hadisələri sözü azərbaycan dilində

hadisələri

Yazılış

  • hadisələri • 99.2628%
  • Hadisələri • 0.7238%
  • HADİSƏLƏRİ • 0.0134%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Atmosfer hadisələri
Atmosfer hadisələri-Duman, çovğun, buzbağlama, dolu atmosfer hadisələridir.
Düşənbə hadisələri
Düşənbə hadisələri (rus. Массовые беспорядки в Душанбе) — 1990-cu ilin 12–14 fevral tarixlərində Tacikistan Sovet Sosialist Respublikasının paytaxtı Düşənbə şəhərində yaşayan etnik ermənilər, ruslar və taciklərlərə qarşı tacik millətçilər tərəfindən gercəkləşdirilmiş poqrom. Hadisələr nəticəsində 26 nəfər həlak olmuş, 565 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisələr müxtəlif mənbələrdə Sovet Sosialist Respublikaları İttifaqının dağılması ilə müşahidə olunan hökumət əleyhinə nümayişlər kimi də təqdim olunmuşdur.
Fərqanə hadisələri
Fərqanə hadisələri (türk. Fergana Olayları) — 1989-cu ilin 1-5 iyun tarixlərində Özbəkistan Sovet Sosialist Respublikasının Fərqanə vadisi olaraq adlandırılan bölgəsində yaşayan Axısqa türklərinə qarşı yerli özbəklər tərəfindən gercəkləşdirilmiş poqrom. Hadisələr nəticəsində, dəqiq necə nəfərin öldürüldüyü məlum olmasa da, həmin ildən etibarən Özbəkistanda yaşayan 100 minə yaxın axısqa türkü bölgəni tərk edərək, qonşu ölkələrin ərazilərinə sığınmışdır. == Hadisə == 1944-cü ildə etnik mənsubiyyətləri səbəbindən Türkiyə-SSRİ sərhədi üçün təhdid olaraq qəbul edilən Axısqa türklərinin Mərkəzi Asiyada yerləşən sovet respublikalarına köçürülməsinə qərar verilmişdir. Köçürülmə prosesinin 1944-cü ilin 14 noyabr tarixində başladılmış cəmisi 24 saat ərzində yekunlaşıdırılmışdır. Həmin tarixdə Gürcüstan Sovet Sosialist Respublikasının Ahalsıx bölgəsində yaşayan 86 min axısqa türkü başda Qazaxıstan Sovet Sosialist Respublikası, Qırğızıstan Sovet Sosialist Respublikası və Azərbaycan Sovet Sosialist Respublikasının ərazilərinə köçürülmüşdür. İnsanların mal-qara üçün nəzərdə tutulmuş yük vaqonlarında 10 günə yaxın yol getməsi nəticəsində, ən azı 18 min nəfər axısqa türkünün köçürülmə prosesi zamanı həlak olduğu ehtimal olunur. Özbəkistan Sovet Sosialist Respublikası axısqalıların ən kompakt yaşadığı Sovet Respublikası olmuşdur. Belə ki, 1988-ci ilin məlumatına əsasən bu Respublikada 110 minə yaxın etnik axısqa türkü yaşamaqda idi. Fərqanə vadisi, axısqalıların Özbəkistanda ən kompakt yaşadığı yer olmuşdur.
Gümülcinə hadisələri
Komotini hadisələri və ya Gümülcinə hadisələri (türk. Gümülcine olayları) — 29 yanvar 1990-cı ildə Yunanıstanın şimalındakı Komotini regionunda yerli yunan xristianlar və etnik türk azlıq nümayəndələri arasında baş vermiş kütləvi zorakılıq halı. Hadisələr etnik türk millət vəkili Sadiq Əhmədin Yunanıstan məhkəməsi tərəfindən mühakimə olunaraq həbs edilməsi ilə bağlı başlamışdır. 400 mağaza talan edilmiş, iki türkdilli qəzetin ofisi qarət olunmuşdur. Toqquşmalar bir etnik yunanın bir müsəlman tərəfindən öldürülməsindən sonra başlamışdır. Hadisələr zamanı türklərdən itki olmamışdır. == Zəmin == Avropa Şurası tərəfindən Qərbi Frakiyada yaşayan müsəlman azlığın bir hissəsi kimi tanınan türklərin sayı fərqli hesablamalara görə, 50,000 ilə 130,000 arasında dəyişir. "Türk azlığı" ifadəsi Yunanıstan hökuməti tərəfindən "müsəlman yunanlar" ifadəsini işlətməklə rəsmi olaraq rədd edilir. Türklərə qarşı ayrı-seçkilik ABŞ və Avropa Parlamenti tərəfindən tənqid edilmişdir. 26 yanvar 1990-cı ildə Yunanıstan məhkəməsi 2 türk liderini siyasi təşkilatlarında "türk" sözünü işlətdiklərinə görə həbs etmişdir.
Komotini hadisələri
Komotini hadisələri və ya Gümülcinə hadisələri (türk. Gümülcine olayları) — 29 yanvar 1990-cı ildə Yunanıstanın şimalındakı Komotini regionunda yerli yunan xristianlar və etnik türk azlıq nümayəndələri arasında baş vermiş kütləvi zorakılıq halı. Hadisələr etnik türk millət vəkili Sadiq Əhmədin Yunanıstan məhkəməsi tərəfindən mühakimə olunaraq həbs edilməsi ilə bağlı başlamışdır. 400 mağaza talan edilmiş, iki türkdilli qəzetin ofisi qarət olunmuşdur. Toqquşmalar bir etnik yunanın bir müsəlman tərəfindən öldürülməsindən sonra başlamışdır. Hadisələr zamanı türklərdən itki olmamışdır. == Zəmin == Avropa Şurası tərəfindən Qərbi Frakiyada yaşayan müsəlman azlığın bir hissəsi kimi tanınan türklərin sayı fərqli hesablamalara görə, 50,000 ilə 130,000 arasında dəyişir. "Türk azlığı" ifadəsi Yunanıstan hökuməti tərəfindən "müsəlman yunanlar" ifadəsini işlətməklə rəsmi olaraq rədd edilir. Türklərə qarşı ayrı-seçkilik ABŞ və Avropa Parlamenti tərəfindən tənqid edilmişdir. 26 yanvar 1990-cı ildə Yunanıstan məhkəməsi 2 türk liderini siyasi təşkilatlarında "türk" sözünü işlətdiklərinə görə həbs etmişdir.
Lənkəran hadisələri
Lənkəran hadisələri – 1990-cı ilin yanvarında SSRİ ordusu tərəfindən Azərbaycan SSR-nin Lənkəran rayonunda baş vermiş qırğın. Hadisə nəticəsində Tariyel Abdullayev, Salman Baxşıyev, Rövşən Bədəlov, Vaqif Məmmədov, Rahim Məmmədov və Şahin Məmmədov rus hərbçiləri tərəfindən Lənkəranın Haftoni meşəliyində öldürülmüşdür. Həmin dövrdə Azərbaycanda müstəqillik hərəkatı güclənmişdi və Cəlilabad ilə Astarada sərhəd zastavalarının nəzarət-keçid məntəqələri dağıdılmışdı. SSRİ hökuməti bunun qarşısını almaq üçün 1990-cı ildə Azərbaycana qoşun yeritmişdir. Şahidlərin dediyinə görə Lənkərana yeridilən SSRİ hərbçiləri xalq hərəkatı nümayəndələrindən silahları təhvil verməyi tələb edir və hədə-qorxu gəlirdilər. Vəziyyətin gərginləşdiyini görən fəallar dağlıq meşə zolağına çəkilsələr də, Sovet hərbçiləri dərhal meşəliyi mühasirəyə alaraq oradakı adamlara atəş açmağa başlamışdırlar. Baş vermiş hadisə nəticəsində altı lənkəranlı şəxs ölmüşdür. Hazırda həmin şəxslər Lənkəran şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunublar.
Mart hadisələri
Mart soyqırımı və ya Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın.Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. == Soyqırımdan öncəki vəziyyət == 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdir.Bakıda rus və erməni silahlı dəstələri Azərbaycan əhalisini qarət etməyə başlayır. Soyğunçuluq, qarmaqarışıqlıq və özbaşına axtarışlar ancaq azərbaycanlıların yaşadığı məhəllələrdə baş veririrdi. Buna etiraz edən müsəlman tacirləri bütün mağazaları bağlamışdılar. 1917-ci il dekabrın 26-da Bakıda türklərin dükan və mağazalarının, demək olar ki, çoxu bağlanmışdı. Hadisələrdən təlaşa düşən azərbaycanlılar narahat olmağa başlayırlar. "İsmailiyyə" binasının qarşısında mitinq keçirilir və buraya 3000 nəfərə qədər türk toplaşır və onlar Müsəlman İctimai Təşkilatları Komitəsindən tələb edir ki, şəhərdə qayda-qanun yaradılması üçün tədbir görsünlər. Çıxış edən natiqlər soyğunçuluğa, zorakılığa və özbaşına axtarışlara etiraz edirdilər. Natiqlərdən biri Müsəlman İctimai Təşkilatının nümayədəsinə müraciət edərək demişdi: Mitinqə gələn Bakı Soveti İcraiyyə Komitəsinin sədr müavini Prokofi Caparidze əhalini sakiləşdirmək məqsədilə, Sovet tərəfindən hər cür özbaşınalığa son qoymaq üçün lazımi ölçü götürüləcəyinə söz verir.
Muğan hadisələri
Muğan hadisələri — 1918–1919-cu illərdə Rusiya vətəndaş müharibəsi fonunda Muğanda Ağ qvardiya, bolşeviklər və Azərbaycan qüvvələri arasında qarşıdurma. Nəticədə Muğan Sovet Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil oldu. Oktyabr inqilabından və Qafqaz Cəbhəsinin dağılmasından sonra indiki Azərbaycan Respublikasının cənubunda Muğanda hakimiyyətsizlik yarandı. Yerli əhali ilə Rusiya imperiyası dövründə bu regionda məskunlaşmış rusların etnik gərginliyi hərbi əməliyyatlara çevrildi. Muğanlılar kimi tanınan rus mühacirlərin köməyinə bölgəni tərk etməkdən imtina edən bir çox rus sərhədçi zabitləri də gəlmişdilər. Etnik toqquşmalar dövrü yalnız 1918-ci ilin aprelində Bakı kommunasının hissələri tərəfindən Sovet hakimiyyətinin qurulmasından sonra başa çatdı, barışıq cəhdləri oldu. Lakin Sovet hakimiyyəti uzun sürmədi və Bakı Kommunası süquta uğrayandan bir neçə ay sonra Muğanda Rusiyanın ağ qüvvələrinin marionet hökuməti quruldu. Buna baxmayaraq, regionda vəziyyət anarxiyanın astanasında qaldı, hökumətin nüfuzu zəif idi və 1919-cu ilin aprelində regionda yenidən Sovet hakimiyyəti Muğan Sovet Respublikasının (MSR) simasında bərqərar oldu. Çar ordusunun zabitlərinin yeni Sovet hakimiyyətini tanımaqdan imtina etməsi və əvvəlki hökumətlərin liderlərindən biri olan polkovnik İlyaşeviçin həbsi Muğanda ağlar və qırmızılar arasında müharibəyə gətirib çıxardı. Eyni zamanda, azərbaycanlıların və talışların MSR-a qarşı yönəlmiş genişmiqyaslı üsyanı başladı, onların köməyinə Azərbaycanın müntəzəm ordu hissələri çatdı.
Qafan hadisələri
Qafan hadisələri, Qafan faciəsi və ya Qafan qırğını — 1987-ci ilin noyabrından 1988-ci ilin fevralına qədər SSRİ tərkibindəki Ermənistan SSR-nin Qafan rayonu ərazisində yaşayan azərbaycanlı əhalinin zorakı və məcburi şəkildə qovulması. Qafan rayonunda Ermənistanda digər ərazilərə nisbətdə daha çox azərbaycanlı yaşayırdı, 1979-cu ildə burada yaşayanların 10 minə yaxını azərbaycanlı idi. Azərbaycanla açıq qarşıdurmadan xeyli əvvəl Ermənistanda ərazi iddialarını əsaslandıran fikirlər yayılırdı. Bunun Azərbaycana da təsir etməsi nəticədə qarşılıqlı inamsızlıq və düşmənçilik formalaşdırmışdı. 1987-ci ilin sonlarından başlayaraq Ermənistan SSR-də yaşayan azərbaycanlılarla ermənilər arasında qarşıdurmalar yaşanmış, onlardan biri də Qafanda baş vermişdir. Rayon ərazisində azərbaycanlıların yaşadığı kəndlərə hücumlar edilmiş, yerlilər evlərindən qovulmuşdur. Qafanlılar Ermənistandan gələn ilk məcburi köçkünlərə çevrilmiş, vaqonlar və avtobuslarda Bakıya, Sumqayıta gəlmişlər. Buna baxmayaraq, yerli sovet rəhbərliyi hadisələri ört-basdır etmişdir. Həmçinin, şahidlərin ifadələrinə baxmayaraq, ermənilər azərbaycanlıların Qarabağda böhranın baş verməsindən əvvəl Ermənistandan qovulmalarını qəti şəkildə inkar edirlər. Baş verən hadisələrin işıq üzünə çıxmasının fonunda Azərbaycan SSR-də ictimai-siyasi çalxalanmalar meydana çıxmağa başlamışdır.
Sumqayıt hadisələri
Sumqayıt hadisələri (1963)
16 noyabr hadisələri
16 noyabr hadisələri — 2021-ci 16 noyabr saat 11.00-18.00-a qədər Laçın–Kəlbəcər rayonu təmas xəttində baş vermiş Azərbaycan–Ermənistan arasında anti-terror əməliyyatı. Əks-həmlə əməliyyatı nəticəsində Ermənistan Respublikasının 2 postu Azərbaycan Respublikasının nəzarəti altında keçmişdir. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbi qulluqçusu şəhid, 10 hərbi qulluqçusu isə yaralanmışdır. == Hadisə == === Şəhidlər === Niftəliyev Ümüd Oruc oğlu (leytenant) Cabbarov Orxan Hətəm oğlu (gizir) Əliyev Natiq Yusif oğlu (kiçik çavuş) Ağayev Elçin Mərifət oğlu (əsgər) Əlizadə Elmin Samir oğlu (əsgər) Əliyev Elçin Ramil oğlu (əsgər) Xəlilov Murad Qalib oğlu (əsgər) == Nəticə == Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında 16 noyabr saat 18.00-dan etibarən atəşkəs elan edilib. Ermənistanın demarkasiya və delimitasiya prosesinə başlamağa hazır olduğunu bildirdi. Ermənistanda etirazlar başladı. Əhali Nikol Paşinyanı istefaya çağırır. Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin açılması barədə sənədi imzalayıb. == Reaksiyalar == Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi arasında telefon danışığı olub. Onlar Azərbaycan–Ermənistan təmas xəttində baş verənlərdən danışıblar.
20 Yanvar hadisələri
Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında" Fərmanına uyğun olaraq və siyasi müxalifət nümayəndələrinin təşkil etdiyi kütləvi iğtişaşların qarşısını almaq üçün SSRİ Konstitusiyasının 14-cu maddəsinin 119-cü bəndini rəhbər tutaraq Bakı şəhərinə daxil oldular. Respublikada vəziyyətin sabitliyinin pozulması dövrü ilk növbədə Ermənistanla Azərbaycan arasında Qarabağla bağlı ərazi mübahisəsi ilə bağlı olmuşdur. Bu, regionda idarəolunmaz vəziyyətlərin, o cümlədən etnofobiya təzahürlərinin yaranmasına səbəb olmuşdur. 1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi siyasi təşkilatı Azərbaycan milli hərəkatının rəhbəri oldu. Bunun fonunda 1990-cı il yanvarın əvvəlində və ortalarında ermənilərlə azərbaycanlılar arasında toqquşmalara çevrilmiş Bakıda kommunist hökumətinə qarşı ölkədə kütləvi nümayişlər keçirildi. Azərbaycan SSR Nazirlər Sovetinin o vaxtkı sədri Ayaz Mütəllibovun 1989-cu il dekabrın 25-də yazdığı xatirələrə əsasən, respublika KP MK-nın birinci katibi Əbdürəhman Vəzirov onu çağırıb: “O dedi ki, fəlakət yaranır və biz Moskvadan kömək istəməliyik. Bizim Daxili İşlər Nazirliyinin dəbilqə və dəyənəklə təchiz olunmuş öz daxili qoşunlarımız yox idi. Onlar ancaq Moskvadan gələn əmrlərə əməl edirdilər. Biz Daxili İşlər Nazirliyinə və Nazirlər Şurasına qoşun göndərməyi xahiş etdik, əks halda böyük fəlakət baş verə bilər”. SSRİ Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və müdafiə naziri Dmitri Yazov Azərbaycan istiqlal hərəkatının Sovet Azərbaycanı hökumətini devirmək cəhdlərinin qarşısını almaq üçün hərbi vəziyyətin zəruri olduğunu müdafiə edirdilər.
Gəncə hadisələri (2018)
Gəncə iğtişaşları və ya digər adı ilə Gəncə hadisələri — 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş verən iğtişaş. Rəsmi məlumatlara əsasən iğtişaşlardan bir həftə əvvəl, iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov tərəfindən Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi olundu. Sui-qəsd cəhdindən sonra Yunis Səfərovu müdafiə edən bir qrup şəxs Gəncə şəhərində iğtişaşlar törətdi. İğtişaşlar 2 polisin öldürülməsi, onlarla insanın yaralanması və 54 nəfərin həbs edilməsi ilə yadda qaldı. == Zəmin == 2018-ci il iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçi Qasım Aşbazov Gəncə meriyasının inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldı və xəstəxanaya yerləşdirildi. Bir müddət sonra 1983-cü ildə Gəncədə anadan olan Rusiya vətəndaşı Yunis Səfərovun dərhal həmin ərazidə xidmət aparan polislər tərəfindən saxladıldığı məlum oldu. Bir müddət sonra bir sıra KİV-ləri həm Elmar Vəliyevin, həmdə Qasım Aşbazov xəstəxanada vəfat etdiyi haqqında xəbərlər yaydı. Amma xəbərlər həqiqətə uyğun deyildi. İyulun 6-da isə Elmar Vəliyevin müalicəsini İsraildə davam etdirəcəyi bildirildi. Elmar Vəliyevə qarşı sui-qəsdə ittiham olunan Yunis Rafiq oğlu Səfərov, 1983-cü il sentyabr ayının 29-da Gəncə şəhərində anadan olub.
Laçın hadisələri (2015)
Laçın hadisələri (erm. Բերձորյան միջադեպ, translit. Berdzoryan micadep) və ya Reyd-nəzarət (erm. Ռեյդային ստուգումներ, translit. Reydayin stuqumner) — 31 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikasının Laçın rayonu ərazisindəki Gorus–Xankəndi magistrial yolunda mitinq üçün İrəvan şəhərindən Xankəndi şəhərinə gedən mülki şəxslərə silahlı hücum hadisəsi. Qondarma Dağlıq Qarabağ Respublikası polisi "Rejimsiz 100-cü il" hərəkatının təxminən 150 üzvünə – Qarabağ müharibəsi veteranları Pavlik Manukyan və Jirayr Səfilyan, Dağlıq Qarabağ Müdafiə Ordusu ehtiyat polkovniki Varujan Avetisyan, ASALA terror təşkilatının üzvü Aleksandr Yenikomşiyan, bəstəkar Vardan Akopyan, onların ailə üzvləri, başqa Ermənistan vətəndaşları və erməni diasporunun nümayəndələrinə hücum edir.
Mart hadisələri (1995)
1995 Azərbaycanda hərbi çevrilişə cəhd — 1995-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri polkovnik Rövşən Cavadov rəhbərliyində Azərbaycan hərbçiləri tərəfindən edilən hərbi çevriliş cəhdidir. Məqsəd prezident Heydər Əliyevdən ölkə hakimiyyətini almaq və əvvəlki prezident Əbülfəz Elçibəyi hakimiyyətə gətirmək idi. Türkiyə prezidenti Süleyman Dəmirəl Türkiyədə çevrilişi dəstəkləyən ünsürlərdən xəbərdar olanda xəbərdar etmək üçün Əliyevə zəng elədi. 17 mart 1995-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə aldı və hücum edərək Cavadovu öldürdü. 1996-cı il Susurluq qəzasından sonra Türkiyədə ortaya çıxan məlumatlar bəzi Türkiyə kəşfiyyatçılarının çevrilişi dəstəklədiyini və rol oynadığını üzə çıxardı. == Zəmin == 1990 -cı ilin avqustunda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan Daxili İşlər Nazirliyinə tabe olan Xüsusi Təyinatlı Milis Dəstəsi (OMON) yaradıldı. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra bu birlik Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) adlandırıldı. XTPD ilk dəfə 1994-cü ilin oktyabr ayında dövlət çevrilişinə cəhd hadisələrində iştirak etmişdi. Lakin sonradan XTPD Heydər Əliyevə dəstək göstərdiyi üçün birləşmə ləğv edilmədi, qiyamın digər rəhbəri Surət Hüseynov isə baş nazir postundan istefaya göndərilərək həbs edildi. Buna baxmayaraq XTPD dövlətin birbaşa nəzarətində olmayan silahlı birlik olaraq qalmağa davam edirdi.
May hadisələri (Azərbaycan)
May hadisələri (həmçinin 14–15 may hadisələri, 1992-ci il 15 may dövlət çevrilişi) — Azərbaycanda Azərbaycan Xalq Cəbhəsi tərəfindən həyata keçirilən dövlət çevrilişi. == Zəmin == === Mütəllibovun istefası === Fevralın 25-dən 26-na keçən gecə erməni dəstələri bir neçə zirehli texnikanın dəstəyi ilə Xocalı şəhərinə hücum etmiş, yerli əhaliyə soyqırım törətmişdir. Baş verən hadisələr mart ayına qədər ictimaiyyətdən gizli saxlanılmışdır. Həmin ay Azərbaycan Ali Sovetinin Milli Şurası jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı ilə bağlı videoçarxının yayımlanmasına icazə vermişdi. Soyqırımın görüntüləri Azərbaycan ictimaiyyətini sarsıtmış, Mütəllibova qarşı nifrətə səbəb olmuşdu.Bir çox cəbhəçilər Mütəllibovu tənqid etmiş, İsgəndər Həmidov isə Mütəllibovun 20 Yanvar faciəsi nəticəsində hakimiyyətə gəldiyini və Rusiyanın maraqlarına xidmət etmək üçün Kreml tərəfindən Azərbaycan Kommunist Partiyasına rəhbər təyin edildiyini demişdir. Həmçinin, o, Mütəllibovu Azərbaycan Konstitusiyasını pozmaqda ittiham etmişdir, çünki Ali Sovetin milli ordu yaratmaq məqsədi daşıyan qanunu qəbul etməsinə baxmayaraq, Mütəllibov onu icra etməmişdi. Bu səbəblərdən Həmidov Mütəllibovun istefaya getməsini tələb etmişdir. Nəticədə, Mütəllibov müxalifətin təzyiqi ilə 6 martda prezident vəzifəsindən istefa vermişdir. Növbəti prezident seçkilərinə qədər prezident səlahiyyətləri Ali Sovetin sədri Yaqub Məmmədova həvalə edilmişdir. Müdafiə naziri vəzifəsi AXC üzvü Rəhim Qazıyevə verilmişdi.
Nardaran hadisələri (2015)
Nardaran hadisələri — 26 noyabr 2015-ci ildə Bakının Nardaran qəsəbəsində baş vermiş, 7 nəfərin ölümü, 4 nəfərin yaralanması və 14 nəfərin həbs olunması ilə nəticələnən qarşıdurma. Həlak olanlardan 2-si Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları, digər 5 nəfər isə qəsəbə sakinləri olmuşdur (onlardan biri daha sonra xəstəxanada keçinib). Hadisədən sonra Nardaranlılar qəsəbədə etiraz aksiyası keçirib, barrikadalar qurub və yaşayış məntəqəsinə giriş-çıxışı bağlayıblar. Hər iki tərəf insidentə görə bir-birini günahlandırır. Hadisədən 3 gün sonra Nardaran Ağsaqqallar Şurası İmam Hüseyn meydanının boşaldılması və barrikadaların sökülməsi haqqında qərar qəbul edib. Bundan sonra 1–2 dekabr 2015-cil tarixlərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu Nardaranda birgə əməliyyat keçirib, qəsəbənin küçə və meydanlarından dini simvollar o cümlədən bayraq, şüar və yazılar götürülüb, qəsəbədə bəzi evlərdən silah-sursatın aşkar olunaraq götürüldüyü və daha 19 nəfərin həbs olunduğu iddia olunub. == Hadisədən əvvəlki vəziyyət == Nardaran ölkənin paytaxtı, Bakı şəhərindən 40 km uzaqlıqda yerləşən, kasıbçılıq və işsizlik kimi problemləri olan qəsəbədir. O, 1991-ci ildən bəri dindarlığı ilə digər Bakı kəndlərindən seçilir. Beləki, Azərbaycan İslam Partiyası və s. kimi islamçı təşkilatlar məhz bu qəsəbədə yaranmışdır.
Quba hadisələri (2012)
Quba hadisələri — 2012-ci ilin mart ayının 1-də Quba rayonunda baş verən hadisələr. == Səbəbləri == Quba rayonunun həmin dövr İcra Başçısı Rauf Həbibov keçirilən iclasların birində Quba camaatına qarşı təhqiredici ifadələrdən istifadə etmişdir. Təhqiredici ifadələrin işləndiyi video youtube portalında yayımlanandan sonra böyük bir kütlə tərəfindən mənfi qarşılanaraq mitinq tarixi kimi 1 Mart 2012-ci il seçilmişdir. == Gedişatı == Mitinq iştirakçıları Rauf Həbibovun evini yandırdılar, polis əməkdaşlarını daş atəşinə tutdular. Təxminən 15000 insanın iştirak etdiyi mitinq polis əməkdaşlarının və xüsusi təyinatlı əsgərlərin köməyi ilə çətinliklə də olsa yatırıldı. Mitinqdə iştirakçılar tərəfindən işlədilən təhqiredici ifadələrlə yanaşı "Daş atmayın əsgərə dəyər!" ifadəsi də yadda qalan əsas ifadələrdən biridir. Həmin gün saxlanılan şəxslər millət vəkili Vahid Əhmədovun köməyi ilə azad edilsələr də bir neçə gün sonra yenidən saxlanmışlar. == Nəticə == 2 mart 2012-ci ildə Rauf Həbibov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir.
Sumqayıt hadisələri (1963)
Sumqayıt hadisələri — 1963-cü ilin noyabrında Sumqayıt şəhərində baş vermiş hadisələr. 1963-cü il noyabrın 7-də keçirilən nümayiş zamanı bir qrup fəhlə əsas dəstədən ayrılaraq tribunaya sarı getmiş, Nikita Xruşşovun böyük portretini qopararaq ayaqlar altına atmışdılar. 600-800 nəfərə qədər adam 3 gün ərzində Sumqayıtı bir-birinə qatmışdı. Tom De Vallın "Qara bağ" kitabının rus dilindəki nəşrində bu hadisəyə qismən aydınlıq gətirilib. Müəllif yazır: "1963-cü ildə-Xruşşovun hakimiyyəti illərində Sumqayıtda ciddi çaxnaşma baş verdi. 1963-ci il noyabr ayının yeddisində Oktyabr inqilabının növbəti ildönümünə həsr edilmiş nümayişdə Boru Prokat Zavodunun bir qrup fəhləsi əsas dəstələrdən ayrılaraq şəhər rəhbərliyinin dayandığı tribunaya üz tuturlar və mədəniyyət evinin fasadından Xruşşovun böyük portretini qoparıb ayaqları altına atırlar. Milislər rezin zopaları işə salsalar da, meydanda bir neçə saat sonra əmin-amanlıq yaradılır".
Sumqayıt hadisələri (1973)
Sumqayıt hadisələri — 1973-cü ilin noyabrında Sumqayıt şəhərində baş vermiş hadisələr. Mənbələrin yazdığına görə, fəhlələrin qiyamının arxasında iqtisadi tələblər dururdu: "Fəhlələr şəhərin çörəklə təminatında yaranmış problemə və qiymətlərin artmasına etiraz edirdilər. Başqa bir versiyaya görə, kortəbii qiyamın arxasında ermənilərin əleyhinə çağırışlar dururdu. Bu ərəfədə Xankəndində azərbaycanlılarla ermənilər arasında dava düşmüşdü və bir azərbaycanlı gənc qətlə yetirilmişdi. Üçüncü versiyaya görə, 1963-cü il qiyamının təşkilatçıları 1973-cü ildə onun 10 illiyini qeyd etmək üçün hazırlıq tədbirləri görmüş, lakin Azərbaycan ”DTK"-sı onun qarşısını almışdır".
Urla hadisələri
Urla döyüşləri (yun. Συγκρούσεις Βουρλά) və ya Urla hadisələri (türk. Urla Olayları) — hal-hazırkı İzmir ilinin Urla qəsəbəsində 16–17 may 1919-cu il tarixlərində, Türkiyə İstiqlaliyyət mühüribəsinin qərb cəbhəsində baş vermiş döyüş. İzmirin işğalından sonra Yunanıstan ordusu Bornova və Qarşıqaya məntəqələrini işğal etmişdir. Bu hadisələrdən sonra onlar, Urla qəsəbəsinin yerləşdiyi Qaraburun yarımadasına doğru irəlilədilər. 1914-cu ildə alınan əhali statistikalarına görə, regionda yunanlar əksəriyyəti (24,711), müsəlman-türklər isə azlığı (9,321) təşkil edirdilər. == İlkin hücumlar == İzmirin işğalından bir gün sonra, yəni 16 may 1919-cu il tarixində, Yunanıstan ordusunun regionda olmasından təhriklənən təxminən 800 yerli yunan Urladakı müsəlman-türk kəndlərinə hücum etmiş, çoxlu mülki şəxsi qətlə yetirmiş və qiymətli əşyaları qarət etmişdilər. Quşçular, Qızılcaköy, Dəvədərəsi kimi kəndlər talan və məhv edilmişdilər. Bunlara əlavə olaraq, yunan-evzon qoşunları bir torpedo gəmisi ilə Urlanın sahilinə çıxmış, qəsəbənin əhəmiyyətli yerlərini nəzarət altına almışdılar. == Döyüşlər == Bu hadisə zamanı Osmanlının 56-cı hərbi divizionunun bir parçası olan 173-cü motoatıcı alay Urlada yerləşdirilmişdi.
Şərur hadisələri
Şərur hadisələri — 28 avqust 1994-cü ildə, Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində Azərbaycan polisi ilə Azərbaycan Xalq Cəbhəsinin (AXC) silahlı dəstələri arasında toqquşma. Toqquşma Azərbaycan Xalq Cəbhəsinin siyasi fəaliyyəti ilə bağlı idi. == Nəticə == İstintaq zamanı "Şərur işi" üzrə təqsirləndirilən şəxslərin Naxçıvan polis təcridxanasında işgəncələrə və kobud rəftarlara məruz qaldıqları iddia olunmuşdur. İlkin istintaq və məhkəmə icazə verilən doqquz ay yox, 17 ay davam etmişdir. Azərbaycanlı deputat və AXC fəalı Şahmərdan Cəfərov hökumət qüvvələri tərəfindən tərksilah edilən qanunsuz silahlı birləşmənin başçısı idi. Bu birləşmənin 20-dən çox insan həbs edilmiş (bəzi mənbələrə görə 21, bəzilərinə görə 26 nəfər), lakin Şahmərdan Cəfərov həmin vaxt həbsdən yayınmışdır. 1995-ci ilin mayında parlament onun deputat toxunulmazlığının ləğvi üçün səs vermiş və o, növbəti ay polis tərəfindən saxlanılmışdır. Həmin ilin dekabrında artıq parlamentdə Şahmərdanın həbs olunmasıyla bağlı fikirlər səsləndirilməyə başlanmışdır. 18 may 1995-ci ildə spiker səviyyəsində bu məsələ gündəliyə gətirilmişdir. Təklif bir neçə dəfə səsə qoyulsa da, səs çoxluğu alınmırdı.
Əndican hadisələri
Əndican hadisələri — 12–14 may 2005, Özbəkistanın Əndican şəhərində baş vermiş 187(rəsmi)— 600(xarici müşahidəçilər)—1500(keçmiş MTX cəsusunun etirafı) nəfərin ölümüylə nəticələnən kütləvi qırğındır. 360 min nəfərin yaşadığı Əndican Fərqanə vadisində — Qırğızıstanla sərhədin cəmi 30 kilometrliyində yerləşir.Xalq bölgədə 90-cı illərdən bəri davam edən yoxsulluq, korrupsiya, repressiyalar və bərbad iqtisadi vəziyyətdən bezmiş vəziyyətdədir.Hadisələrin qığılcımı isə bir qrup biznesmenin şübhəli həbsi olur. == Hadisələr == Beləliklə, 10 may tarixindən nümayişlər başlayır.(~5000nəfər) 12may gecəsi silahlı şəxslər, bir müddət əvvəl şübhəli şəkildə həbs edilən 23 biznesmenin tutulduğu həbsxanaya hücum edib, 100-lərlə məhbusu azad edirlər. Daha sonra bölgədəki bir çox hökumət binalarını zəbt edib, İslam Kərimovun istefasını tələb edirlər.(Həmin vaxt Qırğızıstanda baş vermiş rəngli inqilabdan ilhamlanaraq). Amma mayın 12-nə qədər etiraz aksiyası ümumiyyətlə dinc idi, orada silahlı adamlar iştirak etmirdilər. Hələ də aydın deyil ki, həmin gecə basqında iştirak edən silahlı adamlar kimlər idi. Mitinqçilərin terrorist və islami ekstrimistlər olduğunu deyərək, prezident İslam Kərimovun əmrilə (dəqiq deyil), Milli Təhlükəsizlik Xidmətinin (SNB) qüvvələri, tanklar və helikopterlərdən də istifadə edərək, uşaq-qadın fərq qoymadan xalqa atəş açır.Politoloqların fikrincə hadisələrin səbəblərindən biri də Daşkənd-Fərqanə klanı ilə Səmərqənd klanı arasında hökumət daxili mübarizə olub. == Qeydlər == 1) Qırğından sonra kütləvi məzarlıqlar tapılsa da hökumət inkar edib. 2) 15 biznesmen sonradan yenə həbsə düşsə də, qalanları hazırda qərb ölkələrinin vətəndaşlarıdır.
Gədəbəy hadisələri
Gədəbəy hadisələri və ya Söyüdlü hadisələri — Gədəbəyin Söyüdlü kəndində Gədəbəy qızıl emalı zavodunun tullantıları üçün süni göl yaradılmasına razı olmayan kənd sakinlərinin 20 iyun 2023-cü il tarixində başlatdıqları etiraz aksiyaları. Etiraza səbəb təkcə qızıl mədənləri üçün süni göl düzəltmək yox, həm də qızıl mədən tullantıxanasının ləğvi və qızıl emalı zavodunun zəhərli tullantıları ərazidə toplanması faktorudur. Etirazın qarşısını almaq üçün kənd əhalisinin üzərinə daxili qoşunlar yeridilib. Polis gözyaşardıcı qaz və rezin güllə istifadə edərək etiraz aksiyasını yatırdıb.Kənd sakinləri 21 iyun 2023 tarixində 2-ci dəfə aksiya keçirib. Onlar ötən günki aksiyada həbs olunan 5 nəfərin sərbəst buraxılması üçün rayon polis idarəsinə doğru yürüş etməyə çalışıblar. Lakin polis sakinlərə mane olub. Polis kəndin çıxışında dayanaraq sakinlərin kəndi tərk etməsinin qarşısını alıb. Polislər Gədəbəyin Söyüdlü kəndinə giriş-çıxışı bağlayıblar və kəndə yalnız sakinlər buraxılıb. == Zəmin == Söyüdlü kəndində baş verən etirazları bəzi media orqanları xarici amillərlə əlaqələndirirlər. Hökumətyönlü medianın bir neçəsi iddia edir ki, Gədəbəy hadisələrinin arxasında Qərb-ABŞ dayanıb.
Söyüdlü hadisələri
1968-ci ilin may hadisələri (Fransa)
1968-ci il may hadisələri — Fransa tarixinə aid olan bu sosial böhran məşhur Fransa xadimi prezident Şarl de Qollun istefasına və hökumətin buraxılmasına gətirib çıxardı. == Hadisələrdən əvvəlki vəziyyət == Qəribədir ki, may böhranı onillərlə davam edən iqtisadi inkişaf fonunda baş verdi. II Dünya müharibəsindən sonra olan bu dövr Şanlı otuzillik adlanır. Həmin dövrdə Fransa həyat səviyyəsinə görə Dünya liderləri sırasında idi. Lakin son aylarda işsizliyin səviyyəsinin artması cəmiyyətdə vəziyyəti dəyişdi. 1968-ci ilin əvvəlində işsizlərin sayı 500 min nəfərə çatmışdı. Hətta o dövrdə ali məktəblərdə təhsil almaq kütləvi hal aldığı üçün tələbələr arasında yataqxana və nəqliyyat problemi kritik həddə çatmışdı. Buna qarşılıq olaraq hökumət ali təhsil müəssisələrinə vakant yerlərin azaldılmasını müzakirəyə çıxardı, bu da tələbələrin etirazlarına səbəb oldu. == Hadisələrin inkişafı == İlk olaraq tələbə hərəkatı baş vermiş, ikinci mərhələdə işçilər hərəkata dəstək vermiş və son olaraq hadisələrin siyasi nəticələri görünmüşdür. === Tələbə hərəkatları === İlk olaraq Nanter la Defans Universitetinin tələbələri nümayişlərə başladılar.
Hadisələrin emalı
Hadisələrin emalı – əməliyyat sistemlərinin Mac OS, Microsoft Windows, UNIX və OS/2 kimi güclü arxitekturalarında dəstəklənən proqram funksiyası. Əvvəllər proqramlar qarşılıqlı əlaqədə ola biləcəyi bütün qurğuları (məsələn: klaviatura, siçan, printer, disksürən, ardıcıl port) soruşmalı (mahiyyətcə qabaqcadan duymalı) idi. Proqram vasitəsi çox həssas deyildisə, tez-tez eyni anda baş verən iki hadisədən biri itə bilərdi. Hadisələrin emalı bu problemi həll etməyə imkan verir: ən tez-tez baş verən hadisələrin növbəsi təşkil edilir ki, onları da proqram ardıcıl olaraq emal edir (yeri gəlmişkən, hadisələrin bəzi tipləri daha yüksək öncəlikləri hesabına üstünlüyə malik ola bilər). Hadisələr konkret əməliyyat sisteminin müəyyənləşdirdiyi bir neçə tipdən birinə aid ola bilər: siçanın düyməsinin və ya klaviaturanın klavişinin basılması, diskin dəyişdirilməsi, siçanın pəncərədə çıqqıldadılması, qurğunun drayverindən informasiyanın alınması və s.
Mart hadisələri zamanı Bakıda dağıdılmış memarlıq abidələri
Soyqırım zamanı dağıdılmış abidələr. == Abidələrin siyahısı == Bakı şəhərində Bakı Sovetinin erməni daşnak-rus bolşevik qüvvələri azərbaycanlılara qarşı qanlı qırğınları zamanı ictimai və şəхsi binalara da çoх böyük ziyan dəymişdir. Belə ki, «Açıq söz» və «Kaspi» qəzetlərinin redaksiyaları yandırılmış, Bakıda ən iri məscid bombalanmışdı. Bakıda İsmailiyyə Хeyriyyə Cəmiyyətinin binası, Şirvanşahlar Sarayı ansambılına daхil olan ХIV əsrdə tikilmiş Keyqubad məscidini rus əsgərləri ermənilərlə birlikdə yandırıb külə döndərmişdilər Bununla əlaqədar olaraq, Fövqəladə İstintaq Komissiyasının sənədləri içərisində çoхsaylı materiallar vardı. Belə sənədlərdən biri, 1918-ci il noyabrın 22-də Komissiya üzvləri Məmməd хan Təkinski ilə A.E.Kaluqenin birgə tərtib etdikləri protokolun materiallarıdır. Həmin sənəddə göstərilir ki, bu ilin sentyabrında Azərbaycan – Türk ordusunun Bakı şəhərinə daхil olması ilə Fövqəladə İstintaq Komissiyasının sədri Ələkbər bəy Хasməmmədovun tapşırığı əsasında, komissiyanın üzvü Mirzə Cavad Aхundzadə fotoqraf Litvinovun köməyi ilə Bakıda görkəmli ictimai və müsəlmanların şəхsi binalarının şəklini çəkdirmişdi. Çəkilən şəkillər aşağıdakılardır: Nikolayevsk küçəsindəki «Kaspi» qəzetinin redaksiya binası dağıdılmışdı. Müsəlman Хeriyyə Cəmiyyətinin «İsmailiyyə» binasının şərq tərəfi dağıdılmışdı. «Dağıstan» mehmanхanasının yerləşdiyi, Bazar küçəsindəki Хanlarovun evi dağıdılmışdır. Burada əsasən müsəlmanlar yaşayırdılar.
Parisdə terror hadisələri (noyabr, 2015)
Parisdə terror hadisələri (noyabr, 2015) (fr. Attentats du 13 novembre 2015 en Île-de-France) — 13 noyabr 2015-ci ildə, yerli vaxtla 21:16-da başlayan, Parisin birinci, onuncu və on birinci dairələri ilə birlikdə birlikte Stad de Frans stadionunda baş vermiş silahlı və bombalı terror hücumları. Bataklan teatrında baş vermiş girov alma hərakatı ilə yanaşı Parisdə 3 bombalı və 6 silahlı teror hücumunun baş verdiyi bildirilmişdir. Ölü sayı dəqiq bilinməsə də, hadisələrdə 158 nəfərin öldüyü bildirilir. Bir xəbər qaynağına görə terror hücumu 6 nəfər tərəfindən həyata keçirilmişdir. Fransa polisi hücumlara 2 kamikadzenin də qatıldığını açıqlamışdır. Yerli vaxtla 23:58-da yayımlanan açıqlamasında Fransa prezidenti Fransua Olland fövqəladə vəziyyət və ölkənin bütün sərhədlərinin bağlanması haqqında göstəriş verib. Fransa sərhədləri İkinci dünya müharibəsindən sonra ilk dəfə bağlanmışdır. Sonuncu dəfə Əlcəzair müharibəsində bütün Fransanı bürüyən fövqəladə vəziyyət elan olunmuşdu.Hücumlar Parisin 10-cu dairəsindəki "Le Petit Cambodge" adlı restorana ve Parisin şərqində 11-ci dairədəki Bataklan adlı teatr zalına edilmişdir. Bataklan teatrında ən az 100, digər altı dairədə baş vermiş hücumlarda isə ən az 40 nəfər ölmüşdür.
Sumqayıt hadisələri (1988)
Sumqayıt hadisələri — 1988-ci ilin fevralında Sumqayıt şəhərində ermənilər tərəfindən törədilmiş təxribat xarakterli qırğınlar. == Səbəbləri və təşkilatçıları == Sumqayıtdakı hadisələrin təşkilatçıları ermənilər olmuşdur. Həmin hadisənin baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlanır. Mitinq iştirakçıları "Ermənistanı türklərdən təmizləməli!", "Ermənistan yalnız ermənilər üçündür!" kimi şüarlar irəli sürürdülər. Mitinqlərin üçüncü günü İrəvanda salamat qalmış yeganə məscid binası (XX əsrin əvvələrində isə şəhərdə 8 məscid olmuşdur) və azərbaycanlı orta məktəbi, C.Cabbarlı adına İrəvan Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırıldı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurdular. İrəvanda bütün bunlar törədilən zaman Sumqayıt faciəsi hələ hazırlanırdı. "Sumqayıt qırğınları" proqramının icracılarından ən fəalının 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adında erməninin olması (öldürülən 26 ermənidən 6 nəfəri onun payına düşür), hadisədən 10 gün əvvəl Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi şəkildə götürmələri, qırğınların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin montaj edilib bütün dünyanı dolaşdırılması, "Sumqayıt qurbanları"nın xatirəsini "əbədiləşdirmək" üçün əvvəlcədən hazırlanmış abidənin dərhal Xankəndində qoyulması və bu kimi faktlar sübut edir ki, bütün bunlar erməniləri, eləcə də dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı ayağa qaldırmaq, onun "vəhşi" obrazını yaratmaq məqsədini güdmüşdür. Sumqayıt qırğınlarının fəal təşkilatçılarından erməni Ohanyanın, Samoylov və Pavlovskinin adları isə uzun müddət mətbuatdan gizli saxlanmışdı.1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 53.11 dəfə / 1 mln.
2002 •••••••••••• 44.54
2003 •••••••••••••••••••• 79.13
2004 ••••••••••• 41.44
2005 ••••••••••••• 49.26
2006 •••••••• 31.53
2007 •••••••••• 38.27
2008 ••••••••••••• 47.51
2009 ••••••••••• 40.32
2010 ••••••••••••• 49.56
2011 •••••••••••••• 53.62
2012 ••••••••••••• 48.53
2013 •••••••••••••••••••• 77.90
2014 •••••••••••••••••••• 77.22
2015 ••••••••••••••••••• 75.02
2016 •••••••••••••••••• 70.98
2017 ••••••••••• 41.78
2018 ••••••••••••• 48.69
2019 ••••••••••••• 47.57
2020 •••••••••••• 43.63

"hadisələri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hadisələri nədir? #hadisələri sözünün mənası #hadisələri nə deməkdir? #hadisələri sözünün izahı #hadisələri sözünün yazılışı #hadisələri necə yazılır? #hadisələri sözünün düzgün yazılışı #hadisələri leksik mənası #hadisələri sözünün sinonimi #hadisələri sözünün yaxın mənalı sözlər #hadisələri sözünün əks mənası #hadisələri sözünün etimologiyası #hadisələri sözünün orfoqrafiyası #hadisələri rusca #hadisələri inglisça #hadisələri fransızca #hadisələri sözünün istifadəsi #sözlük