* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [ər. “əzəl”dən] bax əzəl 2-ci mənada. Ədalət var idi bundan əzələ; Yaman yerə yetib iş gələ-gələ. Q.Zakir.
Azərbaycan dilinin izahlı lüğəti / əzələ2 is. [ər.] anat. İnsan və heyvan bədəninin, hüceyrələrdən ibarət olub, yığıla bilən orqanı və ya onun bir hissəsi; muskul. Qolunun əzələsi daş kimidir. Əzələ fəaliyyəti. Ürək əzələsi. Qıç əzələləri. – Qolunu açdı, bükdü, dedi: – Əzələyə bax! Heç bilirsənmi nədir ikipudluq oynatmaq? R.Rza.
Azərbaycan dilinin izahlı lüğəti / əzələ3 ə. insan və heyvan bədənin hüceyrələrdən ibarət yığıla bilən hissəsi.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əzələ1 ƏZƏLƏ ..Qolunu gətirib əzələlərini göstərdi (Ə.Qasımov); MÜŞKÜL (dan.) Yaşasın daş kimi muskullarımız; Yaşasın tökmə, demir qollarımız (M.Müşfiq).
Azərbaycan dilinin sinonimlər lüğəti / əzələ2 1 I сущ. анат. мышца, мускул. Ayaq əzələləri мышцы ноги, incik əzələsi малоберцовая мышца, əzələlərin inkişafı развитие мышц II прил. анат., мед. мышечный, мускульный. Əzələ lifləri мышечные волокна, əzələ toxuması мышечная ткань, əzələ hüceyrəsi мышечная клетка, əzələ duyğusu мышечное ощущение, əzələ yığılması мышечное сокращение, əzələ ağrısı мышечная боль (миалгия), əzələ zəifliyi мышечная слабость, əzələ yorğunluğu мышечная усталость, əzələ şişi мышечная опухоль (миома) 2 нареч. назад. Beş il əzələ пять лет назад; bundan əzələ раньше, в прошлом, прежде
Azərbaycanca-rusca lüğət / əzələ