əzəli sözü azərbaycan dilində

əzəli

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əzəli • 97.2393%
  • Əzəli • 2.7607%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əzəli Əssumani
Əzəli Əssumani (ərəb. غزالي عثماني‎; fr. Azali Assoumani; 1 yanvar 1959, Mitsudje[d], Qrand Komor) — 2016-cı ildən etibarən vəzifədə olan Komorların hazırkı Prezidenti. 15 may 2016-cı ildə Konstitusiya Məhkəməsi tərəfindən 2016-cı il prezident seçkilərində Prezident İkililu Duaninin xələfi olaraq qalib elan edildi. == Həyatı == Əzəli 1959-cu ildə Qrand Komorun cənub-qərbində Mitsudje şəhərində anadan olub. 1999-cu ildə hökuməti devirərək iyirmi illik hərbi karyerasında ən böyük nailiyyətini qazandı. 1977–1980-ci illərdə Mərakeşdə Kral Hərbi Akademiyasında təhsil almış və paraşütçü ixtisasına yiyələnmişdir. Komorlara qayıtdıqdan sonra Komor adaları Silahlı Qüvvələrinə qatıldı. Abdullanın vəfatı və muzdlu döyüşçülərin 1989–1990-cı illərdə ölkədən getməsindən sonra mayor Əzəli Komor adaları Silahlı Qüvvələrində baş zabit oldu. 1996-cı ildə fransız hərbi akademiyalarının birində təhsil aldı, Milli İnkişaf Ordusunun polkovniki və Baş qərargah rəisi vəzifəsinə yüksəldi.
Eramızın əzəlində sui-qəsd (roman)
"Eramızın əzəlində sui-qəsd" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. Tərcümənin redaktoru Munisə Dadaşqızıdır. == Məzmun == Sezarın adı antik tarixdən az-çox məlumatlı hər kəsə məlumdur. Əsrlər boyu sabit və demokratik quruluşlu respublikanın əsaslarını laxladan bu şəxs qüdrətli bir imperiyanın rəhbərliyini ələ almışdı. Nəhəng məmləkəti idarə etməyə özündə qüvvə tapan Sezar tarixdə görkəmli yer tuta bilmişdi. Lakin qədim kübar sülaləsinə mənsub olmasına rəğmən, adi Roma vətəndaşı olan bu insan həmin mərtəbəyə necə yüksəlməyi bacarmışdı? Oxucuların görüşünə, adətən detektiv əsərləri ilə gələn məşhur yazıçı Çingiz Abdullayev ilk iri həcmli tarixi romanında qədim dünyanın bir çox görkəmli şəxsiyyətlərini, bir sıra hadisələri canlandırmaqla bu suala cavab tapmağa çalışıb. Romanda cərəyan edən vaqiələrin bu günkü cəmiyyətimizdə gedən proseslərlə oxşarlığı yazıçı tərəfindən qabarıq təsvir və dərin təhlil edilib. Tarix təkrarlanır və insanların borcu keçmişdən ibrət dərsləri götürməkdir.
Əzəliyyə
Əzəliyyə (fars. ازلی‎; azərb. Azali Bábí‎) — Bəhailik dinin peyğəmbəri olaraq qəbul edilən Bəhaullahın qardaşı Mirzə Yəhya Nurinin (Sübhi Əzəli) tərəfdarları olan dini icma. Babilik hərəkatından sonra inancın ardıcıları Mirzə Hüseyn Əli və Mirzə Yəhya Nurinin arasında iki hissəyə bölünmüşdür. Əksəriyyət Mirzə Hüseyn Əli tərəfindən təqdim edilən təlimin ardınca gedərək Bəhailik dinini qəbul etmiş, çox kiçik bir hissə isə Mirzə Yəhya Nurinin təlimlərində qalmışdılar. Əzəlilər bu gündə az sayda olmaqla İranda yaşayırlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 13.44 dəfə / 1 mln.
2002 •••• 3.43
2003 •••••••••••• 11.81
2004 ••••••• 6.40
2005 ••••••• 6.75
2006 •••••••••••••• 13.51
2007 •••••••••• 9.51
2008 •••••••• 7.55
2009 ••••••••••••• 12.64
2010 •••••••••••••••••• 17.52
2011 •••••••••••••• 14.07
2012 ••••••••••••• 12.91
2013 •••••••••• 9.19
2014 ••••••••••• 10.64
2015 ••••••••••••••• 14.80
2016 ••••••••••• 11.11
2017 •••••••••••••••••• 18.05
2018 •••••••••••••••••• 17.53
2019 •••••••••••••••••••• 20.31
2020 •••••••••••• 11.40

əzəli sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] Zamanca başlanğıcı, ibtidası olmayan (əbədi müqabili). Kəhkəşan südlü nəhri andıraraq; Əzəli bir kitab oxurdu mana. H.Cavid. Bu doğrudur, sevda olur əzəli; Mən şairəm həyatımdan bezəli. Ə.Cavad. Həyatın əzəli bir qanunu var; İşsiz hünər yoxdur, hünərsiz də iş. S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / əzəli

əzəli sözünün sinonimləri (yaxın mənalı sözlər)

əzəli sözünün rus dilinə tərcüməsi

  • 1 I прил. 1. извечный, изначальный (существующий с самого начала). Əzəli gözəllik извечная красота, əzəli məhəbbət извечная любовь, əzəli gerilik извечная осталость 2. исконный. Əzəli Azərbaycan torpaqları исконные азербайджанские земли II вводн. сл. во-первых. Əzəli, bu belə deyil во-первых, это не так, əzəli, sənə deyim ki, … во-первых, скажу тебе, что …

    Azərbaycanca-rusca lüğət / əzəli

əzəli sözünün inglis dilinə tərcüməsi

əzəli sözünün fransız dilinə tərcüməsi

əzəli sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

\ - əvvəli olmayan, başlanğıc nöqtəsi olmayan. Allahın adlarından biridir. Dini – fəlsəfi ədəbiyyatda əsas var olan tanrının varlığıdır və o var olunmamiş, yaradılmamışdır. Həqiqi, vacib varlıq Tanrıdır. Onun elminə, biliyinə də elm-i əzəli deyilir. Əzəlilik-əbədilik \ əvvəli və sonu olmayan proses. Varlığın bütövlükdə tamlığı. Bu tamlıq zamanı və zamansızlığı özündə ehtiva edir.

Fəlsəfə terminlərinin izahlı lüğəti

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. həmişəki, daimi, əbədi.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"əzəli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əzəli nədir? #əzəli sözünün mənası #əzəli nə deməkdir? #əzəli sözünün izahı #əzəli sözünün yazılışı #əzəli necə yazılır? #əzəli sözünün düzgün yazılışı #əzəli leksik mənası #əzəli sözünün sinonimi #əzəli sözünün yaxın mənalı sözlər #əzəli sözünün əks mənası #əzəli sözünün etimologiyası #əzəli sözünün orfoqrafiyası #əzəli rusca #əzəli inglisça #əzəli fransızca #əzəli sözünün istifadəsi #sözlük