zəiflətmə sözü azərbaycan dilində

zəiflətmə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • zəiflətmə • 91.3043%
  • Zəiflətmə • 8.6957%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zəiflətmə müharibəsi
Yorma müharibəsi (ərəb. حرب الاستنزاف‎ Romanizasiya: Hərb əl-İstinzaf; ivr. ‏מלחמת ההתשה‏‎ Romanizasiya: Milhemet haHataşah), 1967-1970-ci illər arasında Sinay yarımadasında İsrail ilə Misir və müttəfiqləri arasında meydana gələn hərbi toqquşmalardır. 1967-ci ildə baş vermiş Altı günlük müharibədən sonra, Ərəb-İsrail qarşıdurmasının mərkəzində olan problemləri həll etmək üçün ciddi bir diplomatik səy göstərilmədi. 1967-ci ilin sentyabrında ərəb dövlətləri İsrail ilə sülh, tanınma və ya danışıqları qadağan edən “üç xeyr” siyasətini həyata keçirməyə başladılar. Misir Prezidenti Camal Əbdül Nasir, yalnız bir hərbi müdaxilənin İsraili və ya beynəlxalq birliyi İsraili Sinaydan çıxarmağa məcbur edəcəyinə inanırdı və iki ölkə arasındakı toqquşmalar qısa bir müddət ərzində Süveyş kanalı boyunca yenidən başladı. Toqquşmalar əvvəlcə qarşılıqlı artilleriya atəşləri və Sinaya kiçik miqyaslı hücumlar ilə məhdudlaşırdı. Ancaq 1969-cu ildə Misir Ordusu daha genişmiqyaslı əməliyyatlara hazırlaşmağa başladı. 8 mart 1969-cu ildə Nasir, Süveyş kanalı boyunca geniş çaplı bombardmanlar, genişmiqyaslı hava döyüşləri və komando hücumlarını özündə cəmləşdirən zəiflətmə müharibəsi elan etdi. Qarşıdurmalar 1970-ci ilin avqustuna qədər davam etdi və atəşkəslə başa çatdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2010 •••••• 0.09
2012 •••••• 0.09
2017 •••••••••••••••••••• 0.33

zəiflətmə sözünün leksik mənası və izahı

zəiflətmə sözünün rus dilinə tərcüməsi

zəiflətmə sözünün ləzgi dilinə tərcüməsi

"zəiflətmə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zəiflətmə nədir? #zəiflətmə sözünün mənası #zəiflətmə nə deməkdir? #zəiflətmə sözünün izahı #zəiflətmə sözünün yazılışı #zəiflətmə necə yazılır? #zəiflətmə sözünün düzgün yazılışı #zəiflətmə leksik mənası #zəiflətmə sözünün sinonimi #zəiflətmə sözünün yaxın mənalı sözlər #zəiflətmə sözünün əks mənası #zəiflətmə sözünün etimologiyası #zəiflətmə sözünün orfoqrafiyası #zəiflətmə rusca #zəiflətmə inglisça #zəiflətmə fransızca #zəiflətmə sözünün istifadəsi #sözlük