dəmgil sözü azərbaycan dilində

dəmgil

Yazılış

  • dəmgil • 78.4314%
  • Dəmgil • 21.5686%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dəmgil
Dəmgil — bitkilərdə, əsasən də meyvə və giləmeyvələrdə rast gəlinən xəstəlik. Dəmgil xəstəliyi tumlu meyvə bitkilərinə ən çox zərər verən və Azərbaycan şəraitində çox yayılan göbələk xəstəliklərindən biridir. Onu Fusicladium cinsinə aid göbələklər törədir. Bu xəstəlik zamanı meyvənmin səthində girdə, tutqun boz rəngli ləkələr əmələ gəlir.Meyvələrin erkən müddətlərdə zədələnməsi daha qorxuludur, çünki dəmgil ləkələrinin altında mantarlaşmış qoruyucu toxuma əmələ gəlir və meyvənin belə yerləri inkişaf etmir. Meyvə birtərəfli böyüyür, onun zədələnmiş yerlərinin toxuması çatlayır. Belə meyvələr əmtəəlik dəyərini, tamını itirir və uzun müddət saxlanıla bilmir. Yetişməsinə az qalmış zədələnən meyvələrin forması dəyişilmir. Bu meyvələr çatlamır, lakin 2-ci sorta aid edilir. Xəstəlik saxlanılma zamanı artmır və sağlam meyvələrə keçmir. Dəmgil meyvənin xarici görünüşünü korlayır, tənəffüsü sürətləndirdiyindən şəkərin və C vitamininin miqdarı azalır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2015 ••••••••• 0.34
2018 •••••••• 0.30
2020 •••••••••••••••••••• 0.80

dəmgil sözünün leksik mənası və izahı

  • 1 bax dəngil. ◊ Dəmgil xəstəliyi – bitkilərin gövdə, budaq və yarpaqlarında ləkələr şəklində özünü göstərən xəstəlik. Dəmgil xəstəliyi bitkinin budaqlarında, gövdəsində, yarpaqlarında və meyvələrində yaşılımtıl-boz, məxməri, yumru şəkilli ləkələr əmələ gətirir. İ.Axundzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / dəmgil

dəmgil sözünün ləzgi dilinə tərcüməsi

  • 1 кил. dəngil; ** dəmgil xəstəliyi набататрин тандик, хилерик ва пешерик лекеяр акатдай са азар.

    Azərbaycanca-ləzgicə lüğəti / dəmgil

dəmgil sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Seyrək, dəngil, tala-tala. (“Koroğlu” dastanının lüğəti) Uca dağların başında Ala-dəmgil qar görünür. Mənim bu dəli könlümə Bir alagöz yar görünür.                   (“Koroğlunun Qars səfəri”)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Borçalı, Çənbərək, Qazax, Şəmkir) seyrək, tək-tək, orda-burda. – Toxumu siçan ye:f, taxıl dəmgil bitif (Borçalı); – Üzündə dəmgil çili var (Qazax); – Qartof dəmgil bitif deyn yer qarala qalıf (Çənbərək)

Azərbaycan dilinin dialektoloji lüğəti.

Oxşar sözlər

#dəmgil nədir? #dəmgil sözünün mənası #dəmgil nə deməkdir? #dəmgil sözünün izahı #dəmgil sözünün yazılışı #dəmgil necə yazılır? #dəmgil sözünün düzgün yazılışı #dəmgil leksik mənası #dəmgil sözünün sinonimi #dəmgil sözünün yaxın mənalı sözlər #dəmgil sözünün əks mənası #dəmgil sözünün etimologiyası #dəmgil sözünün orfoqrafiyası #dəmgil rusca #dəmgil inglisça #dəmgil fransızca #dəmgil sözünün istifadəsi #sözlük