zinət sözü azərbaycan dilində

zinət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • zinət • 95.8250%
  • Zinət • 4.0159%
  • ZİNƏT • 0.1590%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zinət Aman
Zinət Aman (ing. Zeenat Aman; 19 noyabr 1951, Bombey) — məşhur Hindistan aktrisası , modeli və rəqqasəsi. == Həyatı == Zinət Aman 19 noyabr 1951-ci ildə anadan olub. Atası Amanulla Xan müsəlman, anası isə indus olub. 13 yaşında atasını itirməyi Zinətin həyatında ağır izlər qoyub. Zinətın anası ikinci dəfə almanla ailə qurub. Məhz bu evlilik Zinətın həyatını tam dəyişdirib. Ögey atasının mədəni və intellektual olması Zinət üçün bir sıra imkanlar açıb. Unversitetə daxil olan Zinət əla oxuduğuna görə ABŞ-a, Los-Ancelesə oxumağa göndərilib. Burada o fotomodel kimi də fəaliyyət göstərib.
Zinət-un Nisə Bəyim
Zinət-un Nisə Bəyim (5 oktyabr 1643, Övrəngabad – 7 may 1721, Dehli) — Böyük Moğol imperiyasının hökmdarı Övrəngziblə onun Səfəvi sülaləsindən olan birinci və əsas arvadı Dilras Banu Bəyimin evliliyindən dünyaya gələn ikinci qız şahzadə. O, atası tərəfindən fəxri titul olan Padşah Bəyim titulu ilə təltif edilmişdir. == Həyatı == Zinət-un Nisə Bəyimimn adının mənası "Qadınlar arasındakı zinət" deməkdir. O, 5 oktyabr 1643-cü ildə Övrəngabad şəhərində dünyaya gəlmişdir. Onun anası olan Dilras Banu Bəyim Səfəvi sülaləsinə mənsub idi. Dilras Banunun atası Bədiüzzaman Mirzə Səfəvinin nəsli I İsmayıla qədər gedib çıxırdı. Bu Səfəvi sülaləsi tirəsi I İsmayılın oğlu Bəhram Mirzədən ortaya çıxmışdı. Bədiüüzzaman Mirzə moğol sarayında Şahnəvaz xan adı ilə tanınmaqda və Qucarat vilayətini idarə etməkdə idi. O, ən güclü moğol əyanlarından biri idi. Zinət-un Nisə dünyaya gəldiyi zaman moğol imperatoru onun babası və V moğol hökmdarı olan Sultan Şahcahan idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 13.08 dəfə / 1 mln.
2002 ••• 3.43
2003 ••• 3.54
2004 ••••• 6.06
2005 ••••••••• 10.80
2006 ••••••• 8.56
2007 •••••• 6.55
2008 ••••••• 8.04
2009 •••••••• 9.60
2010 •••••••••••• 14.16
2011 ••••••••••• 12.44
2012 •••••••••• 11.44
2013 •••••••••••••• 17.07
2014 •••••••••••• 14.07
2015 ••••• 5.61
2016 •••••••• 9.54
2017 ••••••••••••• 14.96
2018 ••••••••••••••••• 20.83
2019 •••••••••••••••••••• 24.76
2020 •••••••••••••••• 18.83

zinət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Bəzək, süs, yaraşıq. Rəhimin evində səhər tezdən qonaqlıq tədarükü görülürdü. Bahar, Rəhimə və Rahim süfrənin zinəti ilə məşğul idilər. S.S.Axundov. Hünərdir əmrə ilk zinət, onun hüsnündə məna var. S.Vurğun. Çoxdur hədiyyələr insan adına; Qiymətli zinətlər, qiymətli daşlar. B.Vahabzadə. □ Zinət vermək (vurmaq) – zinətləndirmək, bəzəmək, süsləmək. Qarı nənə … göyün üzünə yeddi qələmlə yeddi zinət vururdu. “Koroğlu”. Nə zinət veribdir eyvan, otağa; Ətri qoxur Bağdad baharı kimi. Aşıq Ələsgər. Xoş avazın verir zinət; Bu leylü nəhara, bülbül! Molla Cümə. Özünə zinət vermək – 1) bəzəmək, qiymətli daş-qaş taxmaq və qəşəng geyinmək. Məlik Cümşüd … özünə zinət verib getdi Nuşapəri xanımın yanına. (Nağıl); 2) üzünə ənlik-kirşan vurmaq, üz-gözünü boyamaq.

    Azərbaycan dilinin izahlı lüğəti / zinət

zinət sözünün etimologiyası

zinət sözünün sinonimləri (yaxın mənalı sözlər)

zinət sözünün rus dilinə tərcüməsi

  • 1 наряд, украшение, убранство, роскошь

    Azərbaycanca-rusca lüğət / zinət
  • 2 сущ. 1. украшения, предметы украшения 2. наряд, убор; zinət vurmaq украшать, украсить, придавать кому-л., чему-л. красивый вид; özünə zinət vermək наряжаться, нарядиться, нарядно одеваться (одеться)

    Azərbaycanca-rusca lüğət / zinət

zinət sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. (bəzək şeyləri) adornment; decoration; ornament; 2. (gözəllik) beauty; ~ vermək / vurmaq to adorn (d.); to decorate (d.); to beautify (d.), to embellish (d.); özünə ~ vermək to adorn oneself, to smarten (oneself) up; (üzünə ənlik-kirşan çəkmək) to beautify oneself

    Azərbaycanca-ingiliscə lüğət / zinət

zinət sözünün fransız dilinə tərcüməsi

  • 1 is. ornement m, décoration f, décor (bəzək şeyləri) ; parure f ; beauté f ; ~ vurmaq (vermək) orner vt, décorer vt ; embeillir vt ; özünə ~ vermək parer (se), faire (se) beau (f belle)

    Azərbaycanca-fransızca lüğət / zinət

zinət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. зинет, безег, дамах, ярашугъ; zinət vermək (vurmaq) зинет гун (ягъун), дамах гун, безег гун; özünə zinət vermək а) вичи-вичиз безег гун, дамахун, багьа жавагьирар кутун, хъсандиз алукӀун; б) ччиниз, вилериз рангар ягъун, ччиниз кишран ягъун.

    Azərbaycanca-ləzgicə lüğəti / zinət

zinət sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. bax ziynət.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

bəzək, yaraşıq, süs, ziynət.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"zinət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zinət nədir? #zinət sözünün mənası #zinət nə deməkdir? #zinət sözünün izahı #zinət sözünün yazılışı #zinət necə yazılır? #zinət sözünün düzgün yazılışı #zinət leksik mənası #zinət sözünün sinonimi #zinət sözünün yaxın mənalı sözlər #zinət sözünün əks mənası #zinət sözünün etimologiyası #zinət sözünün orfoqrafiyası #zinət rusca #zinət inglisça #zinət fransızca #zinət sözünün istifadəsi #sözlük