* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 764.03 |
2003 | ••••••••• | 329.91 |
2004 | •••••••• | 296.45 |
2005 | •••••••••• | 360.34 |
2006 | ••••••• | 263.75 |
2007 | •••••••• | 281.41 |
2008 | ••••••••• | 305.99 |
2009 | ••••••• | 245.58 |
2010 | ••••••• | 240.64 |
2011 | •••••••• | 269.47 |
2012 | •••••••• | 283.53 |
2013 | •••••••• | 270.74 |
2014 | ••••••• | 262.74 |
2015 | ••••••• | 246.33 |
2016 | ••••••• | 242.96 |
2017 | ••••••• | 253.31 |
2018 | ••••••• | 262.79 |
2019 | ••••••• | 243.82 |
2020 | •••• | 135.53 |
1 sif. 1. Sifətinin cizgiləri, bədəninin tənasübü, qaş-gözü qüsursuz olan; göyçək. Gözəl uşaq. – [Xor:] Xəlvət meşə arasında; Bir gözəl qız tapmışıq. C.Cabbarlı. [Zaqs müdiri] Zeynalın Mehriban kimi gənc və gözəl bir qadını boşamasına bir məna vermədi. S.Hüseyn. İçəri gözəl, gənc bir qadın girdi. S.Rəhman. □ Dünya gözəli – çox gözəl, çox qəşəng qadın (çox zaman istehza və ya zarafatla işlədilir). [Müqim bəy:] Sənin kimi dünya gözəli olanın bu dünyada nə dərdi-qəmi, ay Zəriş! S.Rəhimov. Gözəllər gözəli – qeyri-adi gözəlliyi ilə fərqlənən, ən gözəl qız, qadın. // İs. mənasında. Sifətinin cizgiləri, bədəninin tənasübü, qaş-gözü qüsursuz olan gənc qız. Bu gün bir əcayib gözəl sevmişəm; Beləsi olammaz heç vilayətdə. M.P.Vaqif. [Qarı:] Ay cavan, atdan düş, bir falına baxım… Sənin qismətində, deyəsən, bir gözəl var… Çəmənzəminli. Parlasın hər gözəlin: Bir günəş yaxasında. M.Müşfiq. // Gözəlim şəklində gözələ xitab. Bu yazıq yarına hərdən; Bir nəzər sal, gözəlim! Ü.Hacıbəyov. Aç könlünü, layiq sana hər dürlü mükafat; Sevda! Nə dilərsən, gözəlim, aç mənə, anlat?! H.Cavid. 2. Gözə xoş gələn, gözü oxşayan, xoşa gələn, qəşəng. Gözəl bağ. Gözəl mənzərə. – Hanı rəngin çiçəklərin, a çəmən! Bir gözəl dəstə gül tutaydım mən. A.Şaiq. Burda məclis quraq, gözəl çəməndir; Hər tərəf nərgizdir, tər yasəməndir. M.Rahim. // İnsanın ruhunu oxşayan, ruhuna ləzzət verən, xoşa gələn. Gözəl səs. Gözəl avaz ilə oxumaq. – Hava gözəl və işıq idi. Qantəmir. Faytonçunun səmimi, yanıqlı bir səslə oxuduğu gözəl mahnı birdən xırp kəsildi. M.Hüseyn. …Bülbül öz gözəl nəğməsini oxumaqda idi. M.Rzaquluzadə. // Estetik zövq verən. 3. Məharətli, öz sənətinin ustası olan, çox yaxşı, əla. Gözəl usta. – Kərim baba özünü bir də doğruldaraq: – Mənim atam da gözəl ovçu idi, – dedi. A.Şaiq. 4. Müsbət keyfiyyətlərə və ya xassələrə malik olan, hər cəhətdən yaxşı olan, necə lazımsa elə. Gözəl adam. Gözəl oğul. Gözəl xasiyyət. – Dedim ki, gözəl xələf olarsan; Bir ailəyi şərəf olarsan. M.Ə.Sabir. [Süleyman:] …Əsgər çox gözəl oğlandır. Çox ağıllı, yaraşıqlı və çox da şüurlu oğlandır. Ü.Hacıbəyov. [Səməd:] Mən bir görüm, axı elə gözəl insan birdən niyə bu qədər pozulub? İ.Hüseynov. 5. Əlverişli, yararlı, yaxşı. [Mirzə:] Ağa, məsləhətiniz çox gözəldir, ömrünüz uzun olsun, siz həmişə mənim uşaqlarımın qeydinə qalıbsınız. Ə.Haqverdiyev. 6. zərf Yaxşı, əla. Gözəl çalmaq. Gözəl danışmaq. – Əgər əhli-ruhsan, sözün gözəl de. Aşıq Ələsgər. [Dilbər:] Sizi isə, Gülüş, indi mən çox gözəl anlayıram. C.Cabbarlı. Hələ Zəki adlandırdıqları gənc nə qədər gözəl oxuyurdu. S.Hüseyn. ◊ Çox gözəl – çox yaxşı, yaxşı oldu, razıyam (təsdiq ifadəsi). [Sultan bəy:] Çox gözəl, qızım, bilirsən nə var? Ü.Hacıbəyov. [Səba xanım:] Çox gözəl, bunu [min qızılı] siz özünüz verirsiniz. Bəs Toğrul nə verəcəkdir?… M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / gözəl1 Göz özü ilə bağlıdır. Göyçək, görkəm, görük sözləri ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / gözəl5 1. GÖZƏL, GÖYÇƏK (sifət cizgiləri, bədən tənasülü, qüsursuz) Məşədi Allahverən ibtida bir arvad aldı, gözəl, göyçək (N.Nərimanov); DİLBƏR (kl.əd., şair.) Mənim yarım bir əcaib dilbərdir; Üzü tezə güldür, zülfü ənbərdir (M.P.Vaqif); DİLRÜBA (kl.əd., şair.) Bir yanda da gizlicə; Qırx dilrüba, qırx incə... (M.P.Vaqif); GÖZƏL-GÖYÇƏK [Gülbacı:] Səlim bəy qəşəngdir, gözəl-göyçəkdir (S.Rüstəm); GÜL (məc., dan.) Baxdı insan oğlu gül camalına (S.Vurğun); GÜL KİMİ (dan.) Nazlı: Minayə min fırıldaq çevirib, alan yoxdur, qarıyıb evdə, di gəl Nazlı Qəmzəlinin gül kimi qardaşı oğlunu bəyənmir (Anar); XUB (kl.əd.) Vaqif səni sevdi xublar içində (M.P.Vaqif). QƏŞƏNG Burda biz çox oturmuşuq yanaşı; Bir qəşəng qızla... onda kəlməbaşı; Demişik eşqdən, məhəbbətdən (S.Rüstəm); QİYAMƏT (məc.) Mahirə: Qiyamət oğlandı ha.. Qızlar həmişə gözəl oğlan axtarır (M.Hüseyn); LƏTİF Sonralar musiqi və rəqs zamanlarında çox zaman o lətif vücudu yanımda görürdüm (A.Şaiq); MƏLƏK (məc., kl.əd.); PƏRİ (kl.əd., şair.); Dönmüşəm mələkdən, tamam pəridən; Vaqifəm, sevmişəm təzə Fatimə (M.P.Vaqif); RƏNA (şair.) Kim bilir, yollarında ey rəna! Nə qədər, uf, boyun bükənlər var (A.Şaiq); ŞƏKİL KİMİ (dan.) Biqəm: Oğluvı deyirəm e, canımçün bir evin yaraşığıdır, şəkil kimi oğlandır (Anar); VƏCİHƏ (köhn.) Mirzə Rəhim: Doğrudan da xeyli vəcihədir! (M.S.Ordubadi); YAXŞI (dan.) Məşədi Qulamhüseyn: Özü kimi yaxşı bir arvadı da var, tez-tez məni qonaq çağırırlar (C.Məmmədquluzadə); YARAŞIQLI Universitetdə bir çox qızların ağlını yerindən oynadan bu yaraşıqlı oğlan ona heç xoş gəlmirdi (Ə.Qasımov); ZİBA (kl.əd.) Könlümdə o ziba sənəmin eşqü vüsalı; Etmişdi pərişan saçı tək fikrü xəyalı (A.Səhhət). 2. GÖZƏL (xoşagələn) Baharın axır ayının gözəl gecələrinin biri idi (Ə.Haqverdiyev); DİLBƏR [Tamarin:] Buradakı dağlar, dərələr, çaylar nə qədər dilbərdir! (M.Hüseyn); DİLRÜBA Şeyx Sənan: Nə qədər dilrüba yaşıl təpələr (H.Cavid); QƏŞƏNG Hüseyn: ikimərtəbəli qəşəng bir evin qapısını qorxa-qorxa döydü (S.Rəhman); QİYAMƏT Oturub-durmağa qiyamət olur (M.P.Vaqif); LƏTİF ..Bu lətif səsi dinləməyə başladım (M.Hüseyn); MƏLAHƏTLİ (səsə aid) Vahid: ... qəmli səsi nə qədər məlahətli idi (B.Bayramov); RƏNA Gördüm ki, bir rəna çəmənlikdəyəm (A.Səhhət); TƏRAVƏTLİ Dünya necə de təravətli olmuşdu (X.Hasilova); YAXŞI Mərdan: Yaxşı səsi varsa, yol üzünə açıqdır (X.Hasilova).
Azərbaycan dilinin sinonimlər lüğəti / gözəl1 GÖZƏL – ÇİRKİN Elə gecə-gündüz gözəl arvad arzulayır (Ə.Haqverdiyev); Özünün arvadı bir çirkin şeydir (Ə.Haqverdiyev). GÖZƏL – İFRİTƏ Belə kafir ataya gözəl balanı vermərəm (S.S.Axundov); İfritə huşunu itirib yerə yıxıldı (M.Talıbov).
Azərbaycan dilinin antonimlər lüğəti / gözəl1 1. красивый, очаровательный; 2. красавец, красавица; 3. изящный; 4. блестящий, чудный, великолепный, прелестный;
Azərbaycanca-rusca lüğət / gözəl2 I прил. 1. красивый: 1) имеющий привлекательные черты лица. Gözəl qız красивая девушка, gözəl qadın красивая женщина, gözəl uşaq красивый ребёнок 2) приятный на вид, отличающийся гармонией красок, тонов, линий. Gözəl parça красивая ткань, gözəl xalça красивый ковёр, gözəl mənzərə красивый вид 3) приятный для слуха, благозвучный. Gözəl təranələr красивые мелодии, gözəl səs красивый голос 4) отличающийся стройностью и изяществом движений. Gözəl rəqs красивый танец, gözəl yeriş красивая походка 5) отличающийся полнотой и глубиной внутреннего содержания. Gözəl iş красивая работа, gözəl əsər красивое произведение 6) достойный в нравственном отношении. Gözəl hərəkət красивый поступок 7) отличающийся красотой. Gözəl şəhər красивый город, gözəl diyyar красивый край 2. прекрасный, очень хороший, отличный. Gözəl insan прекрасный человек, gözəl müəllim прекрасный учитель, gözəl xasiyyət прекрасный характер, gözəl arzular прекрасные мечты, gözəl bir fikir прекрасная идея (мысль), gözəl uşaqlıq çağı прекрасная пора детства, gözəl ailə прекрасная семья II в знач. сущ. красавец, красавица III нареч. 1. красиво. Gözəl oxumaq красиво петь, gözəl danışmaq красиво говорить, gözəl bəzəmək красиво украсить 2. прекрасно, отлично. Gözəl başa düşmək прекрасно понимать, gözəl yaşamaq прекрасно жить, gözəl istirahət etmək отлично отдохнуть ◊ çox gözəl! очень хорошо! отлично! прекрасно!; dünya gözəli, gözəllər gözəli раскрасавица, писаная красавица; gözəl (bir) vaxtda в прекрасное время; gözəl gözlər naminə за красивые глаза; gözəl günlər прекрасные дни
Azərbaycanca-rusca lüğət / gözəl1 I. i. beauty; “Yeddi gözəl” “Seven beauties” II. s. beautiful; handsome; fine; nice; ~ qadın a beautiful woman; ~ kişi a handsome man; ~ sözlər fine words; ~ gün a nice day III. z. beautifully, nicely, finely; ~ piano çalmaq to play the piano beautifully; ~ görülmüş iş a job nicely carried out; ~ davranmaq to behave finely ◊ Çox gözəl! Okay! All right!
Azərbaycanca-ingiliscə lüğət / gözəl1 is. beauté f ; “Yeddi ~” “les Sept Beautés” ; ~ qadın belle f femme ; ~ davranmaq comporter (se) bien ; Çox ~! Très bien!
Azərbaycanca-fransızca lüğət / gözəl1 прил. гуьзел (1. иер, гуьрчег (мес. аял); // dünya gözəli дуьнья гуьзел, гзаф гуьзел, гзаф иер дишегьли (гагь-гагь рахшанд ва я зарафатдалди лугьуда); gözəllər gözəli гуьзелрин гуьзел, акьалтӀай гуьзел, лап гуьзел руш, дишегьли; // сущ. гуьзел ва жегьил руш, гуьзел; 2. иер, хушуниз къведай (мес. цуьк, ван); 3. хъсан (мес. устӀар, гъуьрчехъан, инсан, меслят); 4. нареч. хъсан, хъсандиз; gözəl danışmaq гуьзел рахун); ** çox gözəl лап хъсан, хъсан хьана, зун рази я.
Azərbaycanca-ləzgicə lüğəti / gözəl\ – konkret anlamda görmə zamanı gözə çox xoş görünən, göz oxşayan. Estetikada geniş istifadə olunur. Dəyərləndirmədə tətbiq olunur. Bu kəlmənin fəlsəfəyə daxil edən Platon olmuşdur.
Fəlsəfə terminlərinin izahlı lüğətigöyçək, qəşəng, xoşagələn, göz oxşayan.
Azərbaycan qadın adlarının izahlı lüğəti.