əvrən sözü azərbaycan dilində

əvrən

Yazılış

  • əvrən • 75.0000%
  • Əvrən • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kənan Əvrən
Əhməd Kənan Əvrən (türk. Ahmet Kenan Evren; 17 iyul 1917, Külə[d], Manisa vilayəti – 9 may 2015[…], Ankara) — Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Osmanlı İmperiyasında doğulmuş sonuncu prezident. O, 1980-ci il 12 sentyabr hərbi çevrilişi yolu ilə hakimiyyətə gəlmiş, 1982-ci ildə yeni konstitusiyanın qəbul edilməsindən sonra rəsmi olaraq prezident seçilmişdir. 1982-ci ildə qurulan Mehmetcik fondunun qurucularından biridir. Maltəpə hərbi liseyini, Türkiyə Quru Qoşunları məktəbi və Hərbi Akademiyanı bitirib. Türk Silahlı Qüvvələrinin müxtəlif mərhələlərində xidmət etmişdir. Ordu Komandanlığı və Quru Qoşunları Komandanlığından sonra 7 mart 1978-ci ildə Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı rəisi oldu. Vəzifə müddəti ərzində 12 sentyabr 1980-ci ildə həyata keçirdiyi hərbi çevrilişlə Dövlət başçısı və Milli Təhlükəsizlik Şurasının prezidenti vəzifələrini də icra etdi. 1982-ci ildə, özü və digər Milli Təhlükəsizlik Şurası üzvü komandirlərinin hər birindən 1000 TL toplamaqla Mehmetcik vəqfini qurdu. 7 noyabr 1982-ci ildə referenduma təqdim edilərək,91.37 % səs çoxluğu ilə Türkiyə Cümhuriyyətinin yeddinci prezidenti olaraq vəzifəsinə başladı.
Əxi Əvrən
Əxi Evrən (dekabr 1169, Xoy, Qərbi Azərbaycan ostanı – 1 aprel 1261, Kırşəhər) – Mənşəcə Ələvi Türk sufisi olan, əxilik təriqətinə mənsub sufi alim. Əxi Evrən 1171-ci ildə Güney Azərbaycanın Xoy şəhərində doğulmuşdur. Əxi Evrən adı ilə məşhur olmasına baxmayaraq əsl adı Şeyx Nəsrəddin Mahmuddur. Uşaqlıq və ilk təhsili dövrü öz şəhərində keçmişdir. Sonra Xorasana gedərək Fəxrəddin Razinin təhsil halqasına qatılmış və ondan feyz almışdır. Fəxrəddin Razinin böyük kəlam alimi olması, Şeyx Nəsrəddin Mahmudun da şəri elmləri öyrəndiyini söyləməyə əsas verir. İlk təsəvvüfü təhsilini Xorasanda və Mavəraünnəhrdə yəsəvilik dərvişlərindən alıb. Daha sonra həcc səfəri üçün ölkəsindən ayrılan Əxi Evrən bu səyahət zamanı Şeyx Əvhədəddin Kirmani ilə tanış olub ona mürid olması məlumdur. Əxi Evrən Şeyxi Əvhədəddin Kirmaninin qızı Fatimə ilə evlənib, onun kürəkəni də olmuşdu. O, Abbasi xəlifəsi Nasirlidinillah tərəfindən Kirmani ilə birlikdə Anadoluya göndərilmişdi.

əvrən sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Aləm. (“Kitabi-Dədə Qorqud” leksikası)

Azərbaycan dastanlarının leksikası

Oxşar sözlər

#əvrən nədir? #əvrən sözünün mənası #əvrən nə deməkdir? #əvrən sözünün izahı #əvrən sözünün yazılışı #əvrən necə yazılır? #əvrən sözünün düzgün yazılışı #əvrən leksik mənası #əvrən sözünün sinonimi #əvrən sözünün yaxın mənalı sözlər #əvrən sözünün əks mənası #əvrən sözünün etimologiyası #əvrən sözünün orfoqrafiyası #əvrən rusca #əvrən inglisça #əvrən fransızca #əvrən sözünün istifadəsi #sözlük