Zəhra sözü azərbaycan dilində

Zəhra

Yazılış

  • Zəhra • 99.1819%
  • ZƏHRA • 0.5843%
  • zəhra • 0.2337%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zəhra
Zəhra — ad. Zəhra Şahtaxtinskaya — Azərbaycan zooloq, helmintoloqu. Biologiya elmləri doktoru (1953), professor (1954). Zəhra Qazıyeva — həkim-terapevt, Azərbaycanın Əməkdar həkimi (1960), Sosialist Əməyi Qəhrəmanı (1969). Zəhra Kərimova — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ictimai təminat komissarı. Zəhra Salayeva — məşhur Azərbaycan nevropatoloqu, tibb elmləri doktoru (1963) Zəhra Qürbət — azərbaycanlı rejissor. Zəhra Cəfərova — alim, musiqiçi, professor, Əməkdar incəsənət xadimi Zəhra Bədəlbəyli — azərbaycanlı aktrisa, şairə və pianoçu. Zəhra Nemati — İranlı oxatan.
Fatimeyi Zəhra
Fatimə (ərəb. فاطمة ‎) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء‎) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ən tezi 604 və ən geci 604, Məkkə, Hicaz – 14 dekabr 632, Mədinə, Hicaz, Səudiyyə Ərəbistanı) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri. Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö.
Zəhra (Germi)
Zəhra (fars. زهر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 161 nəfər yaşayır (40 ailə).
Zəhra Abbasova
Zəhra Fərhad qızı Abbasova — Alim, tibb elmləri doktoru, professor, Respublika Kliniki Xəstəxananın şöbə müdiri, çoxsaylı elmi məqalənin və səmərələşdirici təklifin müəllifi. 1959-cu ildə Bakıda anadan olmuşdur. Əslən Qazax rayonundandır. 1966-1976-cı ildə Bakıdakı 23 saylı orta məktəbi qızıl medalla bitirmişdir. Həmin il Azərbaycan Dövlət Tibb İnstitutu nun müalicə-profilaktika fakültəsinə daxil olub, 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə Ftiziatriya İnstitutunda başlamışdır. 1990-cı ilə qədər orada işləmişdir. 1990-cı ildən Respublika Kliniki Xəstəxanasında mama-ginekoloq işləmiş, hazırda orada şöbə müdiridir. 1995-ci ildə namizədlik, 2002-ci ildə isə Moskvada doktorluq dissertasiyası müdafiə etmişdir. Tibb elmləri doktoru, professordur.
Zəhra Bədəlbəyli
Zəhra Bədəlbəyli (28 aprel 1983, Bakı) — azərbaycanlı aktrisa, şairə və pianoçu. Zəhra Bədəlbəyli 1983-cü il aprelin 28-də Bakı şəhərində anadan olub. 1988-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almağa başlayır. Elə məktəb illərində ilk şeirini yazır. 1994–2000-ci illərdə "Səyyah" caz-folklor ansamblının vokal qrupunda iştirak edir, konsert və səfərlərə qoşulur. O, 2000-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olur və 2004-cü ildə Akademiyanı fortepiano ixtisası üzrə bakalavr, 2006-cı ildə fortepiano, musiqişünaslıq ixtisasları üzrə magistr dərəcələrində qırmızı diplomla bitirir. 2005-ci ildə Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatının sədr müavini, 2006–2009-cu illərdə sədri vəzifəsini icra edir. 2005-ci ildə "Один день эпохи равнодушия" ("Laqeydliyik dövrünün bir günü") adlı ilk qısametrajlı filmdə çəkilir. Zəhra Bədəlbəyli 2005–2009-cu illərdə fortepiano solo ifaçı və müşayiətçi kimi çalışır. Paralel olaraq o, 2006–2009-cu illərdə Bakı Musiqi Akademiyasında konsertmeyster, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci, Studiya məktəbində müəllim vəzifələrində çalışır.
Zəhra Cuya
Zöhrə Cuya(fars. زهره جویا‎)—İran müğənnisi. Zöhrə Cuya İranın Xorasan ostanının Məşhəd şəhərində anadan olub. Atası əslən Əfqanıstanın Herat şəhərindəndir. Anası isə İranlıdır. Ulu babaları Azərbaycan türklərindəndir. Azərbaycanca "Ay işığında", "Dağları duman alanda" mahnılarını oxuyur.
Zəhra Cəfərova
Zəhra Hüseyn qızı Cəfərova (1924, Bakı – 2005, Bakı) — alim, musiqiçi, professor, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Konservatoriyasının orqan sinfinin təsisçisi və rəhbəri. Azərbaycanda ilk orqan musiqisi Zəhra Cəfərovanın adı ilə bağlıdır. Zəhra Cəfərova 1924-cü ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax qəzasının Dağkəsəmən (həmin kənd indiki Ağstafa rayonundadır) kəndindəndir. 1947-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında, 1951-ci ildən isə Leninqrad (indiki Sankt-Peterburq şəhəri) konservatoriyasında orqan ifaçısı ixtisası üzrə təhsil almışdır. Oxumaqla yanaşı, geniş konsert fəaliyyəti ilə də məşğul olmuşdur. Azərbaycanda ilk orqan musiqisi Zəhra Cəfərovanın adı ilə bağlıdır. Uzun illər ərzində konservatoriyanın böyük zalında özünün ifaçılığını dinləyicilərə nümayiş etdirmişdir. Zəhra Cəfərova 1961–1991-ci illər ərzində Azərbaycan Dövlət Konservatoriyasında əsasını qoyduğu orqan sinfinə rəhbərlik etmiş, yüzə qədər orqan ifaçısı yetişdirmişdir. Uzun müddət bu təhsil müəssisəsində professor olaraq çalışmışdır.
Zəhra Kərimova
Zəhra Adıgözəl qızı Kərimova (1909, Eyvazlı, Zəngəzur qəzası – 1990, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ictimai təminat komissarı (1942–1946) və naziri (1946–1952), Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri (1952–1954), Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibi (1938–1942). Zəhra Adıgözəl qızı Kərimova 1909-cu ildə Zəngəzur qəzasının (hazırda Qubadlı rayonunun) Eyvazlı kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının azğınlığı nəticəsində Ağdama köçürlər. Əmək fəaliyyətinə 1920-ci ildə corab artelində başlayır. Gündüzlər işləyib, gecələr oxuyur. Komsomola keçir və 1928-ci ildə Bakıya partiya məktəbində oxumağa gəlir. 1930-cu ildə partiyaya keçir və rayonlara işləməyə göndərilir. Masallı RPŞ-də təşviqatçı, Gəncə RPŞ-də partiya kadrlar şöbəsinin müdiri, 1934-cü ildə Ağcabədi MTS siyasi şöbəsinin müavini işləmişdir. Zəhra Kərimova 1938-ci ildə Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibi seçilir, 1939–1940-cı illərdə Moskva Ali Partiya Məktəbində oxuyaraq XVIII qurultaya nümayəndə olur. 1942-ci ilin yanvar ayında Azərbaycan SSR xalq ictimai təminat komissarı təyin olunur.
Zəhra Nemati
Zəhra Nemati (30 aprel 1985, Kirman, İran) — İranlı oxatan. Zəhra Nemati İranı 2012-ci ildə Paralimpiya Oyunlarında təmsil etdi və biri qızıl, digəri gümüş medal olmaqla iki medal qazandı. O, həmdə İranı 2016-cı ildə Olimpiya Oyunları və Paralimpiya Oyunlarında təmsil etdi. Olimpiya Oyunlarında uğursuz çıxış etsə də, Paralimpiya Oyunlarında iki qızıl və bir gümüş medal qazandı. O, həmçinin 2016-cı ilin Olimpiya Oyunlarının açılış mərasimində İran bayrağını apardı.
Zəhra Qazıyeva
Qazıyeva Zəhra Kərim qızı (2 may 1912, Naxçıvan – 1989, Bakı) — həkim-terapevt, Azərbaycanın Əməkdar həkimi (1960), Sosialist Əməyi Qəhrəmanı (1969). Zəhra Kərim qızı 1912-ci ildə Naxçıvan şəhərində dünyaya gəlmişdir. 1942-ci ildə ADTİ-ni (hazırkı AZTU-nu) tamamlamışdı. Bərdə rayonunun Kolayır kənd sovetinin Otuzikilər kəndinin tibb məntəqəsində həkim işləmişdir. 1959-cu ildə isə həmin sovetliyin Kolayır kənd xəstəxanasının baş həkimi olmuşdur. 30 illik həkimlik falıyyəti ərxzində Zəhra xanımın təklifi ilə artezian quyuları təşkil edilmiş, yaylaqlarda istirahət məntəqələri açəlmış, yeni xəstəxana tikilmişdir. O, SSRİ Ali Sovetinin (6-cı çağırış) deputatı olmuş, nümunəvi əmək fəliyyətinə görə 1969-cu ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. İstedadlı təşkilatçı-həkim Zəhra xanım iki dəfə Lenin ordeni ilə təltif olunmuşdur. Respublikanın əməkdar həkimi (1960), Sosialist Əməyi Qəhrəmanı Zəhra Kərim qızı Qaziyeva 1989-cu ildə vəfat etmişdir.
Zəhra Quliyeva
Zəhra Quliyeva — Əməkdar elm xadimi, Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri (1998–2005). Zəhra Quliyeva — skripkaçı, konsertmeyster, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2008). Zəhra Quliyeva — 2017-ci il 4 iyulda Ermənistan Silahlı Qüvvələrinin minaatan və qumbaratanları tərəfindən açılan atəş nəticəsində ölən 14 aylıq körpə.
Zəhra Sayers
Zəhra Sayers (türk. Zehra Sayers; 1953) — Molekulyar biologiya, struktur biologiya və biofizika sahələrində çalışan türk-ingilis alimi. Sabancı Universitetinin Molekulyar Biologiya, Genetika və Biomühəndislik proqramının qurucu üzvü olan Sayers bir müddət Sabancı Universitetinin rektoru vəzifəsini də icra edib. Eyni zamanda, Elm Məsləhət Şurasının sədri kimi Yaxın Şərq Sinxrotron Radiasiya Təcrübə Elmi və Tətbiqləri (SESAME) layihəsində iştirak edib. O, 2019-cu ildə AAAS Diplomacy in Science Award mükafatına layiq görülüb. Sayers 1974-cü ildə Boğaziçi Universitetinin Fizika fakültəsini bitirmiş və 1979-cu ildə London Universitetində biofizika üzrə doktorluq dərəcəsini tamamlamışdır. Daha sonra Open Universitetində və Uppsala Universitetində doktoranturadan sonrakı tədqiqatçı kimi çalışmışdır. 1986-cı ildə Avropa Molekulyar Biologiya Laboratoriyasında (EMBL) çalışmışdır. 1996-cı ildə Almaniyanın Hamburq Universitetində habilitasiya diplomu almışdır. 1998-ci ildə Türkiyəyə qayıdan Sayers Sabancı Universitetinin qurucu professoru olur, 2011-ci ildə Vəqflərin İnkişafı Proqramının direktoru, 2018-ci ildə isə rektor seçilir.
Zəhra Günəş
Zəhra Günəş (7 iyul 1999, Qartal[d], İstanbul ili) mərkəz blokçu mövqeyində oynayan türk voleybolçusudur. O, VakıfBank SK və Türkiyə qadın voleybol milli komandasının üzvüdür.
Fatimə əz-Zəhra
Fatimə (ərəb. فاطمة ‎) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء‎) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ən tezi 604 və ən geci 604, Məkkə, Hicaz – 14 dekabr 632, Mədinə, Hicaz, Səudiyyə Ərəbistanı) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri. Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö.
Həzrəti-Zəhra məscidi
Həzrəti-Zəhra Məscidi – Naxçıvan şəhərinin Sarvanlar məhəlləsində ibadətgah və memarlıq ibadəsi. Xalq arasında "Heydər Məscidi" kimi tanınır. Məscidin heyətində qoyulmuş xatirə qraniti üzərindəki kitabədə onun tikilmə tarixi belə qeyd olunmuşdur: "Heydər Məscidi" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyərkən (1991-1993) möhtərəm Heydər Əliyevlə İran İslam Respublikasının "Bonyade Mostezəfan və Canbazane Enqelabe Eslami" fondunun prezidenti ağayı Mohsen Rəfiq Dust arasında 24 avqust 1992 il tarixdə Tehran şəhərində imzalanmış protokola əsasən Ayətulla Xamenei hyəzrətlərinin və Zati-aliləri Heydər Əliyevin himayəsi ilə tikilmişdir. Ümumi sah. – 6000 m²-dir. Məscidin böyük ibadət salonu (3300 m²) günbəzlə örtülmüşdür; hücrələri var. Bu möhtəşəm abidənin layihəsində Şərq Memarlıq ənənələrindən istifadə edilmişdir. Məscid binasının tikintisi, xaricə açılan dərin həcmli baştağ eyvanları, oyma bəzəkləri, şəbəkələri, xüsusilə minbərdə aparılmış bəzək işləri, həmçinin ümumi quruluşu memarlıq həllinə görə diqqəti cəlb edir. Bu müqəddəs ocaqda eyni vaxtda min nəfər dini ayinləri yerinə yetirə bilər. Burada müqəddəs Qurani-Kərim öyrədilir, islami dəyərlər təbliğ edilir.
Mədinə əz-Zəhra
Mədinə əz-Zəhra (ərəb. ‎الزارمدينن الالزهران "Madīnat al-Zahrā; isp. La ciudad brillante — "parlayan şəhər") — İspaniyanın Syerra-Morena dağ silsiləsində, Kordova şəhərindən 8 kilometr qərbdə yerləşən, xəlifə III Əbdürrəhmanın əmri ilə X əsrdə inşa edilmiş saray-şəhər. 2018-ci ildə YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir. 1923-cü ildən Mədinə əz-Zəhra arxeoloji ərazisi İspaniyanın milli mədəniyyət abidəsi elan edilib. Əl-Məqqari kimi tarixçilər şəhərin adının etimologiyası ilə bağlı bildirirlər ki, Mədinə əz-Zəhra sarayı III Əbdürrəhmanın sevimli cariyəsinin adı ilə bağlıdır və girişdə onun heykəli vardır. Şəhərdə heykəllərin olmasına baxmayaraq, Merian Barrukan belə bir heykəlin mövcud olmadığını iddia edir. Digər tərəfdən, Feliks Arnold daha sadə bir izah təqdim edərək, şəhərin adının həm də "parlayan şəhər" və ya "parlaq" mənasında olduğunu deyir.
Keyşa Fatimə Zəhra
Keyşa Fatimə Zəhra (12 avqust 2003, پکانبارو[d]) — Azərbaycanı təmsil edən badmintonçu. == Karyerası == Keyşa Fatimə Zəhra 2023-cü ilin yanvarında İslandiyada beynəlxalq turnirin final görüşündə məğlub olaraq gümüş medalın sahibi oldu. Həmin ilin iyununda Polşada baş tutan III Avropa Oyunlarının qrup mərhələsində üç qələbə qazanaraq növbəti mərhələdə vəsiqə qazandı, amma 1/8 final mərhələsində mübarizəni dayandırdı. Avqustda Kamerunun Yaunde şəhərində baş tutan «Cameroon International 2023» beynəlxalq turnirinin qalibi oldu, sentyabrda isə Perunun Lima şəhərində International Challenge beynəlxalq turniri bürünc medalla başa vurdu. 2024-cü ilin yanvarında İsveçdə «VICTOR Swedish Open» beynəlxalq turnirində dördüncü pillənin sahibi oldu. Keyşa Fatimə Zəhra 2024-cü ilin aprelində Dünya Badminton Federasiyasının (BWF) reytinq cədvəlinin nəticələrinə əsasən 31-ci pillədə qərarlaşaraq lisenziyalara sahib oldu. Bununla da Fatimə Zəhra olimpiadada mübarizə aparacaq birinci azərbaycanlı qadın badmintonçu olaraq tarixə düşüb.
Zəhra Quliyeva (musiqiçi)
Zəhra Teymur qızı Quliyeva (d. 23 avqust 1951, Bakı) — skripkaçı, konsertmeyster, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2008). == Həyatı == Zəhra Quliyeva 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini 1959–1970-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində almışdır. 1970-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olduqdan sonra burada Sərvər Qəniyev və M.Tağıyevin siniflərində təhsil almış və buranı 1975-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Zəhra Quliyeva 1976–1978-ci illərdə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının aspiranturasında assistent-stajor bölməsində Boris Qutnikovun sinfində təhsilini davam etdirmişdir. == Fəaliyyəti == Zəhra Quliyeva Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı müddətdə Rostov şəhərində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlə çıxış etmiş, Leninqrad Dövlət Konservatoriyasında təhsilini davam etdirdiyi zaman isə burada bir sıra konsert salonlarında çıxış etmiş və Qərb bəstəkarlarının əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərini də ifa etmişdir. O, 1978-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətə başlamışdır. Həmin ildən 1993-cü ilədək burada "Simli alətlər" kafedrasında müəllim işləmişdir. Zəhra Quliyeva 1983–1990-cı illər arasında Azərbaycan Dövlət Televiziyasında "Zəriflik" adlı müəllif proqramını yaradır.
Behişti-Zəhra
Behişti-Zəhra (fars. بهشت زهرا‎ — behešt-e zahrâ) — Dünyanın və İranın ən böyük qəbiristanlıqlarından biri. == Tarixi == Tehranın sürətlə böyüməsi və şəhər rəhbərliyinin məscidlərdə dəfn praktikasını yığışdırmaq, bunu vahid bir yerdə cəmləmək istəyi yeni qəbiristanlığın açılmağına səbəb olur. Tehrandan 6 km cənubda yerləşən qəbiristanlıq 25 iyul 1970-ci ildə açılır. Qəbiristanlıq İmam Əlinin həyat yoldaşı Fatimeyi-Zəhranın şərəfinə ”Behişti-Zəhra” adlandırılıb. Burada İran-İraq müharibəsinin şəhidləri və o cümlədən bir çox dini və siyasi liderlərin məzarları yerləşir. Qəbiristanlığın 1979-cu il inqilabı tarixində xüsusi yeri var. İnqilabın banisi ayətullah Xomeyni 1979-cu ildə İrana qayıdanda kütlə qarşısında ilk çıxışını şah rejiminə qarşı mübarizədə həlak olmuş şəxslərin şərəfinə məhz bu qəbiristanlıqda edib. == Ümumi məlumatlar == Qəbiristanlığın ümumi ərazisi 534 hektardır. Burada 1.600.000 insan dəfn olunub.
Zəhra Qürbət
Zəhra Qürbət (Zəhra Talıbova) — azərbaycanlı rejissor. Zəhra Qürbət Bakı şəhərində ziyalı ailəsində doğulub. Orta təhsilini Yasamal rayonu 172 saylı orta məktəbdə alıb. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinin "Dram rejissoru" ixtisası üzrə xalq artisti Cənnət Səlimovanın kursunda təhsil alıb. 2003-2005-ci illərdə eyni ixtisas üzrə magistr dərəcəsinə yiyələnib. Universitetin 3-cü kursundan etibarən (2000-ci ildən) rejissor Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Dövlət Gənclər Tearında rejissor assistenti kimi fəaliyyətə başlayıb. 20-dən artıq tamaşada ikinci rejissor kimi çalışıb. 2001-ci ildən həmin teatrda quruluşçu rejissor, 2002-ci ildən isə paralel olaraq truppa müdiri vəzifəsində fəaliyyət göstərib. Dövlət Gənclər Teatrının səhnəsində 2001-ci ildə Firuz Mustafanın "Tabut", 2002-ci ildə Rüstəm İbrahimbəyovun "Qum üzərində ev", 2004-cü ildə isə Batislav Nuşiçin "Nazirin xanımı" əsərlərinə quruluş verib. Teatrla paralel olaraq 2001-ci ildən LİDER TV-də televiziya fəaliyyətinə başlayıb.
Zəhra Sai
Zəhra Sai (1980, Təbriz) - İranlı siyasətçi, tədqiqatçı və İran parlamentinin onuncu dövründə Təbrizi təmsil edən nümayəndələrdən biridir.
Zəhra Salayeva
Zəhra Məmməd qızı Salayeva (15 mart 1922, Bakı – 28 noyabr 2005) — məşhur Azərbaycan nevropatoloqu, tibb elmləri doktoru (1963), professor (1967), Azərbaycan Əməkdar Elm Xadimi (1981). Zəhra Salayeva 15 mart 1922-ci ildə Bakı şəhərində anadan olub. Şair Mikayıl Müşfiq Bakı şəhəri 18 saylı orta məktəbdə onun müəllimi olmuşdur. 1943-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1967-ci ildən N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun sinir xəstəlikləri kafedrasının müdiri olmuşdur. Tədqiqatı, əsasən, Azərbaycanda neyromalyariyaya, hemorragik ensefalitin klinika və patomorfologiyasına həsr edilmişdir. 1979-cu ildən Azərbaycan Tibbi Genetiklər Cəmiyyətinin sədri olmuşdur. 3 monoqrafiya, 4 dərslik və 4 dərs vəsaitinin müəllifidir. SSRİ Ali Sovetinin (7-ci çağırış) deputatı olmuşdur. 28 noyabr 2005-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Zəhra Şahtaxtinskaya
Zəhra Mustafa qızı Şahtaxtinskaya və ya Zəhra xanım Mustafa bəy qızı Ağayeva (17 noyabr 1895, Xankəndi, Şuşa qəzası – 16 sentyabr 1977, Bakı) — Azərbaycan zooloq, helmintoloqu. Biologiya elmləri doktoru (1953), professor (1954). Azərbaycan SSR əməkdar elm xadimi (1960). "Lenin Ordeni" laureatı. Zəhra Şahtaxtinskaya 17 noyabr 1895-ci ildə Xankəndində anadan olub. Əmək fəaliyyətinə 1916-cı ildə qadın gimnaziyasında müəllimliklə başlamışdır. 1922-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda işləmiş, biologiya fakültəsinin dekanı olmuşdur. 1937-ci ildən zoologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Tədqiqat sahəsi əsasən, Azərbaycanda yaşayan su və bataqlıq quşlarında parazitlik edən qurdlar olmuşdur. Bir çox elmi əsərin, dərsliyin müəllifidir.
Zəhra Quliyeva (körpə)
Alxanlı hücumu və ya Alxanlı faciəsi — 2017-ci il iyulun 4-də saat 20:40 radələrində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı yaşayış məntəqəsinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində törədilən hücumdür. Bu hücum nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həyatını itirmişdir. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə hərbi hospitala çatdırılaraq əməliyyata götürülmüşdür. Hücum zamanı həyatını itirən yaş yarımlıq Zəhra Quliyeva 1994-cü ildə Birinci Qarabağ müharibəsinin başa çatmasından sonra Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində öldürülən sayca üçüncü azərbaycanlı uşaq idi. Bu hücum beynəlxalq ictimaiyyət və bir-sıra xarici dövlətlərin rəsmiləri, parlament üzvləri tərəfindən qınanmışdır. 1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər davam edən Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itgin düşmüşdür. 1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2017-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir. Sonuncu belə silahlı toqquşma 2016-cı iin 2–5 aprelində Dağlıq Qarabağ təmas xəttində baş vermişdir.
Zəhra Quliyeva (siyasətçi)
Zəhra Quliyeva (18 yanvar 1923, Bakı – 28 noyabr 2005, Bakı) — Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin keçmiş sədri (1998–2005), tibb elmləri doktoru (1967), professor. (1968), əməkdar elm xadimi (1981) Zəhra Quliyeva 1923-cü il yanvarın 18-də Bakı şəhərində mühəndis Tahir bəylə, Camal xaımın ailəsində anadan olmuşdur. Tahir Quliyev həm də Neft və Kimya İnstitutunun professoru idi. Zəhra xanım orta təhsilini Bakı şəhəri 132 saylı məktəbdə aldıqdan sonra 1940-cı ildə məkətbi yaxşı qiymətlərlə bitirdiyi üçün Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə imtahansız qəbul edilən tələbələrdən biri olmuşdur. 1944-cü ildə ali məktəbi əla qiymətlərlə bitirən Zəhra Quliyevaya Dövlət Komissiyasının vəsitəsilə Göz xəstəlikləri kafedrasında saxlayıb ordinator vəzifəsini tapşırırlar. Zəhra xanım xatirələrində yazırdı: Beləliklə, 1958-ci ildə o, "Müxtəlif üsulla büllurun çıxarılmasında buynuz qişanın sferikliyinin və refraksiyasının dəyişilməsi" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. Bundan sonra alim "Görmə itiliyinin, refreksiyanın və akkomadasiyanın rəng duyğusuna təsiri" mövzusu üzərində işləməyə başlamış, bununla əlaqədar Moskvaya ezam olunmuşdur. Burada bir müddət Ümumittifaq Elmi-Tədqiqat Dəmir Yolu Gigiyenası İnstitutunun rəng duyğusu laboratoriyasında araşdırmalar aparan Zəhra xanım, 1967-ci ildə həmin mövzuda müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmişdir. 1968-ci ildə Zəhra xanım Azərbaycan Dövlət Tibb İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir, 1975-ci ildə həmin kafedranın müdiri olur. Alimin tədqiqatları o zaman oftalmologiyanın ümdə problemləri sayılan refraksiya-akkomadasiya, rəngin qavranılması, traxoma, tor qişa və görmə siniri xəstəliklərinin öyrənilməsinə həsr olunur.
Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi (kitab)
Seyidlər-i Zəhra (Germi)
Seyidlər-i Zəhra (fars. سيدلرزهر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 89 nəfər yaşayır (20 ailə).
Xanım Fatimeyi-Zəhra məscidi
Xanım Fatimeyi-Zəhra məscidi və ya Fatimeyi-Zəhra məscidi — Azərbaycanın paytaxtı Bakı şəhərinin Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivində məscid. Bakı Şəhər İcra Hakimiyyətinin 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində “Fatimeyi Zəhra” məscidi dindarlarının dini icmasına 1,3 ha torpaq sahəsi ayrılaraq məscid-mədrəsə komleksinin tikintisinə icazə verilib. Həmin ərazi məscidin daimi istifadəsinə verildiyindən hasara alınıb və məscid inşa edilməyə başlanıb. Məscidin tikintisinə 1990-cı illərin sonunda başlanmışdır. Sonradan məscidin tam olaraq tikintisinə imkan verilməyib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 31 oktyabr 2002-ci il tarixli sərəncamı ilə əvvəlki - 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncam etibarsız hesab edilib. Bundan sonra məscidi qeyri-legitim hesab edən Suraxanı Rayon İcra Hakimiyyəti məscidi qarşı məhkəməyə verərək, məhkəmədən torpağın qaytarılmasını, məscidin sökülməsini xahiş edib. Dini icma qarşılıqlı iddia qaldıraraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 31 oktyabr 2002-ci il tarixli sərəncamının ləğv edilməsini və qanunazidd hərəkətlərin dayandırılmasını xahiş edib. Həmin dövrdə dindarların hüquqlarını vəkil Aslan İsmayılov müdafiə edib. Cəmiyyətin təbəqələrinin sərt təpkisinə baxmayaraq 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi, Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə torpaq sahəsinin geri alınaraq məscidin sökülməsinə qərar verib.
Xanım Fatimeyi-Zəhra məscidi (Yasamal)
Xanım Fatimeyi-Zəhra məscidi və ya Fatimeyi-Zəhra məscidi — Azərbaycanın paytaxtı Bakı şəhərinin Yasamal rayonu sahəsində məscid. Məscid Bakıda, Yasamal rayonunda,Çingiz Mustafayev küçəsi 90-da yerləşir. İbadətgah Kərbəlayi Əli Əşrəf Ələsgəroğlu tərəfindən 1919-cu ildə inşa edilmişdir. Məscid 2010-cu ildə təmir edilib. Məscid iki mərtəbədən ibarətdir. Kişilər üçün ibadət zalı birinci mərtəbədə, qadınlar üçün isə ikinci mərtəbədə yerləşir. Qadınların ibadət zalına giriş və qadınların dəstəmazxanası məscidin arxa tərəfindədir. Kişilərin dəstəmazxanası isə məscidin ön hissəsində giriş qapısının yanında yerləşir. İbadətgahda eyni anda 350 nəfər ibadət edə bilər. İbadət evinin bir minarəsi və bir günbəzi var.
Xanım Fatimeyi-Zəhra məscidi (Yeni Günəşli)
Xanım Fatimeyi-Zəhra məscidi və ya Fatimeyi-Zəhra məscidi — Azərbaycanın paytaxtı Bakı şəhərinin Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivində məscid. Bakı Şəhər İcra Hakimiyyətinin 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində “Fatimeyi Zəhra” məscidi dindarlarının dini icmasına 1,3 ha torpaq sahəsi ayrılaraq məscid-mədrəsə komleksinin tikintisinə icazə verilib. Həmin ərazi məscidin daimi istifadəsinə verildiyindən hasara alınıb və məscid inşa edilməyə başlanıb. Məscidin tikintisinə 1990-cı illərin sonunda başlanmışdır. Sonradan məscidin tam olaraq tikintisinə imkan verilməyib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 31 oktyabr 2002-ci il tarixli sərəncamı ilə əvvəlki - 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncam etibarsız hesab edilib. Bundan sonra məscidi qeyri-legitim hesab edən Suraxanı Rayon İcra Hakimiyyəti məscidi qarşı məhkəməyə verərək, məhkəmədən torpağın qaytarılmasını, məscidin sökülməsini xahiş edib. Dini icma qarşılıqlı iddia qaldıraraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 31 oktyabr 2002-ci il tarixli sərəncamının ləğv edilməsini və qanunazidd hərəkətlərin dayandırılmasını xahiş edib. Həmin dövrdə dindarların hüquqlarını vəkil Aslan İsmayılov müdafiə edib. Cəmiyyətin təbəqələrinin sərt təpkisinə baxmayaraq 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi, Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə torpaq sahəsinin geri alınaraq məscidin sökülməsinə qərar verib.
Xanım Zəhra məscidi (Yeni Günəşli)
Xanım Fatimeyi-Zəhra məscidi və ya Fatimeyi-Zəhra məscidi — Azərbaycanın paytaxtı Bakı şəhərinin Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivində məscid. Bakı Şəhər İcra Hakimiyyətinin 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində “Fatimeyi Zəhra” məscidi dindarlarının dini icmasına 1,3 ha torpaq sahəsi ayrılaraq məscid-mədrəsə komleksinin tikintisinə icazə verilib. Həmin ərazi məscidin daimi istifadəsinə verildiyindən hasara alınıb və məscid inşa edilməyə başlanıb. Məscidin tikintisinə 1990-cı illərin sonunda başlanmışdır. Sonradan məscidin tam olaraq tikintisinə imkan verilməyib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 31 oktyabr 2002-ci il tarixli sərəncamı ilə əvvəlki - 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncam etibarsız hesab edilib. Bundan sonra məscidi qeyri-legitim hesab edən Suraxanı Rayon İcra Hakimiyyəti məscidi qarşı məhkəməyə verərək, məhkəmədən torpağın qaytarılmasını, məscidin sökülməsini xahiş edib. Dini icma qarşılıqlı iddia qaldıraraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 31 oktyabr 2002-ci il tarixli sərəncamının ləğv edilməsini və qanunazidd hərəkətlərin dayandırılmasını xahiş edib. Həmin dövrdə dindarların hüquqlarını vəkil Aslan İsmayılov müdafiə edib. Cəmiyyətin təbəqələrinin sərt təpkisinə baxmayaraq 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi, Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə torpaq sahəsinin geri alınaraq məscidin sökülməsinə qərar verib.
Zəhranur Aydəmir
Zəhranur Aydəmir (1998, Ankara ili) — proqram mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Zəhranur Aydəmir 1998-ci ildə Ankarada anadan olub. 2021-ci ildə TOBB İqtisadiyyat və Texnologiya Universiteti Sənaye Mühəndisliyi Bölməsindən, 2023-cü ildə isə həmin universitetin Kompüter Mühəndisliyi Bölməsindən məzun olub. Proqram mühəndisi olaraq çalışır. 2016-cı ildən AK Partiyasının üzvüdür. AK Partiyası Ankara il şöbəsinin gənclər qanadında Siyasi və Hüquqi İşlər Komissiyasının üzvü, həmçinin AK Partiyası gənclər qanadının İdarə Heyətinin üzvü, gənclər qanadının xarici işlər üzrə şöbənin sədri vəzifələrində çalışıb. 2023-cü il mayın 14-də AK Partiyasının namizədi olaraq Ankara ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə və almanca bilir. Evlidir.

zəhra sözünün leksik mənası və izahı

zəhra sözünün etimologiyası

"zəhra" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zəhra nədir? #zəhra sözünün mənası #zəhra nə deməkdir? #zəhra sözünün izahı #zəhra sözünün yazılışı #zəhra necə yazılır? #zəhra sözünün düzgün yazılışı #zəhra leksik mənası #zəhra sözünün sinonimi #zəhra sözünün yaxın mənalı sözlər #zəhra sözünün əks mənası #zəhra sözünün etimologiyası #zəhra sözünün orfoqrafiyası #zəhra rusca #zəhra inglisça #zəhra fransızca #zəhra sözünün istifadəsi #sözlük