xərək sözü azərbaycan dilində

xərək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xərək • 73.9130%
  • Xərək • 23.9130%
  • XƏRƏK • 2.1739%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xərək
Xərək (nəqliyyat) — ən qədim yükdaşıma qaydalarından biri. Xərək (çörək bişirmə) – çörək bişirmə vasitələrindən biri.
Xərək (dəqiqləşdirmə)
Xərək (nəqliyyat) — ən qədim yükdaşıma qaydalarından biri. Xərək (çörək bişirmə) – çörək bişirmə vasitələrindən biri.
Xərək (nəqliyyat)
Xərək — ən qədim yükdaşıma qaydalarından biri. == Ümumi məlumat == Sadə yük nəqliyyatının ən bəsit forması iki nəfərin qüvvəsi ilə hərəkətə gətirilən xərək olmuşdur. Xərəyi düzəltmək ucun 1,8-2 m. Uzunluğunda paralel qoyulmuş ağacın arasına "törpü" adlanan xırda ağacları 30-40 sm. aralı ip və ya sıyrıq vasitəsi ilə bərkidir üzərinə yük yığaraq daşıyırlar. Belə xərəklərin xeyli təkmiləşdirilmiş formasından Azərbaycanda indi də istifadə edilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2010 •••• 0.09
2013 •••••• 0.15
2014 •••••••••••••••••••• 0.51
2015 ••••••• 0.17
2019 •••••• 0.14
2020 •••••• 0.13

xərək sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Daş, qum və s. şeylər daşımaq üçün taxtadan və s.-dən düzəldilmiş alət. Xərəklə qum daşımaq. – Dəmirov daş daşımaq üçün düzələn xərəyin bir başından, Qocaoğlu isə o biri başından yapışdı. S.Rəhimov. // Xəstə, yaralı daşımaq üçün iki uzun dəstəyə bənd edilmiş parçadan ibarət alət. Arazı doktorun müşayiətilə xərək üstündə ikinci palataya gətirib boş bir çarpayı üzərinə uzatdılar. A.Şaiq. Beş dəqiqə çəkmədi ki, yaralını xərəyin üstündə gətirdilər. P.Makulu. 2. Yayla çalınan musiqi alətlərində simlərin altına qoyulan altlıq (taxta və s. parçası).

    Azərbaycan dilinin izahlı lüğəti / xərək

xərək sözünün etimologiyası

  • 1 Yeri şumlayanda, şumu suvaranda arada çiy qalmış yerə el arasında xərək deyirlər. Fin dilində xor sözü var və “adacıq” mənasında işlədilir. Xərək həmin sözlə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / xərək

xərək sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 XƏRƏK I is. Əşyaları bir yerdən başqa yerə daşımaq üçün istifadə olunan alət. Həkim, cərrah kürsüsü, Maştağa, Hövsan yolu; Sanitar maşınları, bir xərəyin dörd qolu (X.Rza). XƏRƏK II is. Simli musiqi alətlərində simlərin səslənən hissəsinin uzunluğunu məhdudlaşdıran cihaz. XƏRƏK III is. Şumlama zamanı kotanın açdığı yer.

    Azərbaycan dilinin omonimlər lüğəti / xərək

xərək sözünün rus dilinə tərcüməsi

  • 1 1. носилки; 2. кобылка (подставка для струн у смычковых инструментов);

    Azərbaycanca-rusca lüğət / xərək
  • 2 I сущ. 1. носилки (приспособление из двух параллельных палок, скрепленных деревянным настилом, куском ткани и т.п., для переноски тяжестей или людей). Xəstələri xərəklərə qoymaq укладывать больных на носилки, sanitar xərəyi санитарные носилки, brezent xərək брезентовые носилки 2. кобылка (деревянная подставка под струны музыкальных инструментов, напр., на скрипке, каманче и т.п.) II прил. носилочный

    Azərbaycanca-rusca lüğət / xərək

xərək sözünün inglis dilinə tərcüməsi

xərək sözünün fransız dilinə tərcüməsi

xərək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. занбураг, нисирка; 2. симер алай музыкадин алатрин симерин кӀаникай кутадай кьулунин кӀус.

    Azərbaycanca-ləzgicə lüğəti / xərək

xərək sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Göyçay, Mingəçevir, Ucar) kotanın sahədə açdığı şırım II (Cəbrayıl) tərəcə hörərkən altına qoyulan 4-5 dənə iri qarğı və ya əlağacı böyüklükdə 1, yaxud bir metr yarım uzunluğunda ağac. – Xərəyi gərəx’ yoğun qarğıdan qoyasan ki, laxta <tərəcə> möhkəm olsun

Azərbaycan dilinin dialektoloji lüğəti.

"xərək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xərək nədir? #xərək sözünün mənası #xərək nə deməkdir? #xərək sözünün izahı #xərək sözünün yazılışı #xərək necə yazılır? #xərək sözünün düzgün yazılışı #xərək leksik mənası #xərək sözünün sinonimi #xərək sözünün yaxın mənalı sözlər #xərək sözünün əks mənası #xərək sözünün etimologiyası #xərək sözünün orfoqrafiyası #xərək rusca #xərək inglisça #xərək fransızca #xərək sözünün istifadəsi #sözlük