zərurət sözü azərbaycan dilində

zərurət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • zərurət • 92.2583%
  • Zərurət • 7.6561%
  • ZƏRURƏT • 0.0855%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zərurət

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 16.44 dəfə / 1 mln.
2002 ••• 10.28
2003 ••• 7.87
2004 ••• 10.11
2005 •• 5.40
2006 ••• 8.33
2007 •••• 11.84
2008 ••• 7.80
2009 •••• 13.92
2010 ••• 9.26
2011 ••• 10.21
2012 •••• 11.27
2013 •••• 11.23
2014 •••• 11.15
2015 •••• 12.76
2016 •••••• 18.22
2017 •••••• 18.37
2018 •••••• 19.78
2019 •••••• 19.06
2020 •••••••••••••••••••• 70.02

zərurət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Bir işə hər halda və vəziyyətdə məcbur olma, istər-istəməz onu əmələ gətirmə; məcburiyyət, naçarlıq, çarəsizlik. Hər dəm çəkib ol qəm içrə min ah; Səbr etdi zərurət ilə ol mah. Füzuli. Zərurət üz verdiyi zaman, insan özündə adi vaxtlarda mövcud olduğunu əsla təxmin etməyən bir qüvvənin bulunduğunu hiss edə bilərmiş. M.S.Ordubadi. 2. Lazım olma, lüzum, vaciblik. Cəmiyyətin bütün mütərəqqi adamları … qüvvələrini birləşdirmək zərurətini anlamışlar. M.İbrahimov. 3. Ehtiyac, lüzum. Seyyid, qəzəldə ləfziqəliz etmə mündəric; Kim kəşfinə zərurət ola “Kənz” ya “Sihah”. S.Ə.Şirvani. Əlbəttə, bu yerləri yazın ilıq günlərində görmək Qəhrəman üçün daxili bir zərurət idi. S.Rəhimov. □ Zərurət düşmək – ehtiyac əmələ gəlmək, lazım gəlmək, yeri gəlmək. Sərfəsizdir gövhəri israfilə sərf eyləmək; Ta zərurət düşməyincə söyləmək zinhar söz. Qövsi. 4. Son dərəcə yoxsulluq, möhtaclıq, ehtiyac.

    Azərbaycan dilinin izahlı lüğəti / zərurət

zərurət sözünün sinonimləri (yaxın mənalı sözlər)

zərurət sözünün rus dilinə tərcüməsi

  • 1 1. необходимость, нужда; 2. неизбежность;

    Azərbaycanca-rusca lüğət / zərurət
  • 2 сущ. 1. необходимость, надобность, потребность в чём-л. Birləşmə zərurəti необходимость объединения, zərurəti hiss olunurdu nəyin ощущалась необходимость в чём; zərurət qarşısında qalmaq оказаться перед необходимостью, быть вынужденным сделать что-л.; daxili zərurət внутренняя потребность, həyati zərurətlər жизненные потребности, heç bir zərurəti olmadan без всякой надобности: 2. филос. необходимость (существенная закономерная связь явлений, которая вытекает из самой природы вещей). Zərurət və təsadüf fəlsəfi kateqoriyalardır необходимость и случайность – философские категории, təsadüf zərurətin təzahür formasıdır случайность есть форма проявления необходимости, tarixi zərurət историческая необходимость 3. неизбежность (неминуемость, неотвратимость)

    Azərbaycanca-rusca lüğət / zərurət

zərurət sözünün inglis dilinə tərcüməsi

zərurət sözünün fransız dilinə tərcüməsi

zərurət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. са кардиз гьар са гьалда (везиятда) мажбур хьун, кӀанз-дакӀанз ам арадал гъун; мажбурвал, чарасузвал; 2. лазим хьунухь, лазимвал, важибвал; 3. игьтияж; zərurət düşmək игьтияж арадал атун, лазим атун, чка атун; 4. акьалтӀай юхсулвал, муьгьтежвал, игьтияж.

    Azərbaycanca-ləzgicə lüğəti / zərurət

zərurət sözünün türk dilinə tərcüməsi

zərurət sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. bax zəruriyyət.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"zərurət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zərurət nədir? #zərurət sözünün mənası #zərurət nə deməkdir? #zərurət sözünün izahı #zərurət sözünün yazılışı #zərurət necə yazılır? #zərurət sözünün düzgün yazılışı #zərurət leksik mənası #zərurət sözünün sinonimi #zərurət sözünün yaxın mənalı sözlər #zərurət sözünün əks mənası #zərurət sözünün etimologiyası #zərurət sözünün orfoqrafiyası #zərurət rusca #zərurət inglisça #zərurət fransızca #zərurət sözünün istifadəsi #sözlük