zəif sözü azərbaycan dilində

zəif

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • zəif • 96.4944%
  • Zəif • 3.3956%
  • ZƏİF • 0.1100%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zəif bənd
Zəif bənd — televiziya oyunu. Layihə veriliş kimi ilk dəfə 2000-ci il 14 avqust tarixində BBC telekanalında yayımlanmağa başlayıb. Bu layihəni Anna Robinson adlı məşhur qadın aparıcı yaratmışdır. Bu veriliş həm də bilik oyunudur. Sonralar veriliş Azərbaycan, ABŞ, Sinqapur, Türkiyə, Rumıniya, İspaniya, Meksika, İtaliya, İsrail, Makedoniya Respublikası, Cənubi Afrika, Tailand, Sloveniya, Fransa, Honkonq, Braziliya, Almaniya, Çili, Şimali Koreya, Yaponiya, Çin, Çexiya, Yunanıstan, Şotlandiya, İrlandiya, Livan, Rusiya, Serbiya, Portuqaliya və Polşada yayımlanmağa başlayıb. Azərbaycanda veriliş ilk dəfə Lider TV tərəfindən 2001-ci ildən yayımlanmağa başlanmışdır. İlk aparıcısı Kamilə Babayeva olmuşdur. 2006–2011-ci illərdə veriliş dayandırılmışdır. 2011-ci ilin noyabrından veriliş Lider TV-də bərpa edilir və yeni aparıcısı Solmaz Süleymanlı olur. Veriliş hər şənbə günü saat 18:00-da yayımlanırdı, lakin 2014-cü ildə veriliş yenidən bağlanılmışdır.
Zəif dazı
Adi dazı (lat. Hypericum perforatum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Adi dazı üfüqi istiqamətdə uzanan incə kökümsova və güclü inkişaf etmiş kök sisteminə malik, dikduran gövdəli çoxillik ot bitkisidir. Hündürlüyü 30-60 sm, bəzən də artıq olur. Gövdəsi iki qabırğalıdır. Yarpaqları saplaqsız olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər, ovalşəkilli, bir qədər uzunsov və tam kənarlıdırlar. Yarpaqlarının üzərində çoxlu vəzilər vardır. 5 kasa və 5 taç yarpaqlarından ibarət olan qızılı-sarı rəngli çiçəkləri qalxanabənzər süpürgə çiçək qrupu əmələ gətirir. Ləçəklərinin kənarlarında nöqtə şəkilli qırmızı rəngli vəzilər yerləşir. Meyvəsi yumurtavari, üç yuvalı qırmızımtıl qəhvəyi rəngli çoxtoxumlu qutucuqdur.
Zəif dazıotu
Adi dazı (lat. Hypericum perforatum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Adi dazı üfüqi istiqamətdə uzanan incə kökümsova və güclü inkişaf etmiş kök sisteminə malik, dikduran gövdəli çoxillik ot bitkisidir. Hündürlüyü 30-60 sm, bəzən də artıq olur. Gövdəsi iki qabırğalıdır. Yarpaqları saplaqsız olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər, ovalşəkilli, bir qədər uzunsov və tam kənarlıdırlar. Yarpaqlarının üzərində çoxlu vəzilər vardır. 5 kasa və 5 taç yarpaqlarından ibarət olan qızılı-sarı rəngli çiçəkləri qalxanabənzər süpürgə çiçək qrupu əmələ gətirir. Ləçəklərinin kənarlarında nöqtə şəkilli qırmızı rəngli vəzilər yerləşir. Meyvəsi yumurtavari, üç yuvalı qırmızımtıl qəhvəyi rəngli çoxtoxumlu qutucuqdur.
Zəif keçid
Zəif keçid — proqramlaşdırmada zəif istinad zibil toplanması və ya istinadların hesablanması ilə sistemlərdə dinamik şəkildə yaradılmış obyektlərə xüsusi istinad növüdür. Güclü istinadlardan onunla fərqlənir ki, zibil toplayıcı silinəcək obyektləri müəyyən edərkən istinadla obyektin əlaqəsini nəzərə almır. Beləliklə, zəif istinad güclü istinad kimi obyektlə işləməyə imkan verir, lakin lazım gələrsə, ona zəif istinad olsa belə, obyekt silinəcəkdir. Adi istinadlar bəzən zibil yığımı kontekstində "güclü" istinadlar adlandırılır. == Konsepsiyanın məzmunu == Zəif istinad anlayışı zibil yığılmasını dəstəkləyən sistemlərdə və proqramlaşdırma dillərində mövcuddur — istifadəsi dayandırılmış və artıq bərpa edilməyəcək obyektlərin yaddaşdan avtomatik çıxarılması. Zibilin toplanmasına məruz qalan obyektləri müəyyən etmək üçün əlçatanlıq alqoritminin bu və ya digər versiyası istifadə olunur — proqramda ən azı bir istinad olduqda obyekt əlçatan sayılır. Proqramda obyektə bir dənə də olsun istinad qalmadıqda, yəni obyektin istifadəsi dayandırıldıqda, belə obyekt növbəti uyğun anda silinə bilər. Yaddaşın boşaldılması üçün təsvir edilən mexanizm bəzi hallarda "unudulmuş" istinadlara görə yaddaş sızması yarada bilər, yaradılmış obyektlərə istinadlar bir neçə yerdə saxlandıqda və obyekt artıq istifadə edilmədikdə proqramçı onların hamısını silmir. Problemlərin qarşısını almaq üçün proqramçı bağlantıların istifadəsində kifayət qədər sərt nizam-intizama riayət etmək məcburiyyətində qalır ki, bu da həmişə əlverişli deyil. Belə problemlərin qarşısını almaq üçün proqramlaşdırma dili və ya mühiti zəif istinadlar adlandırılanları dəstəkləyə bilər.
Zəif ürək (hekayə)
Zəif ürək — Rus yazıçısı Fyodor Dostoyevskinin 1848-ci ildə A. A. Kraevskinin "Oteçestvennıe zapiski " jurnalının ikinci nömrəsində dərc olunmuş hekayəsidir.1865-ci ildə ayrıca nəşr olaraq buraxılmışdır. == Məzmun == Vasya Şumkov Sankt-Peterburqun hansısa departamentində gənc məmurdur. Kasıb ailədən çıxıb, üstəlik, özü də çolaqdır, ona görə də özünü başqalarından pis hesab edir. Ancaq müdiri ona yaxşı diqqət yetirdi, yaxın bir dostu ona hər cür kömək etdi və Lisa onunla evlənməyə razı oldu. Vasya hesab edir ki, belə bir xoşbəxtliyə layiq deyildi, o, tamamilə özünə qapanır və sonda dəli olur.
Zehni zəiflik
“Yaddaşın normal fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri düşüncənin aydın olmasıdır. Düşüncənin pozulması ilə müşayyət olunan bütün hallarda tam amnezyya qeyd olunur. Bir çox təsadüflərdə amneziyalar beyinin travmaları və ruhi sarsıntıları ilə əlaqədar olaraq baş verdiyi üçün travmanın vaxtından asılı olaraq o bir neçə formaya bölünür. == Retroqrad amneziya == Düşüncənin pozulması ilə müşayiət olunan hadisə zamanı ( travma ) və ondan əvvəlki hadisələrin müəyyən müddət unudulmasına deyilir. Məsələn, avtomobil qəzası nəticəsində düşüncənin qısa müddətli pozulması ilə müşayiət olunan kəllə travması alan adam, maşına mindiyi ana qədər hadisələri ya dəxşı yadına saldığı halda ondan sonrakı travmayadək olan hadisələri tamamilə unutmuşdur. Nəqliyyat hadisəsi maşın yola düşəndən 15 dəqiqə sonra baş vermişdir. Başqa bir xəstə travmaya qədərki beş gün müddətində baş vermiş hadisələri unutmuşdur. == Anteroqrad amneziya == Travmadan sonrakı hadisələrin bu və ya başqa müddət ərzində unudulmasına deyilir. Müddəti bir neçə dəqiqədən bir neçə günə qədər ola bilər. == Retroanteroqrad amneziya == Həm travmadan əvvəlki, həm də travmadan sonrakı dövrləri əhatə edə bilər.
Zəiflətmə müharibəsi
Yorma müharibəsi (ərəb. حرب الاستنزاف‎ Romanizasiya: Hərb əl-İstinzaf; ivr. ‏מלחמת ההתשה‏‎ Romanizasiya: Milhemet haHataşah), 1967-1970-ci illər arasında Sinay yarımadasında İsrail ilə Misir və müttəfiqləri arasında meydana gələn hərbi toqquşmalardır. 1967-ci ildə baş vermiş Altı günlük müharibədən sonra, Ərəb-İsrail qarşıdurmasının mərkəzində olan problemləri həll etmək üçün ciddi bir diplomatik səy göstərilmədi. 1967-ci ilin sentyabrında ərəb dövlətləri İsrail ilə sülh, tanınma və ya danışıqları qadağan edən “üç xeyr” siyasətini həyata keçirməyə başladılar. Misir Prezidenti Camal Əbdül Nasir, yalnız bir hərbi müdaxilənin İsraili və ya beynəlxalq birliyi İsraili Sinaydan çıxarmağa məcbur edəcəyinə inanırdı və iki ölkə arasındakı toqquşmalar qısa bir müddət ərzində Süveyş kanalı boyunca yenidən başladı. Toqquşmalar əvvəlcə qarşılıqlı artilleriya atəşləri və Sinaya kiçik miqyaslı hücumlar ilə məhdudlaşırdı. Ancaq 1969-cu ildə Misir Ordusu daha genişmiqyaslı əməliyyatlara hazırlaşmağa başladı. 8 mart 1969-cu ildə Nasir, Süveyş kanalı boyunca geniş çaplı bombardmanlar, genişmiqyaslı hava döyüşləri və komando hücumlarını özündə cəmləşdirən zəiflətmə müharibəsi elan etdi. Qarşıdurmalar 1970-ci ilin avqustuna qədər davam etdi və atəşkəslə başa çatdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 49.49 dəfə / 1 mln.
2002 •••••••• 23.98
2003 •••••••• 23.23
2004 •••••••••• 30.66
2005 •••••••••• 29.69
2006 ••••••••• 26.35
2007 ••••••••••• 33.62
2008 ••••••••• 27.53
2009 ••••••••••••••••• 52.79
2010 •••••••••••••••• 48.11
2011 ••••••••••••••••••• 59.02
2012 •••••••••••••••••• 55.50
2013 ••••••••••••••••••• 59.66
2014 •••••••••••••••••••• 63.84
2015 •••••••••••••••••• 56.99
2016 ••••••••••••••••• 53.80
2017 ••••••••••••••• 46.17
2018 •••••••••••••••• 50.34
2019 •••••••••••••••••• 54.38
2020 •••••••••••••••• 49.20

zəif sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] 1. Cismən az qüvvətli, gücsüz. Zəif adam. Zəif at. Zəif qol. – [Nadir bəy:] Məxluqatın ən şərəflisi olan insanların, hətta zəif, aciz bir qarıncanın belə qanına girmək, məncə əfvedilməz bir cinayətdir. H.Cavid. // İs. mənasında. Gücsüz, qüvvətsiz adam. Axırda zəiflər yavaşca başlayırlar əkilməyə və güclülər, yəni dəstə sahibləri qalırlar məclisdə. C.Məmmədquluzadə. [Firəngiz:] Zəiflər daima gücdən bəhs edər. H.Cavid. // Sağlam olmayan, möhkəm olmayan, cansız, arıq, xəstələnməyə mail olan. Zəif bədən. Zəif ciyər. Səhhətcə zəif uşaq. – Xasay qatarın səsini eşidincə sanki onun qoluna qüvvət gəldi. Elə bil, zəif ürəyi həmişəlik olaraq sağaldı. Ə.Vəliyev. 2. Üzgün, əldən düşmüş, taqətsiz. □ Zəif düşmək – üzülmək, əldən düşmək, taqətdən düşmək. [Gövhər xanım:] Gör nə zəif düşmüşəm? S.S.Axundov. Zəif eyləmək (etmək) klas. – zəiflətmək, üzmək, əldən salmaq. Dərdi-hicran ol qədr eyləmiş zəif əndamımı; Şaxi-gültək cünbüşi-badi-səbadən titrərəm. S.Ə.Şirvani. Zəif salmaq – zəifləşdirmək, əldən salmaq. Həsən bəy Zərdabi bir zaman xalqı içəridən yeyən, onun qanını soran qurdlardan danışmaqla cəmiyyəti zəif salan tüfeyliləri tapmışdı. M.İbrahimov. 3. məc. Zabitəsiz, qətiyyətsiz. // İradəsiz, iradə qüvvəsi çatışmayan, aciz. [Səməd] … heç kimin qarşısında bu cür zəif və aciz olmamışdı. İ.Hüseynov. 4. Lazımınca nüfuzu, gücü, başqalarına təsiri olmayan. Zəif dövlətlər. Zəif hökmdar. – Bəzi kəndlərdə yoxsullar qrupu zəif idi. Mir Cəlal. 5. Təsiri, gücü az olan. Zəif dərman. Zəif zəhər. 6. Qüvvəsi, gərginlik gücü, fəaliyyət gücü az olan. Zəif cərəyan. Zəif külək. Nəbzi zəif (z.) vurur. – Qazmaların və çadırların ancaq bir neçəsindən çox zəif işıq gəlirdi. Ə.Sadıq. 7. Az, əhəmiyyətsiz, kifayətsiz, pis. Zəif qabiliyyət. Zəif intizam. Zəif iş. Zəif yoxlama. Dili zəif (z.) bilir. Qulağı zəif (z.) eşidir. – Neyləyim, qüdrətim zəifdir hələ; Görüm təbiətin kor olsun gözü! S.Vurğun. 8. Öz işini, vəzifəsini layiqincə yerinə yetirə bilməyən, öz işini, sənətini yaxşı bilməyən, yaxşı işləməyən, işin öhdəsindən gəlməyən. Zəif idarə başçısı. Zəif rəhbər. // Yaxşı oxumayan, pis oxuyan. Zəif tələbə. Zəif sinif. Zəif (z.) oxumaq. Riyaziyyatdan zəifdir. – Bir tələbə dərsdən zəif olanda bütün briqada zəif sayılırdı. Mir Cəlal. // Sənətkarlıq nöqteyi-nəzərindən qeyri-mükəmməl, keyfiyyətsiz. Zəif əsər. Zəif roman. Zəif çalğıçı. Skripkaçının texnikası zəifdir. O, tarda çox zəif (z.) çalır. ◊ Zəif damar – bir şəxsin təsirə düşə bilən ən həssas cəhəti. [Naşad] Zeynalın zəif damarını yaxşı tapmışdı. S.Hüseyn. Zəif yer, zəif cəhət – nöqsan, çatışmazlıq. …Ovçu dostumun da bir zəif cəhəti var idi. M.Rzaquluzadə. Baxış bəyin bir zəif cəhəti vardı: çox şorgöz idi. Ə.Abasov.

    Azərbaycan dilinin izahlı lüğəti / zəif

zəif sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 əhəmiyyətsiz — kifayətsiz

    Azərbaycan dilinin sinonimlər lüğəti / zəif
  • 2 zabitəsiz — qətiyyətsiz — iradəsiz

    Azərbaycan dilinin sinonimlər lüğəti / zəif
  • 3 gücsüz — üzgün — taqətsiz — cansız

    Azərbaycan dilinin sinonimlər lüğəti / zəif
  • 4 1. ZƏİF [Azər:] Nağı kimi zəif adamları eləyir yalançı, ikiüzlü, qorxaq, yaltaq (M.İbrahimov); ACİZ Padşah düşməni aciz saymadığı kimi, arslan ürəkli olub mətbəx pişiyindən qorxmamalıdır (M.S.Ordubadi); NATƏVAN (kl.əd.) Ol bəladır kim, mənim mərhəm bitirməz yarəmi; Yoxsa kim, hər natəvanın dərdi dərmanıncadır (Qövsi); ZƏBUN Zira könlüm həvəslərin pəncəsində zəbundur; Qurtarmıram nə etməli? Bir çarəsiz cünundur (A.Səhhət); HEYSİZ, İQTİDARSIZ. 2. ZƏİF, ÖLGÜN (məc.) (işıq haqqında) ..Kənd daxmasını andıran bir evin qapısında ölgün bir işıq göründü. Bu zəif işıq bəzən qapının ağzında vurnuxub; dar palçıqlı küçəyə batıb qalırdı (M.Hüseyn). 3. zəif bax arıq

    Azərbaycan dilinin sinonimlər lüğəti / zəif

zəif sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 ZƏİF – GUR Qızcığazın zəif səsini eşitdim (M.Talıbov); Xeyli keçdikdən sonra içəridən bir qadının gur səsi eşidildi (C.Əmirov). ZƏİF – TUTARLI Yetər məni eylədin təbliğ və sandın zəif (S.Rüstəm); Ancaq buna dair əlində hələ tutarlı sübut yox idi (C.Əmirov).

    Azərbaycan dilinin antonimlər lüğəti / zəif

zəif sözünün rus dilinə tərcüməsi

  • 1 1. слабый, бессильный, малосильный; 2. хилый, худосочный, чахлый; 3. тщедушный; 4. слабо;

    Azərbaycanca-rusca lüğət / zəif
  • 2 I прил. слабый: 1. немощный, слабосильный, малосильный. Zəif uşaq слабый ребёнок 2. нездоровый, болезненный. Zəif yaddaş слабая память, zəif gözlər слабое зрение, ürəyi zəif со слабым сердцем 3. нестойкий, нетвёрдый. Zəif iradə слабая воля, zəif təbiətli слабый по природе, zəif xarakter слабый характер 4. незначительный, малозаметный. Zəif axın слабое течение, zəif zərbə слабый удар, zəif işıq слабый свет, zəif külək слабый ветер, zəif nəbz слабый пульс, zəif səs слабый голос 5. недостаточный, плохой. Zəif bilik слабые знания, zəif hazırlıq слабая подготовка, zəif intizam слабая дисциплина, zəif təsəvvür слабое представление 6. несовершенный. Zəif əsər слабое произведение, zəif məkələ слабая статья, zəif film слабый фильм 7. плохой, неискусный. Zəif işçi слабый работник, zəif rəhbər слабый руководитель, zəif şagird слабый ученик 8. не способный оказывать сильное действие. Zəif dərman слабое лекарство 9. некрепкий, не насыщенный. Zəif məhlul слабый раствор, zəif turşular хим. слабые кислоты 10. не обладающий значительными оборонительными и наступательными возможностями. Zəif ordu слабая армия 11. не обладающий достаточной силой, могуществом. Zəif dövlətlər слабые государства 12. имеющий небольшую мощность, немощный. Zəif lampa слабая лампа, zəif maşın слабая машина II нареч. слабо. Zəif eşitmək слабо слышать, zəif görmək слабо видеть, zəif işləmək слабо работать, zəif oynamaq слабо играть; zəif silahlanmış слабо вооружённый, zəif çıxış etmək слабо выступать; zəif düşmək обессилеть; zəif salmaq kimi обессилить кого ◊ zəif damarı kimin слабая струна у кого; zəif damarını tapmaq kimin найти слабую струну у кого; zəif yeri kimin слабое место чьё; ахиллесова пята чья; zəif cəhəti kimin, nəyin слабая сторона кого, чего

    Azərbaycanca-rusca lüğət / zəif

zəif sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. 1. weak; ~ düşmən weak enemy; ~ dövlət weak state; ~ dəlil weak argument; ~ kitab weak book; ~ pyes weak play; (çəlimsiz, sısqa) feeble, weakling; ~ uşaq a weakling / feeble child; (xəstəlikdən üzülmüş) debilitated, debilitant; (taqətsiz) languid, faint; (möhkəm olmayan) weak, feeble; ~ halqa weak link; ~ maneə feeble barrier; 2. (xəfif) faint, dim; dull; ~ işıq faint / dim / poor light; ~ səs faint voice; ~ görmə qabiliyyəti dim / dull sight; (tünd olmayan) weak, faint; ~ boya / rəng çaları weak tincture; ~ şriftlər faint types / prints; 3. (bilikcə, qabiliyyətcə) weak, poor; ~ bilik weak / poor knowledge; Mən riyaziyyatdan zəifəm I am weak in mathematics; ~ tələbə a weak student; ~ cavab a weak answer / reply; ~ mülahizə poor judgement; 4. (cəsarətcə) weak, faint; ~ iradə weak will; ~ xasiyyət weak character; 5. (nöqsanlı, qüsurlu) weak; ~ yer / cəhət weak point / spot / side; ◊ ~ damar idiom. foible, weakness (for); ◊ ~ damarını tapmaq / bilmək to know* one’s weakness (for) / foible; ~ düşmək to become* weak / feeble / languid; ~ yerini / cəhətini tapmaq to find* the weak point / spot / side (of), to find* the joint in the armour; ~ salmaq to weaken (d.), to make* weak (d.), to enfeeble (d.), to render (d.) feeble; to debilitate (d.) II. z. faintly; feebly; weakly; (ölgün, yavaş) languidly; (pis) poorly, badly; ~ işıqlandırılmış faintly lit; özünü ~ hiss etmək to feel* weak / poorly; O özünü zəif hiss edir He / She feels weak; He / She is feeling poorly

    Azərbaycanca-ingiliscə lüğət / zəif

zəif sözünün fransız dilinə tərcüməsi

  • 1 I sif. 1) faible adj ; ~ adam homme m faible ; ~ düşmən ennemi m faible ; ~ uşaq enfant m faible ; ürəyi ~ olmaq avoir le cœur faible ; səhhəti ~ olmaq avoir une santé précaire (fragile) ; faible, fatigué, -e, affaibli, -e, bas, -se adj ; çox tezdir, o hələ ~dir il est trop tôt, il est toujours fatigué ; ~ ip corde f fragile ; ~ bənd maillon m faible (intellektual oyun) ; 2) faible ; ~ işıq faible lumière f ; ~ səslə d’une faible voix ; ~ görmə qabiliyyəti mauvaise vue m ; 3) faible ; ~ dövlətlər pays m faibles ; ~ cins sexe m faible ; 4) faible ; ~ tələbə étudiant m (étudiant f) faible ; bu şagird riyaziyyatdan ~dir cet élève est faible en maths ; 5) veule, idécis, -e, mou (molle) adj ; ~ iradəli sans volonté, veule ; ~ xarakterli de faible caractère 6) faible ; ~cəhət, ~ yer côte m faible, point m faible, la partie f faible ; ~ damar le faible ; ~ damarını tutmaq prendre qn par son faible ; ~ yanını (tərəfini) bilmək connaître vt la faiblesse de qn ; hər kəsin ~ cəhətləri var chacun a ses faiblesses ; ~ salmaq affaiblir vt ; rendre vt faible, rendre moin fort II zərf. faiblement, doucement, lentement adv ; otaq ~ işıqlandırılıb la salle est faiblement éclairée ; özünü ~ hiss etmək sentir (se) faible ; işlər çox ~ gedir les affaires marchent tout lentement ; bu kostyum səni ~ göstərir ce costume te maigrit

    Azərbaycanca-fransızca lüğət / zəif

zəif sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. зайиф (1. тӀимил гуж авай, гужсуз, къуватсуз (мес. кас); // сущ. зайифди, къуватсуз кас; // сагълам тушир, азарлу тегьер (мес. рикӀ, вил); ччан алачир, яхун (мес. беден); 2. такьатсуз; zəif düşmək зайиф хьун, такьатдай аватун; zəif eyləmək (etmək) клас. зайиф авун, зайифрун, такьатдай авудун; zəif salmaq зайифрун, такьатдай авудун; 3. пер. къетӀивал авачир, гафунал (кардал) кӀеви тушир, кӀевивал тийир; рикӀ авачир, ажуз; 4. лазим кьадар гужлу тушир (мес. девлетар, пачагь); гуж (эсер) тӀимил авай (мес. дарман, гар); 5. тӀимил, бес кьадар тушир, пис (мес. кӀвалах, алакьун); 6. вичин кар лайихлудаказ кьилиз акъуд тийир, вичин пеше хъсандиз течир, кар алакь тийир (мес. регьбер); // хъсандиз кӀел тийизвай, пис кӀелзавай (мес. ученик); // пешекарвилин жигьетдай хъсан тушир, мес. роман, музыкант); ** zəif damar зайиф дамар, са касдиз эсер ийиз жедай лап гьассас жигьет; zəif yer, zəif cəhət зайиф чка, зайиф жигьет, нукьсан, кимивал.

    Azərbaycanca-ləzgicə lüğəti / zəif

zəif sözünün türk dilinə tərcüməsi

zəif sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. əldən düşmüş; taqətsiz, gücsüz.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"zəif" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zəif nədir? #zəif sözünün mənası #zəif nə deməkdir? #zəif sözünün izahı #zəif sözünün yazılışı #zəif necə yazılır? #zəif sözünün düzgün yazılışı #zəif leksik mənası #zəif sözünün sinonimi #zəif sözünün yaxın mənalı sözlər #zəif sözünün əks mənası #zəif sözünün etimologiyası #zəif sözünün orfoqrafiyası #zəif rusca #zəif inglisça #zəif fransızca #zəif sözünün istifadəsi #sözlük