* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Şirin sularda yaşayan, heyvanların bədəninə yapışıb onların qanını sormaqla dolanan xırda qurd. □ Zəli qoymaq (salmaq, yapışdırmaq, düzmək) – təbabətdə: xəstə adamın korlanmış qanını sordurmaq üçün onun bədəninin müvafiq yerlərinə zəli qoymaq. Molla Qasımın arvadı Zeynəb qarı da azarlılara zəli yapışdırmaqda böyük ixtisas sahibi olub. S.S.Axundov. 2. məc. Başqasını amansızcasına istismar edən, soyan, var-yoxunu sorub çəkən adam haqqında. Xalqın qanını zəli kimi sormaq. – Bu əmrdə hakimi-vilayətlər şəbihdilər zəlilərə ki, qan sorub şişdikdə sahibi oları sıxır, tamam sorduqları qanı qusurlar. M.F.Axundzadə. 3. məc. Yapışdığı yerdən qopmayan, tutduğunu əldən buraxmayan şey və ya adam haqqında. Lakin bir zəli dəyişməyir öz xislətini. O.Sarıvəlli. □ Zəli kimi yapışmaq – 1) tutduğu yerdən bərk-bərk yapışıb buraxmamaq, yapışıb əl çəkməmək. Qəmər atasının qulluğundan mürəxxəs olub, düz mənzilinə gəlib, genə də zəli kimi kitaba yapışdı. (Nağıl); 2) təngə gətirmək, cana gətirmək. [Kərbəlayı Rəcəb:] Peşman olursan dalandan kənara çıxırsan, zəli kimi yapışırlar. N.Vəzirov.
Azərbaycan dilinin izahlı lüğəti / zəli1 Farscadan alınma sözdür, əsli “zalu”dur, bizdə sülük, suluncan, çelik deyiblər. Ehtimal ki, su anlamı ilə bağlıdır. (çe“su” demək olub). Əbu Həyyanda (XIV əsr) sulancan kimi qeydə alınıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / zəli1 1. ZƏLİ (qansorucu halqavari qurdlar sinfi) Molla Kazımın arvadı Zeynəb qarı da azarlılara zəli yapışdırmaqda böyük ixtisas sahibi olub... (S.S.Axundov); SÜLÜK. 2. ZƏLİ Bu əmrdə hakimi-vilayətlər şəbihdirlər zəlilərə ki, qan sorub şişdikdə sahibi onları sıxır, tamam sorduqları qanı qusurlar (M.F.Axundzadə); SÜLÜK (məc.) (başqasını amansızcasına istismar edən) Çar hökumətindən qalma üç töhfə... zəhmətkeşlərin sabiq sülükləri, yeni məişətin üfunətli mikrobları.. (S.S.Axundov).
Azərbaycan dilinin sinonimlər lüğəti / zəli2 сущ. пиявка: 1. пресноводный червь, питающийся кровью животных, к телу которых присасывается. Zəli ilə müalicə мед. лечение пиявками, гирудотерапия; zəli qoymaq ставить, поставить, приставлять, приставить пиявки, zəli ayağına yapışdı пиявка присосалась к (его, её) ноге 2. перен. тот, кто жестоко эксплуатирует кого-л. 3. перен. о навязчивом, назойливом человеке ◊ zəli kimi yapışmaq впиваться как пиявка; zəli kimi qanını sormaq kimin сосать, высасывать, высосать кровь чью как пиявка
Azərbaycanca-rusca lüğət / zəli1 i. (müst. və məc. mənada) leech; ~ qoymaq to apply / to put* on leeches; ◊ ~ kimi yapışmaq d.d. to stick* like a leech
Azərbaycanca-ingiliscə lüğət / zəli1 is. sangsue f ; ~ qoymaq appliquer vt (və ya mettre vt) des sangsues ; ~ kimi qanını sormaq sucer le sang de qn comme sang-sue ; ~ kimi yapışmaq coller vt qn comme un sangsue, attacher (s’) à qn comme un sangsue
Azərbaycanca-fransızca lüğət / zəli1 сущ. 1. ругъвал (рагъвал); zəli qoymaq (salmaq, yapışdırmaq, düzmək) ругъвал(ар) эцигун, ругъвал(ар) алкӀурун (бедендин азар квай чкадин чӀуру иви фитӀинун патал); 2. пер. иви хъвадайди, иви фитӀиндайди; 3. пер. алкӀана ахлат тийир, кьурди гъиляй ахъай тийир затӀунин ва я касдин гьакъинда; zəli kimi yapışmaq ругъвал хьиз алкӀун а) кӀевиз кьун, кьуна ахъай тавун, гъил къачун тавун; б) ччан туьтуьниз гъун, жазанарун.
Azərbaycanca-ləzgicə lüğəti / zəli