əziz sözü azərbaycan dilində

əziz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əziz • 51.0518%
  • Əziz • 48.8654%
  • ƏZİZ • 0.0827%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kamran Əziz
Kamran Əziz (tam adı: Kamran Mehmet qızı Əziz; 1922, Nikosiya, Nikosiya rayonu[d] – 7 mart 2017, Şimali Nikosiya) — Kipr türk, bəstəkar, əczaçı. Kipr türk xalq musiqisinə verdiyi töhfələrlə bu musiqi növünün müasir qabaqcıllarından oldu. Bununla yanaşı, Kipr türkləri arasında xalq içində musiqi ifa edən ilk qadınlardan biri olaraq Jalə Dərvişlə birlikdə qərb musiqisinin icrasını və təhsilini yaydı. Kipr türk xalqının ilk qadın bəstəkarı və ilk qadın əczaçısı idi. Nikosiyada anadan olan Kamran Əziz, burada Nikosiya Amerikan akademiyasını bitirdikdən sonra Kiprdəki Britaniya rəhbərliyinin əczaçılıq proqramına qəbul oldu. 1944-cü ildə buradan məzun olub, 1945-ci ildə öz aptekini açdı, "Əziz apteki" adını verdiyi aptekində 1997-ci ilə qədər çalışdı. 1959-cu ildə da Kipr türk əczaçılar ittifaqının qurucuları arasında yer aldı, sonrakı illərdə dərmanlar anbarı yaratdı və icra fəaliyyətlərinə başladı. 1950-ci illərdə bir neçə yoldaşıyla birlikdə "Kamran Əziz və dostları" qrupunu yaratdı, bu qrupda qarmon çaldı və zaman zaman solistlik etdi. Bu qrupla birlikdə 1963-cü ilə qədər canlı radio və televiziya proqramlarında musiqi ifa etdi, Kipr türk xalqının musiqi zövqünü ənənəvi türk musiqisindən qərb musiqisinə yaxınlaşdırdı. Musiqi həyatı boyu, yetmişdən artıq musiqi bəstələdi, on beş musiqi sözləri başqa musiqiçilər tərəfəindən bəstələndi.
Kənan Əziz
Kənan Məmmədov (9 oktyabr 1946, Bakı) — Azərbaycan kinooperatoru, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının baş operatoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2000), Avropa Kino Akademiyasının üzvü (2010). == Həyatı == Kənan Məmmədov 1946-cı il oktyabrın 9-da Bakıda doğulub. 1965-ci ildə orta məktəbi bitirib. Hələ uşaqlıq illərində sənətkar Xan Babayevlə ünsiyyət onun gələcək peşə seçiminə müsbət təsir göstərib. 1971-ci ilə qədər Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1971–1976-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda A. V. Qalperinin emalatxanasında kinooperator fakültəsində təhsilini başa vurub, "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərdə quruluşçu operator kimi fəaliyyətə başlamışdır. Hal-hazırda eyni zamanda ANS TV-də baş operator kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan SSR Dövlət Mükafatı laureatıdır. 1996–2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir. 2010-cu ildə Avropa Kino Akademiyasının üzvü seçilmişdir.
Əziz
Əziz — kişi adı. Əziz Dövlətabadi — Cənubi Azərbaycan dilçisi, filoloqu. Əziz Ələkbərli — filologiya üzrə fəlsəfə doktoru, dosent. Əziz Əsədov — hüquq elmləri doktoru, professor. Əziz Qubaydullin — professor, yazıçı, tarixçi, repressiya qurbanı. Əziz Mirəhmədov — ədəbiyyatşünas, tənqidçi. Əziz Sancar — ABŞ biokimyaçısı. Əziz Əliyev Əziz Əliyev (dövlət xadimi) — Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor. Əziz Əliyev (alim) — Azərbaycanlı tibb elmlər doktoru, professor. Oxşar Əl-Əziz (ər.
Arif Əziz
Arif Möhübəli oğlu Əzizov (3 yanvar 1943, Bakı) — Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru. Azərbaycan Respublikasının xalq rəssamı (2018). Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri. == Həyatı == Arif Möhübəli oğlu Əzizov (Arif Əziz) 1943-cü il yanvarın 3-də Bakı şəhərində dünyaya göz açıb. Onun erkən uşaqlıq çağları ağır müharibə dövrünə, həmçinin müharibədən sonrakı çətin, məhrumiyyət dolu illərə təsadüf edib. Lakin o, bütün bunlara baxmayaraq təhsil almış, ürəyində rəssam olmaq arzusu yetişmişdi. Doğma torpağın isti rəngləri, çağlayan Xəzərin göy suları, çılğın xəzrinin soyuq nəfəsi, Abşeronun üstü günbəzli kənd evləri, qumlu Bakı bağlarının əncir-üzümü, bol nemətləri… ta uşaqlıqdan onun gözləri önündə canlanır, onu duyğulandırır, hafizəsinə həkk olurdu. Bəlkə elə bu erkən təəssüratların, romantik duyğuların təsirindəndir ki, rəssam sonralar "Abşeron məktəbi" adlanan bədii istiqamətə, üsluba meyillənmiş, tablolarında Abşeron torpağını, Bakı görüntülərini dönə-dönə kətan üzərinə köçürmüşdür. Arif Əziz 1960–1965-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxuyur. Buranı bitirdikdən sonra o, təhsilini artırmaq üçün Moskvaya yollanır və Moskva Ali Bədii-Sənaye Məktəbinin "Qrafik dizayn" fakültəsinə daxil olur.
Tariq Əziz
Tariq Əziz (ərəb. طارق عزيز‎; 28 aprel 1936[…], Telkafe, Neynəvə mühafəzəsi – 5 iyun 2015[…], Nəsiriyyə) — İraqın informasiya (1974–1977) və xarici işlər naziri (1983–1991). == Həyatı == 28 aprel 1936-cı ildə İraqda doğulub. 5 iyun 2015-ci ildə İraqda vəfat edib.
Vahid Əziz
Vahid Əziz (tam adı: Cəfərov Vahid Əziz oğlu; 23 noyabr 1945, Herher, Paşalı rayonu) — şair, tərcüməçi, Azərbaycan Respublikasının Xalq şairi (2019), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1978), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1974). == Həyatı == Vahid Əziz 1945-ci il noyabrın 23-də Ermənistanın Dərələyəz mahalının Əzizbəyov rayonunun Əzizbəyov kəndində qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycanın Tərtər rayonuna köçdüklərindən orta məktəbi orada bitirmişdir (1963). Əmək fəaliyyətinə Əli Bayramlı şəhərində Şirvanneft trestində başlamışdır (1963–1964). Azərbaycan Politexnik İnstitutunu bitirmişdir (1971). "Xəbər Mətbuat Agentliyi"ndə müxbir (1971–1976), Bakı şəhər Partiya Komitəsində təbliğat və təşviqat şöbəsində təlimatçı (1976–1982), Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, mətbuat bölməsinin müdiri (1982–1989), Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini (1989–1991) vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin katibi olmuşdur (1991–1997). Bakı şəhər İcra hakimiyyətinin Reklam və Şəhər tərtibatı Departamentində "Reklamların Azərbaycan dilində yazılışına nəzarət bölməsi"nin müdiri olmuşdur. Dağlıq Qarabağ üzrə respublika təşkilat komitəsinin üzvüdür (1989-cu ildən). İnqilabdan əvvəl görkəmli rus ədiblərinin erməni — Azərbaycan münasibətlərinə dair yazdıqları əsərlərin yenidən nəşrini bilavasitə təşkil etmişdir.
İlham Əziz
Əl-Əziz
Əl-Əziz (ər. العزيز) — Allahın adlarından biri. (Ya Rəsulum!) Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir! (İbrahim Surəsi, 47) Allahın 'Əziz' sifəti, Onun heç bir zaman məğlub edilə bilməyəcəyini, hər vaxt qalib olanın Özü olduğunu ifadə edir. Allah kainatda mütləq qüvvət sahibidir və Ondan üstün heç bir güc yoxdur. Kainatdakı bütün nizamı, insanların sirrini qavramağa güc çatdıra bilmədikləri və ya yeni-yeni kəşf edə bildikləri hər cür qanunu yaradan Allahdır. Bunula yanaşı yer üzündə olan hər canlını yaradan da Odur. Allahın kainatda özünü göstərən sonsuz gücü və qüdrəti qarşısında, yaratdıqlarının acizliyi açıq-aşkardır. Yaratdığı bütün varlıqlar ancaq Onun əmriylə hərəkət edə bilir, həyatlarını davam etdirə bilir, müəyyən bir nizam içində var ola bilirlər.
Əziz Alpoud
Əziz Alpoud və ya Mir Əbdüləziz Mir Seyfəddin oğlu Seyidov (1895, Qazax qəzası – 17 iyun 1988, Ankara) — Azərbaycanın dəmir yolları üzrə baş hakimi (1918-1920). == Həyatı == Mirəbdüləziz Seyiddov 1895-ci ildə anadan olub. Əziz Alpoud Əhrar Partiyası üzvü olmuşdur.
Əziz Boran
Əziz Boran (tam adı: Əziz Boran Orduxan oğlu) — tarix elmləri namizədi, BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti. == Həyatı == 1954-ci il dekabrın 30-da Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kəndində anadan olmuşdur. 1972-cı ildə Ağdam rayonunun Mərzili kənd orta məktəbi əla qiymətlə bitirmişdir. == Təhsili və elmi adları == 1972-1976-cü illərdə Azərbaycan Pedaqoji İnstitutu Tarix fakültəsinin əyani şöbəsini əla qiymətlə bitirmişdir 1986-cü ildə "Azərbaycan SSR-də sosialist mədəniyyətinin inkişafında fəhlə sinfinin iştirakı (1971-1980-ci illər)" mövzsusunda namizədlik dissertasiyası müdafiə etmiş və tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Hal-hazırda "Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar problemi" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir == Əmək fəaliyyəti == 1976-1981-cü illər Ağdam rayonu Mərzili kənd orta məktəbində müəllim işləmişdir. 1981-1984-ci illərdə Bakı Dövlət Universitetində SSRİ tarixi ixtisası üzrə əyani aspiranturada təhsilini davam etdirmişdir. 1985-ci fevral-1986-cı il dekabr SSRİ tarixi kafedrasında laborant,1986-cı ilin dekkabrından bu günədək Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasında müəllim işləyir. Hüquq, Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər, Filologiya fakültələrində, Tarix fakültəsinin bakalavr və magistr pillələrində Azərbaycan tarixi, Azərbaycanda sovet işğal rejiminə qarşı mübarizə (1920-1991-ci illər) fənlərindən mühazirə və seminar məşğələləri aparır. 45 adda elmi məqalənin və 3 kitabın müəllifidir, o cümlədən "Siyasi tarix", "Azərbaycan tarixi", üzrə 3 proqramı nəşr edilmişdir. == Tədqiqat sahəsi == Azərbaycan tarixinin XIX –XX əsrin əvvəli dövrüdür.
Əziz Dövlətabadi
Əziz Dövlətabadi (1922, Təbriz - 30 aprel 2009, Təbriz) — Cənubi Azərbaycan dilçisi, filoloqu. == Həyatı == Əziz Dövlətabadi 1922-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Milli kitabxananın rəisi vəzifəsində çalışmışdı. Əziz Dövlətabadi 30 aprel 2009-cu ildə vəfat edib. == Elmi fəaliyyəti == XX əsr İran Azərbaycanın alimi Əziz Dövlətabadi «Süxənvərani-Azərbaycan» («Azərbaycan şairləri») təzkirəsinin I cildində 352, II cildində 499 fars dilində yazan Azər¬baycan şairləri haqqında məlumat vermişdir. Əziz Dövlətabadinin «Qafqazın farsca yazan şairləri» təzkirəsində isə «Şimali Azərbaycanın Bakı, Ordubad, Gəncə, Naxçıvan şəhərlərində, o cümlədən Ermənistan, Dağıstan, Gürcüstanda yaşa-yan 228-dək farsca yazan azərbaycanlı» şairlər haqqında bilgilər vardır. Əsər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri olan X.Şirvani, Z.Şirvani, A.Bakıxanov, S.Ə.Şirvani, X.Natəvan, S.Nigari və başqalarının həyat və fəaliyyətləri haqqında dəyərli məlumatlar əldə etməyə imkan verir.
Əziz Kərimov
Əziz Kərimov ( azərb. Əziz Elxan oğlu Kərimov‎ ) azərbaycanlı fotoqrafdır. O, Free Media Awards 2020 The Fritt Ord (təşkilat) mükafatına layiq görülüb. == Həyat və İş təcrübəsi == 1987-ci ildə Bakı şəhərində anadan olub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bitirib. 2013-cü ildə çəkdiyi fotolar Associated Press agentliyində dərc olunub çalışıb, sonradan karyerasına müstəqil fotoqraf kimi başlayıb. 2019-cu ildə, dünya nəhəndi olan Getty Images agentliyinə qoşulur. 2013 Freedom House təşkilatının keçirdiyi müsabiqədə Azərbaycan, Bəhreyn, Belarus, Çin, Rusiya, Cənubi Sudan və Suriya da daxil olmaqla 20-dən çox ölkədən fotoşəkillərdən ibarət sərgi hazırlanır. 2014-cü ildə YARAT-ın təşkil etdiyi ."BEYNƏLXALQ YAY FOTO MƏKTƏBİ"ində MAGNUM PHOTOS peşəkar təlimçilərinin təlimində iştirak edir. " 2017-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi, idman fotojurnalistikası. 2019 Azərbaycan Dillər Universitetinin müəllimi – Fotojurnalistika fənnini tədris edib.
Əziz Mirəhmədov
Əziz Mirəhmədov (tam adı: Mirəhmədov Əziz Mirfeyzulla oğlu; 11 fevral 1920–2002) — ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1959), Azərbaycanın Əməkdar elm xadimi (1982), filologiya elmləri doktoru (1976), Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1980). == Həyatı == Əziz Mirəhmədov 1920-ci ildə Bakı şəhərində doğulmuşdur. İlk təhsilini Bakıda M. A. Əliyev və M. F. Axundov küçələrinin kəsişdiyi yerdə olan 25 nömrəli məktəbdə almışdır. Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuşdur. İlk məqaləsi hələ tələbə ikən "Azərbaycan müəllimi"nin sələfi olan "Müəllim qəzeti"nin 13 may 1938-ci il nömrəsində çap olunmuşdur. 1941-ci ildə APİ-ni bitirdikdən sonra gənc Əziz bir qədər orta və ali məktəblərdə dərs deyir, 1942-ci ildə Mərdəkandakı 156 nömrəli məktəbdə müəllim işləyir. 1943–1948-ci illərdə ADU-nun "Azərbaycan ədəbiyyatı" kafedrasında baş müəllim vəzifəsini tutur. Xalq şairi B. Vahabzadə də onun tələbəsi olmuşdur. Bəxtiyar Vahabzadənin xatirəsində deyilir: "Xəyalım ilk tanışlığımıza — 1943-cü ilin sentyabrına getdi. Bu o gün idi ki, gənc, ucaboy, qarayanız aspirant Əziz Mirəhmədov bizə dərs deyirdi.
Əziz Məmmədov
Əziz Məmmədov — kino və dekor rəssamı, animator. == Həyatı == Əziz Məmmədov 1955-ci ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (1969–1973), İncəsənət İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb (1985–1990). 1976-cı ildən dekor rəssamı, daha sonra quruluşçu rəssam işləyir. == Filmoqrafiya == Arxada qalmış gələcək (film, 2004) Arxası qibləyə (film, 2009) Bağ mövsümü (film, 1985) Buta (film, 2011) Dərvişin qeydləri (film, 2013) Düyün (film, 2008) Etiraf (film, 1992) Əlvida, cənub şəhəri (film, 2006) Əlvida, Şmidt! (film, 2019) Fəryad (film, 1993) Girov (film, 2005) Gözlə məni (film, 1980) Güllələnmə təxirə salınır!...
Əziz Nesin
Əziz Nesin (türk. Aziz Nesin, əsl adı Mehmet Nusret) (20 dekabr 1915[…] və ya 21 dekabr 1915, Heybəliada və ya İstanbul – 6 iyul 1995[…], Alaçatı, İzmir ili) — türk yazıçısı, publisist və dramaturq. == Həyatı == Əziz Nesin 20 dekabr 1915-ci ildə İstanbulda anadan olub. Darüşşəfəq məktəbində təhsil aldığı illərdə Quranı əzbərdən öyrənərək hafiz olmuşdur. Əziz Nesin 1935 ildə İstanbuldakı Qülləli Əsgər Litseyinə daxil olur. 1937-ci ildə isə Ankara Hərb məktəbini bitirir. Eyni zamanda isə İncəsənət Məktəbini də bitirir. Oxuduğu hərb məktəbində düşüncələrinə görə təqib olunurmuş. 1941-ci ildə dünya müharibəsi başlayanda o da zabit kimi orduya çağrılır. Burada tank kurslarını da bitirir.
Əziz Nəzərov
Nəzərov Əziz Nəzər oğlu (1898, Hacı Elyaz, İrəvan qəzası – 29 noyabr 1942, Bakı) — partiya və dövlət xadimi. == Həyatı == 1917-ci ildə Fevral inqilabı ərəfəsində İrəvanda Fəhlə Əsgər Deputatları Sovetinə (çörəkçilər ittifaqından) seçilmişdir. 1917-ci ildə Oktyabr inqilabından əvvəl Rostov-Don şəhərinə getmiş, mühəndis Saprunovun yanında sürücü kurslarında təlim almışdır. 1918-ci ildə Gəncə şəhərində yerləşən Gəncə stansiyasında işə düzəlmiş və burada Hümmət Partiyasına daxil olmuşdur. 1919-cu ildə ailəsini İrəvandan Gəncəyə gətirir. Azərbaycanın sovetləşməsi dövründə Gəncə stansiyası inqilab komitəsinin sədrinin müavini seçilir, may üsyanından sonra isə Gəncə stansiyası inqilab komitəsinin, Gəncə inqilab komitəsinin sədri seçilir. Sonra ikinci rayonun milis rəisi, 1924-cü ilə qədər Gəncə stansiyası Dəmir Yolları Xalg Komissarlığının mühafizə rəisi təyin olunur. 1920-ci ilin may ayında Əziz Nəzərov yoldaşları ilə birlikdə müsavatçıların əlindən zirehli qatarı (bronepoezd və vaqonları) alıb Azərbaycan İnqilab Komitəsinin rəhbərliyinə (Nəriman Nərimanova) verir. 1924-cü ildə Bakı şəhər Dəmir Yolları Xalg Komissarlığının mühafizə rəisinin köməkçisi vəzifəsinə təyin olunur. 1926–1930-cu illərdə Bakı Şəhər Soveti inzibati şöbəsinin rəisi (sonralar həmin şöbə şəhər milisi adlandırılır).
Əziz Qubaydullin
Qubaydullin Qazis (Əziz) Salih oğlu (15 (27) iyun 1887 və ya 1887 – 13 oktyabr 1937 və ya 1938, Bakı) – professor, yazıçı, tarixçi, repressiya qurbanı. == Həyatı == 1887-ci ilin iyununda Kazanda tacir ailəsində anadan olmuş Əziz Salih oğlu Qubaydullin adı qaynaqlarda Əziz, Aziz, Qaziz, Oaziz, soyadı Qubaydullin, Ubaydullin, ata adı isə Saleh, Salih və ya Salihoviç kimi yazılıb. Bu fərqlilik eyni ad və soyadın Rus, Tatar və Azərbaycan türkcəsində yazılışından doğur. Valideynləri Əzizi kiçik yaşlarında mollaxana adlandırdığımız məhəllə məktəbinə göndərib. Orada "Qurani Kərimi" oxumağı, islam dininin əsaslarını öyrəndikdən sonra, yəni səkkiz yaşında Xalidiyyə mədrəsəsinə gedib. Onun oxuduğu mədrəsədə dərs deyən müəllimlər Yaxın Şərqin məşhur elm ocaqlarında oxuduqlarından tələbələrinə formal sxolastik məntiq və fəlsəfəni də dərindən öyrətməyə çalışıblar. Tatarıstan Rusiya işğalı altına düşdükdən sonra buradakı ziyalıların çoxu Rus mədəniyyəti, ədəbiyyatı ilə eləcə də Rusiya vasitəsilə Avropanın inkişaf etmiş xalqlarının ərəbiyyatı, elmi və mədəniyyəti ilə yaxından tanış ola bilmişdilər. Buna görə də Xalidiyyə mədrəsəsinin tədris proqramı Yaxın Şərqin mədrəsələrinin ənənəvi tədris proqramından xeyli fərqlənirdi. Belə ki, burada tələbələr Qərb mədəniyyəti, orada gedən ideoloji mübarizələr tarixi ilə də tanış ola bilirdilər. Əziz də mədrəsədə oxumaqla yanaşı, hökumətin açdığı Rus-tatar məktəbinə də gedib.
Əziz Sancar
Əziz Səncər (türk. Aziz Sancar; 8 sentyabr 1946) — Türk həkim akademik, biokimyaçı, molekulyar bioloq və elm adamı. 1997-ci ildən bu yana ABŞ-dakı Çapel-Hill Şimali Karolina Universitetində Biokimya və Biofizika proqramı üzrə çalışan Səncər, son 20 ildə DNT təmirinin bir çox hissəsini müəyyənləşdirmək üçün istifadə etdiyi ilk biokimyəvi yanaşmaları ilə tanınır. Mehmed Özdoğanla birlikdə ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk Amerikalı türk olaraq tanınır. DNT təmiri sahəsindəki araşdırmaları və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfinə görə Kimya üzrə Nobel mükafatına layiq görülüb. Texas Universitetində məşhur alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya üzrə doktorantura təhsili alan Əziz Səncərin ixtira etdiyi və adlandırdığı "Maxicell" üsulu ilə "excinuclease/excision nuclease" ferment terminləri, Oksford Universitetinin Oksford Biokimya və Molekulyar Biologiya lüğətinə daxil olub. == Həyatı və elmi fəaliyyəti == Əziz Səncər 1946-cı ildə Mardinin Savur ilində orta gəlirli fermer ailəsinin səkkiz uşağından yeddincisi olaraq dünyaya gəlib. Xalqların Demokratik Partiyasından (türk. Halkların Demokratik Partisi,HDP) millət vəkili olan qohumu Mithat Səncərin ifadəsinə görə, Əziz Sancərin ana dili ərəb dili idi, ailədə ərəbcə danışılırdı. Əziz Səncər,ərəb dilində valideynləri ilə, lakin bacı-qardaşları ilə türk dilində danışdığını söyləyib.
Əziz Seyidov
Əziz Cəfər oğlu Seyidov — Bakı şəhər prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri. Azərbaycan Respublikası Prokurorluğunun Fəxri işçisidir. == Həyatı == Əziz Cəfər oğlu Seyidov 6 oktyabr 1956-cı ildə Gəncə şəhərində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi bitirib. 1983-cü ildən prokurorluq orqanlarına qəbul edilməklə Baki şəhər Nizami rayon prokurorluğuna, Bakı şəhər prokuroluğunda müstəntiq, böyük müstəntiq, Baş Prokurorluğun İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, Respublika Hərbi Prokurluğun İstintaq idarəsinin rəisi, Baş Prokurorluğun Milli Təhlükəsizlik orqanları və Silahlı Qüvvələrdə qanunların icrasına nəzarət şöbəsinin rəisi, ixtisaslaşdırılmış hərbi prokuror vəzifəsində işləyib. 2001-ci ilin aprel ayından Baş Prokurorluğun Daxili işlər orqanlarına istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsində çalışmışdır. 2007-ci ilin aprel ayından 2017-ci ilin aprel ayının 25nə qədər Baki şəhər prokuroru olmuşdur. 2017-ci il aprelin 25-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. 2017-ci il iyulun 11-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri vəzifəsinə Prezident İlham Əliyevin sərəncamı ilə təyin olunmuşdur. Ailəlidir, dörd övladı var.
Əziz Səncər
Əziz Səncər (türk. Aziz Sancar; 8 sentyabr 1946) — Türk həkim akademik, biokimyaçı, molekulyar bioloq və elm adamı. 1997-ci ildən bu yana ABŞ-dakı Çapel-Hill Şimali Karolina Universitetində Biokimya və Biofizika proqramı üzrə çalışan Səncər, son 20 ildə DNT təmirinin bir çox hissəsini müəyyənləşdirmək üçün istifadə etdiyi ilk biokimyəvi yanaşmaları ilə tanınır. Mehmed Özdoğanla birlikdə ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk Amerikalı türk olaraq tanınır. DNT təmiri sahəsindəki araşdırmaları və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfinə görə Kimya üzrə Nobel mükafatına layiq görülüb. Texas Universitetində məşhur alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya üzrə doktorantura təhsili alan Əziz Səncərin ixtira etdiyi və adlandırdığı "Maxicell" üsulu ilə "excinuclease/excision nuclease" ferment terminləri, Oksford Universitetinin Oksford Biokimya və Molekulyar Biologiya lüğətinə daxil olub. == Həyatı və elmi fəaliyyəti == Əziz Səncər 1946-cı ildə Mardinin Savur ilində orta gəlirli fermer ailəsinin səkkiz uşağından yeddincisi olaraq dünyaya gəlib. Xalqların Demokratik Partiyasından (türk. Halkların Demokratik Partisi,HDP) millət vəkili olan qohumu Mithat Səncərin ifadəsinə görə, Əziz Sancərin ana dili ərəb dili idi, ailədə ərəbcə danışılırdı. Əziz Səncər,ərəb dilində valideynləri ilə, lakin bacı-qardaşları ilə türk dilində danışdığını söyləyib.
Əziz Xələfov
Xələfov Əziz Mirzə Əhməd oğlu (1924-1993) - Əməkdar həkim, milli qəhrəman Salatın Əsgərovanın atası. == Həyatı == Əziz Xələfov 1924-cü ildə Qaryagin rayonunun (indiki Füzuli rayonu) Sərdarlı kəndində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra İkinci dünya müharibəsində iştirak etmişdi. Cəbhədən dönəndən sonra Leninqrad (indiki Sankt-Peterburq) Tibb institutunda oxumuşdu. Həkim kimi nəsil ixtisasını davam etdirmişdi. Azərbaycan Dövlət Tibb İnstitutunda baş müəllim, dosent kim çalışmışdı. Əziz Xələfov Leyla xanım Mahmud bəy qızı Məlikaslanovla ailə qurub. Əhməd adlı oğlu, Zümdüd adlı qızı var. Digər qızı Salatın Əsgərova Qarabağda erməni silahlıları tərəfindən qətl edilib. == Mükafatları == Əziz Xələfov bir çox döyüş medalları ilə təltif edilmişdir.
Əziz kəndi
Əzizkəndi (Puldəşt)
Əziz İldırım
Aziz Yıldırım və ya Əziz İldırım (2 noyabr 1952, Ergani, Diyarbəkir ili) — Fənərbaxça İdman Klubunun prezidentidir. 1998-ci ildən etibarən bu klubun prezidentidir.
Əziz Cəfərov
Əziz xatirələr
Əziz xatirələr (ing. Old Joy) — 2006-cı ildə ekranlara çıxan ABŞ filmi. Senarisi Conatan Reymondun qısa hekayəsindən götürülən filmin rejissoru Kelli Rayhartdır. == Süjet == Uzun müddətdir yolları kəsişməyən iki dost Oreqon meşələrində düşərgə etmək fikri ilə yenidən bir araya gəlir — onlar birlikdə vaxt keçirərək söhbət edir, həyat hekayələrini bölüşürlər.
Habil Əzizov
Laz Əziz Əhməd Paşa
Laz Əziz Əhməd Paşa (türk. Laz Aziz Ahmet Paşa; laz ლაზი აზიზ აჰმედ-ფაშა, Lazi Aziz Ahmed-Paşa; v. mart 1819, Ərzurum) — Osmanlı sədrəzəmi. == Həyatı == Laz Əziz Əhməd Paşa dövlətə xidmətinə yeniçərilərdən başlamış, Qapıçıbaşı rütbəsinə yüksəlmişdir. O, daha sonra Breila şəhərinin valisi olmuşdur. Əziz Əhməd Paşa rus-türk müharibəsinin başlanması ilə qoşunları uyğunlaşdırmaq üçün Ədirnə şəhərinə köçmüşdür. Əziz Əhməd Paşa Hacı Mustafa Ağanın ordusunun ilkin qələbələrindən sonra sədrəzəm olmudur. Osmanlı imperiyasının məğlubiyyəti və 28 may 1812-ci il tarixində Buxarest sülh müqaviləsinin imzalanmasından sonra Xurşid Əhməd Paşa onu məharətsiz olmaqla ittiham edir. Əziz Əhməd Paşa çox keçməmiş vəzifəsindən azad edilir. Laz Əziz Əhməd Paşa 1814-cü ildə Bursa, daha sonra isə Hələb və Ərzurum şəhərlərinə vali təyin edilir.
Mail Əzizov
Malik Abdul Əziz
Maykl Cerard Tayson (ing. Michael Gerard Tyson; 30 iyun 1966[…], Bruklin, Nyu-York) — 1985–2005-ci illərdə döyüşmüş peşəkar ABŞ boksçusu. 2024-cü ildə yenidən rinqə qayıtmağa hazırlaşır. Mayk Tayson bütün zamanların ən yaxşı ağır çəki dərəcəsində döyüşən boksçularından biri hesab olunur. 1987-ci ildən 1990-cı ilə qədər olan illər ərzində Mayk Tayson eyni vaxtda bütün ağır çəki dərəcələrində boks titullarına sahib olub və bu onu boks dünyasında şəksiz çempion edib. Boks karyerasının başlanğıcında Tayson ilk 19 görüşündə rəqiblərini nokaut edərək qalib gəlmişdi. Bu nokautlardan 12-si matçın ilk raundunda baş vermişdir. Mayk Tayson ilk çempionluq kəmərini 20 yaşında, tarixdəki hər hansı digər ağır çəkili boksçudan daha gənc yaşda qazanıb. O, eyni vaxtda üç böyük boks təşkilatının (WBA, WBC, IBF) çempionu olan ilk boksçu, və eyni zamanda bu titulları bir-birinin ardınca qazanan yeganə boksçu olub. Tayson 1988-ci ildə döyüşünün ilk raundunda Maykl Spinksi cəmi 91 saniyəyə nokaut edərək ağır çəki dərəcəsində şəksiz çempion titulunu qazanıb.
Mamurətül-əziz vilayəti
Mamurətül-əziz vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1923–cü illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Elazığ şəhəri idi.
Marqarita Əzizova
Marqarita Əzizova (d. 25 aprel 1993) — Azərbaycanı təmsil edən voleybolçu. Marqarita Əzizova, Azərbaycan yığmasının heyətində 2015-ci ildə baş tutan Avropa Oyunlarına qatılıb və 4-cü yeri tutub.
Mehman Əzizov
Mehman Əzizov (1 yanvar 1976, Bakı) — Azərbaycanı təmsil edən cüdoçu və məşqçi. == Karyerası == Karyerasının birinci uğuruna Mehman Əzizov 1996-cı ilin noyabrında Monte-Karlo şəhərində yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib olmaqla imza atdı. 1998-cı ilin mayında isə Mehman Əzizov Oviedo şəhərində Avropa Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu. 2000-ci ildə Mehman Əzizov Azərbaycanı Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. Mehman Əzizov olimpiadanın təsnifat mərhələsində Argentina cüdoçusu Qaston Qarsiya ilə üz-üzə gəldi. Nəticədə Mehman Əzizov həmin görüşdə rəqibinə ipponla məğlub olaraq olimpiada da mübarizəsini başa vurdu. 1998-2001-ci illərdə bir sıra beynəlxalq turnirlərin qalibi olan Mehman Əzizov 2001-ci ildə Çində baş tutan Universiada Oyunlarını gümüş medalla başa vurdu. Mehman Əzizov 2004-cü ilin mayında Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında bürünc medal uğrunda görüşdə məğlub olaraq turniri beşinci pillədə başa vurdu. Mehman Əzizov həmin ilin avqustunda Azərbaycanı Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi. Turnirin 1/16 final mərhələsində Mehman Əzizovun rəqibi Niderland nümayəndəsi Qillaum Elmont oldu.
Mənim əzizim (film, 2006)
Mənim əzizim (hind: जान-ए मन, Rom: Jaan-E-Man) hind dilində çəkilmiş və 20 oktyabr 2006-cı ildə ekranlara çıxarılmış hind komediyasıdır. Rejissor Şiriş Kunderanın debüt işi hesab edilir. Film həm Hindistanda, həm də xaricdə tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. == Süjet xətti == Kollec ulduzu, tələbə rok qrupunun üzvü Suhan Kapur gözəl Pianın sevgisini asanlıqla əldə edir. Onu ümidsizcəsinə sevən əlaçı tələbə Aqastya belə bir rəqibə qarşı heç bir şansının olmadığını başa düşür və geriyə çəkilir. Piya kolleci bitirdikdən sonra varlı valideynlərinin istəyinin əksinə olaraq kino sahəsində karyera qurmaq niyyətində olan kasıb Suhanla evlənir. Piya onu dəstəkləyir və nəhayət ona bir prodüser şirkəti ilə sərfəli müqavilə imzalamaq təklif olunur, Amma bunun üçün Suhan Piyadan ayrılmalıdır ki, bunu da asanlıqla edir. Piya xəyanətə dözür və Suhana hamilə olduğunu belə demir. Dostlarından birinin sayəsində Nyu Yorka köçür, gül dükanı açır və qızı Sühanini tək böyüdür. Suhanın karyerası müvəffəqiyyətsizlik ilə nəticələnir, belə ki, onun debüt filmi müvəffəqiyyətsizlik ilə nəticələnir və prodüserlər onunla işləməkdən imtina edirlər.
Mərgan-i Əzizabad (Şot)
Mərgən-i Əzizabad (fars. مرگن عزيزاباد‎‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Mərgən-i Əzizabad
Mərgən-i Əzizabad (fars. مرگن عزيزاباد‎‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Məşədi Əzizbəyov
Məşədi Əziz bəy oğlu Əzizbəyov və ya Məşədi bəy Əzizbəyov (6 (18) yanvar 1876, Bakı – 20 sentyabr 1918, Krasnovodsk) — Azərbaycanda inqilabi hərəkatın görkəmli xadimi, ilk marksist azərbaycanlılardan biri; BSE-nin birinci nəşrinə əsasən, o, türk inqilabçı ziyalılar nəslinə aid idi. O, "Hümmət" təşkilatının rəhbərlərindən biri idi, RSDFP(b)-ın üzvü və "Ədalət" Sosial Demokrat Partiyasının MK-ın üzvü olmuşdur, Bakı Şəhər Dumasının qlasnısı, quberniya komissarı və Bakı XKS-nin Daxili İşlər Komissarının müavini olmuşdur (1918). Məşədi Əzizbəyovun inqilabi fəaliyyəti təhsil aldığı Peterburq şəhərində başladı. RSDFP-a qoşularaq, "Vetrova nümayişləri"ndən birində də daxil olmaqla siyasi çıxışlarda iştirak edirdi. Birinci rus inqilabının fəal xadimlərindən idi, həmin dövr ərzində "Hümmət" təşkilatının üzvü və daha sonra onun tanınmış simalarından biri oldu. İran inqilabçılarına dəstək göstərirdi; fəaliyyətində bilavasitə iştirak etdiyi "Nicat" Bakı Müsəlman Maarif Cəmiyyəti ilə sıx əlaqədə olurdu. Yeraltı inqilabi işini qanuni fəaliyyətiylə məharətlə uyğunlaşdırırdı. Bakı Şəhər Dumasının üzvü idi. Bakı Kommunasının görkəmli simalarından biri kimi Sovet hakimiyyətini qurmaqla yanaşı, Bakının müdafiəsini təşkil etməkdə də çoxlu işlər görmüşdür. "26 Bakı komissarı" sırasında edam edildi.
Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ya qısaca ADNSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır. 1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896–1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
Məşədi Əzizbəyov metrostansiyası
Koroğlu metrostansiyası (1967-2011-ci illərdə Məşədi Əzizbəyov metrostansiyası) — Bakı metrosunun Qırmızı xəttinin stansiyasıdır. Əsaslı təmirdən sonra 2011-ci ildə yenidən sərnişinlərin üzünə açılmışdır. Stansiyaya daxil olan qatarlarda Üzeyir Hacıbəyovun, "Koroğlu" operasından fraqment səslənir. == Tarixi == Stansiya 1972-ci il noyabrın 6-da istismara verilmişdir. 120 min əhalisi olan yaşayış massivi şəhərin mərkəzi ilə birləşdirildi. 28 yanvar 2010-cu il tarixli Nazirlər Kabinetinin qərarı ilə iyul ayında stansiya yenidənqurma işlərinə başlamışdır. Stansiyanın yenidən qurulması 2011-ci ilin noyabr ayında başlanılıb. 30 dekabr 2011-ci ilə qədər stansiya mühəndis, ictimai xadim, inqilabçı olan Məşədi Əzizbəyov adını daşımışdır. == İstinadlar == == Xarici keçidlər == Koroğlu metrostansiyası İlham Əliyev Bakı Metropoliteninin yenidən qurulmuş “Koroğlu” stansiyasının açılışında iştirak etmişdir.
Məşədi Əzizbəyovun heykəli
Məşədi Əzizbəyovun heykəli — Bakıda Azərbaycanın inqilabçı hərəkatının xadimi Məşədi Əzizbəyovun heykəlidir. Abidənin açılışı 1976-cı ildə şəhərin Yasamal rayonunda baş vermişdir. Abidənin heykəltaraşı Azərbaycan Xalq Artisti Tokay Məmmədov, memar Q. Muxtarovdur. 1978-ci ildə heykəltaraş Tokay Məmmədova bu heykələ görə SSRİ dövlət mükafatı laureatı verildi. 2009-cu ildə abidə yenilənmiş, kiril qrafikasından olan yazı latın qrafikası ilə əvəz edilmişdir. Buna baxmayaraq, aprelin 25-dən 26-na keçən gecə abidə sökülüb. Rayon İcra Hakimiyyətinin əməkdaşları abidənin Bakı Şəhər İcra Hakimiyyəti adından yıxıldığını qeyd etdilər. Lakin, Əfəndizadə qeyd etdiyi kimi, Əzizbəyovun abidəsi əriyib Lenin və Kirovun abidələrindən fərqli olaraq məhv edilməyəcəkdir. Əfəndizadə, tezliklə Azərbaycanda keçmiş dövrlərdəki daş dəlillərin, o cümlədən Məşədi Əzizbəyovun abidəsi toplanacaq bir memorial parkın yaradılacağını iddia etdi, lakin bu baş vermədi. Onun gələcək taleyi məlum deyil.
Nəzakət Əzizova
Nəzər Əzizov
Püstə Əzizbəyova
Püstəxanım Əzizbəyova (29 dekabr 1929 – 8 yanvar 1998) — Sovet tarixçisi, alim, akademik, tarix elmləri doktoru (1961), kino məsləhətçisi və Azərbaycan Tarix Muzeyinin keçmiş direktoru. O, maarif adamı, mühəndis və peşəkər solçu inqilabçı Məşədi Əzizbəyovun nəvəsidir və babası haqqında bir neçə əsər də yazmışdır. == Həyatı == Püstəxanım Əzizağa qızı Əzizbəyova 1928-ci il dekabrın 29-da Bakıda do­ğul­muş­dur. Püstə Əzizbəyova 1951-ci ildə Azərbaycan Dövlət Uni­ver­si­tetinin Tarix fakültə­sini fərq­lənmə dip­lomu ilə bitirəndən sonra bir müd­dət Mə­şədi Əziz­bəyovun ev-muzeyinin direktoru iş­lə­miş­dir. 1954-cü ildə “Azərbaycan neft sə­na­ye­si­nin bərpasında rus xalqının köməyi (1921-1923-cü illər)” mövzusunda dis­ser­ta­si­ya müda­fiə etmişdir. Azərbaycanda so­sialist quruculuğu problemlərini araşdı­ran P.Əziz­bəyova 1961-ci ildə “Azərbaycandakı so­sialist dəyişikliklərində (1921-1923) Le­ni­nin rolu” mövzusunda dissertasiya müdafiə edə­rək ilk azər­baycanlı qadın tarix elmləri dok­toru olmuşdur. == Fəaliyyəti == P.Əziz­bəyova 1972-ci ildə Azərbaycan Elmlər Aka­de­mi­ya­sının müx­bir üzvü, 1980-ci ildə isə həqiqi üz­vü seçilmişdir. P.Əziz­bəyova pedaqoji fəaliyyətlə də məşğul olmuş və Bakının müxtəlif ali mək­təb­lə­rin­də dərs de­miş, 1955-ci ildə dosent, 1962-ci ildə isə pro­fessor adını almışdır. O hələ tə­lə­bə ikən 1948-ci ildə Mərkəzi Lenin Mu­ze­yin­də ekskursi­yaçı işləməyə başlamış, sonra isə onun filialının direktoru və bölmə müdiri ol­muş­dur. 1955-ci ildə o, Azərbaycan Tarixi Mu­zeyinin Ən yeni tarix şöbə­sinin müdiri vəzi­fəsinə keçirilmişdir.
Püstəxanım Əzizbəyova
Püstəxanım Əzizbəyova (29 dekabr 1929 – 8 yanvar 1998) — Sovet tarixçisi, alim, akademik, tarix elmləri doktoru (1961), kino məsləhətçisi və Azərbaycan Tarix Muzeyinin keçmiş direktoru. O, maarif adamı, mühəndis və peşəkər solçu inqilabçı Məşədi Əzizbəyovun nəvəsidir və babası haqqında bir neçə əsər də yazmışdır. == Həyatı == Püstəxanım Əzizağa qızı Əzizbəyova 1928-ci il dekabrın 29-da Bakıda do­ğul­muş­dur. Püstə Əzizbəyova 1951-ci ildə Azərbaycan Dövlət Uni­ver­si­tetinin Tarix fakültə­sini fərq­lənmə dip­lomu ilə bitirəndən sonra bir müd­dət Mə­şədi Əziz­bəyovun ev-muzeyinin direktoru iş­lə­miş­dir. 1954-cü ildə “Azərbaycan neft sə­na­ye­si­nin bərpasında rus xalqının köməyi (1921-1923-cü illər)” mövzusunda dis­ser­ta­si­ya müda­fiə etmişdir. Azərbaycanda so­sialist quruculuğu problemlərini araşdı­ran P.Əziz­bəyova 1961-ci ildə “Azərbaycandakı so­sialist dəyişikliklərində (1921-1923) Le­ni­nin rolu” mövzusunda dissertasiya müdafiə edə­rək ilk azər­baycanlı qadın tarix elmləri dok­toru olmuşdur. == Fəaliyyəti == P.Əziz­bəyova 1972-ci ildə Azərbaycan Elmlər Aka­de­mi­ya­sının müx­bir üzvü, 1980-ci ildə isə həqiqi üz­vü seçilmişdir. P.Əziz­bəyova pedaqoji fəaliyyətlə də məşğul olmuş və Bakının müxtəlif ali mək­təb­lə­rin­də dərs de­miş, 1955-ci ildə dosent, 1962-ci ildə isə pro­fessor adını almışdır. O hələ tə­lə­bə ikən 1948-ci ildə Mərkəzi Lenin Mu­ze­yin­də ekskursi­yaçı işləməyə başlamış, sonra isə onun filialının direktoru və bölmə müdiri ol­muş­dur. 1955-ci ildə o, Azərbaycan Tarixi Mu­zeyinin Ən yeni tarix şöbə­sinin müdiri vəzi­fəsinə keçirilmişdir.
Qala-i Əzizbəy (Urmiya)
Qala-i Əzizbəy (fars. قلعه عزيزبيگ‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 290 nəfər yaşayır (70 ailə).
Qala (Əzizbəyov)
Qala — Bakı şəhərinin Əzizbəyov rayonunun Gürgən qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Gürgən qəsəbə inzibati ərazi vahidi tərkibindəki Qala qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Qardaşxan Əzizxanlı
Qardaşxan Əzizxanlı (1 iyul 1958, Astraxanbazar rayonu) — şair, hərbi jurnalist, tərcüməçi, maarifçi, tədqiqatçı.(filologiya üzrə fəlsəfə doktoru) == Həyatı == Əzizxanlı Qardaşxan Nəhmət oğlu 1958-ci il iyul ayının 1-də Azərbaycan Respublikası Cəlilabad (əvvəlki Astarxanbazar) rayonunun Günəşli (keçmiş Pokrovka) kəndində doğulub. Sonra ailəsi Lənkəran şəhərinə köçüb, 1976-cı ildən Bakı şəhərində yaşayır. == Təhsili == 1965-1975-ci illərdə Lənkəran şəhər 5 saylı orta məktəbində oxuyub. Bakı Dövlət Universitetinin (keçmiş ADU) jurnalistika (1975-1980), Azərbaycan Universitetinin hüquqşünaslıq (1997–2000) fakültələrini (fərqlənmə diplomu ilə), Xəzər Universitetinin filologiya üzrə doktoranturasını (2014–2017) bitirib. == İctimai-siyasi fəaliyyəti == S.Vurğunun ev-muzeyində, Azərbaycan xalça və xalq-tətbiqi sənəti Dövlət muzeyində, “Azərbaycan təbiəti” jurnalında, “Savalan”, “Tanıdım”, “20 yanvar” qəzetlərində çalışıb. “Varlığımız”, “Varlıq” qəzetlərinin baş redaktoru olub. DSX və DTX sistemində işləyib. Xəzər Universitetində “Dünya ədəbiyyatı” (Qədim Şərq, Antik yunan və Roma, Orta əsrlər–Renessans dövrü və müasir dövr Avropa, Amerika və rus ədəbiyyatı), Azərbaycan ədəbiyyatı və Yaradıcı yazı fənlərini tədris edir. Sumqayıt hadisəsinə (“Vışka”, “Provokator i soobşniki”, 14.01.1990), Qarabağ hadisələrinə (“Elm”, “Q.İ.Petoyan: “Ne moqu perenesti takoqo pozora” 30.09.1989) həsr edilmiş məqalələrin və digər onlarla yaddaqalan publisistik yazıların müəllifidir. Məmməd Arazın “Sənətdə son mənzil olmur” (2001),“Şikayət dəftəri” (2002), həmçinin M.Araz haqqında “Məmməd Arazlı günlərim” (2008), “Qarabağ simfoniyası” (2016), M.Qasımlının “Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər).
Qoşaqışlaq (Əzizbəyov)
Qoşaqışlaq — Bakı şəhərinin Əzizbəyov rayonunun Zirə qəsəbə inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Zirə qəsəbə inzibati ərazi vahidi tərkibindəki Qoşaqışlaq kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Kəndin digər adı Aşağıqışlaqdır. Kənd salındığı ərazinin (Qoşaqışlaq) adını daşıyır. Bu ərazidə əvvəllar Bakı kəndlərinə məxsus qışlaq yeri olmuşdur. == Tarixi == === Tarixi abidələri === Qoşaqışlaq kəndi və daş karxanası arasında e.ə. III-e.ə.II minilliklərə aid kurqanlar var. Qoşaqışlaq kəndində e.ə. III minilliyə aid yaşayış yeri vardır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Qalereya == == Mədəniyyəti == QoşaQışlaq kəndi Kurqanlar, Qayaüstü rəsmlər, Mağaralar, Quyular, Tağ evlər kimi tarixi abidələr ilə zəngin ərazidir.
Qüdrət Əzizov

əziz sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] 1. Sevimli, istəkli, ürəyə yaxın. Əziz oğul. Əziz yoldaş. Əziz dostlar! – [Yusif:] Açım kağızı, görüm, mənim əziz nuri-çeşmim Şamdan bəy nə yazır? N.Nərimanov. Amma Züleyxa, Əsgərin əziz qardaşı ilə olan pis rəftarını görüb Əsgəri sevmirdi. C.Cabbarlı. // Mehriban, məhəbbətli, şəfqətli, sevən. Balamsan sən, nəyimsən? Arxamsan, köməyimsən; Mən sənin əziz anan; Sən mənim diləyimsən. (Layla). □ Əziz olmaq – hörmət bəslənilmək, hörmət edilmək; əzizlənmək. Oğul! Bir qayda var eldəobada; Qonaq əziz olar, qaçaq olsa da. S.Vurğun. Əziz tutmaq – 1) çox istəmək, hörmət bəsləmək, qayğı bəsləmək. …Şəhrəbanu arvad Qəhrəmanı oğul və nəvələrindən əziz tuturdu. S.Rəhimov. Camaat Səttarzadənin xətrini əziz tutur. Mir Cəlal; 2) hörmət və ehtiram bəsləmək. Bayramı əziz tutmaq. // Ərköyün, ən istəkli. Ananın əziz qızı. // Ən qiymətli, ən dəyərli, ən istənilən. Əziz ömrüm. – Sevdiyin əziz bir şeyə and iç! M.S.Ordubadi. Mən ona əziz şey kimi baxmırdım. Mir Cəlal. // Doğma, çox yaxın, çox sevilən. Əziz ev. Əziz ailə. Əziz yurd. // Mübarək, ən hörmətli, müqəddəs. Bu əziz adla çiçəkləndi könüllərdə bahar; Bir qonaqdır əbədi, məncə, bu ellərdə bahar. S.Rüstəm. Bu əziz bayram günü, adın çəkiləndə; Kim duymayır qəlbinin həyəcanla vurduğunu? R.Rza. 2. Ən çox istənilən, ən çox tələb olunan, ən çox sevilən. [Heydər bəy:] Hər nə isə, başa düşürsənmi ki, burada firəng çiti nə əzizdir? M.F.Axundzadə. // Az tapıldığı, çətin ələ düşdüyü üçün çox qiymətli sayılan. Nə qədər şirindir qəlbə məhəbbət; Ömrün mənasıdır bu əziz nemət. S.Vurğun. Ömrümün üstünə bir əlli də artırsan əgər; Heç silinməz ürəyimdən o əziz, xoş dəmlər. S.Rüstəm. □ Əziz olmaq – az tapıldığı, çətin ələ düşdüyü üçün çox qiymətli, hörmətli olmaq, müqəddəs bir şey kimi baxılmaq. Pul əziz olmuş cahan əhlinə o qayətdə kim; Ta sanıblar əskinası Cəbrailin şahpəri. S.Ə.Şirvani. 3. Əzizim şəklində – 1) nəvazişlə müraciət. Əzizim, gəl gedək. – Bu bədbəxtin halətindən, əzizim; Bari o vilada olgil gözqulaq. Q.Zakir. [Turxan bəy:] Gedə bilərsən, əzizim! H.Cavid. Mina cavab verdi ki, əmin olunuz, əzizim! İ.Musabəyov; 2) bax əziziyəm. Əzizim, söz deməkdən; Yoruldum söz deməkdən; Nə sən yoldan yoruldun; Nə mən yol gözləməkdən. (Bayatı). // Əziziyəm şəklində – bayatıların başında gələn ilk söz. Əziziyəm, dilən, gəz; Bağda gülə dilən, gəz. Qürbətdə xan olunca; Vətənində dilən, gəz. (Bayatı). ◊ Əziz başın üçün – birini inandırmaq üçün and məqamında işlədilir. Əziz başın üçün gələcəyəm. – Əziz başın üçün, oxu yazdığım; Agah ol halımdan gahbagah mənim. Qurbani. Əziz olasan – təşəkkür ifadəsi.

    Azərbaycan dilinin izahlı lüğəti / əziz
  • 2 sevimli, istəkli, ürəyə yaxın.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / əziz
  • 3 ə. istəkli, sevimli. Əzizi-Misir Misirin əzizi (Yusif peyğəmbər haqqında işlədilir).

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əziz

əziz sözünün etimologiyası

əziz sözünün sinonimləri (yaxın mənalı sözlər)

əziz sözünün rus dilinə tərcüməsi

  • 1 1. милый, миленький, дорогой, ненаглядный; 2. чтимый; 3. избалованный;

    Azərbaycanca-rusca lüğət / əziz
  • 2 I прил. дорогой, милый: 1) близкий к сердцу. Əziz bacım моя дорогая сестра, əziz nənəm моя милая бабушка, əziz dostum! дорогой друг! 2) в обращении: как выражение приязни. Əziz uşaqlar! Дорогие дети! Əziz yoldaşlar! Дорогие товариши! Əziz dinləyicilər! Дорогие слушатели! 2. желанный. Əziz qonaq желанный гость, əziz bahar günləri желанные весенние дни II предик. дорого, дороже. Bunlar mənim üçün əzizdir все это дорого мне; hər şeydən əziz дороже всего, hamıdan əziz дороже всех, милее всех, candan əziz дороже жизни ◊ əziz olasan! выражение благодарности в ответ на доброе пожелание; hörmətiniz əziz olsun! почёт и уважение вам; əziz tutmaq kimi, nəyi дорожить кем, чем, высоко ценить; особенно беречь кого, что; əzizim 1. эпитет, употребляемый приласковом обращении, часто в соединении с местоимением mənim и с существительным или без него. Mənim əzizim! мой дорогой! əzizim Sevda! Дорогая Севда! 2. зачин в баяты (употребляется также в формах: əzizinəm, əziziyam)

    Azərbaycanca-rusca lüğət / əziz

əziz sözünün inglis dilinə tərcüməsi

  • 1 s. dear, darling, tenderly beloved; affectionate; sweet; (mənim) əzizim (my) dear / darling; ~ dost dear friend; bir kəsə ~ olmaq to be* dear to smb.; ◊ ~ tutmaq to honour (d.)

    Azərbaycanca-ingiliscə lüğət / əziz

əziz sözünün fransız dilinə tərcüməsi

əziz sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. азиз (1. играми, кӀани, рикӀиз мукьва, ала; мегьрибан; əziz olmaq азиз хьун, ала хьун, виридаз кӀани яз хьун, вирида гьуьрмет ийиз хьун; 2. гзаф масан, лап багьа, гзаф къиметлу; əziz olmaq азиз хьун, масан хьун, къиметлу хьун); ** əziz başın üçün сад чӀалахъарун патал, садан кьилел кьин кьадамаз лугьудай ибара.

    Azərbaycanca-ləzgicə lüğəti / əziz

əziz sözünün türk dilinə tərcüməsi

"əziz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əziz nədir? #əziz sözünün mənası #əziz nə deməkdir? #əziz sözünün izahı #əziz sözünün yazılışı #əziz necə yazılır? #əziz sözünün düzgün yazılışı #əziz leksik mənası #əziz sözünün sinonimi #əziz sözünün yaxın mənalı sözlər #əziz sözünün əks mənası #əziz sözünün etimologiyası #əziz sözünün orfoqrafiyası #əziz rusca #əziz inglisça #əziz fransızca #əziz sözünün istifadəsi #sözlük