* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf 1. Qabaqca, ilk öncə, daha əvvəl. Əvvəlcə sədr iclası açdı, sonra məruzəçiyə söz verdi. – [Eldar] əvvəlcə nədənsə yenə bu söhbəti sabaha qoymaq istədi. M.Rzaquluzadə. // Daha əvvəl, birinci iş olaraq. Köhnə ağacı əvvəlcə dibindən kəsdilər, sonra sürütləyə-sürütləyə apardılar. 2. Başlanğıcda, ibtidada. Əvvəlcə iş adama ağır görünər. 3. Başlamadan qabaq, qabaqca. Əvvəlcə fikirləş, sonra danış. Əvvəlcə yaxşı qulaq as, sonra etiraz et. – [Süleyman:] Hələ indi, əvvəlcə bir Əsgəri evləndirək, görünür ki, bu, çox tələsiyir. Ü.Hacıbəyov.
Azərbaycan dilinin izahlı lüğəti / əvvəlcə2 ƏVVƏLCƏ Ata əvvəlcə böyük qazının görüşünə getdi (Ə.Vəliyev); ƏZƏL Əzəl bunu, sonra da o birisini min... (“Koroğlu”); İBTİDA Məşədi Allahverdi ibtida bir arvad aldı, gözəl, göyçək... (N.Nərimanov); QABAQCA [Kəblə Rəcəbli:] Kafir oğlu, bunu mənə qabaqca de, mən də əlimi murdarlamayım (Ə.Haqverdiyev).
Azərbaycan dilinin sinonimlər lüğəti / əvvəlcə1 ƏVVƏLCƏ – SONRA Əvvəlcə Lyudmilanı yola salırıq, sonra isə bir az gəzirik (C.Əmirov).
Azərbaycan dilinin antonimlər lüğəti / əvvəlcə2 нареч. сначала: 1. сперва, в первый момент. Əvvəlcə sədr çıxış etdi сперва выступил председатель, əvvəlcə mənə bedə gəldi ki, … сперва мне показалось, что … 2. раньше, прежде чего-л. другого. Əvvəlcə külək qalxdı, sonra yağış başladı сначала поднялся ветер, потом пошёл дождь; əvvəlcə fikirləş, sonra cavab ver, сначала подумай, а потом отвечай
Azərbaycanca-rusca lüğət / əvvəlcə1 z. 1. (siftə, qabaqca) first, at first; Əvvəlcə oxu, sonra tərcümə et First read then translate; 2. (başlanğıcda) at first, in / at the beginning; Əvvəlcə hər iş ağır görünür Any work seems to be hard at the beginning
Azərbaycanca-ingiliscə lüğət / əvvəlcə1 нареч. 1. эвел, сифте, кӀвенкӀве, сад лагьайди (яз); вилик; 2. эвелдай, сифтедай.
Azərbaycanca-ləzgicə lüğəti / əvvəlcə