zəifləmək sözü azərbaycan dilində

zəifləmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • zəifləmək • 85.1485%
  • Zəifləmək • 7.9208%
  • ZƏİFLƏMƏK • 6.9307%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2010 ••••••••••• 0.09
2011 ••••••••••• 0.09
2012 ••••••••••• 0.09
2015 •••••••••••••••••••• 0.17
2020 •••••••••••••••• 0.13

zəifləmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Gücdən düşmək, qüvvətdən düşmək, əldən düşmək, halsızlaşmaq. Xəstə gündən-günə zəifləyir. – Ustanın azarı günü-gündən şiddətlənirdi; bədəni zəifləyib gücdən düşürdü. Çəmənzəminli. 2. Gücü, təsiri, təsir qüvvəsi, şiddəti, gərginliyi və s. azalmaq. Şaxta zəifləmişdir. İşıq getdikcə zəifləyir. Külək gah zəifləyir, gah güclənir. – Samovarın qaynaması zəifləyib, əvvəlki gurultu sakit olmuş, ocağın alovu sönmüşdü. H.Nəzərli. …Əmiraslan baba Solmazın zəifləyən əlini ovcuna aldı. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / zəifləmək

zəifləmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

zəifləmək sözünün antonimləri (əks mənalı sözlər)

zəifləmək sözünün rus dilinə tərcüməsi

  • 1 слабеть, ослабевать, хиреть, чахнуть, тощать, изнуряться

    Azərbaycanca-rusca lüğət / zəifləmək
  • 2 глаг. слабеть, ослабевать, ослабеть: 1. становиться, стать немощным, слабосильным, малосильным 2. становиться, стать нездоровым, болезненным. Ürəyi zəifləyib kimin ослабло сердце чьё 3. становиться, стать нестойким. İradəsi zəifləyib kimin ослабла воля чья 4. становиться, стать более слабым, менее интенсивным. Külək zəifləyir ветер слабеет 5. становиться, стать недостаточным, плохим. Hafizəsi zəifləyir память слабеет 6. становиться, стать неискусным. Komanda zəifləyir команда слабеет 7. становиться, стать более слабым, немощным. Motor zəifləyir мотор слабеет 8. ухудшаться, ухудшиться, падать, упасть, становиться, стать хуже. İntizam zəifləyib дисциплина ослабла

    Azərbaycanca-rusca lüğət / zəifləmək

zəifləmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. to weaken, to become* weak (er), to grow* weak (er); to pine; to prostrate; xəstəlikdən ~ to weaken by illness; su ilə (qatmaqla) şərabı ~ to weaken wine with water; aclıqdan ~ to pine with hunger; dərddən / kədərdən ~ to pine / to prostrate with grief / sorrow; O, xəstəlikdən zəifləyib He / She has been weakened by illness; Kədər onu zəiflətdi She / He prostrated with grief

    Azərbaycanca-ingiliscə lüğət / zəifləmək

zəifləmək sözünün fransız dilinə tərcüməsi

  • 1 f. affaiblir (s’), devenir vi (ê) faible ; maigrir vi, devenir vi (ê) maigre (arıqlamaq) ; dessécher (se)(dərddən, fikirdən) ; fondre vi (xəstəlikdən) ; o, xəstəlikdən sonra zəifləyib il a fondu depuis sa maladie

    Azərbaycanca-fransızca lüğət / zəifləmək

zəifləmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. зайиф хьун, гужунай (къуватдай) аватун, гьалсуз хьун; 2. гуж (къуват, кӀевивал, эсер ва мс.) тӀимил хьун; külək zəifləmişdir гар зайиф хьанва.

    Azərbaycanca-ləzgicə lüğəti / zəifləmək

zəifləmək sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#zəifləmək nədir? #zəifləmək sözünün mənası #zəifləmək nə deməkdir? #zəifləmək sözünün izahı #zəifləmək sözünün yazılışı #zəifləmək necə yazılır? #zəifləmək sözünün düzgün yazılışı #zəifləmək leksik mənası #zəifləmək sözünün sinonimi #zəifləmək sözünün yaxın mənalı sözlər #zəifləmək sözünün əks mənası #zəifləmək sözünün etimologiyası #zəifləmək sözünün orfoqrafiyası #zəifləmək rusca #zəifləmək inglisça #zəifləmək fransızca #zəifləmək sözünün istifadəsi #sözlük