* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [fars.] 1. Qalın, yoğun olmayan; incə. Nazik kitab. Nazik təbəqə. – Maya nazik göy adyala bürünərək yuxulayırdı. M.İbrahimov. 2. Yüngül, zərif materialdan hazırlanmış, qalınlığı az olan. Nazik şüşə. Nazik parça. – Bibixanım … nazik stəkanda kişiyə çay süzdü. B.Bayramov. // En etibarilə, həcmcə kiçik olan, kiçik dairəli (yoğun müqabili). Nazik məftil. Nazik sap. – Yelkənin dörd tərəfində vurulan nazik dirəklərdən işıqlı fanuslar asılmışdı… M.S.Ordubadi. …Külək ağacların ancaq nazik budaqlarını tərpədirdi. H.Seyidbəyli. // Yüngül (qalın müqabili). Nazik pencək. Nazik paltar. – Firəngizin əynində nazik kofta vardı. B.Bayramov. 3. məc. İncə, zərif, qəşəng, gözəl. Nazik bilək. Nazik barmaq. – Ağ nazik əlinlə bir dəstə bağla; Tər buxaq altında düz bənövşəni. Qurbani. Cismin nə nazikdir gül bədən kimi; Bir xoş qoxun gəlir yasəmən kimi. M.P.Vaqif. // məc. Zəif, yüngül. Gün yavaşyavaş batmaqda idi, nazik yel əsirdi. N.Nərimanov. 4. Arıq, cansız, cılız, zəif. Qazızadədən sonra ucaboylu, qara, qıvrımsaçlı, nazik və arğazvücudlu Ənvər Rəşidli xitabət kürsüsünə yaxınlaşdı. S.Rəhimov. 5. məc. İncətəbiətli, ədəbli, nəzakətli, incə. [Dəli Teymur:] Hacı ağanın qarnının böyüklüyünə baxma, mirzə! Təbiətcə nazik adamdır. H.Nəzərli. [Doktor] şıq geyinmişdi, rəftarı mülayim və nazik idi. Çəmənzəminli. 6. məc. İncə. [Qız:] Dik-dik gözlərimin içinə baxaraq əvvəlkindən daha oğrun və nazik təbəssümlə dedi… H.Nəzərli. Gəldiyev ilə [Vahidin] arasında keçən ildən bəri davam edən nazik bir mətləbi oxucular bilməlidirlər. Mir Cəlal. [Səməd] öz nadanlığından və bu cür nazik mətləbi belə gec düşündüyündən özü-özünə acıqlandı. B.Talıblı. ◊ Nazik damarını bilmək (tanımaq) – birinin xasiyyətinə, zəif cəhətinə incədənincəyə bələd olmaq, yaxşı bilmək. Gülsəhər ərinin nazik damarını bilirdi. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / nazik3 f. incə, qalın olmayan.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / nazik1 Ədəbiyyatda bu kəlməni fars mənşəli hesab edirlər. Amma sözün etimoloji kökü nazi formasında olub, onun üzərinə -k artırıb sifət düzəltmək mümkün olduğu kimi, -l artırılıb feil də almaq olur (nazik və nazil), əgər söz türk mənşəli olmasa idi, bu əməliyyat da mümkün olmazdı (müqayisə et, yumşa: yumşaq –yumşal; isi –isin –isit və s.) (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / nazik4 1. NAZİK (yalnız adam haqqında) Xoş, ilıq bir hiss qızın nazik vücuduna yayıldı (Ə.Cəfərzadə); İNCƏ İndi isə üç-dörd gündən bir sarı güllü paltar ütülənir və Mədinənin incə belim, girdə çiyinlərinə ayrı bir yaraşıq verirdi (M.İbrahimov); ZƏRİF [Əbdüləli bəy:] Qadın vücudu zərif yaranmışdır, odur ki, qədimlərdə qadınlar kəcavə ilə gəzirdilər (C.Cabbarlı). 2. NAZİK (material), TÜNÜK (dan.) 3. nazik bax incə 1
Azərbaycan dilinin sinonimlər lüğəti / nazik1 NAZİK – QABA Mənim bu qaba ürəyimdə nazik hisslər günü-gündən artmaqdadır (Ə.Haqverdiyev).
Azərbaycan dilinin antonimlər lüğəti / nazik2 прил. 1. тонкий: 1) имеющий небольшую, незначительную толщину. Nazik kağız тонкая бумага, nazik taxta тонкая доска, nazik divar тонкая стена, nazik qar örtüyü тонкий снежный покров, nazik pərdə тонкая плёнка, nazik lay тонкий слой 2) сделанный, изготовленный из нетолстого или неплотного материала (ткани, стекла и т.п.). Nazik paltar тонкое платье, nazik corablar тонкие чулки, nazik stəkan тонкий стакан 3) небольшой в обхвате, в окружности. Nazik məftil тонкая проволока, nazik sap тонкая нитка, nazik qaytan тонкий шнур, nazik bağırsaq мед. тонкая кишка 4) узкий в кости, не полный (о человеке, его фигуре, частях тела). Nazik qız тонкая девушка, nazik barmaqlar тонкие пальцы, nazik bel тонкая талия 5) небольшой в ширине, узкий. Nazik xətt тонкая линия, nazik qaşlar тонкие брови, nazik qırışlar тонкие морщинки 6) перен. сложный, требующий искусного и умелого подхода. Nazik (incə) məsələ тонкое дело 2. лёгкий: 1) неплотный, воздушный. Nazik köynək лёгкая сорочка 2) мало, плохо греющий, не тёплый. Nazik pencək лёгкий пиджак 3) несильный, слабый. Nazik yel лёгкий ветерок 3. нежный: 1) выражающий ласку, любовь. Nazik təbəssüm нежная улыбка 2) исполненный мягкости, ласки, любви. Nazik qəlb нежная душа ◊ nazik damarını tutmaq (tapmaq) kimin найти слабую струнку чью, кого; задеть за живое кого
Azərbaycanca-rusca lüğət / nazik1 I. s. thin; fine; delicate; (əndam) slender, slim; ~ qat thin layer; ~ ipək thin / delicate silk; ~ sap thin / fine thread; ~ ağ / mələfə fine linen; ~ toxunmuş parça delicate / fine-spun fabric; ~ barmaq slender / delicate finger; ~ bədən slim / slender figure; ~ (qəşəng) qıçlar slim / slender legs; (arıq) thin / skinny legs; ~ səs thin voice; ~ bağırsaq anat. small intestines; ~ kağız thin paper; ~ kitab slim volume II. z. fine, thinly; ~ kəsilmiş çörək thinly sliced bread; Yağı nazik yax! Spread the butter thinly! Tərəvəzi nazik doğra Cut up the vegetable fine
Azərbaycanca-ingiliscə lüğət / nazik1 sif. mince ; délicat, -e ; fin, -e ; effilé, -e ; grêle ; ~ qat mince couche f ; ~ ipək soie f fine ; ~ barmaqlar doigts m effilés ; ~ ayaqlar jambes fpl grêles ; ~ doğranmış çörək pain m coupé en tranches fines
Azərbaycanca-fransızca lüğət / nazik1 [fars.] прил. 1. кьелечӀ, къалин тушир (мес. кьул, шуьше); nazik kitab кьелечӀ улуб; buz nazik yerindən sınar. Ata. sözü мурк кьелечl чкадилай хада; 2. шуькӀуь, яцӀу тушир (мес. гъал); nazik məftil шуькӀуь сим; nazik bağırsaq анат. шуькӀуь рад; 3. кьелечӀ, кьезил (мес. ппек); 4. пер. иер, гуьзел; назик, зериф (мес. тӀуб, цӀем); 5. кьезил, зайиф (мес. шагьвар); 6. яхун, кьелечӀ, шуькӀуь, зайиф (мес. беден); 7. пер. хъуьтуьл къилихдин, эдеблу, къени; ** nazik damarını bilmək (tanımaq) зайиф дамар чир хьун, са касдин хесетар, зайиф жигьетар куьлуь-шуьлуьйрал гьалтна хъсандиз чир хьун.
Azərbaycanca-ləzgicə lüğəti / nazik