dəmyə sözü azərbaycan dilində

dəmyə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dəmyə • 68.8817%
  • Dəmyə • 30.6321%
  • DƏMYƏ • 0.4862%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Böyük Dəmyə
Böyük Dəmyə — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ilin fevral ayından Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. İşğal zamanı kənd 14 şəhid verib.
Dəmyə əkinçiliyi
Dəmyə əkinçiliyi - süni suvarmaya ehtiyac olmadan reallaşdırılan əkinçilik növüdür. Belə torpaqlar suvarma zonasına daxil edilsə də, burada kənd təsərrüfatı bitkiləri süni suvarma olmadan becərilir. Belə torpaqlar daha çox qayaaltı düzənliklərə və vahələrin kənarlarına xasdır. Azərbaycanda dəmyə əkinçiliyində əsasən yaz fəslində torpağın özünə çəkdiyi nəmişlikdən istifadə olunur. Bu əkinçiliyin sayəsində quraqlığa davamlı taxıl, yem və bostan bitkiləri yetişdirilir. Orta Asiyada su çatışmazlığına görə dəmyə əkin sahələri XX əsrin ortalarına qədər buranın kənd təsərrüfatında çox mühüm rol oynayırdı və belə torpaqların məhsulsuzluğu aclığa səbəb ola bilərdi. Dəmyə əkinində çörəyin bolluluğu torpağın rütubət miqdarından və yaz yağışlarından aslıdır, bu isə o deməkdir ki, məhsulluğu daha çox dağaltı ( dəniz səviyyəsi üzərində təxminən 4000 futa qədər) zolağında yerləşən dəmyə sahələri verir. Nəmişliyin miqdarından aslı olaraq dəmyə sahələrinin ərazisi dəyişir. Bu əkinçiliyin böyük iqtisadi əhəmiyyəti vardır, çünki suvarılma üçün münasib olmayan sahələri istifadə etməyə imkan verir. Əsasən Əfqanıstanda, İranda, Çində, Hindistanda, Pakistanda, Sudanda, Türkiyədə, Orta Asiya ölkələrində, Qazaxıstanın cənubunda və Cənubi Qafqazda qayaaltı düzənliklərdə və vahələrin kənarlarında yayılıb.
Kiçik Dəmyə
Kiçik Dəmyə — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. == Tarixi == Kiçik Dəmyə kəndinin əsası 1970-ci ildə qoyulmuşdur. Həmin ərazi əvvəllər xalq tərəfindən Dəmyə adlandırılıb. Sonra Dəmyə kəndinin əsası qoyulub. 1970-ci ildə isə kənd Böyük və Kiçik Dəmyəyə bölünüb. Burada əsasən Xankəndi Avtovağzalının təqaüdə çıxmış işçilərinə həyət evləri verilib. Kənd Xankəndi şəhərinin tabeçiliyində olub. == Coğrafiyası və iqlimi == Kiçik Dəmyə kəndi Böyük Dəmyə kəndi və Xocalı rayonu ilə həmsərhəddir. == Əhalisi == Hazırda kəndin əhalisinin sayı 860 nəfərdir.
Dəmyə Pambıq (1953)
Dəmyə pambıq (film, 1953)
Dəmyələr nekropolu
Dəmyələr nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Tivi-Ağdərə torpaq yolunun alt tərəfində, yaşayış yerinin yaxınlığında arxeoloji abidə. Nekropol yaxınlıqdakı yaşayış yerindən dərin dərə ilə ayrılmışdır. Nekropol dağın yamacında yerləşdiyindən təbii aşınma nəticəsində qəbirlərin torpaq örtüyü və yan daşları dağılmışdır. Buradakı qəbirlər daş qutu tiplidir. Onların bəzilərinin üst daşları saxlanmasa da, ətrafa dağılmış iri sal daşlar qəbirlərin bu tip daşlarla örtüldüyünü göstərir.Aparılmış tədqiqatlar zamanı nekropolda dörd qəbir abidəsi öyrənilmiş, bu abidələrdən insan skeletinə aid qalıqlar və zəngin maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur. Dəfnlər kollektivdir. Aşkar olunan arxeoloji materiallar keramika məmulatı və bəzək əşyalarından ibarətdir. Aşkar edilmiş maddi-mədəniyyət nümunələri Tunc dövründən Dəmir dövrünə keçidi izləməyə imkan verir. Bu baxımdan bimetallik fibula və dəmir məftildən hazırlan mış, əqiq muncuqlar keçirilmiş boyunbağı, aqat muncuqlar keçirilmiş, üzəri gəzli tunc üzüklər xüsusilə diqqəti cəlb edir. Qəbir avadanlığı arasında şüşə muncuqların olması da bu dövrün yeniliklərindəndir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.96 dəfə / 1 mln.
2003 •••••••••••• 2.76
2004 •••••••••• 2.36
2005 •••••••••••••••••••• 4.72
2006 •••••• 1.35
2008 ••• 0.49
2009 •••••••• 1.76
2010 •• 0.27
2011 •••• 0.77
2012 ••• 0.60
2013 ••• 0.58
2014 ••••• 1.03
2016 •• 0.35
2017 •• 0.33
2018 •• 0.45
2019 •• 0.42
2020 ••••••••••••••••• 3.85

dəmyə sözünün leksik mənası və izahı

  • 1 1. is. k.t. Suvarılmayan yer. Bu torpaq dəmyədir. // Sif. mənasında. Bu yerlərdə əkilən. Dəmyə taxıl. Dəmyə bostan. – …[Bəxtiyarın] çöldə bir qədər dəmyə əkini vardı. S.Hüseyn. Bu il havaların yaxşı keçməsi, tez-tez yağış yağması dəmyələri gömgöy etmişdi. İ.Şıxlı. 2. bax daşma2. Mən belə dəmyəni yeyə bilmərəm; Dərdimi sərdara deyə bilmərəm. (Mahnı).

    Azərbaycan dilinin izahlı lüğəti / dəmyə

dəmyə sözünün rus dilinə tərcüməsi

  • 1 неполивной, богарный

    Azərbaycanca-rusca lüğət / dəmyə
  • 2 с.-х. I сущ. богара: 1. посевные неполивные земли 2. посевы на этих землях II прил. богарный, неполивной. Dəmyə bitkisi богарное растение, dəmyə torpaqlar неполивные земли, dəmyə əkinçilik богарное земледелие

    Azərbaycanca-rusca lüğət / dəmyə

dəmyə sözünün inglis dilinə tərcüməsi

dəmyə sözünün fransız dilinə tərcüməsi

dəmyə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. сущ. х.м. хъар (яд тагур чил, цик квачир чка); // прил. гьахьтин чкада цанвай (мес. ник, сал ва мс.); dəmyə taxıl хъар техил; 2. daşma².

    Azərbaycanca-ləzgicə lüğəti / dəmyə

dəmyə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Bakı) həlimi süzülməmiş plov

Azərbaycan dilinin dialektoloji lüğəti.

"dəmyə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dəmyə nədir? #dəmyə sözünün mənası #dəmyə nə deməkdir? #dəmyə sözünün izahı #dəmyə sözünün yazılışı #dəmyə necə yazılır? #dəmyə sözünün düzgün yazılışı #dəmyə leksik mənası #dəmyə sözünün sinonimi #dəmyə sözünün yaxın mənalı sözlər #dəmyə sözünün əks mənası #dəmyə sözünün etimologiyası #dəmyə sözünün orfoqrafiyası #dəmyə rusca #dəmyə inglisça #dəmyə fransızca #dəmyə sözünün istifadəsi #sözlük