* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••••••••• | 438.55 |
2003 | •••••••••• | 432.26 |
2004 | •••••••••• | 428.17 |
2005 | •••••••••• | 429.16 |
2006 | •••••••••• | 413.76 |
2007 | ••••••••• | 348.86 |
2008 | •••••••• | 327.67 |
2009 | •••••••••• | 433.24 |
2010 | •••••••••• | 431.45 |
2011 | ••••••••••• | 457.95 |
2012 | ••••••••••• | 464.23 |
2013 | ••••••••••••••• | 617.77 |
2014 | ••••••••••••• | 543.15 |
2015 | ••••••••• | 387.19 |
2016 | •••••••• | 332.85 |
2017 | ••••••••• | 367.45 |
2018 | ••••••••• | 370.67 |
2019 | •••••••• | 334.09 |
2020 | •••••••••• | 409.63 |
1 zərf [ər.] 1. İlk dəfə, birinci dəfə. [Dərviş:] Ruqiyyə əvvəl babasına yaxın düşə bilmirdi. A.Divanbəyoğlu. 2. İs. mənasında. Başlanğıc, ibtida. İşin əvvəli çətindir. Kitabın əvvəli. Əsrimizin əvvəli. // Qoş. mənasında. Qabaq. İnqilabdan əvvəl. Soyuqlar düşməzdən əvvəl. 3. Əvvəlcə, qabaqca. Əvvəl sən gəl. Əvvəl fikirləş, sonra danış. Bilmirəm, hansı işdən əvvəl başlayım. 4. Qabaqlarda, əvvəllərdə, ilk vaxtlarda, keçmişdə (bu mənada çox vaxt “əvvəllər” və “əvvəlləri” şəklində işlənir). Əvvəl(lər) xəttim yaxşı idi, sonralar korlandı. Əvvəllər gözəl səsi var idi. Əvvəllər burada karvansara yerləşirdi. Əvvəllər biz çox yaxın idik. 5. Zaman etibarilə daha qabaq, daha irəli, daha birinci. Mən səndən əvvəl gəldim. Üç il bundan əvvəl olmuş hadisə. O məndən əvvəl işə başladı. Vaxtından əvvəl gəlmək. Mübahisəni kim əvvəl başladı? – İki sənə əvvəl, böylə məşum qara günü kim xatırlardı? H.Cavid. Ülfət toy adı eşidib əvvəl tutuldu. Mir Cəlal. Bir az əvvəl ildırımlı gecələri andıran o gözlər bu odlu göz yaşlarında təlatümə gəlmiş bir dəniz kimi qaynadı. Ə.Məmmədxanlı. 6. Yer etibarilə qabaq, irəli. O məndən əvvəldir. 7. Bax əvvəla. [Dedim:] Sara bibi, əvvəl budur ki, Ağamalıoğluna verilən ərizə gərək latın əlifbası ilə yazılsın. Qantəmir. ◊ Əvvəl əldə – əvvəlcə, birinci növbədə.
Azərbaycan dilinin izahlı lüğəti / əvvəl5 1. ƏVVƏL (zaman etibarilə daha qabaq) ..bu da gəldi ki, mən altmış il bundan əvvəl olan keyfiyyəti nəzm etmişəm (M.F.Axundzadə); ƏQDƏM (daha əvvəl) Onu iki il bundan əqdəm görən indi heç tanımaz (C.Məmmədquluzadə); ƏZƏL A kişi, bundan əzəl xalqda hörmət var idi (M.Ə.Sabir); İRƏLİ [İbad:] Üç gün bundan irəli iki yoldaşımız, Xaspolad və Qarabəkir, qazyonnu poçt üstə düşürlər, bir-iki güllə atan kimi igid çaparlar qoyub qaçırlar (S.S.Axundov); QABAQ Məmməd səhər yuxusuna xələl qatar, vaxtından da yarım saat qabaq gələrdi (M.İbrahimov); MÜQƏDDƏM Nizami: Məncə cənab qazi öz fikrini müqəddəm və müəxxər dedi (M.S.Ordubadi). 2. ƏVVƏL, BİRİNCİ DƏFƏ, İLK DƏFƏ 3. əvvəl bax əvvəla
Azərbaycan dilinin sinonimlər lüğəti / əvvəl1 ƏVVƏL – SON İslana-islana xeyli dolandıq; Yolun nə əvvəli, nə sonu vardı (H.Hüseynzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / əvvəl2 I сущ. начало: 1. исходная точка (о чём-л. имеющем протяжение). Meşənin əvvəli начало леса, küçənin əvvəli начало улицы, yolun əvvəli начало дороги 2. первый момент какого-л. действия, явления, процесса, временного отрезка и т.п. İşin əvvəli начало работы, oyunun əvvəli начало игры, yazın əvvəlində в начале весны, ilin əvvəlindən с начала года, əsrin əvvəllərində в начале века II нареч. 1. сначала: 1) сперва. Əvvəl oxu, sonra danış сначала прочитай, потом расскажи, əvvəl fikirləş сначала подумай 2) вначале (в первое время). Əvvəl elə gəldi ki, … сначала показалось, что …; əvvəl utandım, sonra isə … сначала я смутился, но потом …, əvvəl tərəddüd edirdim я сначала колебался 2. раньше: 1) в прошлом, прежде. Əvvəl o yaxşı işləyirdi раньше он работал хорошо; əvvəl bütün bunları görmürdüm раньше я не замечал всего этого 2) до какого-л. момента, срока. Vaxtından əvvəl раньше срока, bir az əvvəl чуть раньше, hamıdan əvvəl раньше всех III послел. 1. до, перед (при указании события, явления, действия и т.п., которому предшествует другое событие и т.п.). Müharibədən əvvəl o, müəllim işləyirdi до войны (перед войной) он работал учителем, dərsdən əvvəl до урока (перед уроком), iclasdan əvvəl до собрания (перед собранием), yatmazdan əvvəl перед сном 2. назад. Bir il əvvəl год назад, beş gün əvvəl пять дней назад, iki saat əvvəl два часа назад, üç ay bundan əvvəl три месяца тому назад IV вводн. сл. во-первых Əvvəl onu demək istəyirəm ki, … во-первых, хочу сказать, что … ◊ hər şeydən əvvəl прежде всего; ən əvvəl в первую очередь, əvvəl olduğu kimi как и раньше (прежде); əvvəl əldə первым долгом
Azərbaycanca-rusca lüğət / əvvəl1 I. i. beginning; işin ~i the beginning of the work; dərsin ~ində at the beginning of the lesson; yayın (qışın, yazın və s.) ~lərində early in summer (winter, spring, etc.) II. s. (ilk) first; early; ~ gündən from the (very) first day; yayın ~ günləri early days of (the) summer III. z. 1. (siftə) first, at first, firstly; Əvvəl mən onu tanımadım At first I didn’t recognize him; hər şeydən ~ first of all, in the first place, first and foremost; Əvvəl düşün, sonra danış at. söz. ≅ First think, then speak; Əvvəl arxı tullan, sonra bərəkallah de at. söz. ≅ First catch your hare, then cook him; 2. (keçmişdə) formerly, previously, in the past; Əvvəl burada məktəb var idi There was a school here formerly / in the past; 3. ago; iki il (bundan) ~ two years ago; bir az (bundan) ~ a while ago, not long ago; 4. (zamanca) before; O əvvəl gəldi He / She came before me
Azərbaycanca-ingiliscə lüğət / əvvəl1 1) is. début m, commencement m ; 2) sif. premi//er, -ère ; ~ gündən dès le premier jour ; 3) zərf. avant ; vaxtından ~ avant terme ; 4) d’abord, en premier lieu, dès le premier contact ◊ ata. söz. ~ düşün, sonra danış réfléchis avant de parler ; 5) auparavant, jadis ; 6) plus tôt
Azərbaycanca-fransızca lüğət / əvvəl1 [ər.] нареч. 1. эвел, сифте, садлагьай сеферда; 2. сущ. эвел, авал, сифте кьил, вилик кьил; кӀвенкӀв; 3. вилик; эвел; eramızdan əvvəl чи эрадилай вилик; 4. эвел, кӀвенкӀве, сифте, вилик, сад лагьайди; əvvəl sən get эвел вун вач; 5. эвелра, виликра, сифте вахтара, вилик вахтара; 6. кил. əvvəla; ** əvvəl əldə сад лагьай гъилда, сад лагьай нубатда.
Azərbaycanca-ləzgicə lüğəti / əvvələ. bax əzəl.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti