* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər.] klas. Daha artıq, daha qiymətli, daha üstün tutulan. Hər kimsənə bir şey gətirir fikrü xəyalə; Məcmudən əfzəldi mənə yar xəyalı. S.Ə.Şirvani. [Nənəcan] bir qarından ötrü ərə getməkdənsə, dul yaşamağı əfzəl bilirdi. N.Nərimanov. [Səriyyə:] Rüstəm, bunların rəhminə güvənməkdənsə, dəryada iynə üstünə minib xilas olmağa güvənmək daha əfzəldir. C.Cabbarlı.
Azərbaycan dilinin izahlı lüğəti / əfzəl2 daha fəzilətli, çox fəzilət sahibi olan; ən qiymətli, ən üstün tutulan.
Azərbaycan kişi adlarının izahlı lüğəti / əfzəl3 ə. 1) ən fəzilətli; daha fəzilətli, çox fəzilətli; 2) artıq, çox.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əfzəl1 Ərəbcə fəzilət sözü ilə qohumdur, “ən yaxşı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / əfzəl1 прил. устар. 1. самый ценный, самый главный (имеющий важное, существенное значение). Cansağlığı hər şeydən əfzəldir здоровье – это самое главное 2. предпочтительный. Əfzəl bilmək считать, счесть предпочтительным, предпочитать, предпочесть
Azərbaycanca-rusca lüğət / əfzəl1 s. preferable (to), better (than), above; ~ plan preferable scheme; Bu hər şeydən əfzəldir It is above everything
Azərbaycanca-ingiliscə lüğət / əfzəl1 [ər.] прил. клас. (мадни) артух, мадни къиметлу, мадни вине кьазвай.
Azərbaycanca-ləzgicə lüğəti / əfzəl