* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Bir şeyi israrla, qəti şəkildə xahiş və ya təklif etmə, istəmə. Onun tələbini nəzərə aldılar. Sənin tələbin nədir? – Teymurun yalvarışları da, tələbi də, təhdidi də nəticəsiz qaldı. M.Hüseyn. □ Tələb etmək – 1) bir şeyi israrla, qəti şəkildə istəmək, xahiş və ya təklif etmək. Vəsiqəsini tələb etmək. Haqqını tələb etmək. İşsizliyin ləğv edilməsini tələb etmək. – …Hökumət və partiya hər kəsdən öz vəzifəsini düzgün yerinə yetirməyi tələb edir. Ə.Sadıq; // gözləmək, ummaq. Ondan nə tələb etmək olar? 2) bir şeyə ehtiyacı olmaq; istəmək. Köhnəlmiş bina əsaslı təmir tələb edir. Bu iş çoxlu vəsait tələb edir. Quru torpaq bollu su tələb edir; 3) bir yerə gəlməyi təklif və ya məcbur etmək; çağırmaq. Onu polis idarəsi tələb edir. 2. Qəti şəkildə ifadə olunan inadlı, təkidli xahiş, arzu, istək, təklif. Tətilçilərin tələbi. – [Xanlar:] İndi pul davası aparmırıq biz; İndi çox böyükdür tələblərimiz. S.Vurğun. [Ataş:] Tələblərimizə əməl olunmayınca sözümüzdən dönməyəcəyik! Ə.Vəliyev. 3. Bir şəxsin və ya şeyin uyğun gəlməli olduğu şərtlərin və xüsusiyyətlərin məcmusu; norma (adətən cəm şəklində). Doktorluq dissertasiyasının qarşısında qoyulan tələblər. Ali məktəbə girmək üçün tələblər. Müasir tələblərə cavab vermək. 4. Ancaq cəm şəklində: tələblər – tələbat, ehtiyac. Cəmiyyətin mədəni tələbləri. Oxucuların tələbləri. – Vəkil də bütün tələbləri ödəyir, kisə-kisə əşrəfi xərcləyirdi. Çəmənzəminli. Kolxozlarımız varlandıqca kəndlinin mədəni tələbləri də çoxalır. İ.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / tələb2 ə. 1) bir şeyi qəti şəkildə istəmə; 2) qəti istək.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / tələb1 TƏLƏB – XAHİŞ – Şübhəsiz haqlısan tələbində sən; Söylə nə etmək ki, dağılır Vətən (S.Vurğun); Xahiş edirəm, dərmansəpənlər səhər gəlsinlər, özünlə işləyəcəklər (Ə.Vəliyev).
Azərbaycan dilinin antonimlər lüğəti / tələb2 сущ. 1. требование: 1) настоятельная просьба, желание, выраженные в категорической форме. Siyasi tələblər политические требования, iqtisadi tələblər экономические требования, yüksək tələblər высокие требования; tələblər qoymaq kimin, nəyin qarşısında поставить требования перед кем, перед чем, предъявить требования к ому, чему 2) норма, совокупность условий или данных, которым кто или что-л. должны соответствовать. Müasir tələblər səviyyəsində işləmək работать на уровне современных требований, aqrotexniki tələblərə əməl etmək выполнять агротехнические требования, müasir tələblərə cavab vermək отвечать современным требованиям, ali məktəbə girmək üçün tələblər требования для поступления в высшую школу 3) правила, налагаемые кем-л., чем-л. Qanunun tələbləri требования закона, zamanın (günün) tələbi требование времени (дня), təlimatın tələblərinə uyğun olaraq в соответствии с требованиями инструкции 4) потребности, запросы. Xalq təsərrüfatının tələbləri требования народного хозяйства, cəmiyyətin tələblərini dərindən öyrənmək глубоко изучить требования общества 2. спрос (требование на товар, рабочую силу). экон. tələb və təklif balansı баланс спроса и предложения, tələbin ödənilməsi удовлетворение спроса, iş qüvvəsinə olan tələb спрос на рабочую силу 3. юрид. иск, притязание (обращение к суду с требованием о защите гражданских прав); tələb etmək требовать, потребовать: 1) затребовать, попросить чего-л. или предложить сделать что-л. в настойчивой, категорической форме, официально. İzahat tələb etmək kimdən потребовать объяснения у кого, yerinə yetirilməsini tələb etmək nəyin требовать выполнения чего, qərargahdan diviziyanın mövcud heyəti haqqında məlumatı (rəqəmləri) tələb etmək затребовать из штаба данные о наличном составе дивизии 2) обязать к чему-л., вынудить на что-л. Ədalət tələb edir ki … справедливость требует, чтобы …, diqqət tələb edir nə требует внимания что 3) нуждаться, иметь потребность в чём-л. Neft axtarışı vaxt və zəhmət tələb edir поиски нефти требуют времени и труда; evin damı təmir tələb edir крыша дома требует починки 4) заставить, предложить явиться куда-л., вызывать. Sizi müdir tələb edir вас требует заведующий; tələb olunmaq требоваться, потребоваться, быть потребованным. Zavoda fəhlə tələb olunur заводу требуются рабочие; tələblə verilən məktub письмо до востребования, tələbləri ödəmək удовлетворять требованиям, tələblərə cavab vermək отвечать требованиям
Azərbaycanca-rusca lüğət / tələb1 i. demand; request; claim; requirement; bir kəsin ~i üzrə at smb.’s request, by smb.’s order; qəti ~ urgent request; məhkəmənin ~i əsasında by order of the court; bir kəsin ~ini yerinə yetirmək to satisfy smb.’s demand, to meet* smb.’s demand; ~ irəli sürmək to make* demands, to put* in claims; ~dən əl çəkmək to give* up one’s claim, to abandon / surrender one’s claim; bir kəsin ~i ilə razılaşmaq to agree with smb.’s demands; ~ə cavab vermək to meet* the requirements; bir kəsin qarşısına ~ qoymaq to make* demands of smb.; zamanın ~ləri demands of the time
Azərbaycanca-ingiliscə lüğət / tələb1 [ər.] сущ. тӀалаб (1. тӀалабун, къетӀидаказ кӀан хьун, хагьишун ва я теклифун; tələb etmək тӀалаб авун а) тӀалабун, къетӀидаказ кӀан хьун, хагьиш ва я теклиф авун; б) са затӀуниз игьтияж хьун; кӀан хьун; в) са чкадиз атун патал теклиф ва я мажбур авун; эверун; 2. къетӀидаказ авур хагьиш, теклиф; 3. норма; 4. tələblər гз. тӀалабар, игьтияж).
Azərbaycanca-ləzgicə lüğəti / tələb(Şamaxı) heyvanlarda cinsi əlaqəyə olan həvəs ◊ Tələbə gəlmək (Şamaxı) – ciftləşmək. – At tələbə gəlir
Azərbaycan dilinin dialektoloji lüğəti.