* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Başqa şəklə (hala) düşmə, başqalaşma, başqalıq; təbəddülat. Xəstənin vəziyyətində dəyişiklik görünür. Cəbhədə heç bir dəyişiklik yoxdur. Temperatur dəyişikliyi. – Mühitimdə gördüyüm şeylərin adlarını, onlarda əmələ gələn dəyişiklikləri yenə də [Tağı əmidən] öyrəndim. S.S.Axundov. Müdirin üzündə heç bir dəyişiklik yox idi. Ə.Vəliyev. [Elçin:] Kim düşünə bilər ki, bizim proyektdə bu qədər dəyişiklik ola bilər? Z.Xəlil. // Yenilik, yeni hal, yeni vəziyyət; dönüş. İşdə dəyişiklik yaratmaq. – [Günəşin] yaradan əlləri kiçik, alçaq otaqların quruluşunda … böyük bir dəyişiklik əmələ gətirmişdi. A.Şaiq. Xədicənin halında bir dəyişiklik vardı. S.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / dəyişiklik1 DƏYİŞİKLİK – SABİTLİK Dəyişiklik nə vaxt olacaqdır? (S.Vəliyev); Frazeologizmləri müəyyənləşdirən meyarlardan biri də məna sabitliyidir (H.Həsənov).
Azərbaycan dilinin antonimlər lüğəti / dəyişiklik2 сущ. 1. перемена (наступившее в ком в чём-л. изменение, поворот к чему-л. новому, появление чего-л. нового). Böyük dəyişikliklər большие перемены, vacib dəyişikliklər важные перемены, ələmətdar dəyişikliklər знаменательные перемены, ciddi dəyişikliklər серьёзные перемены, daxili dəyişikliklər внутренние перемены 2. изменение (поправка, направление). Dəyişikliklər etmək произвести изменения, внести изменения. Məqalədə dəyişikliklər etmək внести изменения в статью, dəyişikliklərə uğramaq претерпеть изменения, müəyyən dəyişikliklər определенные изменения, qismən dəyişikliklər частичные изменения, əsaslı dəyişikliklər коренные изменения, struktur dəyişiklikləri структурные изменения, üzvi dəyişikliklər органические изменения 3. преобразование (коренное изменение, реформа чего-л.). İctimai dəyişikliklər социальные преобразования
Azərbaycanca-rusca lüğət / dəyişiklik1 i. change, (siyasətdə, baxışda və s.) volte-face; kəmiyyət və keyfiyyət dəyişikliyi quantitative and qualitative changes; ~lər etmək to make* changes; ~lər ili the year of changes
Azərbaycanca-ingiliscə lüğət / dəyişiklik1 сущ. дегишвал; маса кӀалубдиз (гьалдиз) атун, масакӀа хьун; масакӀавал; // цӀийивал, цӀийи гьал (везият).
Azərbaycanca-ləzgicə lüğəti / dəyişiklik