* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [fars.] 1. sif. Qızıl suyu ilə vurulmuş nişanı (naxışı) olan, qızıl nişanlı. Hərami könlümə tapşırdı zərnişan oxlar; Ki hər birisi dəyər padşah xəzinəsinə. Qövsi. Bir qoç igid bir meydanda tapılsa; Bəzənər o meydan, zərnişan olu. “Koroğlu”. Olub zərnişan tacla sərfəraz; Şəbistanə qoydu qədəm yari-naz. M.Ə.Sabir. 2. is. Zərli, bəzəkli, naxışlı parça və bu parçadan tikilmiş paltar. Ağ xələt bürünər, zərnişan geyməz; Heç kəsi dindirib keyfinə dəyməz. Aşıq Ələsgər. // Zər. [Qoca çoban Qumruya dedi:] Onun şəklini elə toxu ki, nə qardan, çovğundan, nə də yüz il keçəndən sonra vurduğun naxışların zərnişanı solmasın… Ə.Məmmədxanlı. 3. sif. Ümumiyyətlə bəzəkli. Yaşıl nimtənəli, gülgəz qəbalı; Başında dəstarı zərnişan Pəri! Aşıq Əmrah.
Azərbaycan dilinin izahlı lüğəti / zərnişan2 zər nişanlı, qızıldan nişanı olan; Günəş nişanlı.
Azərbaycan qadın adlarının izahlı lüğəti. / zərnişan3 f. zərlə işlənmiş (parça).
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / zərnişan1 устар. I сущ. 1. парча 2. платье из этой парчи II прил. нарядный, с узорами
Azərbaycanca-rusca lüğət / zərnişan1 [fars.] 1. прил. къизилдин целди янвай лишан (нехиш) алай, къизилдин (зардин) лишан алай; 2. сущ. зар авай, нехишар алай парча ва гьахьтин парчадикай цвайи ппек; // зар; 3. прил. безегар алай, безеглу.
Azərbaycanca-ləzgicə lüğəti / zərnişan