* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Dairə şəklində olan; dairəvi, girdə, yuvarlaq. Üzün ağ, dəyirmi, gözün məstanə; Baxışın bağrımı döndərdi qanə. M.P.Vaqif. Xanım dəsmalını çıxarıb ağ dəyirmi üzünü sildi, saçlarını düzəltdi… Çəmənzəminli. Kəniz Həlimə içəri girib dəyirmi stolun üstünə təmiz süfrə saldı. Ə.Abasov. 2. Yumru, yuvarlaq. Dəyirmi şamama, qarpız.
Azərbaycan dilinin izahlı lüğəti / dəyirmi1 DƏYİRMİ – YASTI Üzün ağ, dəyirmi, gözün məstanə; Baxışın bağrımı döndərdi qanə (M.P.Vaqif); Maya gücünü toplayıb çırpındı və sağ qolunu onun əlindən qurtarıb yastı üzünü şillələdi (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / dəyirmi2 прил. 1. круглый. Dəyirmi sifət круглое лицо, dəyirmi qübbə круглый купол, dəyirmi güzgü круглое зеркало 2. шаровидный, шарообразный 3. дисковый (в форме диска). Dəyirmi mişar дисковая пила, dəyirmi dırmıq дисковая борона, dəyirmi elektrik mişarı электродисковая пила ◊ dəyirmi stol (masa) arxasında görüş встреча за круглым столом
Azərbaycanca-rusca lüğət / dəyirmi1 s. round; ~ stol / boşqab / sifət və s. a round table / plate / face, etc.; ~ rəqəmlər round figures; ◊ ~ stol arxasında söhbət round-table talk
Azərbaycanca-ingiliscə lüğət / dəyirmi