftoni meşəliyində öldürülmüşdür. Həmin dövrdə Azərbaycanda müstəqillik hərəkatı güclənmişdi və Cəlilabad ilə Astarada sərhəd zastavalarının nəzarət-keçid məntəqələri dağıdılmışdı. SSRİ hökuməti bunun qarşısını almaq üçün 1990-cı ildə Azərbaycana qoşun yeritmişdir. Şahidlərin dediyinə görə Lənkərana yeridilən SSRİ hərbçiləri xalq hərəkatı nümayəndələrindən silahları təhvil verməyi tələb edir və hədə-qorxu gəlirdilər. Vəziyyətin gərginləşdiyini görən fəallar dağlıq meşə zolağına çəkilsələr də, Sovet hərbçiləri dərhal meşəliyi mühasirəyə alaraq oradakı adamlara atəş açmağa başlamışdırlar. Baş vermiş hadisə nəticəsində altı lənkəranlı şəxs ölmüşdür. Hazırda həmin şəxslər Lənkəran şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunublar. == Zəmin == Erməni separatçılarının, Azərbaycana qarşı ərazi iddialır və həmsərhəd ərazilərdə törətdikləri təxribatlara qarşı mərkəzi və yerli hakimiyyətə qarşı Lənkəranda etirazlara səbəb olmuşdu. 1990-cı ilin yanvarında əhali tərəfindən, yaranmış gərgin ictimai-siyasi vəziyyətdən çıxmaq üçün yanvarın 10-dan 11-nə keçən gecə Lənkəranda 300 nəfərdən ibarət Müvəqqəti Müdafiə Komitəsi yaradılıb.
Mart hadisələri
Mart soyqırımı və ya Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. == Soyqırımdan öncəki vəziyyət == 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdir. Bakıda rus və erməni silahlı dəstələri Azərbaycan əhalisini qarət etməyə başlayır. Soyğunçuluq, qarmaqarışıqlıq və özbaşına axtarışlar ancaq azərbaycanlıların yaşadığı məhəllələrdə baş veririrdi. Buna etiraz edən müsəlman tacirləri bütün mağazaları bağlamışdılar. 1917-ci il dekabrın 26-da Bakıda türklərin dükan və mağazalarının, demək olar ki, çoxu bağlanmışdı. Hadisələrdən təlaşa düşən azərbaycanlılar narahat olmağa başlayırlar. "İsmailiyyə" binasının qarşısında mitinq keçirilir və buraya 3000 nəfərə qədər türk toplaşır və onlar Müsəlman İctimai Təşkilatları Komitəsindən tələb edir ki, şəhərdə qayda-qanun yaradılması üçün tədbir görsünlər.
Mart hadisələri (1995)
1995 Azərbaycanda hərbi çevrilişə cəhd — 1995-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri polkovnik Rövşən Cavadov rəhbərliyində Azərbaycan hərbçiləri tərəfindən edilən hərbi çevriliş cəhdidir. Məqsəd prezident Heydər Əliyevdən ölkə hakimiyyətini almaq və əvvəlki prezident Əbülfəz Elçibəyi hakimiyyətə gətirmək idi. Türkiyə prezidenti Süleyman Dəmirəl Türkiyədə çevrilişi dəstəkləyən ünsürlərdən xəbərdar olanda xəbərdar etmək üçün Əliyevə zəng elədi. 17 mart 1995-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə aldı və hücum edərək Cavadovu öldürdü. 1996-cı il Susurluq qəzasından sonra Türkiyədə ortaya çıxan məlumatlar bəzi Türkiyə kəşfiyyatçılarının çevrilişi dəstəklədiyini və rol oynadığını üzə çıxardı. == Zəmin == 1990 -cı ilin avqustunda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan Daxili İşlər Nazirliyinə tabe olan Xüsusi Təyinatlı Milis Dəstəsi (OMON) yaradıldı. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra bu birlik Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) adlandırıldı. XTPD ilk dəfə 1994-cü ilin oktyabr ayında dövlət çevrilişinə cəhd hadisələrində iştirak etmişdi. Lakin sonradan XTPD Heydər Əliyevə dəstək göstərdiyi üçün birləşmə ləğv edilmədi, qiyamın digər rəhbəri Surət Hüseynov isə baş nazir postundan istefaya göndərilərək həbs edildi. Buna baxmayaraq XTPD dövlətin birbaşa nəzarətində olmayan silahlı birlik olaraq qalmağa davam edirdi.
Mart hadisələri zamanı Bakıda dağıdılmış memarlıq abidələri
Soyqırım zamanı dağıdılmış abidələr. == Abidələrin siyahısı == Bakı şəhərində Bakı Sovetinin erməni daşnak-rus bolşevik qüvvələri azərbaycanlılara qarşı qanlı qırğınları zamanı ictimai və şəхsi binalara da çoх böyük ziyan dəymişdir. Belə ki, «Açıq söz» və «Kaspi» qəzetlərinin redaksiyaları yandırılmış, Bakıda ən iri məscid bombalanmışdı. Bakıda İsmailiyyə Хeyriyyə Cəmiyyətinin binası, Şirvanşahlar Sarayı ansambılına daхil olan ХIV əsrdə tikilmiş Keyqubad məscidini rus əsgərləri ermənilərlə birlikdə yandırıb külə döndərmişdilər Bununla əlaqədar olaraq, Fövqəladə İstintaq Komissiyasının sənədləri içərisində çoхsaylı materiallar vardı. Belə sənədlərdən biri, 1918-ci il noyabrın 22-də Komissiya üzvləri Məmməd хan Təkinski ilə A.E.Kaluqenin birgə tərtib etdikləri protokolun materiallarıdır. Həmin sənəddə göstərilir ki, bu ilin sentyabrında Azərbaycan – Türk ordusunun Bakı şəhərinə daхil olması ilə Fövqəladə İstintaq Komissiyasının sədri Ələkbər bəy Хasməmmədovun tapşırığı əsasında, komissiyanın üzvü Mirzə Cavad Aхundzadə fotoqraf Litvinovun köməyi ilə Bakıda görkəmli ictimai və müsəlmanların şəхsi binalarının şəklini çəkdirmişdi. Çəkilən şəkillər aşağıdakılardır: Nikolayevsk küçəsindəki «Kaspi» qəzetinin redaksiya binası dağıdılmışdı. Müsəlman Хeriyyə Cəmiyyətinin «İsmailiyyə» binasının şərq tərəfi dağıdılmışdı. «Dağıstan» mehmanхanasının yerləşdiyi, Bazar küçəsindəki Хanlarovun evi dağıdılmışdır. Burada əsasən müsəlmanlar yaşayırdılar.
May hadisələri (Azərbaycan)
May hadisələri (həmçinin 14–15 may hadisələri, 1992-ci il 15 may dövlət çevrilişi) — Azərbaycanda Azərbaycan Xalq Cəbhəsi tərəfindən həyata keçirilən dövlət çevrilişi. == Zəmin == === Mütəllibovun istefası === Fevralın 25-dən 26-na keçən gecə erməni dəstələri bir neçə zirehli texnikanın dəstəyi ilə Xocalı şəhərinə hücum etmiş, yerli əhaliyə soyqırım törətmişdir. Baş verən hadisələr mart ayına qədər ictimaiyyətdən gizli saxlanılmışdır. Həmin ay Azərbaycan Ali Sovetinin Milli Şurası jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı ilə bağlı videoçarxının yayımlanmasına icazə vermişdi. Soyqırımın görüntüləri Azərbaycan ictimaiyyətini sarsıtmış, Mütəllibova qarşı nifrətə səbəb olmuşdu. Bir çox cəbhəçilər Mütəllibovu tənqid etmiş, İsgəndər Həmidov isə Mütəllibovun 20 Yanvar faciəsi nəticəsində hakimiyyətə gəldiyini və Rusiyanın maraqlarına xidmət etmək üçün Kreml tərəfindən Azərbaycan Kommunist Partiyasına rəhbər təyin edildiyini demişdir. Həmçinin, o, Mütəllibovu Azərbaycan Konstitusiyasını pozmaqda ittiham etmişdir, çünki Ali Sovetin milli ordu yaratmaq məqsədi daşıyan qanunu qəbul etməsinə baxmayaraq, Mütəllibov onu icra etməmişdi. Bu səbəblərdən Həmidov Mütəllibovun istefaya getməsini tələb etmişdir. Nəticədə, Mütəllibov müxalifətin təzyiqi ilə 6 martda prezident vəzifəsindən istefa vermişdir. Növbəti prezident seçkilərinə qədər prezident səlahiyyətləri Ali Sovetin sədri Yaqub Məmmədova həvalə edilmişdir.
Muğan hadisələri
Muğan hadisələri — 1918–1919-cu illərdə Rusiya vətəndaş müharibəsi fonunda Muğanda Ağ qvardiya, bolşeviklər və Azərbaycan qüvvələri arasında qarşıdurma. Nəticədə Muğan Sovet Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil oldu. Oktyabr inqilabından və Qafqaz Cəbhəsinin dağılmasından sonra indiki Azərbaycan Respublikasının cənubunda Muğanda hakimiyyətsizlik yarandı. Yerli əhali ilə Rusiya imperiyası dövründə bu regionda məskunlaşmış rusların etnik gərginliyi hərbi əməliyyatlara çevrildi. Muğanlılar kimi tanınan rus mühacirlərin köməyinə bölgəni tərk etməkdən imtina edən bir çox rus sərhədçi zabitləri də gəlmişdilər. Etnik toqquşmalar dövrü yalnız 1918-ci ilin aprelində Bakı kommunasının hissələri tərəfindən Sovet hakimiyyətinin qurulmasından sonra başa çatdı, barışıq cəhdləri oldu. Lakin Sovet hakimiyyəti uzun sürmədi və Bakı Kommunası süquta uğrayandan bir neçə ay sonra Muğanda Rusiyanın ağ qüvvələrinin marionet hökuməti quruldu. Buna baxmayaraq, regionda vəziyyət anarxiyanın astanasında qaldı, hökumətin nüfuzu zəif idi və 1919-cu ilin aprelində regionda yenidən Sovet hakimiyyəti Muğan Sovet Respublikasının (MSR) simasında bərqərar oldu. Çar ordusunun zabitlərinin yeni Sovet hakimiyyətini tanımaqdan imtina etməsi və əvvəlki hökumətlərin liderlərindən biri olan polkovnik İlyaşeviçin həbsi Muğanda ağlar və qırmızılar arasında müharibəyə gətirib çıxardı. Eyni zamanda, azərbaycanlıların və talışların MSR-a qarşı yönəlmiş genişmiqyaslı üsyanı başladı, onların köməyinə Azərbaycanın müntəzəm ordu hissələri çatdı.
Nardaran hadisələri (2015)
Nardaran hadisələri — 26 noyabr 2015-ci ildə Bakının Nardaran qəsəbəsində baş vermiş, 7 nəfərin ölümü, 4 nəfərin yaralanması və 14 nəfərin həbs olunması ilə nəticələnən qarşıdurma. Həlak olanlardan 2-si Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları, digər 5 nəfər isə qəsəbə sakinləri olmuşdur (onlardan biri daha sonra xəstəxanada keçinib). Hadisədən sonra Nardaranlılar qəsəbədə etiraz aksiyası keçirib, barrikadalar qurub və yaşayış məntəqəsinə giriş-çıxışı bağlayıblar. Hər iki tərəf insidentə görə bir-birini günahlandırır. Hadisədən 3 gün sonra Nardaran Ağsaqqallar Şurası İmam Hüseyn meydanının boşaldılması və barrikadaların sökülməsi haqqında qərar qəbul edib. Bundan sonra 1–2 dekabr 2015-cil tarixlərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu Nardaranda birgə əməliyyat keçirib, qəsəbənin küçə və meydanlarından dini simvollar o cümlədən bayraq, şüar və yazılar götürülüb, qəsəbədə bəzi evlərdən silah-sursatın aşkar olunaraq götürüldüyü və daha 19 nəfərin həbs olunduğu iddia olunub. Nardaran ölkənin paytaxtı, Bakı şəhərindən 40 km uzaqlıqda yerləşən, kasıbçılıq və işsizlik kimi problemləri olan qəsəbədir. O, 1991-ci ildən bəri dindarlığı ilə digər Bakı kəndlərindən seçilir. Beləki, Azərbaycan İslam Partiyası və s. kimi islamçı təşkilatlar məhz bu qəsəbədə yaranmışdır.
Paranormal hadisələrlə dolu ev
Paranormal hadisələrlə dolu ev (ing. Haunted House) və ya Ruhlu ev (ing. Ghost House) — adətən içərisində keçmiş sakinlərinin bədənlərini tərk edən ruhların yaşadığı sezilən yaşayış evi. Parapsixoloqlar ruhları adətən qətl, təsadüfi ölüm və ya intihar kimi faciəvi hadisələrdən əziyyət çəkmiş sakinlərlə əlaqələndirir. Əksər hallarda, elmi istintaq nəticəsində fövqəltəbii və ya paranormal adlandırılan hadisələrin arxalarında yalanlar, ekoloji təsirlər, hallusinasiyalar və qərəzli yanaşmalar kimi başqa şeylərin dayandığı aşkar olunur. Böyük, köhnə və tərk edilmiş evlər, o cümlədən qalalar içərisində baş verən paranormal hadisələrlə bilinir. Baş verdiyi iddia edilən hadisələrə cırıldama səsləri, tərpənməz əşyaların hərəkəti və ruhların görünməsi aiddir. 2005-ci ildə üç ölkədə – ABŞ, Kanada və Böyük Britaniyada keçirilən sorğuya əsasən, insanlar siyahıda qeyd olunan digər paranormal hadisələr əvəzinə, ruhlu evlərə inanır. "Haunted Houses: The Film Genre That Won't Die". CNN. "Hong Kong's Hot Market in "Haunted" Houses".
Parisdə terror hadisələri (noyabr, 2015)
Parisdə terror hadisələri (noyabr, 2015) (fr. Attentats du 13 novembre 2015 en Île-de-France) — 13 noyabr 2015-ci ildə, yerli vaxtla 21:16-da başlayan, Parisin birinci, onuncu və on birinci dairələri ilə birlikdə birlikte Stad de Frans stadionunda baş vermiş silahlı və bombalı terror hücumları. Bataklan teatrında baş vermiş girov alma hərakatı ilə yanaşı Parisdə 3 bombalı və 6 silahlı teror hücumunun baş verdiyi bildirilmişdir. Ölü sayı dəqiq bilinməsə də, hadisələrdə 158 nəfərin öldüyü bildirilir. Bir xəbər qaynağına görə terror hücumu 6 nəfər tərəfindən həyata keçirilmişdir. Fransa polisi hücumlara 2 kamikadzenin də qatıldığını açıqlamışdır. Yerli vaxtla 23:58-da yayımlanan açıqlamasında Fransa prezidenti Fransua Olland fövqəladə vəziyyət və ölkənin bütün sərhədlərinin bağlanması haqqında göstəriş verib. Fransa sərhədləri İkinci dünya müharibəsindən sonra ilk dəfə bağlanmışdır. Sonuncu dəfə Əlcəzair müharibəsində bütün Fransanı bürüyən fövqəladə vəziyyət elan olunmuşdu. Hücumlar Parisin 10-cu dairəsindəki "Le Petit Cambodge" adlı restorana ve Parisin şərqində 11-ci dairədəki Bataklan adlı teatr zalına edilmişdir.
Qafan hadisələri
Qafan hadisələri, Qafan faciəsi və ya Qafan qırğını — 1987-ci ilin noyabrından 1988-ci ilin fevralına qədər SSRİ tərkibindəki Ermənistan SSR-nin Qafan rayonu ərazisində yaşayan azərbaycanlı əhalinin zorakı və məcburi şəkildə qovulması. Qafan rayonunda Ermənistanda digər ərazilərə nisbətdə daha çox azərbaycanlı yaşayırdı, 1979-cu ildə burada yaşayanların 10 minə yaxını azərbaycanlı idi. Azərbaycanla açıq qarşıdurmadan xeyli əvvəl Ermənistanda ərazi iddialarını əsaslandıran fikirlər yayılırdı. Bunun Azərbaycana da təsir etməsi nəticədə qarşılıqlı inamsızlıq və düşmənçilik formalaşdırmışdı. 1987-ci ilin sonlarından başlayaraq Ermənistan SSR-də yaşayan azərbaycanlılarla ermənilər arasında qarşıdurmalar yaşanmış, onlardan biri də Qafanda baş vermişdir. Rayon ərazisində azərbaycanlıların yaşadığı kəndlərə hücumlar edilmiş, yerlilər evlərindən qovulmuşdur. Qafanlılar Ermənistandan gələn ilk məcburi köçkünlərə çevrilmiş, vaqonlar və avtobuslarda Bakıya, Sumqayıta gəlmişlər. Buna baxmayaraq, yerli sovet rəhbərliyi hadisələri ört-basdır etmişdir. Həmçinin, şahidlərin ifadələrinə baxmayaraq, ermənilər azərbaycanlıların Qarabağda böhranın baş verməsindən əvvəl Ermənistandan qovulmalarını qəti şəkildə inkar edirlər. Baş verən hadisələrin işıq üzünə çıxmasının fonunda Azərbaycan SSR-də ictimai-siyasi çalxalanmalar meydana çıxmağa başlamışdır.
Quba hadisələri (2012)
Quba hadisələri — 2012-ci ilin mart ayının 1-də Quba rayonunda baş verən hadisələr. Quba rayonunun həmin dövr İcra Başçısı Rauf Həbibov keçirilən iclasların birində Quba camaatına qarşı təhqiredici ifadələrdən istifadə etmişdir. Təhqiredici ifadələrin işləndiyi video youtube portalında yayımlanandan sonra böyük bir kütlə tərəfindən mənfi qarşılanaraq mitinq tarixi kimi 1 Mart 2012-ci il seçilmişdir. Mitinq iştirakçıları Rauf Həbibovun evini yandırdılar, polis əməkdaşlarını daş atəşinə tutdular. Təxminən 15000 insanın iştirak etdiyi mitinq polis əməkdaşlarının və xüsusi təyinatlı əsgərlərin köməyi ilə çətinliklə də olsa yatırıldı. Mitinqdə iştirakçılar tərəfindən işlədilən təhqiredici ifadələrlə yanaşı "Daş atmayın əsgərə dəyər!" ifadəsi də yadda qalan əsas ifadələrdən biridir. Həmin gün saxlanılan şəxslər millət vəkili Vahid Əhmədovun köməyi ilə azad edilsələr də bir neçə gün sonra yenidən saxlanmışlar. 2 mart 2012-ci ildə Rauf Həbibov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir.
Real hadisələrə əsaslanıb (film, 1970)
Real hadisələrə əsaslanıb — rejissor Zahir Rayhanın 1970-ci ildə çəkdiyi Pakistan və Banqladeş filmi. Avtokratik bir pis xasiyyətli qadın ailə üzvlərini — həyat yoldaşını, iki qardaşını və o dövrdə Şərqi Pakistandakı Ayub Xanın siyasi diktatorluğunu simvolizə edən qulluqçuları idarə edir. Hər iki hekayə paraleldir. Şərqi Pakistan xalqı (indiki Banqladeş) siyasi etirazlara qalxır və içəridə ailə üzvləri zalım qadına qarşı səslərini artırır. İki qardaş evlənir və evin açarlarına sahib olaraq baldızlar arasında ailənin idarə olunması üçün sui-qəsdlər olduqda vəziyyət daha da çətinləşir. Abdur Rəzzaq — Faruq Kuhinur Axtar — Şuçonda Ənvər Hüseyn Şövkət Əkbər — Anis Əmcəd Hüseyn Rozi Səməd — Sati Xan Ətaur Rəhman Rövşən Cəmil Baby Zaman — Qotok Bangladesh National Cinema . Star Weekend Magazine. The Daily Star. Retrieved 2007–12-10.
Sumqayıt hadisələri
Sumqayıt hadisələri (1963)
Sumqayıt hadisələri (1963)
Sumqayıt hadisələri — 1963-cü ilin noyabrında Sumqayıt şəhərində baş vermiş hadisələr. 1963-cü il noyabrın 7-də keçirilən nümayiş zamanı bir qrup fəhlə əsas dəstədən ayrılaraq tribunaya sarı getmiş, Nikita Xruşşovun böyük portretini qopararaq ayaqlar altına atmışdılar. 600-800 nəfərə qədər adam 3 gün ərzində Sumqayıtı bir-birinə qatmışdı. Tom De Vallın "Qara bağ" kitabının rus dilindəki nəşrində bu hadisəyə qismən aydınlıq gətirilib. Müəllif yazır: "1963-cü ildə-Xruşşovun hakimiyyəti illərində Sumqayıtda ciddi çaxnaşma baş verdi. 1963-ci il noyabr ayının yeddisində Oktyabr inqilabının növbəti ildönümünə həsr edilmiş nümayişdə Boru Prokat Zavodunun bir qrup fəhləsi əsas dəstələrdən ayrılaraq şəhər rəhbərliyinin dayandığı tribunaya üz tuturlar və mədəniyyət evinin fasadından Xruşşovun böyük portretini qoparıb ayaqları altına atırlar. Milislər rezin zopaları işə salsalar da, meydanda bir neçə saat sonra əmin-amanlıq yaradılır".
Sumqayıt hadisələri (1973)
Sumqayıt hadisələri — 1973-cü ilin noyabrında Sumqayıt şəhərində baş vermiş hadisələr. Mənbələrin yazdığına görə, fəhlələrin qiyamının arxasında iqtisadi tələblər dururdu: "Fəhlələr şəhərin çörəklə təminatında yaranmış problemə və qiymətlərin artmasına etiraz edirdilər. Başqa bir versiyaya görə, kortəbii qiyamın arxasında ermənilərin əleyhinə çağırışlar dururdu. Bu ərəfədə Xankəndində azərbaycanlılarla ermənilər arasında dava düşmüşdü və bir azərbaycanlı gənc qətlə yetirilmişdi. Üçüncü versiyaya görə, 1963-cü il qiyamının təşkilatçıları 1973-cü ildə onun 10 illiyini qeyd etmək üçün hazırlıq tədbirləri görmüş, lakin Azərbaycan "DTK"-sı onun qarşısını almışdır".
Sumqayıt hadisələri (1988)
Sumqayıt hadisələri — 1988-ci ilin fevralında Sumqayıt şəhərində ermənilər tərəfindən törədilmiş təxribat xarakterli qırğınlar. Sumqayıtdakı hadisələrin təşkilatçıları ermənilər olmuşdur. Həmin hadisənin baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb. 1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlanır. Mitinq iştirakçıları "Ermənistanı türklərdən təmizləməli!", "Ermənistan yalnız ermənilər üçündür!" kimi şüarlar irəli sürürdülər. Mitinqlərin üçüncü günü İrəvanda salamat qalmış yeganə məscid binası (XX əsrin əvvələrində isə şəhərdə 8 məscid olmuşdur) və azərbaycanlı orta məktəbi, C.Cabbarlı adına İrəvan Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırıldı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurdular. İrəvanda bütün bunlar törədilən zaman Sumqayıt faciəsi hələ hazırlanırdı. "Sumqayıt qırğınları" proqramının icracılarından ən fəalının 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adında erməninin olması (öldürülən 26 ermənidən 6 nəfəri onun payına düşür), hadisədən 10 gün əvvəl Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi şəkildə götürmələri, qırğınların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin montaj edilib bütün dünyanı dolaşdırılması, "Sumqayıt qurbanları"nın xatirəsini "əbədiləşdirmək" üçün əvvəlcədən hazırlanmış abidənin dərhal Xankəndində qoyulması və bu kimi faktlar sübut edir ki, bütün bunlar erməniləri, eləcə də dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı ayağa qaldırmaq, onun "vəhşi" obrazını yaratmaq məqsədini güdmüşdür. Sumqayıt qırğınlarının fəal təşkilatçılarından erməni Ohanyanın, Samoylov və Pavlovskinin adları isə uzun müddət mətbuatdan gizli saxlanmışdı.
Bəzi maraqlı hadisələr (internet serialı, 2021)
Bəzi Maraqlı Hadisələr (türk. İlginç Bazı Olaylar) — rejissoru və ssenaristi İbrahim Büyükak olan NuLook Production imzalı 16 aprel 2021-ci ildə EXXEN-də yayınlanmağa başlayan Türkiyə istehsalı komediya internet serialı. == Məzmun == Ailəsi üçün xəyallarından əl çəkməyən və dostları ilə İstanbula getməyən İbo, ailəsi və dostları ilə birlikdə Bursada yaşadıqları bəzi maraqlı hadisələr.

"hadisələr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hadisələr nədir? #hadisələr sözünün mənası #hadisələr nə deməkdir? #hadisələr sözünün izahı #hadisələr sözünün yazılışı #hadisələr necə yazılır? #hadisələr sözünün düzgün yazılışı #hadisələr leksik mənası #hadisələr sözünün sinonimi #hadisələr sözünün yaxın mənalı sözlər #hadisələr sözünün əks mənası #hadisələr sözünün etimologiyası #hadisələr sözünün orfoqrafiyası #hadisələr rusca #hadisələr inglisça #hadisələr fransızca #hadisələr sözünün istifadəsi #sözlük