Nahid sözü azərbaycan dilində

Nahid

Yazılış

  • Nahid • 99.4583%
  • nahid • 0.3250%
  • NAHİD • 0.2167%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mahamudun Nahid
Nahid (peyk)
Nahid ( fars. ناهید "Venera" mənasını verir) İranın müşahidə peyki olub, günəş enerjisinə əsaslanır. Əmir Kəbir adına Tehran texnologiya universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlanmışdır.Nahid, günəş panelləri ilə təchiz edilmiş bir müşahidə peykidir, 250 ilə 370 kilometr arasındakı bir yüksəklikdə orbitə çıxarılması nəzərdə tutulmuşdur.Nahid Peyki peyklərdə bəzi əsas texnologiyaları test etmək üçün yerüstü peyklərə çatma strategiyası kontekstində müəyyən edilmiş tədqiqat peykidir.
Nahid Ağalarov
Nahid Musa oğlu Ağalarov (19 dekabr 1983; Goranboy rayonu, Azərbaycan SSR — 23 noyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nahid Ağalarov 1983-cü il dekabrın 19-da Goranboy rayonunda Xan Qərvənd kəndində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş çavuşu olan Nahid Ağalarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nahid Ağalarov noyabrın 23-də Şuşa istiqamətində minaya düşməsi nəticəsində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Ağalarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Ağalarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nahid Ağalarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nahid Bağırov
Nahid Rza oğlu Bağırov (4 aprel 1979, Bakı) — İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Nahid Bağırov 4 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsili 242 və 151 saylı məktəblərdə alıb. 1998–2000-ci illlərdə Bakı şəhəri Sabunçu rayon məhkəməsində katib vəzifəsində çalışıb. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib. 2000–2001-ci illərdə N nömrəli hərbi hissədə hərbi xidmətdə olub. 2001–2005-ci illərdə "Sir" hüquq şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb. 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib. Ailəlidir, iki övladı var. == İctimai-siyasi fəaliyyəti == 2009-cu ildən Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri olub.
Nahid Cəfərov
Nahid Muxtar oğlu Cəfərov (20 iyul 1984-cü il, Lənkəran rayon Mamusta kəndi) - Azərbaycan diplomatı, ictimai-siyasi xadim, "Oyan" Hərəkatının liderlərindən biri. Siyasi fəaliyyətə başlamazdan öncə Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin konsulu/3-cü katib vəzifəsini icra etmişdir. == Həyatı == Nahid Cəfərov 20 iyul 1984-cü ildə Lənkəran rayon Mamusta kəndində mühəndis ailəsində anadan olmuşdur. Milliyyətcə talışdır. Atası Cəfərov Muxtar Şahi oğlu Lənkəran rayon Şürük kəndində yerləşən "Maşın Sınaq Stansiyasında" tikintiyə texniki nəzarət üzrə mühəndis vəzifəsində çalışması Nahidin ailəsinin həmin kəndə köçməsinə səbəb olmuşdur. Nahid Cəfərov orta təhsilini Lənkəran rayon Şürük Kənd Orta Məktəbində almışdır. == Təhsili == Nahid Cəfərov 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr pilləsini bitirmiş və 2006-2007-ci illərdə Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Bərdə rayonunda yerləşən N saylı hərbi hissəsində hərbi xidmətdə olmuşdur. 2008-ci ildə Azərbaycan NATO Beynəlxalq Məktəbinin (NİSA) təşkil etdiyi "Kiber Təhlükəsizliyi" adlı sessiyaya iştirakçı qismində qəbul olunmuş və daha sonra 2010-cu ilə qədər həmin təşkilatda layihələr üzrə kordinator vəzifəsində çalışmışdır. 2010-1012-ci illərdə Azərbaycan Diplomatik Akademiyasının (ADA) Beynəlxalq əlaqələr və diplomatiya proqramı üzrə magistratura dərəcəsi üzrə təhsil almış və 2012-ci ildə ADA tərəfindən təhsilini davam etdirmək üçün İsveçrənin Cenevrə şəhərində yerləşən Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzinə ezam edilmişdir. 2015-2017-ci illərdə Nahid Cəfərov Amsterdam Üniversitetində Biznesin idarə olunması (Execetive MBA) ixtisası üzrə magistraturaya qəbul olunmuş və həmin ixtisas üzrə axşam bölməsində təhsil almışdır.
Nahid Hacıyev
Nahid Rəhim oğlu Hacızadə (14 mart 1936, Düzrəsullu, Gədəbəy rayonu – 18 yanvar 2018, Bakı) — Azərbaycan yazıçısı, Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru. == Həyatı == Nahid Hacıyev 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Orta məktəbi Tovuzda bitirib. Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, burada Əli Sultanlı, Cəfər Xəndan, Muxtar Hüseynzadə, Məmməd Cəfər, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib kimi görkəmli ədəbiyyatşünas alimlərdən dərs alıb. Bu şəxsiyyətlər elə bir ziyalı ordusu idi ki, onlarla sadəcə təmas qurmağın özü də böyük bir məktəbə bərabər olurdu. Ali məktəbi bitirdikdən sonra ilk iş yeri televiziya olub. Sonralar bir müddət nəşriyyatda çalışsa da, hazırda Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktorudur. Onun "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyesləri Şəki, İrəvan və Bakı teatrlarında tamaşaya qoyulub. "Qisas qiyamətə qalmaz" pyesi isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının hazırladığı ən uğurlu tamaşalardan biri olub.
Nahid Hacızadə
Nahid Rəhim oğlu Hacızadə (14 mart 1936, Düzrəsullu, Gədəbəy rayonu – 18 yanvar 2018, Bakı) — Azərbaycan yazıçısı, Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru. == Həyatı == Nahid Hacıyev 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Orta məktəbi Tovuzda bitirib. Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, burada Əli Sultanlı, Cəfər Xəndan, Muxtar Hüseynzadə, Məmməd Cəfər, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib kimi görkəmli ədəbiyyatşünas alimlərdən dərs alıb. Bu şəxsiyyətlər elə bir ziyalı ordusu idi ki, onlarla sadəcə təmas qurmağın özü də böyük bir məktəbə bərabər olurdu. Ali məktəbi bitirdikdən sonra ilk iş yeri televiziya olub. Sonralar bir müddət nəşriyyatda çalışsa da, hazırda Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktorudur. Onun "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyesləri Şəki, İrəvan və Bakı teatrlarında tamaşaya qoyulub. "Qisas qiyamətə qalmaz" pyesi isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının hazırladığı ən uğurlu tamaşalardan biri olub.
Nahid Həsənov
Nahid Hökmüran oğlu Həsənov (15 mart 1996; Saatlı rayonu, Azərbaycan — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nahid Həsənov 1996-cı il martın 15-də Saatlı rayonunun Musalı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Nahid Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nahid Həsənov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Saatlı rayonunun Musalı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nahid Həsənov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nahid Mikayılov
Nahid Soqat oğlu Mikayılov (25 aprel 1982; Şilyan, Kürdəmir, Azərbaycan SSR — 1 noyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nahid Mikayılov 1982-ci il aprelin 25-də Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş giziri olan Nahid Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Nahid Mikayılov noyabrın 1-də Ağdam istiqamətində şəhid olub. Kürdəmir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nahid Mikayılov ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi. == İrsi və xatirəsi == 2021-ci ildə Kürdəmirdə Nahid Mikayılovun xatirəsinə tikilən bulağın açılışı olub.
Nahid Nəsirov
Nahid Nəsirov (tam adı:Nahid Əlizamin oğlu Nəsirov ; 11 dekabr 1995; Saatlı, Azərbaycan — 10 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şəhid, Nəsirov Nahid Əlizamin oğlu, 11 dekabr 1995-ci ildə Saatlı şəhərində anadan olmuşdur. Şəhid 2001-ci ildə Saatlı şəhər Cəfər Cabbarlı adına 3 saylı tam orta məktəbində təhsil almağa başlamışdır.2010-cu ildə məktəbi əla qiymətlərlə bitirmişdir. 2011-2015-ci illərdə Şirvan Dövlət İqtisadiyyat və Humanitar kollecində İbtidai sinif Müəllimliyi ixtisası üzrə təhsil almışdır. 2015-2017-ci illərdə hərbi xidmətdə olmuşdur. 2016-cı il General-mayor Polad Həşimovun komandınlığı altında Aprel döyuşlərində iştirak etmişdir.'PKM' pulemyot silahı ilə xeyli düşməni məhv edib. Göstərdiyi şücaətə görə komandanlıq tərəfindən Təşəkkürnamə və əlavə məzuniyyətlə təltif olunmuşdur. 2017-ci ildən Saatlı rayon Alı Mustafayev adına Qıraqlı kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi işləmişdir. 2020-ci il Tovuz döyüşləri zamanı könünlülər sırasına ilk yazılanlardan olmuşdur. Vətən müharibəsi başladıqdan 2 gün sonra ordu sıralarına qoşulur.
Nahid Səfərov
Nahid Fikrət oğlu Səfərov (d. 1996; Lənkəran, Azərbaycan - ö. 29 yanvar 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Nahid Səfərov 1996-cı ildə Lənkəran şəhərinin Vilvan kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Nahid Səfərov 2016-cı ildə, yanvarın 29-u Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Yanvarın 30-u isə Nahid Səfərov doğulduğu Lənkəran şəhərinin Vilvan kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Səfərov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Nahid Səfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Nahid Teymurzadə
Nahid Üzeyir oğlu Teymurzadə (d. 23 iyun 1997: Günəşli, Biləsuvar rayonu – ö. 22 oktyabr 2020; Kəlbəcər rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Nahid Teymurzadə 23 iyun 1997-ci ildə Biləsuvar rayonu Günəşli kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə İsmətli kənd tam orta məktəbdə orta təhsil almışdır. == Hərbi xidməti == 2015-ci ilin oktyabr ayından 2017-ci ilin aprel ayına kimi Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Nahid Teymurzadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsinə könüllü şəkildə qoşulmuş, Cəbrayıl və Kəlbəcər rayonları istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş, düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Nahid Teymurzadə 22 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Günəşli kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Teymurzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Teymurzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nahid Teymurzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nahid Teymurzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nahid İbrahimzadə
Nahid Şahid oğlu İbrahimzadə (1 noyabr 1994; Ağdaş rayonu, Azərbaycan — 5 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nahid İbrahimzadə 1994-cü il noyabrın 1-də Ağdaş rayonunun Kotavan (Ağdaş) kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Nahid İbrahimzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nahid İbrahimzadə noyabrın 5-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid İbrahimzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid İbrahimzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nahid İbrahimzadə ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nahid Əxtər
Nahid Əxtər (pənc. ناہید اختر ; urdu ناہید اختر) — pakistanlı ifaçı. O, "Pakistanın bülbülü" də adlandırılır. Nahid Əxtər, 1970–1980-ci illərin ikinci yarısında Lollivudun ən yaxşı ifaçısı idi. 1974, 1975 və 1985-ci illərdə Nigar Film Mükafatını və 2007-ci ildə Prezident Mükafatını qazanıb. == Həyatı == Əxtər 26 sentyabr 1956-cı ildə Pəncabın Multan şəhərində anadan olub. Onun 3 bacısı və 4 qardaşı var. Bacısı Həmidə Əxtər də müğənni idi.
Nahid Məmmədov (əsgər)
Nahid Vahid oğlu Məmmədov (11 iyun 1996; Xəzər rayonu, Azərbaycan — 14 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nahid Məmmədov 1996-cı il iyunun 11-də Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. 2001-2012-ci illərdə Binə qəsəbəsində R. Sadıqov adına 136 nömrəli tam orta məktəbdə alıb. 2012-2014-cü illərdə isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Nahid Məmmədov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Nahid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Nahid Məmmədov oktyabrın 14-də Ağdərə istiqamətində şəhid olub. Xəzər rayonnun Binə qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Haşim Nahid Ərbil
Haşim Nahid Ərbil — şair, yazar, jurnalist == Həyatı və fəaliyyəti == Haşim Nahid 1880-ci ildə İraq vilayətinə bağlı Ərbil qəzasında dünyaya gəlmişdir. Haşim Nahidin həyatı haqqında məlumat çox deyildir. Atası dövlət məmuru Mustafa Əbubəkr Əfəndi , anası Ərbilli bi ailənin qızı Xədicə xanım olmuşdur,. Həyatı və ailəsi haqqında məlumatlarına ilk dəfə bir məktubunda rast gəlirik. Evin son beşiyi olan Haşim Nahidin 4 illik təhsil həyatı Ərbildə başlayır. Həmin dövrdə türk, kürd və ərəb qəbilələri arasındakı münasibətlər ucbatından Ərbildə olan qarışıqlığa görə anasının təkidi ilə təhsilinə Ammara da davam etməli olur. Təhsil aldığı vaxtda ərəb və fars dillərini mükəmməl öyrənmiş, buna görə də məktəbi bitirdikdən sonra dövlət müəssələrində işləmişdir. 1897-1906- cı illərdə İraqda müxtəlif vəzifələrdə işləmişdir. Gördüyü haqsızlıqlardan sonra doğma yurdundan ayrılır, anası nə qədər bu istəyi ilə razı olmasa da, Bağdad-Hələb karvanıyla İstanbula gəlir. İstanbulda insanlar tərəfindən xoş münasibətlə qarşılanması onu çox məmnun edir.
Nahid Məmmədov (baş gizir)
Nahid Hüseynağa oğlu Məmmədov (9 may 1990; Vənlik, Cəlilabad rayonu, Azərbaycan — 13 sentyabr 2022; Zəngilan rayonu, Azərbaycan) — Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş giziri, Vətən müharibəsi iştirakçısı. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Zəngilan istiqamətində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur. == Həyatı == Nahid Məmmədov 9 may 1990-cı ildə Cəlilabad rayonunun Vənlik kəndində Hüseynağa Məmmədovun və Maral Məmmədovanın ailəsində anadan olmuşdur. 1996–2007-ci illərdə Cəlilabad rayon Vənlik kənd tam orta məktəbində orta təhsil almışdır. İlahə Məmmədova ilə evli idi, Şəhriyar adlı oğlu və Yağmur adlı qızı yadigar qaldı. == Hərbi xidməti == Nahid Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində sıravi əsgər kimi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "müddətdən artıq hərbi xidmət" kursuna başlamışdır. Kursu bitirən Nahid Məmmədov bu hərbi birləşmənin sıralarında müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq xidmətinə davam etmişdir. Hərbi xidməti zamanı Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən medal, fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri olan Nahid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.
Nahidə-Leyla Məmmədova
Məmmədova Nahidə-Leyla Səid qızı — Azərbaycanlı musiqişünas, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası MTN-nin ixtisaslaşdırılmış orta musiqi məktəbinin direktoru, AR-nın əməkdar müəllimi. == Həyatı == Nahidə-Leyla Məmmədova 27 iyul 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə bitirmişdir. 1960-cı ildən Milli Təhlükəsizlik Nazirliyinin orta ixtisas müsiqi məktəbində müəllim işləmiş N.Məmmədova, 1967-ci ildən 2016-cı ilə kimi bu təhsil ocağının direktoru olub. Əvvəllər kurs kimi fəaliyyət göstərmiş bu məktəb məhz Heydər Əliyevin təşəbbüsü ilə 1967-ci ildə orta ixtisas musiqi məktəbi statusunu almış və onun məsləhəti ilə də N.Məmmədova bu təhsil ocağına direktor təyin olunmuşdur. 1972-ci ildən N.Məmmədova Bakı Musiqi Akademiyasının metodika və xüsusi pedaqoji hazırlıq kafedrasında da fəaliyyət göstərib. 1977-ci ildən Azərbaycan Respublikasının əməkdar müəllimidir. Təhsil Nazirliyinin nəzdindəki Vahid Elmi-Metodik Şurada musiqişünaslıq bölməsində sədr müavini, sonradan isə üzvü kimi səmərəli fəaliyyət göstərmişdir. Musiqi müəllimlərinin hazırlanmasında böyük əməyi olan professor N.Məmmədova xüsusi pedoqoji hazırlıq fənnini böyük həvəs və məharətlə tədris edib. Bakı Musiqi Akademiyasında çalışan bir sıra dosent və müəllimlər də Naidə xanımın yetirmələridir.
Nahidə Babaşlı
Nahidə Babaşlı (22 sentyabr 1996, Zərdab) — Azərbaycanlı söz yazıçısı və müğənni. Hazırda Türkiyədə yaşayan Nahidə, səsi ilə diqqəti özünə cəlb etmişdir. == Həyatı və fəaliyyəti == 22 sentyabr 1996-cı ildə Azərbaycanın Bakı şəhərində 2 uşaqlı ailədə doğulmuşdur. Əslən Azərbaycanlıdır. Ali təhsilini Bakı Dövlət Universitetində fizika fakültəsində davam etdirmişdir. Elə bu zamanlar musiqiçi olmağı qərara almışdır. O universitet təhsili illərində dəfələrlə musiqi yazmağa cəhd etsə də alınmamışdır.Daha sonralar atasının da köməkliyi ilə musiqi ifa etmiş və yayımlamışdır. İlk dönəmlərdə telefona yüklədiyi proqram sayəsində, mahnı ifa edir, onu arxa planına rəsm əlavə edir və paylaşırdı. O, özünə daha çox xarici kompozisiyaları yaxın bilir. Həmçinin, Azərbaycan dilində musiqi oxuduğunda problem yaşadığını bildirmişdir.
Nahidə Orucova
Orucova Nahidə Mülük qızı (18 iyul 1961, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti. == Həyatı == Orucova Nahidə Mülük qızı 1961-ci ildə iyulun 18-də Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram-kino aktyorluğu» fakultəsini bitirmişdir. Bir müddət Sumqayıt Dövlət Dram Teatrında çalışmışdır. Orada işlədiyi müddət ərzində bir sıra tamaşalarda iştirak etmişdir. 1993-cü ildə Ş. Qurbanov adına Musiqili Komediya Teatrına «Solist - vokalist» vəzifəsinə təyin olunmuşdur. Bu müddətdə o Cavanşir Quliyev, Əli Əmirli «İtkin ər» tamaşasında İzabella, A. Qüdrət, Ramiz Mustafayev «Volqalı canan»da Şəlalə xanım, Emin Sabitoğlu, Tamara Vəliyeva «Bankir adaxlı»da Səmayə xanım, Rəşid Şəfəq, Abdulla Şaiq «Bir saatlıq xəlifəlik»də Səkinə xanım, Oqtay Rəcəbov, Aqşin Babayev «Əlin cibində olsun»da Gülşad xanım, Ramiz Musafayev, Cahangir Məmmədov «Məsmə xala dayımdır»da katibə, Emin Sabitoğlu, Rüfət Əhmədzadə "Hələlik”də Lalə, Emin Sabitoğlu, Xalidə Hasilova «Nəğməli Könül»də Qəmər xanım, Oqtay Kazımi, Ramiz Heydər «Qızıl toy»da Zuzu xanım, Süleyman Ələsgərov, Şıxəli Qurbanov «Özümüz bilərik»də Nailə xanım, Ü. Hacıbəyli "Ər və arvad”da Minnət xanım, Süleyman Ələsgərov, İsi Məlikzadə «Subaylarınızdan görəsiniz»də Çiçək xanım, Vasif Adıgözəlov, Anar «Aldın payını, çağır dayını»da Nazlı Qəmzəli, Süleyman Ələsgərov, Şıxəli Qurbanov "Milyonçunun dilənçi oğlun”da Kübar qadın və Mələk, Üzeyir Hacıbəyli "O olmasın bu olsun”da Sənəm, Ramiz Mirişli , Marat Haqverdiyev "Qısqnc ürəklər”də Natella, Faiq Sücəddinov, Tamara Vəliyeva "Mən dəyərəm min cavana”da Sevda, Cavanşir Quliyev, Qeybulla Rəsulov "Məhəbbət oyunu”nda Gülcahan, Rauf Hacıyev "Talelər qovuşanda”da Nazpəri, İmre Kalman "İdialı qaraçı”da Qrafinya İrini, Üzeyir Hacıbəyli "Arşın mal alan”da Cahan xala, Viktor Dolidze, Akvsenti Saqarelli "Xanuma”da Tekle və s. tamaşalarda yaratdığı obrazlarla yadda qalmışdır. "Asif, Vasif, Ağasif” (1983) Musiqi müəlliməsi, "Ayrılıq imiş” ( 2008) Xidmətçi, " Biz qayıdacağıq” ( 2007) Həkim, "Xüsusi vəziyyət” (1986) Şikayətçi, "Kişiləri qoruyun” (2006) Rübabə, "Qız qalası” (2000), "Qızlar” (2007) Sədaqət, "Moskva-Bakı qatarı” (2005) Satıcı, "Nə gözəldir bu dünya... (1999) Asim Əliyeviçin arvadı, "Pəncərədə işıq” (film-tamaşa) Bardakı qadın, "Spasibo” (1998) Yengə, "Tam məxfi” (2004) Səbinənin anası, "Yanmış körpülər” (2007) Qreta, "Yük” (1995) Qulluqçu Kübra, "Yurd yeri” (1997) Hüsniyyə və s.
Nahidə Rostovskaya
Aktrisa == Həyatı == 2002-ci ildə Bakı xoreoqrafiya məktəbinin xalq rəqsi şöbəsini və 2005-ci ildə S.Vurğun ad. Rus Dram teatrın nəzdində aktyorluq studiyasını bitirib. 2003-cü ildən S.Vurğun ad. Rus Dram teatrın aktrisasıdır. Teatrda işlədiyi müddətdə bir neçə rollarda çıxış edib: Qız və Tibb bacısı (Elçin "Mənim ərim dəlidir"), Ferri (J.Patrik "Strannaya missis Sevidj"), Qız (S.Vurğun "Fərxad və Şirin ") və s. Uşaqlar üçün tamaşalarda: Kənd qızı (Q.Kalau "Kot v sapoqax"), Şahzadə qız (Y.Şvars "Snecnaya koroleva"), Feya (V.Reznikova "Zoluşka")və s.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.97 dəfə / 1 mln.
2004 ••••••• 4.72
2005 ••••• 3.37
2006 ••••• 3.38
2007 •••• 2.96
2008 •••• 2.68
2009 •••••••• 5.44
2010 •••••••••• 6.99
2011 ••••••••••• 8.06
2012 •••••••••• 6.71
2013 •••••••••••••••••••• 14.88
2014 ••••••••••• 7.89
2015 ••••••••• 6.46
2016 •••••••••••••• 9.89
2017 •••••••••••••••• 11.71
2018 •••••••••••• 8.39
2019 •••••••••• 7.09
2020 ••••• 3.18

nahid sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) Zöhrə // Venera (ulduz); 2) həddi-büluğa çatmış (oğlan haqqında).

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

həddi-büluğa çatmış, yeniyetmə; Zöhrə ulduzu.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"nahid" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nahid nədir? #nahid sözünün mənası #nahid nə deməkdir? #nahid sözünün izahı #nahid sözünün yazılışı #nahid necə yazılır? #nahid sözünün düzgün yazılışı #nahid leksik mənası #nahid sözünün sinonimi #nahid sözünün yaxın mənalı sözlər #nahid sözünün əks mənası #nahid sözünün etimologiyası #nahid sözünün orfoqrafiyası #nahid rusca #nahid inglisça #nahid fransızca #nahid sözünün istifadəsi #sözlük