Göyçəli sözü azərbaycan dilində

Göyçəli

Yazılış

  • Göyçəli • 89.7638%
  • göyçəli • 8.6614%
  • GÖYÇƏLİ • 1.5748%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Göyçəli (Qaraqoyunlu)
Göyçəli — İğdır ilinin Qaraqoyunlu ilçəsində kənd. == Coğrafiyası == == Əhalisi == === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən, Rusiya İmperiyasının Qars vilayətinin Daşburun şöbəsinin Daşburun kənd cəmiyyətinin Göyçəli kəndində 432 nəfər əhali yaşayırdı, onların hamısını etnik tatarlar (azərbaycanlılar) təşkil edirdi.
Göyçəli (Qoşaçay)
Göyçəli (fars. گوگ جلو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 839 nəfər yaşayır (180 ailə).
Göyçəli xalçaları
Göyçəli xalçaları – Gəncə xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar. == Ümumi məlumat == Bu xalçaların adı Qazaxdan 17 km cənub-şərqdə yerləşən Göyçəli kəndinin adı ilə bağlıdır. Onlar həm də Tatlı, Qarapapaq, Ağköynək, Poylu, Çaylı və başqa xalçaçılıq məntəqələrində istehsal olunmuşdur. == Bədii analiz == "Göyçəli xalçaları" müxtəlif növdə olur. Burada onların əsas hesab olunan iki üsulu təqdim olunmuşdur. I üsul.Birinci üsulla toxunan xalçalarda mərkəzdə uzunsov formalı iri göl yerləşir. Onun yuxarı və aşağı sonluqları şişbucaq formada yerinə yetirilmişdir. Bu kompozisiyalı xalçalar Qazax məktəbi üçün xarakterik hesab olunur. Ölçüləri böyük olmadığına görə (100x150sm) onlar daha çox "Namazlıq xalçaları" adı ilə məşhurdur. Ara sahəsindəki göl yuxarıdan və aşağıdan qubpa ilə yekunlaşan "Göyçəli xalçaları" da istehsal olunurdu.
Həsən Göyçəli
Kərimov Həsən Səməd oğlu (1937, İnəkdağı, Basarkeçər rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar jurnalist, şair və publisist. == Həyatı == 01.07.1937-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun İnəkdağı kəndində ziyalı ailəsində anadan olmuşdur. Avtobioqrafiya "Atam İbrahimov Səməd Kərəm oğlu Böyük Vətən müharibəsində həlak olub. Anam İbrahimova Yaxşı Cahan qızının himayəsində böyümüşəm. 1945-ci ildə İnəkdağı 7 illik məktəbinin 1-ci sinfinə daxil olub 1952-ci ildə İnəkdağı kənd 7 illik məktəbinin 7-ci sinfini qurtarıb qonşu Zod kənd orta məktəbinin 8-ci sinfinə daxil olmuşam və 1955-ci ildə Zod kənd orta məktəbini bitirmişəm. 1959-cu ildə İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumunun aqronomluq fakültəsinə qəbul olub 1962-ci ildə həmin texnikumu bitirmişəm və öz doğma kəndimizdə aqronom işləmişəm. 1963-cü ildə Azərbaycan Gəncə (Kirovabad) Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsinin qiyabi şöbəsinə daxil olub 1969-cu ildə alim-aqronom ixtisası alıb kolxozda baş aqronom işləmişəm. 1982-ci ildə rayon sovetinə deputat seçilmişəm və Partiya Təşkilat katibi işləmişəm. 1978-ci ildə İnəkdağı kənd kolxozunda Həmkarlar Təşkilatının sədri, 1983-cü ildə SSRİ Xalq Nəzarəti Komitəsinin üzvü olmuşam. Yaradıcılığa orta məktəbdə oxuduğum illərdən başlamışam.
Muxayıl Göyçəli
Muxayıl Göyçəli (Məsimov Muxayıl Budaq oğlu) — azərbaycanlı şair. == Həyatı == Muxayıl Göyçəli 1918-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Orta təhsilini doğma Daşkənd kənd orta məktəbində almışdır. Muxayıl Budaqoğlunun ata babası dövrünün çox imkanlı, varlı adamlarından olmuşdur. Ana babası Kərbəlayi Rüstəm və Kərbəlayi Rüstəmin qardaşları Nağı bəy, Tağı bəy, Tağı bəyin oğlu Qara İdris (Qaçaq İdris) 1918-ci ildə ermənilərə qarşı döyüşlərdə fədakarlıq göstərmiş el qəhrəmanları olmuşdur. Muxayıl 1941-ci ildə Böyük Vətən müharibəsinə getmiş, ağır döyüşlərin iştirakçısı olmuş və 1942-ci ilin fevralın 26-da ağır döyüşlərin birində yaralanaraq cəbhədən qayıtmışdır. Məsimov Muxayıl 1944-cü il dekabrın 15-də müharibədə aldığı yaralardan subay ikən əbədiyyətə qovuşmuşdur, məzarı ata-baba yurdu olan Göyçə mahalının Daşkənd kəndindədir. == Yaradıcılığı == Muxayıl Budaqoğlunun şeirlərini oxuyarkən məlum olur ki, o Göyçə ədəbi mühitindən, Azərbaycan klassik ədəbiyyatından və şifahi xalq ədəbiyyatından lazımınca yararlanmış və şeirin müxtəlif növlərində, - gəraylı, qoşma, təcnis, cığalı təcnis, divani kimi şeirlər yazıb, yaratmışdır. Muxayıl saz çalmağı Aşıq Surxaydan öyrənmişdir. Muxayıl Budaqoğlunun əlyazmaları və bir neçə cəbhə şəkilləri hal-hazıra qədər 1988-ci ildən Bərdə rayonu Yeni Daşkənd kəndində məskunlaşan qardaşı Məsimov Oruc Budaq oğlu tərəfindən qorunub saxlanılmaqdadır.
Məcnun Göyçəli
Məcnun Göyçəli (İbrahimov Məcnun Səməd oğlu; 2 iyun 1949, Kiçik Məzrə, Basarkeçər rayonu – 17 may 2021, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), Azərbaycan Jurnalistlər və Aşıqlar Birliyinin üzvü, Ümumdünya Qaçqın Yazarlar Departamenti Rəyasət Heyətinin üzvü. Ermənistan SSR əməkdar müəllimi (07.03.1978). == Həyatı == Məcnun Göyçəli 1949-cu il iyunun 2-də Qərbi Azərbaycanda Göyçə mahalının Kiçik Məzrə kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Zod qızıl-filiz kombinatında fəhlə işləmişdir (1967–1973). Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır (1973–1979). Kiçik Məzrə kəndində kitabxana müdiri, kənd orta məktəbində pioner baş dəstə rəhbəri, "Vardenis" rayon qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Aşıqlar Birliyi Sədrinin təsərrüfat üzrə müavini, yerli Həmkarlar İttifaqı Komitəsinin sədri, "Ozan" qəzeti baş redaktorunun müavini, redaktoru və Azaərbaycan Aşıqlar Birliyinin sədri işləmişdir (1989–2002). Ədəbi fəaliyyətə erkən başlamışdır, lakin şeirləri XX əsrin 80-ci illərindən "Azərbaycan", "Ulduz", "Göyərçin", "Kirpi" və s. jurnallarda, "Ədəbiyyat qəzeti"ndə, "Körpü", "Vətən səsi", "Şərq qapısı" qəzetlərində, eləcə də Türkiyə mətbuatında dərc olunmuşdur. 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər və Aşıqlar Birliyinin üzvü, Ümumdünya Qaçqın Yazarlar Departamenti Rəyasət Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi İrəvan Yazıçılar Şurasının sədr müavinidir. "Vətən", "Azərbaycan bayrağı", "İnam", "Qızıl qələm", "Araz", "İman", "H. B. Zərdabi", "H. Z. Tağıyev", "Ustad sənətkar", "İlin nüfuzlu ziyalısı", "Fəzilıt", "Ziya" və başqa mükafatlar laureatıdır.
Niftalı Göyçəli
Niftalı Göyçəli (azərb. Yusifov Niftalı Puta oğlu‎; 21 mart 1951, Basarkeçər rayonu) — Azərbaycan şairi, yazıçı. == Həyatı == Niftalı Göyçəli 21 mart 1951-ci ildə Göyçə mahalının Basarkeçər rayonuun Babacan kəndində anadan olmuş, 1 yaşından sonra ailəsi ilə birlikdə Dərə kəndinə köçmüşlər. Dərə kənd səkkizillik məktəbini bitirdikdən sora IX–X sinifləri Ardanış kənd orta məktəbində oxumuşdur. 1967-ci ildə Bakı şəhərində ali məktəbə daxil ola bilməyib, inşaat fəhləsi kimi işləməyə başlamışdır. Hərbi xidmətə çağırılarkən hərbi göndərişlə avtomobil məktəbində sürücülük kursunu bitirmişdir. İrəvan, Tbilisi, Gəncə şəhərlərində hərbi sürücü kimi inşaat batalyonunda işləməklə xidməti başa vuraraq, Bakı şəhərinə qayıtmışdır. 1974-cü ildə ADU-nun kitabxanaçılıq fakültəsinə (qiyabi) daxil olub, 1981-ci ildə oranı bitirmişdir. 1976-cı ildən Şəki rayonuna köçməklə əvvəlcə kənd mədəniyyət evinin direktoru və iki il də S. Vurğun adına rayon mədəniyyət evinin direktoru işləmişdir. 1990-cı ildə ailəlikcə Bakı şəhərinə köçməklə ARDNŞ "Geofizikakəşfiyyat" idarəsində 1992-ci ilə kimi fond rəisi vəzifəsində işləmişdir.
Tərlan Göyçəli
Tərlan Göyçəli — Aşıq Pəri Məclisinin üzvü == Həyatı == Tərlan Göyçəlinin Göyçə aşıqları haqqında silsilə oçerkləri və bir çox tarixi, elmi və publisist əsərləri aşıq sənətinin öyrənilməsinə həsr olunmuşdur. == Kitabları == Tərlan Göyçəli. "Göyçə aşıq məktəbi". Bakı-1998. 246 səh. Tərlan Göyçəli. "Ömrümün mənası dağlarda qaldı". Bakı.
Göyçəli (təxəllüs)
Göyçəli — təxəllüs. Tərlan Göyçəli — Aşıq Pəri Məclisinin üzvü. Niftalı Göyçəli — Azərbaycan şairi, yazıçı. Muxayıl Göyçəli — şair. Aşıq Hacı Göyçəli — aşıq. Aşıq Bəhmən Göyçəli — ustad aşıq, şair. Məcnun Göyçəli — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Həsən Göyçəli — şair.
Aşıq Bəhmən Göyçəli
Aşıq Bəhmən Göyçəli (tam adı: Bəhmən İbrahim oğlu Qarayev; 1 may 1901, Göyçə mahalı, Basarkeçər rayonu, Nərimanlı kəndi — 13 noyabr 1976) — ustad aşıq, şair. == Həyatı == Aşıq Bəhmən Göyçəli 1 may 1901-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kəndində anadan olub.. Uşaq yaşlarından atasını itirən Bəhmən Göyçəli ağır güzəran keçirmişdir. İbtidai təhsilini mollaxanada almış, sonralar savadsızlığı ləğv etmə kurslarında oxumuşdur. Doğma kəndində sovet sədri, kolxozda briqadir, sıravi kolxozçu olmuşdur.Gənclik dövründən el arasında aşıq-şair kimi tanınmış, toy-düyünlərə dəvət olunmuşdur. Gəraylı, qoşma, müxəmməs, qəzəl, divani, dodaqdəyməz, cığalı, təcnis və digər janrlarda yaratdığı şeirləri dillər əzbəri olmuşdur. "Kirpi", "Sovet Ermənistanı", "Azərbaycan gəncləri" və s. dövri mətbuat səhifələrində qoşmaları çap edilmişdir. Bir çox aşıq havası və dastan yaratsa da zəngin ədəbi irsi dərindən öyrənilməmişdir. Ədəbiyyat tarixində həm şair, həm də ustad aşıq kimi tanınan Bəhmən Göyçəlinin işıq üzü görən "Vətən, küsmə məndən" kitabında zəngin irsindən yalnız 25 qoşması, 7 gəraylısı, 9 təcnisi, 18 divanisi, 14 müxtəlif şeiri, Aşıq Alının, Xəstə Qasımın, Növrəs İmanın qıfılbəndlərini açması, 17 deyişməsi, 1 meracnaməsi, "Əfqan və Tufan", "Bəhmən və Humay" dastanları toplanıb çap olunmuşdur.1996-cı ildə Bakıda anadan olmasının 95 illiyi qeyd edilmişdir.
Aşıq Fətulla Göyçəli
Aşıq Fətulla Göyçəli (tam adı: Əliyev Fətulla Əbdüləzim oğlu; 1941, Nərimanlı, Basarkeçər rayonu) – müəllim, ustad aşıq, "Əməkdar mədəniyyət işçisi", Azərbaycan Aşıqlar Birliyinin üzvü. == Həyatı == Aşıq Fətulla Göyçəli 1941-ci ildə Göyçə mahalının Söyünquluağalı (Nərimanlı) bölgəsində Əbdüləzim kişinin ailəsində dünyaya göz açmışdır. Kiçik yaşlarından saza-sözə böyük maraq göstərmişdir. Aşıq Fətullanın formalaşmasında məlahətli və zil səs tembri olan atası Əbdüləzim kişinin müstəsna rolu olmuşdur.1948–1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan azəri türkləri doğma yurd-yuvalarından deportasiya olunarkən Əbdüləzim kişi də öz ailəsi ilə birlikdə Bərdə rayonunun Kətəlparaq kəndində məskunlaşırlar. Göyçənin Yarpızlı kəndindən olan Aşıq İman öz ailəsi ilə həmin kəndə pənah gətirir. Aşıq İmanın Əbdüləzim kişinin boş qalan evində özünə sığınacaq tapması balaca Fətullanın gələcək həyatının müəyyənləşməsində tramplinə çevrilir. Aşıq İman 1953-cü ilə qədər Fətullanı öz balası kimi bəsləmiş, aşıqlıq sənətinin ibtidai mərhələsini, oturub-durmağı, məclisdə davranış qaydalarını öyrətmiş, özü ilə el şənliklərinə aparmışdı. Deportasiya olunmuşlardan bəziləri öz ata-baba yurdlarına qayıtmalı oldular. Məlahətli zil-səs tembrinə malik Fətullanı ustad aşıqlar özləri ilə birlikdə toy şənliklərinə dəvət etməyə başlayırlar. 17 yaşlı Fətulla qonşu Qanlı kəndində toyda dövran edərkən Aşıq Alının şəirdi Aşıq Qulunun yetirməsi olan Qannılı Aşıq Mehdi ilə tanış olur.
Aşıq Hacı Göyçəli
Hacı Abbas oğlu Bayramov (22 iyun 1931, Daşkənd, Basarkeçər rayonu – 22 may 2011, Çənlibel, Şəmkir rayonu) — Azərbaycanlı aşıq və şair. == Həyatı == Aşıq Hacı Göyçəli 1931-ci ilin iyun ayında Göyçə mahalının Daşkənd kəndinin "Hacı Qurban" yaylağında anadan оlub. Hələ uşaq yaşlarından aşıqlığa həvəs göstərən Hacı 1945-ci ildə Daşkəndli Abbasəli Nəzərova şəyird оlmuş və bir ildən sonra Bala Məzrəli Aşıq Hüseynin yanında şəyirdlik etmişdir. 1947-1950-ci illərdə isə Qannılı Aşıq Mehdınin yanında şəyirdlik etmişdir.1951-1955-ci illərdə Aşıq Hacı sovet ordusunda hərbi xidmətdə olmuşdur. Aşıq Hacı bir neçə şəyirdə aşıqlıq sənətinin sirlərini öyrətmişdir. Qannı kəndindən Balakişi, Qaraqоyunlu kəndindən Aşıq Səlim, Aşağı Şorca kəndindən Aşıq İslam 1968-ci ildən 1978-ci ilədək Aşıq Hacının yanında aşıqlıq sənətinin sirlərinə yiyələnmişdir. Aşıq Hacı 1978-ci ildən öz həmkəndlisi Nuriddin İsgəndərovu özünə şəyird götürmüşdür. 1981-ci ildə Nuriddinlə birlikdə televiziyada "Aşıq Alı" dastanını, 1985-ci ildə isə "Şəmkirli Aşıq Hüsеyn" dastanını söyləmişlər və hər iki dastanın lеnt yazısı televiziyanın "Qızıl fonduna" daxil edilmişdir. 1984-cü ildə IV Aşıqlar qurultayına nümayəndə sеçilmişdir. Aşıq Hacı 1991-ci ildə Almaniyaya qastrol səfərinə gеtmiş və Almaniyanın bir sıra şəhərlərində konsertlər vermiş, Azərbaycan folklorunu, Göyçə aşıq məktəbini layiqincə təmsil etmişdir.
Göyçəliaslan (Urmiya)
Göyçəliaslan (fars. گویجه علی اصلان‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (38 ailə).
Göyçəlitəpə (Urmiya)
Göyçəlitəpə (fars. ‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 27 nəfər yaşayır (6 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.50 dəfə / 1 mln.
2003 ••••• 0.39
2006 •••••••• 0.68
2007 ••• 0.21
2009 •• 0.16
2010 ••••••• 0.54
2011 0.09
2012 •••••••• 0.69
2013 •• 0.15
2015 •••••••••• 0.85
2016 •••••••••••••••••••• 1.74
2017 •••••• 0.49
2018 ••••••••••••• 1.05
2019 ••••••••••••••• 1.25
2020 •• 0.13

Oxşar sözlər

#göyçəli nədir? #göyçəli sözünün mənası #göyçəli nə deməkdir? #göyçəli sözünün izahı #göyçəli sözünün yazılışı #göyçəli necə yazılır? #göyçəli sözünün düzgün yazılışı #göyçəli leksik mənası #göyçəli sözünün sinonimi #göyçəli sözünün yaxın mənalı sözlər #göyçəli sözünün əks mənası #göyçəli sözünün etimologiyası #göyçəli sözünün orfoqrafiyası #göyçəli rusca #göyçəli inglisça #göyçəli fransızca #göyçəli sözünün istifadəsi #sözlük