Terek sözü azərbaycan dilində

Terek

Yazılış

  • Terek • 99.5327%
  • terek • 0.4673%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Terek
Terek (çay)
Terek (çay)
Terek — Şimali Qafqazda çay. == Adının etimologiyası == Etimologiyası ərəb dilində türklər deməkdir. Ərəb saitsiz əlifbasına görə türkləri bildirən söz [ə]trak və t[ə]rak kimi də tələffüz edirdilər. Misal üçün Ətrak çayını və tərəkəmələri göstərmək olar. Terek çayı ərazisində Ərəb Xilafəti dövründə Xəzər xaqanlığının mərkəzi yerləşirdi. == Coğrafiyası == Uzunluğu 623 km, hövzənin sahəsi 43 200 kv km. Başlanğıcını Baş silsilədəki Zilgəxoh buzlağından götürür. İlk 30 km Baş və Yan sislsilələr arasında axır, sonra Şimala dönür və Yan silsiləni (Dəryal keçidində), Qayalı silsiləni və Qara dağları kəsərək ; Qroznı şəhəri yanında dağətəyi düzənliyə çıxır, və burada Qizeldon, Ardon, Urux, Malku(Baksanla) qovuşur. Malkanın mənsəbindən sonra, çoxsaylı adaları, bankaları olan qumlu-gilli yatağla axır; Sunjanın mənsəbindən aşağı bir sıra qollara və axınlara bölünür. 4000 kv km sahəsi olan delta yaradaraq Xəzər dənizinin Aqrahan körvəzinə tökülür; delta sahəsindəki yatağın vəziyəti bir neçə dəfə dəyişib(1941 ildən axımın böyük hissəsi Karqalin sıçrayışı yatağından keçir).
Terek (şəhər)
Terek (kab.-çərk. Тэрч къалэ) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın ərazisində yerləşən şəhər. Terek rayonunun inzibati mərkəzidir. Şəhər dairəsinə yalnız bir yaşayış məntəqəsi daxildir. == Coğrafiya == Terek şəhəri Terek rayonunun qərbində, Terek çayının sağ sahilində yerləşir. Respublikanın paytaxtı Nalçikdən 53 km şərqdədir. Şəhərin sahəsi 12 km²-dir. Şimaldan cənuba şəhərin uzunluğu 5 km, qərbdən şərqə 3 km-dir. Aşağıdakı yaşayış məntıəqələri ilə həmsərhəddir: şimalda Arik, şərqdə Deyskoye, qərbdə İnternasionalnoe və Aleksandrovskaya. Şəhər respublikanın dağətəyi zonasında, Kabardın malli düzənliyində yerləşir.
Terek altağızı
Terek altağızı (lat. Chondrostoma oxyrhynchum) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin altağız cinsinə aid heyvan növü. Az saylı, yerli (aborigen) növdür. == Xarakterik morfoloji əlamətləri == Pulcuqları xırdadır. Alının eni azdır, quyruq gövdəsinin uzunluğu nisbətən çoxdur. Bədənin uzunluğu 25 sm-ə, kütləsi 270 q-a qədər olur. Cinsi dimorfizmi zəif inkişaf etmişdir. == Yaşayış yeri və həyat tərzi == Şirin su balığı olub, dibi qumlu-daşlı olan axar sularda yaşayır. Əsasən, çayların orta hissələrində rast gəlinir. Orta ömrün uzunluğu 4 il olub, cinsi yetkinliyə 2 yaşında çatır.
Terek deltası
Terek deltası 4 000 — 6 000 km² ərazini əhatə edən massivdən ibarətdir (bu isə Kuban deltası ilə eyni sahədir). Bu sahənin 500 km² irriqasiya bölgəsidir. Böyük əhəmiyyətə malikdir. Delta Karqalin stanisasından başlayır. Deltada kəskin eniş 56 metrdir. Bölgənin böyük hissəsini göllər, tuqay meşələri və şoranlıqlar təşkil edir. == Deltanın hidroqrafiyası == Terek deltasında yüksək inkişaf dinamizmi müşahidə edilir. Orta Asiya çaylarına xas xüsusiyyətlərindən dağlardan aşağı axarlara doğru çoxlu lil gətirir. Çayın gətirdiyi lil sayəsində Xəzər dənizi sahillərində geniş bir ərazini əhatə etməsinə baxmayaraq hazırda qapalı hövzəyə çevrilmək üzrədir. Deltada mövcud olan qollar: Prorva, Orta, Talovka və Yeni Terek.
Terek gəvəni
Terek gəvəni (lat. Astragalus terekensis) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Böyük Qafqaz dağlarının şimal və şərq hissəsində, Dağıstanda yayılmışdır. == Botaniki təsviri == Yarpağını tökən, 40-60 sm hündürlüyə çatan koldur. Kolları üzərində əmələ gələn çoxlu miqdarda qısa budaqları nazik tikanlarla örtülüdür. Yarpaqları 2,5-3 sm uzunluqda, 0,5 mm enində olub, tutqun bozdur. Yarpaqaltlıqları 7–9 mm uzunluqda, altdan qısatüklü, bizvari, itiuclu, ağ rənglidir. Yarpağı 4-6 cüt, yarpaqcıqların eni 7 mm olub, neştərvari, uzunsov, şiş, qalın tikanlarla qurtarır. Hər yarpağın qoltuğunda 2 çiçəkdən ibarət, 1-2,5 sm uzunluqda çiçək qrupu əmələ gəlir. Çiçəkaltlıqları 6–7 mm uzunluqda, qayığabənzər olub, aşağı hissəsi sarımtıl-yaşıl, yuxarı hissəsi isə tüklüdür.
Terek qumuqları
Terek qumuqları – Çeçenistan , Şimali Osetiya və Alaniya ərazilərində Terek çayı boyunca yaşayan qumuqların etnik qrupu. 2010-cu ildə keçirilmiş Ümumrusiya əhalinin siyahıya alınmasına görə sayları təxminən 28 min nəfərdir. İnanc olaraq müsəlman sünnidirlər. İki etnik alt qrupa bölünürlər braqunlar ( Çeçenistanın Qudermes və Qroznı rayonlarında yaşayırlar) və mozdoklular (ya da mozdok qumuqları, Şimali Osetiya Alaniya respublikasında Mozdok rayonunda yaşayırlar.) == Tarixi == Göründüyü qədər terek qumuqları qıpçaqlara qədər Terek çayının bütün sağ sahili boyunca və Sunjey çayı arasında yaşayan tümenlərdən törəyiblər. Bütün bu ərazilər XVI əsrə qədər Tümen xanlığının ərazisinə daxil olub. XVI əsrdən XVII əsrə qədər bu ərazilər Tarku şamxallığından asılı olan və əhalisinin böyük hissəsini qumuqlar təşkil edən Braqun hakimliyinin tərkibində olub. General Yermolovun məktublarında bunlar yazılıb: Məhz vəba vaxtilə XVII – XVIII əsrlərdə qumuqlar tərəfindən sıx məskunlaşmış qumuq düzənliklərinin boşalmasına səbəb oldu. XVII əsrin sonu XVIII əsrdən etibarən bütün bu ərazilərə çeçenlər köçməyə başlayırlar. Qumuq əhalisinin əksəriyyəti isə bu əraziləri tərk edirlər. Terek vilayəti bölündükdən sonra terek qumuqları əsasən Dağıstanda yaşayan qumuq etnosundan ayrı düşərək ayrıca etnik qrup kimi formalaşdılar.
Terek vilayəti
Terek vilayəti — 1860-1920-ci illərdə mövcud olan Rusiya İmperiyasının inzibati vahididir. İnzibati mərkəz Vladiqafqaz şəhəridir. == Coğrafiyası == Qərbdə Kuma çayından şərqdə Sulak çayına və şimalda Terek çayından cənubda Baş Qafqaz silsiləsinə qədər olan ərazini işğal etdi. == Tarixi == === Yaradılması === 1860-cı ildən Rusiyanın inzibati-ərazi vahidididir (İmperator II Aleksandrın fərmanı ilə yaradıldı, bölgənin idarə edilməsi haqqında əsasnamə 1862-ci ildə təsdiq edildi). Bölgəyə əvvəlcə səkkiz rayon: Arqun, İnquş, İçqeriya, Kabarda, Kumuk, Naqornı, Osetin and Çeçen daxil idi.29 noyabr 1866-cı ildə Mozdok əyaləti Stavropol diyarından Terek bölgəsinə ayrıldı.9 dekabr 1867-ci ildə Stavropol quberniyasından rayonun bir hissəsi olan Kizlyar şəhəri Terek bölgəsinə ayrıldı.1868-ci ildə əyalətin sərhəd şəhəri olan Georgeyvsk şəhəri Stavropol quberniyasından ayrılaraq Terek vilayətinin tərkibinə qatıldı.1869-cu ildə Qumuq və Dağlı rayonları Xasavyurt mahalına birləşdirildi. 1870-ci ildə Terek bölgəsində inzibati dəyişikliklər edildi. Osetiya və İnquş rayonları Vladiqafqaz rayonuna birləşdirildi. Dairələr hissələrə bölündü. 7 yeni rayon yaradıldı: Arqunski, Vedenski, Vladiqafqaz, Georgievski, Qroznı, Kizlyar və Xasavyurt. 1874-cü ildə Pyatiqorsk şəhəri Terek vilayətinə birləşdirildi.
Terek çayı
Terek — Şimali Qafqazda çay. == Adının etimologiyası == Etimologiyası ərəb dilində türklər deməkdir. Ərəb saitsiz əlifbasına görə türkləri bildirən söz [ə]trak və t[ə]rak kimi də tələffüz edirdilər. Misal üçün Ətrak çayını və tərəkəmələri göstərmək olar. Terek çayı ərazisində Ərəb Xilafəti dövründə Xəzər xaqanlığının mərkəzi yerləşirdi. == Coğrafiyası == Uzunluğu 623 km, hövzənin sahəsi 43 200 kv km. Başlanğıcını Baş silsilədəki Zilgəxoh buzlağından götürür. İlk 30 km Baş və Yan sislsilələr arasında axır, sonra Şimala dönür və Yan silsiləni (Dəryal keçidində), Qayalı silsiləni və Qara dağları kəsərək ; Qroznı şəhəri yanında dağətəyi düzənliyə çıxır, və burada Qizeldon, Ardon, Urux, Malku(Baksanla) qovuşur. Malkanın mənsəbindən sonra, çoxsaylı adaları, bankaları olan qumlu-gilli yatağla axır; Sunjanın mənsəbindən aşağı bir sıra qollara və axınlara bölünür. 4000 kv km sahəsi olan delta yaradaraq Xəzər dənizinin Aqrahan körvəzinə tökülür; delta sahəsindəki yatağın vəziyəti bir neçə dəfə dəyişib(1941 ildən axımın böyük hissəsi Karqalin sıçrayışı yatağından keçir).
Terek şirbiti
Terek şirbiti (lat. Barbus ciscaucasicus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin şirbit cinsinə aid heyvan növü. Orta saylıdır. == Xarakterik morfoloji əlamətləri == Xarici görünüşcə Kür şirbitinə oxşayır, lakin ondan gözlərinin kiçik və pulcuqlarının xırda olması ilə fərqlənir. Alnının eni azdır, bədəninin quyruq hissəsi nisbətən uzundur. Bədənin uzunluğu 26.0 sm-ə, kütləsi 270 q-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Suyu sürətlə axan və dibi daşlı olan çaylarda yaşayır. Ömrün uzunluğu orta hesabla 4-5 il olub, cinsi yetkinliyə 1-2 yaşlarında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.
Tringa terek
Boz səsyamsılayan (lat. Xenus cinereus) — səsyamsılayan cinsinə aid quş növü.
Terek xəbərləri (qəzet)
Terek xəbərləri (rus. Терскія въдомости) — 1868-ci ildən Vladiqafqaz şəhərində nəşr olunan rus dilində qəzet. 1918-ci ilə qədər nəşr, o vaxtkı Terek vilayəti hakimiyyət orqanlarının rəsmi mətbuat orqanı olmuşdur. Qəzetdə vilayətin bütün müvafiq əmr və məlumatları dərc edilirdi. İnqilabdan əvvəlki qəzet nömrələri Şimali Qafqaz tarixinin öyrənilməsi üçün ən dəyərli mənbələrdən biridir. Nəşr postsovet dövründə 2010-cu ildə yenidən canlanmışdır. == Tarixi == 1918-ci ilə qədər nəşr, o vaxtkı Terek vilayəti hakimiyyət orqanlarının rəsmi mətbuat orqanı idi. Bu səbəbdən qəzetdə vilayətin bütün müvafiq əmr və məlumatları dərc edilirdi. "Terek xəbərləri" qəzetinin ilk baş redaktoru Keçevin Adıge kəndindən olan Adil-Gəray Keşev olmuşdur. Adil-Gəray 1858-ci ildə Stavropol Kişi Gimnaziyasını fərqlənmə diplomu ilə bitirmişdir.
Terek çayı döyüşü
Terek rayonu (Kabardin-Balkariya)
Terek rayonu (kab.-çərk. Тэрч куей / Тэрч район, qaraç.-balk. Терк район) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Terek şəhəridir (rayonun ərazisinə daxil deyil). == Coğrafiyası == Terek rayonu Kabarda-Balkariya Respublikasının şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: qərbdə Mayski, şimalda Proxladnenski rayonu, şərqdə Şimali Osetiyanın Mozdok rayonu, cənubda isə Kirov rayonu. Proxladnenski rayonunun sahəsi 893,12 km²-dir. Bölgənin şimaldan cənuba qədər uzunluğu təqribən 50 kilometrə, şərqdən qərbə 35 kilometrdir. Zonalıq üzrə rayon ərazisi iki hissəyə bölünür: dağətəyi və düzənlik. Rayonun əsas hissəsi dağətəyi zonada yerləşir.
Sunja (Terekin qolu)
Sunja (rus. Sunja,inquş. Шолжа , çeçen. Соьлжа , Qumuq. Сююнч ) çayı- Şimali Qafqazın şərq hissəsində yerləşir. Terek çayının sağ qoludur. Uzunluğu - 278 km, hövzə sahəsi - 12 000 km². Mənbə Böyük Qafqaz dağ silsiləsinin şimal yamacında, 1200 m yüksəklikdədir, orta bulanıqlıq 3800 q / m³: çay ildə 12,2 milyon ton çöküntü daşıyır. Suvarma üçün istifadə olunur. == Axın == Sunja çayı, Uşkort dağ silsiləsindəki buzlaqlardan qaynaqlanır, Üçxut dağ silsilələrini keçərək Suqulta və Sunji-kort dağları arasındakı dərəyə girir.
Terekli-Məktəb
Terekli Məktəb – Rusiya Federasiyasının Dağıstan Respublikasının Noqay rayonunun inzibati mərkəzi. Terekli məktəb Dağıstanın şimal-qərbində Noqay çölünün mərkəzində yerləşir. Qəsəbənin 75 km ndə, avtomobil yolu üstündə Qızılyar şəhəri yerləşir. Əhalisi 7000 nəfərdir. == Tarixi == Qəsəbənin yaranma tarixi XVIII əsrə aiddir. Tarixi xəritələrə görə indiki qəsəbə qaranoqayların, ermənilərin və rusların yaşadğı iki auldan ibarət imiş. Qəsəbənin adı Terek və məktəb sözləri ilə bağlıdır. Terekli-məktəb bütün noqay xalqının paytaxtı hesab olunur. Qəsəbənin Şərəf Xiyabanında 11 Müharib və Əmək qəhrəmanı büstü var. == Mədəni həyatı == Qəsəbədə, kənd məktəbləri üçün noqay dili müəllimlərini hazırlayan Xasavyurd Pedoqoji kollecinin, və Moskva Humanitar Universitetinin filialları var.
Terekti
Terekti — Qərbi Qazaxıstanda yaşayış məntəqələrinin adı: Terekti (2007-ci ilə qədər Lineevka) — Akmola vilayətinin Zərendə rayonunda kənd. Terekti (2018-ci ilə qədər Sadovoye) — Almatı vilayətinin Sarkənd rayonunda kənd.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.57 dəfə / 1 mln.
2003 ••• 0.79
2004 ••••• 1.68
2005 •• 0.67
2006 0.23
2009 •••••••••••••••••••• 6.88
2010 ••••••••••••• 4.36
2011 •••••••••• 3.35
2012 •••• 1.20
2013 •••••• 1.75
2014 ••• 1.03
2015 ••• 0.85
2019 0.14

"terek" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#terek nədir? #terek sözünün mənası #terek nə deməkdir? #terek sözünün izahı #terek sözünün yazılışı #terek necə yazılır? #terek sözünün düzgün yazılışı #terek leksik mənası #terek sözünün sinonimi #terek sözünün yaxın mənalı sözlər #terek sözünün əks mənası #terek sözünün etimologiyası #terek sözünün orfoqrafiyası #terek rusca #terek inglisça #terek fransızca #terek sözünün istifadəsi #sözlük