Ərgün sözü azərbaycan dilində

Ərgün

Yazılış

  • Ərgün • 95.6522%
  • ərgün • 4.3478%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xəlil Ərgün
Xəlil Ərgün (türk. Halil Ergün; 8 sentyabr 1946, İznik, Bursa ili, Türkiyə) – Türkiyə aktyoru. == Həyatı == Xəlil Ərgün 8 sentyabr 1946-cı ildə Bursa ilinin İznik ilçəsindəki Müşkül kəndində anadan olub. İbtidai məktəbi və orta məktəbi İznikdə oxuyub. Pertevniyal liseyindən məzun olduqdan sonra Ankara Universitetinin Siyasi elmlər fakültəsində təhsil alıb. Teneke rolu ilə teatr aktyoru karyerasına başlayıb. O, Vasif Öngürən, Mustafa Alabora və Ərdoğan Akdumanla birlikdə Ankara Birlik Səhnəsini yaradıb. == Filmoqrafiya == İzin (film, 1974) Yarpaq tökümü (film, 2006) === Yazdığı senarilər === Kırlangıç Fırtınası (1985) Mərhaba (1976) == Mükafatlar == 1990 Ankara Beynəlmiləl Film Festivalı, Ən Yaxşı Köməkçi Aktyoru mükafatı Film Bitti 1995 Adana Qızıl Qoza Film Festivalı, Ən Yaxşı Aktyor Mükafatı, Böcek 1995 Antalya Qızıl Portağal Film Festivalı, Ən Yaxşı Aktyor Mükafatı, Böcek 1996 Kino Yazarları Dərnəyi Türk Kinosu Mükafatları, En Yaxşı Aktyor Mükafatı, Böcek 1997 Müasir Kino Aktyorları Dərnəyi Ən Yaxşı Aktyor Mükafatları, Ən Yaxşı Kişi Aktyor Mükafatı, Mum Kokulu Kadınlar 1997 Orhon Murat Arıburnu Ödülleri, Ən Yaxşı Aktyor Mükafatı, Mum Kokulu Kadınlar 2007 Antalya Qızıl Portağal Film Festivalı, Yaşam Boyu Onur Mükafatı.
Ərgün Pənbə
Ərgün Pənbə (17 may 1972, Zonquldak) — keçmiş türk futbolçu və futbol məşqçisi. O, Türkiyə 2-ci Liqasında mübarizə aparan "Yeni Mersin İdmanyurdu" klubunun baş məşqçisidir. == Klub karyerası == Ərgün Pənbə ilk dəfə "Kilimlispor" komandasının heyətində forma geyinib. 1992–1994-cü illərdə "Gənclərbirliyi" komandasında çıxış edib. 1994-cü ildə "Qalatasaray"a transfer olunub. "Gənclərbirliyi" komandasının heyətində 1 mart 1992 – 8 may 1994-cü illər arasında çıxış etdiyi 60 rəsmi oyunda 179 dəqiqə meydanda olub və 4 qol vurub. Bu komandada ilk rəsi oyununa Türkiyə futbol çempionatının 1991–1992-ci illər mövsümünündə oynanılan "Gənclərbirliyi"-"Altay" oyununda çıxıb. 2000-ci ildə UEFA kubokunun finalında "Arsenal"ın qapısına vurduğu penalti komandasının kuboku qazanmasında böyük rol oynayıb. Bütün peşəkar futbolçu karyerası boyu cəmi 1 dəfə qırmızı vərəq alıb – 1996-cı ildə "Trabzonspor"la qarşılaşmada üst-üstə 2 sarı vərəq aldığına görə meydandan qovulub. Qalatasarayla müqaviləsi bitdiyinə və yenilənmədiyinə görə bu komandanı tərk edərək "Qaziantepspor"da çıxış edib.
Ərgünə-xun
Ərgənəqon (türk. Ergenekon) və ya Ərgünə-xun (monq. Эргүнэ Хун/Ergüne xun) — mənbələrə görə Göytürklərin dirilişi ilə əlaqəli hekayə. Ərgənəqon türklərin Orta Asiyadakı əfsanəvi anayurdu. Rus tarixçi Gumilevin araşdırmalarına görə Dik Yamac mənasını daşıyır., Qədim əsərlərdəki təsvirlərə görə Ərgənəqonun Altay dağlarındakı, Beluça dağında olduğundan bəhs edilir. == Tarixi əsərlərdə == XIV əsrdə Rəşidəddin Fəzlullah ibn Əbil-Xeyrə Əli Həmədaninin qələmə aldığı Cəmi ət-Təvarix (Tarix toplusu) adlı əsərinin "Mujallad-i Awwal" (Birinci Kitabı: Monqol tarixi)in "Bab-i Awwal" (Birinci Bölüm: Türk ve Monqol qəbilələrinin tarixi)ində monqolların yaradılış dastanı olaraq qeyd edilmiş əfsanə, 17. yüzildə Şibanın nəvələrindən və Xivə xanlığının xanı olan Əbulqazi Bahadır xanın qələmə aldığı Şəcərəyi Türk adlı əsərdə də monqolların yaradılış dastanı olaraq qeyd edilmişdir, lakin bəzi mənbələrə görə də Türk dastanıdır. Bəhsi keçən hər iki tarixi mənbədə Nekuz (Nüküz) və Qiyan (Kıyan) adlı qardaşlar ilə xanımları tatarlar tərəfindən məğlub edildikdən sonra Ərgənəqon (Farsca:ارگنه قون; Ergene Qon) adı verilən dar və sıldırım bir yerə getmiş, 400 ildə sülaləsi çoxalıb Ərgənəqondan çıxmşdır. Ərgənəqondan çıxdıqları zaman yol göstərənin Börteçine olduğu düşünülməkdədir. Ancaq Göytürklərin diriliş dastanı ilə olan oxşarlıqları səbəb göstərərək Türklərə aid bir dastan olduğunu iddia edən tədqiqatçılar da var.
Ərgünə (Həştrud)
Ərgünə (fars. رقنه‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 432 nəfər yaşayır (95 ailə).
Ərgünəş
Dolanlar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Dolanlar kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 23 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Dolanlar kəndi 23 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Arqyuneş (Arguneş) olmuşdur. Kənd 1828-ci ildən sonra Şimali Farsdan köçmüş erməni ailələri tərəfindən yaradılmışdır. Arqyuneş ərazidəki dağın adıdır. Dolanar XIII əsrdə monqol basqınlarında iştirak etmiş dolan tayfasının adını əks etdirən eyniadlı soyaddır. Bu tayfanın adı qırğız və özbəklər arasında da geniş yayılmışdır [3]. == Tarixi == === Tarixi abidələri === Dolanlar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == İcma dağlıqdır, sahəsi 3085,1 ha, bunun 739,54 ha kənd təsərrüfatı, 2261,29 ha meşə torpaqlarıdır. == Əhalisi == == Tarix və mədəniyyət abidələri == Tarix-mədəniyyət abidələri: "Hənqət Eğtsi" kilsəsi (IX–X əsrlər), qəbiristanlıq (IX–X əsrlər), xaçkar (XII–XIII əsrlər).
Ərgünəş (dağ)
Ərgünəş, Argünəş — Xocavənd rayonunun Xırmancıq kəndi ərazisində dağ. Hündürlüyü 1468 m-dir. Oronim Ar və günəş sözlərindən düzəlmişdir. == Haqqında == Toponimik ədəbiyyatlarda Ərgünəş şəklində təqdim olunan bu oronim belə izah olunur: "Yaxınlığındakı dağlardan hündürlüyü çox olmasına və günəş şüası ilk dəfə həmin dağın zirvəsinə düşməsinə görə dağ belə adlanmışdır". Ar sözü "keşikçi, gözətçi"; "quru çay dərəsi" mənaları ilə yanaşı buryat, yakut və monqol dillərində "qərb, arxa tərəf, Şimal, dağın kölgə düşən hissəsi, quzey" mənalarını da ifadə edir. Qeyd etmək lazımdır ki, Quba rayonu ərazisindəki hal-hazırda Dolanlar adlanan dağın da əvvəlki adı Argünəş olmuşdur. Bu oronimin coğrafi mövqeyi ikinci izahla üst-üstə düşür. Dolanlar adına gəlincə, dolan qədim fars və tacik dillərində "dağ keçidi", monqol dilində (dalın) "arxa tərəf, yüksəklik, yol" deməkdir. Bu baxımdan Argünəş və Dolanlar oronimləri sinonim hesab oluna bilər. Qırğızıstanda Dolon, Tacikistanda Dolona, Dolonabulak yer adları bu oronimin türk dilləri üçün yad olmadığını sübut edir.
Ərgünəş dağı
Ərgünəş, Argünəş — Xocavənd rayonunun Xırmancıq kəndi ərazisində dağ. Hündürlüyü 1468 m-dir. Oronim Ar və günəş sözlərindən düzəlmişdir. == Haqqında == Toponimik ədəbiyyatlarda Ərgünəş şəklində təqdim olunan bu oronim belə izah olunur: "Yaxınlığındakı dağlardan hündürlüyü çox olmasına və günəş şüası ilk dəfə həmin dağın zirvəsinə düşməsinə görə dağ belə adlanmışdır". Ar sözü "keşikçi, gözətçi"; "quru çay dərəsi" mənaları ilə yanaşı buryat, yakut və monqol dillərində "qərb, arxa tərəf, Şimal, dağın kölgə düşən hissəsi, quzey" mənalarını da ifadə edir. Qeyd etmək lazımdır ki, Quba rayonu ərazisindəki hal-hazırda Dolanlar adlanan dağın da əvvəlki adı Argünəş olmuşdur. Bu oronimin coğrafi mövqeyi ikinci izahla üst-üstə düşür. Dolanlar adına gəlincə, dolan qədim fars və tacik dillərində "dağ keçidi", monqol dilində (dalın) "arxa tərəf, yüksəklik, yol" deməkdir. Bu baxımdan Argünəş və Dolanlar oronimləri sinonim hesab oluna bilər. Qırğızıstanda Dolon, Tacikistanda Dolona, Dolonabulak yer adları bu oronimin türk dilləri üçün yad olmadığını sübut edir.

ərgün sözünün leksik mənası və izahı

"ərgün" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ərgün nədir? #ərgün sözünün mənası #ərgün nə deməkdir? #ərgün sözünün izahı #ərgün sözünün yazılışı #ərgün necə yazılır? #ərgün sözünün düzgün yazılışı #ərgün leksik mənası #ərgün sözünün sinonimi #ərgün sözünün yaxın mənalı sözlər #ərgün sözünün əks mənası #ərgün sözünün etimologiyası #ərgün sözünün orfoqrafiyası #ərgün rusca #ərgün inglisça #ərgün fransızca #ərgün sözünün istifadəsi #sözlük